CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə51/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
163 
Qeyd etmək lazımdır ki, Daşnaqsütyun partiyasının 
yaradılmasından  iki  il sonra partiyanın Cenevrədə I  Qu-
rultayı  keçirildi.  Qurultayda  partiyanın  proqramı  qəbul 
edildi. Praqramda daha çox aşağıdakı məsələlər öz əksini 
tapmışdır: 
1. hərbi dəstələrin yaradılması; 
2. əhalinin silahlandırılması; 
3. xalqın inqilabi şüurunun möhkəmləndirilməsi
4. inqilabi komitələrin yaradılması; 
5. ermənilərin təhlükəsizliyinin təmin edilməsi. 
 Daşnaqlar 
həmçinin 
bu 
qurultayda 
silahlı 
birləşmələrin  təlimi  və  hazırlığını,  inqilabi  komitələrin 
yaradılmasını,  hökumət  məmurlarına  qarşı  terrordan 
istifadə  edilməsinin  vacibliyini  önə  çəkirdilər.  Həmçinin 
digər  fəallar  buraya  ermənilərin  silahlandırılması,  höku-
mət məmurlarının və idarələrinin müflisləşdirilməsi haq-
qında müddəalar da əlavə etmişdilər. Beləliklə, məqsədə 
çatmaq  üçün  strategiya  tam  olaraq  işlənib  hazırlandı. 
Xüsusilə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün taktiki 
gedişlərin təşkili də maraq doğurmaya bilməzdi. Daşnaq-
lar  arasında  daha  çox  yayılmış  fikirlər  necə  hərəkət  et-
məli,  təşkilatı  necə  formalaşdırmalı,  burada  hansı  for-
mada  nizam-intizam  yaratmalı  və  qismən  də  terror 
hərəkətlərindən  istifadə  etmək  idi.  Beləcə  Daşnaqsütyun 
partiyasının yaranması və fəaliyyəti  ilə istər Anadoluya, 
istərsə də Qafqaza terror toxumları səpilməyə başlandı.  
XIX  əsrin  sonlarından  başlayan  erməni  terrorizmi 
yüz  minlərlə  dinc  Türkiyə  və  Azərbaycan  əhalisinin 
həyatına son qoymaqla bu xalqlar üçün əsl bəlaya çevril-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
164 
mişdir. Erməni terrorizmi müəyyən dövrlərdə səngisə də, 
onu  hərəkətə  gətirən  qüvvələr  yox  olmadığı  üçün 
vaxtaşırı  daha  şiddətlə  özünü  göstərirdi.  I  Dünya  mü-
haribəsindən  sonra  ermənilərdə  irqçilik  meyilləri  möh-
kəmləndikcə  onlar  arasında  terrora  olan  maraq  da 
artmaqda  idi.  Belə  ki,  bəhs  olunan  dövrdə  Daşnaqsüt-
yunun  başlıca  vəzifələrindən  biri  Türkiyə  və  Azərbay-
canın ictimai-siyasi xadimlərini qətlə yetirmək olmuşdur. 
Qatillərin  cavabsız  qalması  erməni  terrorçularının  son-
rakı fəaliyyəti üçün zəmin yaratmışdır. Terror əməllərini 
həyata keçirmək üçün 1919-cu ildə Yerevanda partiyanın 
IX ümumdünya konqresində “Nemesis” adlı xüsusi qrup 
təşkil  edilmişdir(21,  21).  Məhz  bu  yığıncaqda  “Nemesis” 
terror qrupuna əvvəllər öz ölkəsinin hökumətində aparıcı 
vəzifələrdə  işləmiş  bütün  mühacir  türkləri  məhv  etmək 
tapşırığı  verilmişdi.  Antitürk  kompaniyasına  erməni 
mənşəli  amerikan  Saxan  Natali  başçılıq  edirdi.  Bununla 
da  sərhədlərsiz  terrorun  bünövrəsi  qoyuldu,  sonralar 
təkcə  türklər  deyil,  dünyanın  bütün  ölkələrinin  on 
müxtəlif  millətlərinin  nümayəndələri  də  bu  terror 
təşkilatının qurbanları oldular(117, səh. 105). 
Qeyd  etmək  lazımdır  ki,    Daşnaqsütyunun  terror 
fəaliyyəti  nəticəsində  1920-1921-ci  illərdə  Azərbaycanın 
dövlət  xadimləri  F.X.Xoyski  və  H.Ağayev  Tiflisdə,  B.Ca-
vanşır  İstanbulda,  Osmanlı  dövlətinin  dövlət  xadimləri 
Tələt  paşa,  professor  Azmi  Kamal  və  Bəhaəddin  Şakir 
Berlində, Səid Həlim paşa Romada, Kamal paşa və onun 
müavini  Sürəyya  bəy  Tiflisdə,  Ənvər  paşa  Buxarada  er-
məni terrorçuları tərəfindən qətlə yetirildi (21, 21). Məhz 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
165 
bu illər ərzində bütün mövcudluğu dövründə erməni ter-
rorizmi  uzunmüddətli,  mahir  təbliğat  və  ictimai  rəyə, 
mütəşəkkil  psixoloji  təzyiqlə  müşayiət  olunur.  Nəticədə 
erməni terror təşkilatları milli-azadlıq hərəkatının bir his-
səsi  kimi  qəbul  edilir,    bununla  da  onların  cinayətkar 
əməlləri  dəstəklənir.  Erməni  terroru  bir  sıra  dövlətlər 
üçün Türkiyədə sabitliyi pozmaq və ona təsir vasitəsidir, 
“erməni  soyqırımı”  isə  siyasi  möhtəkirlik  predmetinə 
çevrilmişdir(21, 20-21).  
I Dünya müharibəsi başa çatdıqdan sonra erməni si-
yasi  dairələri  və  xarici  havadarlar  müharibə  illərində 
erməni  əhalisinin  türklər  tərəfindən  olmazın  işgəncələrə 
və  məhrumiyyətlərə  məruz  qalması,  uzun  əsrlər  boyu 
“tarixi  torpaqlarından”  deportasiya  edilərək    təbii  şəraiti 
isti olan yerlərə  köçürülməsi, 1.5 milyon erməninin qətlə 
yetirilməsi  kimi  cəfəng  iddiaları  şişirdərək  dünyanın 
nüfuzlu  jurnallarında  yaymağa  başladılar.  Onlar  erməni 
xalqı  qarşısındakı  günahlarını  bu  cür  yollarla  yumağa 
çalışırdılar.  Məqsəd  isə  Osmanlı  imperiyasının  hüquqi 
varisi olan Türkiyə Respublikasının Avropada və beynəl-
xalq  miqyasda  nüfuzunu  sarsıtmaq  və  onun  Avropaya 
açılan  qapılarını  birdəfəlik  bağlamaq  idi.    Buna  nail 
olmaq  üçün  böyük  güclər  daşnaq  başbilənləri  ilə  birgə 
erməni  maraqlarını  özündə  əks  etdirən  Hay  Dad  ideo-
logiyasını işləyib hazırladılar.  “Hay” (erməni) və erməni 
dilində “dadavarutyun” (“məhkəmə”) sözlərindən əmələ 
gələn  Hay  Dad  erməni  məhkəməsi,  mühakiməsi  anlamı 
kəsb  etməkdədir.  İdeologiyanın  əsas  qayəsi  guya  tarix 
boyu  ermənilərin  türklər  tərəfindən  olmazın  işgəncələrə, 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə