CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə54/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
172 
çıvan,  Ordubad;  İran  Azərbaycanından  Astara,  Ərdəbil, 
Qaradağ, Təbriz, Xoy, Urmiya və digər ərazilər daxil  idi. 
Bütün  bunlara  baxmayaraq,  1923-cu  ildə  çağırılmış  Lo-
zanna  konfransında  “Böyük  Ermənistan”  xülyası  müəy-
yən müddətə arxa plana keçirilmiş oldu.  
Bildiyimiz  kimi,  XX  əsrin  əvvəllərində  bəşəriyyət 
özünün ən təlatümlü dövrünü yaşamışdır. Birinci dünya 
müharibəsinə  cəlb  olunmuş  böyük  dövlətlər  iqtisadi  və 
siyasi cəhətdən durğunluq dövrünü keçirirdilər. Osmanlı 
imperiyası  da  belə  dövlətlərdən  biri  idi.  O  zaman 
Osmanlı imperiyasında türklərlə yanaşı bir çox xalqlar, o 
cümlədən  ermənilər  də  dövlət  idarəçiliyinə  cəlb  olun-
muşdular.  Hətta  ermənilər  maliyyə,  vergi  və  iqtisadi 
sahələrdə  çoxluq  təşkil  edirdilər.  Lakin  sonradan  ermə-
nilərə  havadarlıq  edən  iri  imperialist  dövlətləri  onlara 
məhz “Böyük Ermənistan” yaradılacağını vəd edərək, er-
mənilərdən  osmanlılara  qarşı  gizli  təxribatların  törədil-
məsini  tələb  edirdilər  və  nəticədə  Türkiyənin  şərq 
bölgələrində  Zeytunda,  İqdırda,  Qarsda,  Vanda  və  digər 
ərazilərdə türklərə qarşı kütləvi surətdə soyqırımı həyata 
keçirdilər.  Maraqlısı  ondan  ibarətdir  ki,  ermənilər  öz  
dövlətlərini  yaratmaqda  daha  çox  ruslara  bel  bağlayır-
dılar.  Bunu    vaxtilə  birinci  dünya  müharibəsi  ərəfəsində 
erməni  siyasətbazlarının  Tiflisdə  fəaliyyət  göstərən  Er-
məni  Milli  Bürosunun  prezidenti  ilə  Osmanlı  imperiya-
sına qarşı ermənilərin əməkdaşlıq planını tam hazırlamaq 
məqsədilə  Qafqaza  gələn  çar  II  Nikolaya  ünvanlanan  
məktubdan da açıq-aydın görmək mümkündür. Məktub-
da  qeyd  edilirdi:  “Bütün  ölkələrin  erməniləri  şanlı  rus 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
173 
ordusu  sıralarına  daxil  olmağa,  rus  silahının  qələbəsi 
naminə öz həyatlarını verməyə tələsirlər. Qoy rus bayrağı 
Bosfor  və  Dardanel  üzərində  azad  şəkildə  dalğalansın. 
Qoy zati-aliləri, türk zülmü altında yaşayan xalqlar sizin 
icazənizlə  azadlıq  qazansın.  Qoy  Türkiyədə  yaşayan  və 
İsa naminə əzab çəkən erməni xalqı Rusiyanın müdafiəsi 
altında  yeni  azad  həyatda  yaşasın”.  Bu  ideyalara 
köklənən  erməni  terrorçuları  rus  boyunduruğunu  qəbul 
edərək  dəstələr  şəkilində  qiyamçı  qruplar  yaratmışdılar. 
Bu  dəstələrin  hücumları  nəticəsində  demək  olar  ki  mü-
haribə  dövründə  2  milyondan  artıq  türkün  həyatına  son 
qoyulmuş,  şəhərlər,  kəndlər  dağıdılıb  viran  edilmişdir. 
Bütün  infrastruktur  məhv  edilmiş,  bölgənin  iqtisadi 
həyatına ağır zərbələr vurulmuşdur.  
XX  əsrin  20-ci  illərində  qondarma  “erməni  soy-
qırımı”nın  beynəlxalq  aləmdə  tanıdılması  istiqamətində 
bir  sıra  addımlar  atılmasına  baxmayaraq,  bu  sahədə  elə 
də ciddi “uğurlar” əldə edilmədi. 1923-cü ildə Lozannada 
keçirilən  konfransda  çoxsaylı  iştirakçı  ilə  təmsil  olunan 
Türkiyə  nümayəndə  heyətinin  ciddi  təpkiləri  sayəsində 
qondarma  “erməni  soyqırımı”  iddiaları  təmin  edilmədi. 
Hadisələrin  gedişatından  narahat  olan  daşnaqlar 
konfransın  təşkilinə  rəhbərlik  edən  ölkələrə  açıq  mək-
tublar  göndərməyə  başladılar.  Bu  proses  davamlı  xarak-
ter  almağa  başladı.  II  dünya  müharibəsindən  sonra  er-
məni  iddialarının  yenidən  gündəmə  gətirilməsi  sahə-
sində  canlanma  hiss  olunmağa  başladı.  Bu  haqda  ötən 
paraqraflarda  geniş  məlumat  verdiyimizdən  bir  daha 
həmin məsələlərə toxunmaq istəmirik. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
174 
Bu gün ermənilərin soyqırımı iddialarının dünyanın 
bir  sıra  yüksək  inkişaf  etmiş  ölkələrinin  qanunvericilik 
orqanlarında  müzakirə  olunaraq  qəbul  edilməsi  bü-
tövlükdə  həmin  dövlətlərin  türk  dünyasına  qarşı 
atdıqları  ən  böyük  səhv  addımlardan  biridir.  Türkiyəli 
mütəxəssislər  hesab  edirlər  ki,  dünya  ölkələrinin  “soy-
qırımı”  qərarlarını  qəbul  etməsində  5  amil  əsas  rol 
oynayır: 
1. Həmin ölkələrdə erməni azlığının təsiri; 
2. Türkiyəyə düşmən münasibət
3. Türkiyəni Avropa Birliyində görməmək istəyi
         4.  Özünün  törətdiyi  soyqırıma  ortaq  günahkar 
axtarmaq cəhdi; 
5. Din. 
Müharibə  bitdikdən  sonra  qərb  ölkələrində  ermə-
nilərin  uydurma  iddiaları  haqqında  çoxsaylı  kitablar, 
məqalələr  yazılmağa  başlandı.  Bir  sıra  fondlar,  banklar 
bu  işə  dəstək  verməkdən  çəkinmədilər,  əksinə  çoxlu 
miqdarda  vəsait  ayırmaqla  erməni  iddialarına  “sahib 
çıxmağa”  çalışdılar.  Bu  proses  bu  gün  də  davam  etmək-
dədir.  Qeyd  etmək  lazımdır  ki,  dünyanın  bir  çox  ölkə-
lərində yaşayan ermənilərin yaratdıqları ictimai birliklər, 
fondlar  və  hərəkatlar  əsassız  erməni  iddialarının  aparıcı 
qüvvəsi  və  maliyyə  qaynağıdır.  Dünya  erməni  təşkilat-
larının  fəaliyyətlərinin  əlaqələndirilməsi  məqsədilə  1979-
cu  ildə  Parisdə  I,  1983-cü  ildə  Lozannada  II,  1985-ci  ildə 
Sevrdə isə III konqresləri keçirilmişdir. SSRİ dağıldıqdan 
sonra  müstəqillik  qazanmış  Ermənistan  erməni  diaspor 
hərəkatları  və  terrorçu  təşkilatları  ilə  birgə  fəaliyyət 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə