CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
179 
hadisələri  barədə  daha  dolğun  şəkildə  məlumat  verərək 
yazırdı: “O vaxt (1915-ci il) Rusiyanın Qafqaz ordusunun 
tərkibində  böyük  sayda  erməni  könüllüləri  vardı.  Rus 
çarı II Nikolayın yağlı vədlərinə inanıb vəhşi Andranikin 
başçılığı  altında  təpədən-dırnağadək  silahlanmış  50  min 
nəfərlik könüllülər ordusu həmin vaxt yüz minlərlə dinc, 
silahsız  türkü  qılıncdan  keçirmişdi.  Rusiya  1915-ci  il 
aprelin  20-də  Türkiyə  ilə  sərhəddə  yaşayan  müsəlman 
əhalini son nəfərinədək qovub uşaqlı-böyüklü Türkiyəyə 
keçirmiş  və  ev-eşiklərini  yandırıb  külə  döndərmişdi. 
Rusiyanın  bu cinayətkar aksiyasından qəzəblənmiş türk 
hökuməti  də  buna  cavab  olaraq  Van  gölü  ətrafında 
yaşayan və türklərə qarşı qanlı mübarizədə ruslara böyük 
canfəşanlıqla  kömək  edən  satqın  erməniləri  müharibə 
zonasından ölkənin uzaq güşələrinə köçürmüşdü. Həmin 
köçürmə zamanı aclıqdan və xəstəlikdən minlərlə erməni 
öz  dünyasını  dəyişmişdi.  Sonralar  erməni  tarixçıləri  bu 
köçürməyə  “erməni  soyqırımı”  damğası  vurmuş  və 
türkləri  Yer  kürəsində  ifşa  hədəfinə  çevirmək  üçün  bu 
qondarma faktdan böyük ustalıqla istifadə etmişlər(178)”. 
1916-cı  ilin  fevral  ayının  16-dək  davam  etmiş  köçü-
rülmədə  702  min  900  nəfərə  qədər  qeyri-türk  millətinin 
yeri dəyişdirilmiş və ümumilikə, bu siyasət uğurla həyata 
keçirilmişdir.  Hökumət  əhalinin  təhlükəsizliyini  tam 
təmin  etmək  üçün  mühüm  tədbirlər  planı  işəyib  hazır-
ladı.  Bəhs  olunan  dövrdə  qış  mövsümünün  olduqca  sərt 
keçməsi  ilə əlaqədar olaraq əhalini tez bir zamanda yeni 
salınmış  yaşayış  məskənlərinə  çatdırılması  işinin  sürət-
ləndirilməsi  xüsusi  olaraq  qeyd  edilirdi.  Qeyd  edək  ki, 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
180 
əhalinin  dəvə  karvanlarından,  at  arabalarından,  vaqon-
lardan  istifadə  etməsi  onların  işini  daha  da  asanlaşdırdı. 
Hökumət bunun üçün dövlət xəzinəsindən ilkin olaraq 85 
milyon  lari  vəsaitin  ayrılması  ilə  bağlı  qərar  qəbul  etdi. 
Ümumilikdə, hökumət bu    işin öhdəsindən  çox ustalıqla 
gələ bildi. 
I  Dünya  müharibəsi  başa  çatdıqdan  sonra  sultan 
hökuməti  köçürülmüş  ermənilərin  yenidən  öz  əvvəlki 
yerlərinə  qayıtması  ilə  əlaqədar  qərar  qəbul  etdi.  Nəti-
cədə,  Suriya  və  Mesopotomiya  ərazilərinə  köçürülmüş 
500  minə  yaxın  erməni  əhalisi  öz  əvvəlki  yaşayış 
yerlərinə qayıtmağa başladı. 
Artıq  müharibə  başa  çatsa  da  qalib  dövlətlər 
Osmanlı  imperiyasını  təslimçi  sülh  müqaviləsini  imza-
lanmağa  məcbur  etdilər.  Beləcə,  Sevr,  Mudros  mü-
qavilələri ilə imperiyanın bir sıra mülkləri qalib dövlətlər 
arasında  bölüşdürüldü.  Məhz  bundan  sonra  ölkədə 
gündən-günə vüsət alan milli-azadlıq hərəkatı qarşısında 
duran əsas məsələ imperialist qüvvələri ölkə ərazisindən 
təmizləmək  və  sərhədlərin  təhlükəsizliyini  təmin  etmək 
idi.  Müvəffəqiyyətlə  nəticələnən  azadlıq  mübarizəsi  ilə 
məğrur türk milləti  öz ata - baba torpaqlarını imperialist 
qüvvələrdən təmizləmiş oldu. Bununla barışmayan Qərb 
dövlətləri  1923-cü  ildə  Lozonnada  toplaşaraq  Türkiyə 
Cumhuriyyətini  1915-ci  il  hadisələri  ilə  əlaqədar  ittiham 
etməyə  başladılar.  Lakin  türk  nümayəndə  heyətinə  rəh-
bərlik  etmiş  İsmət  Paşanın  tutarlı  faktlara  əsaslanan 
çıxışları  konfransa  qatılmış  erməni  nümayəndə  heyətini 
və  onlara  havadarlıq  edən  qüvvələri  susmağa  məcbur 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
181 
etmişdir.  Lozonnada  məğlubiyyətə  uğramış  erməni  lob-
bisi  öz  mənfur  missiyasını  artıq  beynəlxalq  təşkilatların 
mötəbər  tribunalarında  və  bəzi  dövlətlərin  parlament-
lərində təbliğ etməyə nail olmuş,  hətta  bu günə kimi  20-
dən  artıq  dövlətin  qanunverici  orqanlarında  bununla 
bağlı  müvafiq  qərarlar  qəbul  etdirmişlər.  Bununla 
kifayətlənməyən  ermənilər  1991-ci  ildə  qəbul  edilmiş 
Ermənistan Respublikasının “Müstəqillik Aktı»”nın 11-ci 
maddəsində  qondarma  “erməni  soyqırımı”nın  beynəl-
xalq  miqyasda  tanıdılması  Ermənistan  Respublikasının 
xarici siyasət strategiyasının tərkib hissəsi kimi” göstəril-
miş  və  maddə  olduğu  kimi  Ermənistan  Konstitusiyasına 
daxil edilmişdir. 
Qeyd  edək  ki,  2015-ci  ildə  qondarma  erməni 
soyqırımının  100-cü  ildönümü  yaxınlaşmaqdadır  və  bü-
tün  erməni  diaspor  təşkilatları  və  lobbisinin  bu  törəni 
böyük  izdihamla  qeyd  edəcəkləri  gözlənir.  Bununla 
əlaqədar  olaraq  dünya  dövlətlərini  bu  problemin  həllinə 
yönəltməyə  çalışan  erməni  diaspor  təşkilatları  məhz  bu 
illərdə daha da fəallaşmağa çalışacaqlar. Onların Türkiyə 
və  eləcə  də  dünya  türklərinin  beynəlxalq  imicinə  zərbə 
vura  biləcək  yeni  iyrənc  kompaniyalara  əl  atacaqları 
şəksizdir.  Deməli,  bütün  türk  dünyası  sərsəm  erməni 
iddialarına  qarşı  mübarizəni  daha  da  gücləndirməli, 
müdafiə  taktikasından  birbaşa  hücum  taktikasına  keç-
məyi  planlaşdırmalıdır.  Bu  istiqamətdə  görülən  işlər 
daha  da  gücləndirilməlidir.  Ölkələrarası  münasibətlər 
inkişaf etdirilməli və  diaspor  qurumları arasındakı möv-
cud əlaqələr daha da intensivləşdirilməlidir. 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə