CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə58/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
187 
ması  üçün  Qərb  Bürosuna  göndərir,  digər  kağızlar  isə 
məhv edilir... 
 
Məsul  Orqan 
 
54.Məsul  Orqan  Ümumi  Məclis  tərəfindən  seçilir. 
Məsul  Orqan  müəyyən  edilmiş  rayonda  fəaliyyətə  rəh-
bərlik edir və iri idarələrin mövcudluğuna, onların fəaliy-
yətinə cavabdehdir. 
Qeyd: Məsul Orqanların üzvlərinin sayı və yerləşmə 
yeri Ümumi Məclis tərəfindən təyin olunur. 
55.  Məsul  Orqan  ən  azı  5  nəfərdən  təşkil  olunur. 
Onların  3-ü  Ümumi  Məclis  tərəfindən,  ikisi  isə  rayonun 
Mərkəzi Komitəsi tərəfindən seçilir. 
56.  Çatışmayan  üzvün  yerinə  yeni  üzv  rayon 
Bürosunun və digər yoldaşların məsləhəti ilə seçilir. 
57.  Məsul  Orqan  yerləşdiyi  fəaliyyət  dairəsi  olan 
rayonda rəhbər rola malikdir... 
63.Məsul  Orqanlar  öz  rayonlarında  ən  azı  ildə  bir 
dəfə tabe olan bütün orqanları yoxlamalıdır. 
64.  Məsul  Orqanların  pul  böhranı  zamanı  qonşu 
komitələrdənolan  bir  üzvü  və  ya  Bürodan  olan  bir 
yoldaşı,  vəsait  axtarmaq  üçün  başqa  yerlərə  göndərmək 
hüququ var. 
 
Büro 
 
65. İttifaqın (“Daşnaksütyun”) iki Bürosu var: 
     a) Şərq; 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
188 
     b) Qərb 
66. Büro ümumi və Rayon Məclislərinin qərarlarına 
nəzarət  etməyə  və  təşkilatların  qayda-qanunlarını  qeyd 
etməlidir. 
67.  Büro  rayon  Mərkəzi  Komitəsi  ilə  təşkilatın  işi 
ərzində onunla əlaqə saxlayır və ən azı 6 ayda bir dəfə öz 
fəaliyyəti haqqında Mərkəzi Komitəyə hesabat hazırlayır. 
68.  Büro  ehtiyac  olduğu  zaman,  yerli  nüma-
yəndələrin  razılığı  ilə  Mərkəzi  Komitəyə  bu  orqanın 
gücləndirilməsi  üçün  bərabərhüquqlu  yoldaşları  ora 
göndərə bilər. 
69.  Büro  Ümumi  Məclisin  siyahısı  əsasında  pulun 
xərclənməsi işində tənzimləyici rol oynayır. 
70. Yalnız Büro möhürə və dəftərxana ləvazimatının 
istifadəsi üçün qaydaları hazırlamaq hüququna malikdir: 
Qeyd:  a)  Ancaq  Büro,  Mərkəzi  Komitələr  xüsusi 
nişanlardan istifadə etmək lazımdır. 
    b)  Rayonun  Mərkəzi  Komitəsi  təşkilatların 
peşəkar birliyinə möhür verir. Möhürün forması İttifaqın  
möhürünün  formasından  fərqli  olmalıdır.  Bunu  Rayon 
Məclisi müəyyən edir... 
73.  Büro  ilin  sonunda  onun  səlahiyyətində  olan 
orqanların  hesabatı  haqqında  rəy  verməli  və  bunu 
Mərkəzi Komitəyə bildirməlidir. 
74. Büro qəbul etdiyi vacib qərarların protokollarını 
qoruyub saxlamalıdır. 
75.  Büro  Ölkədən  (burada  Ölkə  dedikdə  xəyali 
“Türkiyə  Ermənistanı”  nəzərdə  tutulur-S.İ)  aldığı  mək-
tublara 3 gün ərzində cavab verməlidir. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
189 
76. 
Büronun 
üzvləri 
arasında 
iş 
bölgüsü 
aparıldıqdan  sonra  onlar  birlikdə    Ümumi  Məclisin 
qarşısında  öz  bütün  işlərinə  görə    in  corpore  (?)  ca-
vabdehdir. 
 
Şərq Bürosu 
 
77. Şərq Bürosu rayonuna daxildir: 
     a)  Ölkə:  Kirasan-Xarbert-Tiqranakertdən  (Girə-
sun-Harput-Diyarbəkir – S.İ) şərqə tərəf olan ərazi
     b) Qafqaz, Rusiya və Farsıstan. 
78.  Şərq  Bürosu  ən  azı  7  üzvdən  ibarət  olur.  Onlar-
dan  beşini  Ümumi    Məclis,  birini  isə  Ölkənin  Məsul 
Orqanları  seçir  (digər  bir  nəfərin  hansı  orqan  tərəfindən 
seçilməsi barədə məlumat yoxdur- S.İ.)... 
79.  Şərq  Bürosunun  yerləşməli  olduğu  şəhəri  isə 
Qafqaz Rayon Məclisi müəyyən edir. 
80. Şərq Bürosunun azı 3 üzvü ancaq inqilabi işlərlə 
məşğul  olmalıdır.  Onların  yaşamaq  üçün  zəruri  ehtiyac-
larını təşkilat ödəyir. 
81.  Şərq  Bürosu  vacib  məsələlərin  həlli  ilə  bağlı 
fövqəladə Rayon Məclisini çağırır... 
 
Qərb Bürosu 
 
85. Qərb Bürosu rayonuna daxildir: 
   a)  Kirasan-Xarbert-Tiqrakakertdən  (Girəsun-Har-
put-Diyarbəkir) qərbə tərəf, Kiçik Asiya


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
190 
      b)  Balkan  yarımadası,  Amerika,  Misir  və  Rusiya 
ilə Farsıstandan başqa bütün digər ərazilər 
86. Qərb Bürosu üç nəfəri Ümumi Məclis,  iki  nəfəri 
Qərb  Bürosu  rayonunun  Məsul  Orqanları    tərəfindən 
seçilən 5 üzvdən ibarətdir. 
87. Əgər hansısa bir səbəbdən Qərb Bürosunda üzv 
çatışmazlığı  olduqda,  Şura  və  yaxud  Rayon  Məclisi 
tərəfindən yeni üzv təyin olunur. 
Qeyd:  Qərb  rayonunun  məclisində  daxili  qaydalar 
üçün nizamnamə qəbul edilir. 
88.  Qərb  Bürosu,  özünün  ümumi  təşkilat  işlərindən 
başqa: 
 a) Ümumi Məclisin təlimatlarını əldə rəhbər tutaraq 
“Droşak”  (“droşak”  sözü  “bayraq”  mənasını  verir  və 
Erməni  İnqilab  İttifaqı  “Daşnaksütyun”un  əsas  mətbuat 
orqanının adı olub-S.İ) və digər nəşrləri erməni və xarici 
dillərdə dərc etdirmək
     b)  Xarici  dillərdə  erməni  məsələsinə  həsr  olun-
muş nəşrləri buraxır; 
     c) Ölkədən xaricdə təbliğatla məşğul olur
89.  Qərb  Bürosu  kömək  məqsədilə  üçün  daşnak 
yoldaşları dəvət etmək hüququ verilir: 
a)  redaksiyada;  b)təbliğat  üçün;      c)  yerli  işlərin 
idarəçiliyində. 
Bu  yoldaşlar  yalnız  özlərinə  tapşırılmış  işlərdə  Bü-
rodan yoldaşlar ilə bərabər səs hüququna malikdir. 
90.  Büro  öz  üzvlərindən  bir  ya  iki  nəfərin  rayonun 
işləri  ilə  səyyar  agent  kimi  məşğul  olmasının  qayğısına 
qalmasıdır. 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə