CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə55/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
175 
göstərir,  dünya  erməni  fondları  və  təşkilatlarından  külli 
miqdarda  maliyyə  yardımı  alaraq  erməni  terror 
təşkilatlarının  sponsoru  rolunu  oynayır,  onların  fəaliy-
yətlərini planlaşdırır və əlaqələndirir. (21,  21) Son illərdə 
dünyanın  bir  sıra  iri  şirkətləri,  bankları  və  fondlarının  
Türkiyəyə  qarşı  təzyiqləri  daha  da  güclənmişdir.  Dün-
yanın  ən  böyük  şirkətlərindən  biri  olan  və  İngiltərəyə 
məxsus “British Airways”, dünyanın 77 ölkəsində xüsusi 
nümayəndəliyə  malik  “HSBC”  bankı,  ABŞ-a  məxsus 
“AKSA”  Sığorta  Şirkətinin  erməni  şəbəkələri  ilə  əmək-
daşlığı  haqqında  dəqiq  faktlar  üzə  çıxarılmışıdır.  Həmin 
maliyyə  təsisatlarının  beynəlxalq  səviyyədə  uydurma 
“erməni  soyqırımı”  haqqında  elmi  konfransların  keçiril-
məsinə  və  bu  istiqamətdə  nəşr  edilən  kitablara  maliyyə 
dəstəyi vermələri artıq sübutlarla təsdiq edilib. Xatırladaq 
ki,  adını  çəkdiyimiz  bankın  dünyanın  müxtəlif  region-
larını  birləşdirən  120  milyondan  artıq  müştərisi  vardır. 
Qazi  Universitetinin  professoru  İlkay  Orxan  bu  kom-
paniyanın  səbəbləri  haqqındakı  izahatlarında  yazır: 
“Həmin maliyyə sektorlarının Türkiyədə çox geniş  şəbə-
kələri  var.  Türkiyə  vətəndaşlarının  həmin  banklarda 
əmanətləri  saxlanılır.  Ölkə  vətəndaşlarının  hesabına 
qazanc əldə edən bu şirkətlər və bankların öz gəlirlərinin 
bir  hissəsini  uydurma  “erməni  soyqırımı”nın  tanıdıl-
masına  yönəltmələri  barədə  bizim  əlimizdə  çox  ciddi 
faktlar var(8, 10)”.  
Qondarma “erməni soyqırımı”nın beynəlxalq maliy-
yə  resurlarından  biri  də  “AKSA”  Sığorta  Şirkətidir. 
Mərkəzi ofisi ABŞ-da yerləşən bu şirkətin dünyanın əksər 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
176 
dövlətlərində xüsusi  nümayəndəlikləri  fəaliyyət göstərir. 
Bu şirkət 1915-ci il qondarma “erməni soyqırımı” qurban-
larının sağ qalmış ailə üzvlərinə maddi təzminat ödəmək 
barədə  xüsusi  qərar  qəbul  edib.  Bu  gün  ABŞ,  İngiltərə, 
Fransa,  Kanada,  Belçika,  İsveç,  İsveçrə  və  digər  dövlət-
lərdə  yaşayan  ermənilər  “soyqırımı  qurbanları”  olmaları 
barədə  bu  sığorta  şirkətinə  sənədlər  təqdim  etməkdə-
dirlər.  HSBC  Bankın  Yerevandakı  təmsilçiliyinin  müra-
ciətində qeyd edilir: “Ermənistanda 1915-ci il erməni soy-
qırımının  qurbanı  olmuş  1353  nəfərə  sığorta  şəklində 
maliyyə  yardımları  olunacaq.  Bunun  üçün  bankın  hesa-
bından 3 milyon 650 min dollar vəsait ayrılacaq. Bizim bu 
addımı  atmağımıza  səbəb  isə  ABŞ-a  məxsus  “New  York 
Life”  Sığorta  şirkətidir.  Bu  şirkət  uzun  illərdir  ABŞ, 
Fransa  və  digər  dövlətlərdə  1915-ci  il  qurbanları  barədə 
müvafiq  sənədlər  toplamaqla  məşğuldur.  “Nyu  York 
Life”  Sığorta  Şirkətinin  əsas  hədəfi  26  dövlətdə  yaşayan 
ermənilərə  119  milyon  həcmində  təzminatların  ödənil-
məsini  təmin  etməkdədir.  Məlumat  üçün  qeyd  edək  ki, 
ötən  əsrin  sonlarında  bu  şirkətin  himayədarlığı  ilə  ABŞ-
da  ermənilər  “soyqırım”ı  iddiasını  gündəmə  gətirməklə 
məhkəmələrdə  hətta  qələbə  çala  biliblər.  Hal-hazırda  20 
milyon  dollar  həcmində  2500  erməni  vətəndaşına 
maliyyə  yardımlarının  ödənilməsi  planlaşdırılıb.  Çünki 
bu  vətəndaşların  əcdadı  olmuş  şəxslər  bir  zamanlar 
Osmanlı  dövlətində  yaşamaqla,  həm  də  ABŞ-a  məxsus 
sığorta  şirkətlərinin  uzvü  olublar(8.  10),  Bununla  yanaşı 
ermənilərin  əsas  tələbi  Osmalı  imperiyasinin  hüquqi 
varisi  olan  Türkiyədən  vaxtilə  1915-ci  il  hadisələri  ilə 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
177 
bağlı  həyatlarını  itirmiş  çoxsaylı  erməni  qurbanlarına 
dəymiş zərərin Ermənistana ödənilməsidir. Maraqlıdır ki, 
Türkiyə  hökuməti  bu  tələbi  qəbul  edərsə,  təzminatın 
məbləği milyonlarla yox, milyard dollarlarla ölçüləcəkdir. 
Bu da  sonda Türkiyənin  iqtisadi-siyasi qüdrətinin zəiflə-
məsinə və günahkar dövlət və ya millət obrazını öz üzə-
rinə  götürəcəyinə  gətirib  çıxaracaqdır.  Ümumiyyətlə,  bu 
plan  qərb  dairələrində  işlənib  hazırlandığına  görə,  onlar 
Türkiyənin  gündən-günə  güclənən  hərbi,  iqtisadi  və 
siyasi qüdrətinə qısqanclıqla yanaşır və bu ölkənin yaxın 
gələcəkdə dünyanın 10 iqtisadi cəhətdən ən güclü dövləti 
sırasına  yüksələcəyini  həzm  edə  bilmirlər.  Ona  görə  də 
böyük  dövlətlərin  əsas  niyyəti  mütəmadi  olaraq    erməni 
maşınını  işə  salmaqla  dövlətin  başını  daxili  problemlərə 
qatmaq və onun beynəlxalq və regional məsələlərə aktiv 
müdaxiləsini sıfıra endirməkdir.   
 
 
 
 
 
 
 
 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
178 
NƏTİCƏ 
 
Məlum  olduğu  kimi,  XIX  əsrin  sonu–XX  əsrin 
əvvəllərində  Osmanlı  imperiyası  öz  mülkərini  itirmək 
təlükəsi  ilə  üzləşmişdi.  Anadolunun  Avropanın  iri 
kapitalist  ölkələri  arasında  parçalanma  təhlükəsi  ilə 
üzləşməsi,  milli  kapitalın  formalaşmasında  yaradılmış 
süni  maneələr,  orduda  nizam-intizamın  getdikcə  zəiflə-
məsi  və  digər  amillər  Osmanlı  hökumətini  Almaniya  ilə 
olan  münasibətləri  bir  qədər  də  yaxşılaşdırmağa  sövq 
edirdi. Məhz bu təhlükələrin vaxtında qarşısının alınması 
üçün  sultan  hökuməti  Almaniya  imperatorluğu  ilə  bir 
ittifaqda Antanta ölkələrinə qarşı mübarizəyə başladı. Be-
ləliklə, I Dünya müharibəsinin başlanmasına gətirib çıxa-
ran bu siyasət Osmanlı imperiyasının iflasına səbəb oldu. 
Müharibənin ən şiddətli vaxtlarında Osmanlı təbəəsi 
olan  ermənilərin  öz  vətənlərinə  xəyanətkar  əməlləri 
nəticəsində  ölkənin  Şərqi  Anadolu  bölgəsi  tamamilə 
düşmən  ordusu  tərəfindən  işğal  olundu.  Aramsız 
hücumlar nəticəsində qədim tarixə və mədəniyyətə malik 
kənd  və  qəsəbələr  tanınmaz  hala  düşdü.  Yüzminlərlə 
türk  vətəndaşının  qanının  töküldüyü  bu  yurdda  həyat 
tamamılə iflic vəziyyətə düşdü. Hökuməti hiddətləndirən 
də oz ölkəsinin vətəndaşlarının ona qarşı silah çevirməsi 
idi.    Ermənilərin  xəyanətkar  əməllərindən  ehtiyatlanan 
sultan  hökuməti  27  may  1915-ci  ildə  erməni  millətçi 
ekstremistlərinin  və  komitəçi  ermənilərin  Suriya  və 
Mesopotomiya  ərazilərinə  köçürülməsi  ilə  bağlı  qərar 
qəbul  etdi.  Məşhur  Amerika  tarixçisi  S.C.Şou  1915-ci  il 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə