Qondarma erməni soyqırımı faktların dili ilə
195
123. Tələbələr. Tələbə daşnaklar xaricdə və Rusiyada
Ümumi Məclisdə iştirak edirlər. Bunun üçün xaricdə
onların sayı 100-dən az, Rusiyada isə 200-dən az olma-
malıdır.
124. Bu tələbləri ödəməyənlər Ümumi Məclisdə
iştirak etmək hüququndan məhrum olur.
Pul vasitələri
125. Pul vasitələrinə daxildir;
a) üzvlərin vergiləri (gəlirin 2%-dən 10%-nə kimi);
b) ianə;
c) abunə;
ç) təsadüfi gəlirlər.
126. Hər daşnak hər ay gəlirinin ən azı 2%-ni
İttifaqın yerli orqanlarının kassasına keçirməlidir.
Qeyd: 3 ay vergisini ödəməyən daşnak vergini
ödəyənədək səs hüququndan məhrum olunur.
127. Vergi toplamaq hüququ yalnız daşnak orqan-
larına məxsusdur.
128. Pul toplanması zamanı güc tətbiq olunması qəti
surətdə qadağan olunur...
Mühasibat
130. Təşkilatlar insanlara pul, silah və əşyaları onlar
məxaric kitablarını imzaladıqdan sonra verməlidirlər...
Qondarma erməni soyqırımı faktların dili ilə
196
142. Pul orqanın məsul şəxsinin nəzarəti ilə
götürülür, amma orqanın möhüründən və adından
istifadə olunmur.
143. Təşkilatların ümumi gəlirlərinin 5%-i Büronun
kassasında inqilabi fondun qurulması məqsədilə ehtiyat-
da saxlanılmalıdır. Bu kapitalın xərclənməsi hüququ və
ixtiyarı Məclisə məxsusdur.
Müavinət
144. Hər çalışqan daşnak öz əməyi ilə yaşamağa
borcludur:
a) Fərdi məşğuliyyəti öhdəsinə götürdüyü işin
icrasına zərər vermədiyi halda;
b) Üzərinə götürdüyü vəzifəni icra etdikdən sonra
və ya başqa rayona çağırıldıqdan sonra heç bir vəzifə
tapşırılmadıqda şəxsi fəaliyyətlə məşğul ola bilər.
145. Əvvəlki maddənin b bəndində göstərildiyi
halda təşkilat və yoldaşları ona iş tapmağa borcludur və 2
ay müddətində onun xərclərini İttifaqın hesabından
ödəməlidirlər.
Qeyd: Bu maddədə öz əksini tapmış müavinət
üzvün rayon Komitəsindən çıxdığı gündən deyil, işdən
çıxdığı gündən hesablanır.
146. Təşkilatın işi ilə məşğul olan yoldaşların
ailələrinə təşkilatın vəsaitindən heç nə verilmir.
Qeyd: a) Böhran hallarında belə yoldaşları Qırmızı
Xaçın vəsaitindən yardım verilə bilər;
Qondarma erməni soyqırımı faktların dili ilə
197
b)QX-nin daxili quruluşu barədə nizamnamə
Rayon Məclisi tərəfindən hazırlanır.
Hərbi qruplar
147. İnqilabi təşkilatlar işlərini həyata keçirmək üçün
hərbi qruplar təşkil edir.
148. Hər qrup 10 döyüşçüdən ibarət olmalıdırş
149. Hər döyüşçü İttifaqın layihəsi ilə tanış olmağa
və onu həyata keçirmək üçün xidmət etməyə hazır
olmağa borcludur.
150. Hərbi qruplar yerli orqanlar və Büro tərəfindən
buraxılmış təlimatlarla idarə olunur.
151. Hər döyüşçü şəxsi işi ilə məşğul olmağa
borcludur. Bu zaman o, döyüşçü kimi inqilabi təşkilata
qatılmalıdır.
Qeyd: Aktiv iş gördüyü zaman döyüşçü orqan
tərəfindən bütün zəruri yaşayış vasitələri ilə təmin
olunur.
Birliklər
152. Birliklər bölünür:
a) peşə birliklərinə;
b) kənd birliklərinə;
153. Peşəkar birliklərin məqsədi fabrik işçilərini və
sənətkarları peşələrinə və onların maraqlarının müdafi-
əsinə görə qruplaşdıırmaqdır.
154. Kənd birliklərinin məqsədi rəhbər yoldaşlarla
əlaqədə olaraq kəndlilərin ictimai maraqlarını qorumaq
Qondarma erməni soyqırımı faktların dili ilə
198
və onları sələmçilərdən, mülkədarlardan və digər
istismarçılardan qurtarmaq üçün xidmət etməkdir.
Qeyd: Peşə və kənd birlikləri ilə paralel və ya
onlardan azad şəkildə kooperativ birliklər də qurula
bilər.
Terror
155. Terror iki cür ola bilər;
a) Siyasi;
b) Təşkilati;
156. Ancaq Mərkəzi Komitələr və Məsul Orqanlar
terrorla bağlı qərar qəbul edə bilər. Qərar yekdilliklə qə-
bul olunmalıdır.
157. Ağır təşkilatı nöqsanar (pul və silahı mənim-
səmə) və cinayətə (satqınlıq, xəyanət və yoldaşların
öldürülməsi) görə terror cəzasının tətbiq edilməsi yalnız
başqa orqanların ( Mərkəzi Komitə üçün Məsul Orqanın,
Məsul Orqan üçün Büronun) razılığı zamanı müm-
kündür.
Qeyd: Ölkədə Mərkəzi Komitə razılığı Məsul
Orqandan alır, ikinci olmadığı halda razılıq qonşu
Mərkəzi Komitədən alınır. Məsul Orqan Büroya müraciət
etmir.
İnqilabi mətbuat
158. Daşnakların mətbuatı təşkilatın layihəsini mün-
təzəm izləməyə və layihənin əsas ideyalarını yaymağa
borcludur.
Dostları ilə paylaş: |