CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə50/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
159 
iddiasını,  yəni  onların  kütləvi  şəkildə,  qəsdən  qətlə 
yetirilməsi “faktını” qətiyyətlə təkzib etdi. Amma artıq iş-
işdən keçmişdi. Bəzi siyasi liderlərin və parlament xadim-
lərinin  simasında  Fransa  özünün  NATO  üzrə  müttəfi-
qinin,  Şərqi  Avropanın  iri  dövləti  olan  Türkiyə  ilə  mü-
nasibətlərinin kəsiknləşməsinə rəvac verdi.(5, 23) Məlum 
olduğu  kimi,  fransızların  bu  əməli  Türkiyədə  qəzəbli 
etiraz dalğalarının kükrəməsinə səbəb oldu. Dərhal fran-
sız şirkətlərinə qarşı iqtisadi sanksiyalar tətbiq edildi  
Xatırladaq  ki,  dünyada  ən  böyük  və  güclü  nüfuza 
malik yəhudi lobbisinin və İsrailin rəsmi dəstəyini qazan-
mağa  çalışan  erməni  lobbisi  də  öz  arzusuna  çata  bilmə-
mişdir. Onlar saxta “erməni  soyqırımı”nın  “Xlolokorst”a 
bənzətməyin  mükün  ola  biləcəyini  düşünürlər  və  fəaliy-
yətlərini  də  bu  istiqamətdə  müəyyənləşdirmişlər.  Lakin 
Yaxın  Şərq  regionuna  nəzarət  edən  İsrail  ilə  Türkiyə 
arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olması və 
hər  iki  ölkənin  hava  məkanının  açıq  olması  bu  ölkələri 
bir-biri  ilə  daha  da  yaxınlaşdırmışdır.  Amma  bu  iki  öl-
kənin  yaxınlığından  qorxuya  düşən  Ermənistan  höku-
məti beynəlxalq aləmdə İsrailin dəstəyini qazanmaq üçün 
əlindən  gələni  etməkdədir.  İsrail  hökuməti  isə  1915-ci  il 
olaylarının  heç  bir  şəkildə  “Xolokorst”a  bənzəmədiyini 
və  soyqırımı  iddialarının  uydurma  olduğunu  bəyan 
etməkdədir.  İsrailin  bu  sərt  bəyanatlarına  qarşılıq  olaraq 
Ermənistan  hökuməti  bu  ölkədə  yaşayan  az  sayda 
Yəhudinin tezliklə ölkədən deportasiya ediləcəyi ilə İsrail 
hökumətini hədələdi. Qeyd edək ki, müstəqillik əldə edil-
dikdən sonra, Ermənistan ərazisində 1000-ə yaxın yəhudi 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
160 
yaşadığı halda 2001-ci ilin rəsmi məlumatlarına görə artıq 
Ermənistan  ərazisində  yəhudi  əhalisinin  sayı  100-ə  çat-
mışdır.  Bu  da  İsrail  ilə  Ermənistan  arasında  yaranmış 
gərgin siyasi münasibətlərin nəticəsidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
161 
 
IV FƏSİL 
 
HAY DAD (“ERMƏNİ MƏHKƏMƏSİ”) 
İDEOLOGİYASININ
 
HÜQUQİ-SİYASİ MAHİYYƏTİ,  
VƏ ƏSAS HƏDƏFLƏRİ  
 
XIX  əsrin  80-90-cı  illərində  Avropanın  kapitalist 
ölkələrinin  Türkiyəyə  olan  münasibəti  bir  qədər  də  sərt-
ləşdi.  İstər  bölgədə,  istərsə  də  regionda  sənaye  sahə-
lərinin  və  iri  ticarət  mərkəzlərinin  ələ  keçirilməsi  uğ-
runda  gedən  mübarizə  Anadolu  ərazilərində  bu  dövlət-
lərin siyasi və iqtisadi maraqlarının toqquşması ilə nəticə-
ləndi.  Berlin-Bağdad  dəmir  yolu  xəttinin  çəkilməsində 
israrlı  görünən  Almaniyanın  istəklərinə  qarşı  Rusiya  və 
İngiltərənin  təpki  göstərməsi  mövcud  ziddiyyətləri  bir 
qədər  də  gərginləşdirdi.  İngiltərədə  sənaye  mallarının 
anbarlarda yığılıb qalması bu ölkənin yeni satış bazarları 
ələ keçirmək istəyinindən xəbər verirdi. Bəhs olunan döv-
rdə  isə  Yaxın  Şərq  regionu  bu  maraqların  təmin  olun-
masında ən real bazar idi. Məhz bu bazarların ələ keçiril-
məsi uğrunda böyük güclərin apardığı mübarizə XX əsrin 
əvvəllərində özünün ən gərgin fazasına qədəm qoydu. 
Hadisələrin  bu  məcrada  inkişaf  etməsi  erməni 
millətçi  ekstremistlərinin  və  quldur  dəstələrinin  bu 
ərazilərdə fəallaşmasına yol açmış oldu. Bölgəyə iqtisadi 
maraqlar  arxasınca  gələn  yırtıcı  qüvvələr  burada  möh-
kəmlənmək  məqsədilə  xırda  etnik  qruplardan  öz  məq-
sədləri  üçün  istifadə  etməyə  başladılar.  Şərqi  Anadolu 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
162 
bölgəsində  özünə  sığınacaq  tapmış  erməni  etnosunun 
“bacarıq”larından  mümkün  qədər  faydalanmağı  daha 
məqsədəuyğun  hesab  edən  bu  qüvvələr  onların  imkan-
larından da istifadə etməyə başladılar. Bu və ya digər for-
mada  erməniləri  təmin  edən  dövlətlər  erməni  milli 
ideologiyasını  kökündən  dəyişdirərək  onları  qonşu 
xalqlara  qarşı  qaldırmağa  başladılar.  Belə  bir  zamanda     
Rusiyada  təhsil  almış  bir  qrup  erməni  gəncinin  də  yeni 
ideyalarla  çıxış  etməsi  “erməni  məsələsi”nin  daha  da 
canlanmasına  yol  açmış  oldu.  Yenicə  yaranmış  Daşnaq-
sütyun partiyasının bir qrup fəalının iştirakı ilə ümumer-
məni  irqi  milli  hərəkatının  gələcək  istiqamətlərinin 
müəyyənləşdirilməsi  ilə  bağlı  toplantı  keçirildi.  Uzun 
əsrlər  boyu  türklərlə  dinc  və  əmin-amanlıq  şəraitində 
yaşayan  ermənilər  toplantıda  əsas  hədəflərini  müəy-
yənləşdirdilər. Əsas hədəflər dedikdə burada ilk növbədə 
üsyanlar,  qiyamlar  təşkil  etmək,  bölgəni  silah  anbarına 
çevirmək,  partiyaların  və  siyasi  təşkilatların  regional 
mərkəzlərini  yaratmaq,  kilsənin  fəaliyyətini  genişlən-
dirmək  və  üsyanın  idarə  olunmasında  kilsədən  bir 
mərkəz  kimi  istifadə  etmək,  bölgənin  yerli  türk  əhalisini 
buradan sıxışdırıb-çıxarmaq, bölgədə Rusiyanın himayəsi 
altında  bir  erməni  muxtariyyəti  yaratmaq,  imperiyanın 
digər  ərazilərində  pərakəndə  şəkildə  yaşayan  erməniləri 
buraya  köçürməklə  yetərsay  üstünlüyə  nail  olmaq  idi. 
Bütün  bu  məsələlərin  hansı  formada  həyata  keçirilməsi 
məqsədilə  partiyanın  I  qurultayının  çağrılması  qərara 
alındı. 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə