CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə47/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
149 
miş ordunun geri çəkilməsini təmin etmək və erməni id-
dialarını təmənnasız yerinə yetirməkdən ibarət idi.   
1991-2001-ci  illərdə  Ermənistan  hökumətinin  digər 
ölkələrin  qanunverici  orqanlarında  (Kanada,  Argentina, 
Uruqvay,  İsveçrə,  Norveç  və  s.)  “erməni  soyqırımı”  ilə 
bağlı qəbul etdirmiş olduğu qərarlar onun xristian bloku 
ölkələri  arasındakı  mövqelərini  daha  da  möhkəm-
ləndirmişdir. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
150 
3.3. Qondarma “erməni soyqımı”nın beynəlxalq 
aləmdə tanıdılmasında Ermənistan Respublikasının 
fəaliyyəti (1991-2001) 
 
II  Dünya  müharibəsinin  başa  çatmasından  sonra 
beynəlxalq  münasibətlər  sistemində  yeni  bir  mərhələnin 
əsası  qoyuldu.  “Soyuq  müharibə”  adlandırılan  bu  mər-
hələdə  dünya  dövlətləri  iki  cəbhədə,  sosializm  və  kapi-
talizm  düşərgəsində həm iqtisadi-mədəni həm də, siyasi 
sahədə  bir-birləri  ilə  gizli  formada  mübarizə  aparırdılar. 
Sosializm  düşərgəsinin  ən  böyük  dövləti  olan  SSRİ  ilə 
ABŞ  arasında  yaranmış  gərginliyin  tezliklə  aradan 
qaldırılması  üçün  hər  iki  ölkənin  rəhbərləri  M.Qor-
baçovla  R.Reyqan  arasında  1985-ci  ilin  noyabrında 
Cenevrədə,  1986-cı  ilin  martında  Reykyavikdə,  1987-ci 
ilin  dekabrında  Vaşinqtonda  zirvə  görüşləri  keçirildi. 
1989-cu  ilin  2-3  dekabrında  SSRİ və  ABŞ  dövlət  başçıları 
M.Qorbaçovla C.Buş arasında baş tutmuş Malta görüşün-
dən  sonra  beynəlxalq  münasibətlərdəki  gərginlik  tama-
milə  zəiflədi.  Bir-birinin  ardınca  keçirilən  görüşlərə 
baxmayaraq,  80-ci  illərin  sonu  90-cı  illərin  əvvəllərində 
SSRİ daxilində mərkəzdənqaçma meyllərinin güclənməsi, 
yenidənqurma,  sürətli  silahlanma,  xarici  təzyiqlər  və 
digər  səbəblər  nəticəsində  ölkə  tənəzzülə  uğradı.  SSRİ-
nin və dünya sosializm sisteminin dağılması  ilə yer üzə-
rində bir-birinə zidd olan müxtəlif ictimai quruluşlara da 
son qoyuldu. SSRİ və dünya sosializm sisteminin  dağıl-
ması  nəticəsində  beynəlxalq  səhnəyə  yeni  müstəqil 
dövlətlər  çıxdı.  1991-ci  ildə  Cənubi  Qafqazda  yeni 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
151 
müstəqil  dövlətlər  –  Azərbaycan,  Ermənistan  və  Gür-
cüstan  da  belə  dövlətlər  sırasında  idi.  1991-ci  ilin  21 
sentyabrında  müstəqil  dövlətə  çevrilən  Ermənistanda 
hakimiyyət  uğrunda  mübarizə  daha  da  gərginləşdi.  Bir 
sıra partiyalar hakimiyyəti ələ keçirmək üçün digər ölkə-
lərlə separat danışıqlara başladılar. Belə ki, müstəqilliyin 
qazanıldığı  ilk  gündən  etibarən  erməni  disporasu  Er-
mənistanın  daxili  və  xarici  siyasətinə  hakim  olmağa  can 
atmış  və  buna  birmənalı  şəkildə  nail  olmuşdur.  Erməni 
diasporu  tərəfindən  namizədliyi  irəli  sürülən  və  ABŞ 
tərəfindən də dəstəklənən Levon Ter- Petrosyan Ermənis-
tan  Respublikasının  ilk  prezidenti  oldu.  Hakimiyyətinin 
ilk  illərindən  başlayaraq  Ter-Petrosyan  ölkəsinin  bu 
çətinliklərini  nəzərə  alaraq  qonşu  dövlətlərlə  müna-
sibətləri  korlamamağa  çalışırdı.  Onun  xüsusilə,  Türkiyə 
və İranla siyasi-iqtisadi və mədəni əlaqələr qurmaq istəyi 
Rusiya  hakim  dairələri  tərəfindən  birmənalı  qarşılan-
madı.  Rusiyanın  təzyiqlərinə  baxmayaraq,  Petrosyan  öl-
kəsinin  beynəlxalq  aləmə  çıxışını,  ən  əvvəl  qonşu  ölkə-
lərlə  yaradılacaq  iqitsadi  əlaqələrin  möhkəmlənməsində 
görürdü. Əslində belə bir siyasət Ermənistanın Rusiyaya 
olan  bağlılığının  azalmasına  gətirib  çıxartsa  da  milli-
azadlıq  hərəkatının  fəal  üzvləri  tərəfindən  də  dəstəklən-
məkdə  idi.  Onlar  ölkə  prezidentinin  Türkiyə  ilə  diplo-
matik əlaqələrin qurulması ideyasını dəstəkləyir, bir söz-
lə  ona  bu  işdə  yardım  edirdilər.  Məhz  ölkəsində  də 
bununla  bağlı  ictimaiyyət  arasında  artıq  müsbət  fikir 
formalaşmaqda  idi.  Ona  görə  də  Petrosyan  Türkiyə  ilə 
əlaqələrin  yaradılmasına  qərarlı  idi.  Tezliklə  iki  ölkə 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
152 
arasında  əlaqələr  bərpa  olundu,  hətta  Türkiyənin  təkidi 
ilə Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı-
nın üzvü oldu. (66, II cild, 283)Petrosyan Türkiyə ilə nor-
mal diplomatik və iqtisadi əlaqələrin qurmaqla Ermənis-
tan iqtisadiyyatının gücləndirilməsi üçün Xəzərin neft və 
qaz yataqlarından çıxarılan xam neftin və təbii qazın dün-
ya  bazarına  daşınmasında  Ermənistanın  tranzit  ölkə 
olacağını  yəqin  etmişdir.  Ancaq  onun  bu  istəkləri  bu  və 
ya digər səbəblərə görə  yarımçaq qaldı. Başlıca səbəb ki-
mi,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişə-
sinin  daha  da  gərginləşməsi  oldu.  Azərbaycan  torpaq-
larına  qarşı  Ermənistanın  işğalçılıq  planları  yenicə 
yaranmaqda  olan  Türkiyə-Ermənistan  münasibətlərinə 
mənfi  təsir  göstərdi  (66,  II  cild,  288).  Belə  ki,  1992-ci  il 
fevral ayının 26-da Azərbaycanın Xocalı şəhərinin erməni 
millətçi  ekstremistləri  tərəfindən  yerlə-yeksan  edilməsi 
və  dinc  əhalinin  soyqırıma  məruz  qalması  xəbəri  Türki-
yənin hakim dairələrinin və icitmaiyyətinin haqlı narazı-
lığına səbəb oldu və Ermənistana qarşı bir sıra sanksiya-
lar  tətbiq  edildi.  Ermənistan  hakim  dairələri  də  buna 
cavab  olaraq  Türkiyənin  beynəlxalq  nüfuzuna  zərər 
gətirən  bir  sıra  qanun  layihələrini  qəbul  etdi.  23  avqust 
1991-ci ildə Ermənistan Respublikası 1915-ci ildə Osmanlı 
Türkiyəsi və Qərbi Ermənistanda baş vermiş “soyqırımı” 
hadisəsini beynəlxalq aləmdə qəbul edilməsi üçün atılmış 
addımlarını  dəstəkləyəcəkdir”  ifadəsi  yer  almışdır  (  112, 
210)  “Müstəqililk  Aktı”  qəbul  olunduqdan  sonra  Er-
mənistan Respublikasının müstəqil Konstitusiyası işlənib 
hazırlandı.  Burada  “Müstəqillik  aktı”nda  yer  almış  11-ci 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə