CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə45/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
143 
soyqırım”ı  haqqında  yeni-yeni  kitablar  və  jurnallar  çap 
etdirilərək  dünya  dövlətlərinə  göndərildi.  Bütövlükdə, 
1965-ci  ilin  “erməni  məsələsi”ndə  dönüş  ili  olduğu 
şübhəsizdir. Bu barədə türk tarixçisi Sedat Laçiner yazır: 
“1965-ci  ilin  yalnız  Sovet  Ermənistanı  üçün  deyil,  bütün 
dünya erməniləri üçün önəmli bir  dönüş nöqtəsi olmuş-
dur  və  dünyanın  dörd  bir  yanında  mitinqlər  və  nüma-
yişlər  təşkil  edilmşidir.  Bəhs  olunan  dövr  qlobal  miq-
yasda erməni kompaniyasının başlandığı və illər ötdükcə 
sürətləndiyi dövr kimi xarakterizə olunmağa başladı. Bu 
kompaniyann  güclənməsində  Sovet  Ermənistanı  ilə 
birlikdə  daha  üç  mərkəz  ön  plana  keçdi:  Livan,  Kipr 
(Yunanıstan)  və  Həbəşistan  (112,  61).  Livan  ermənilərin 
toplu və aktiv şəkildə fəaliyyət göstərdiyi bir yer olmaqla 
yanaşı,  həmçinin  buradakı  dini  liderlik  erməni  kilsələri 
içində  öncül  yerlərdən  birinə  sahibdir.  Kipr  və 
Həbəşistanda  da  bu  məsələ  ilə  əlaqədar  geniş  təbliğat 
kompaniyasına  başlandı.  Qeyd  edək  ki,  17-25  yanvar 
1965-ci  ildə  Həbəşistanın  paytaxtı  Əddis-Əbəbədə  təşkil 
olunan toplantıya Patriarx I Xoren ilə birlikdə Baş yepis-
kop Manaryos da dəvət edilmişdi. Toplantıda yunanların 
və  ermənilərin  24  aprel  gününü  birgə  anmaları  tarixi 
birlikdən  irəli  gəlirdi.  Toplantıda  ermənilərin  və  yunan-
ların  guya  Osmanlı  imperatorluğunun  süqutu  zamanı 
türklər  tərəfindən  24  aprel  1915-ci  ildə  soyqırıma  məruz 
qalmaları  barəsində  fikirlər  səsləndirildi.  Əsil  həqiqətdə 
isə  bu  çıxışlar  Türkiyənin  beynəlxalq  nüfuzuna  zərər 
vurmaqdan  başqa  bir  şey  deyildir.  24  aprel  1968-ci  ildə 
iqtisadi  cəhətdən  olduqca  ağır  durumda  olan  Həbəşis-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
144 
tanda  da  minitq  və  nümayişlərə  icazə  verildi.  Bəhs 
olunan  dövrdə  erməni  kompaniyasına  əsil  sahib  çıxan 
ölkə isə ABŞ və Avropadakı erməni diasporu olmuşdur. 
Qeyd  edək  ki,  1965-ci  ildən  başlayaraq  növbəti 
illərdə  də  davam  edən  mitinq  və  nümayişlər  Avropa 
ölkələri  ilə  yanaşı  Latın  Amerikası  ölkələrində  də  təşkil 
edildi. Bu özünü ermənilərin toplu halında yaşadıqları ən 
böyük  Latın  Amerikası  ölkəsi  olan  Argentinada  daha 
qabarıq şəkildə biruzə verdi. Erməni diasporunun fəaliy-
yəti  üçün  hər  cürə  imkanlar  yaradılan  bu  ölkədə  2  iyun 
1968-ci  ildə  kütləvi  mitinqlər  və  nümayişlərin  keçiril-
məsinə icazə verildi. Mitinqlərə sadə xalq kütlələri ilə ya-
naşı  ölkənin  yüksək  çinli  məmurları  da  qatılmışdı. 
Şübhəsiz,  bu  ölkələrdə  təşkil  olunmuş  mitinqlərin  əsas 
təşkilatçı qüvvəsi SSRİ idi. SSRİ-nin bu kompaniyaya dəs-
tək verməsinin əsas təşəbbüskarı kommunist Qnçaq par-
tiyası  idi.  1968-ci  ildə  Ermənistan  SSR-də  hazırlanan 
Qnçaq  partiyasının  yeni  proqramında  xüsusilə  2  məsələ 
diqqət mərkəzində saxlanılmışdı: 
1. Tələblərimiz irqimizi qətlə yetirmiş Türkiyədəndir 
(maddə 4 və 5) 
2. 
Ermənilərin 
dünyadakı 
təmsilçisi 
Sovet 
Ermənistanıdır (maddə 10 və 11) (112,  63). 
Qeyd  etmək  lazımdır  ki,  ilk  illərdə  şəhər  mərkəz-
lərində,  küçə  və  meydanlarda  keçirilən  mitinq  və  nü-
mayişlər sonrakı illərdə türk səfirliklərinin önündə təşkil 
olunmuşdur. Bunun ən bariz nümunəsi 24 aprel 1969-cu 
ildə erməni disporunun Londondakı türk səfirliyi önündə 
keçirilən  mitinqdir.  Mitinq  izdihamlı  keçməklə  yanaşı 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
145 
burada  qarşıya  qoyulmuş  məqsədə  çatmaq  uğrunda  bir 
sıra mühit addımlar atıldı. 
XX  əsrin  60-70-ci  illərində  dünya  dövlətlərinin 
mərkəzi şəhərlərində erməni diasporunun maliyyə dəstə-
yi  ilə  təşkil  edilmiş  nümayişləri  80-ci  illərdən  etibarən 
türk  diplomatlarına,  missiyalarına  və  təşkilatlarına  qarşı 
erməni  terroru  əvəz  etdi.  Türk  vətəndaşlarına  qarşı  ən 
çox  terror  hadisəsi  məhz  Fransada  törədilmiş  və  erməni 
terrorçularına  ən  böyük  dəstəyi  də  elə  Fransa  dövləti 
vermişdi.  1971-ci  ildə  Marsel  şəhərində  yaşanan  “heykəl 
olayı”  prosesi  daha  da  dərinləşdirmişdir.  Marsel  şəhə-
rində  kiçik  bir  erməni  kilsəsinin  bağçasında  1915-ci  il 
saxta “erməni soyqırımı”na  həsr edilmiş abidənin qoyul-
ması  türk  diasporunun  haqlı  narazılığına  səbəb 
olmuşdur.  1980-ci  illərdə  Fransanı  başına  almış  erməni 
terroruna  19  aprel  günü  mərkəzi  Marsel  şəhərində 
yerləşən  Türk  konsulluğuna  endirilmiş  raket  zərbəsi  ilə 
start  verildi.  5  avqustda  ermənilərin  Liondakı  Türk  kon-
sulluğuna  hücumu  bir  neçə  diplomatın  ölümcül  vəziy-
yətdə klinikaya çatdırılması ilə nəticələnmişdir. Maraqlısı 
budur  ki,  Fransa  Avropanın  mərkəzində  tüğyan  edən 
qanlı  terrorun  qarşısını  nəinki  almır,  əksinə  baş  vermiş 
qorxunc hadisələrin məhz türklər tərəfindən törədildiyini 
KİV vasitəsilə dünya  ictimaiyyətinə çatdırırdı.  Ermənilər 
bu  terrorçuluq  əməllərini  həyata  keçirməklə  ilk  növbədə 
soyqırımına uğradıqlarını dünyaya bildirmək, dünya xal-
qlarının gözündə türkləri ifşa etmək, onları qaniçən, qatı 
millətçi,  başqa  xalqları  və  millətləri  sevməyən  bir  millət 
kimi  tanıtmaq,  bununla  da  ABŞ-ın,  və  eləcə  də  digər 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə