CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə42/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
133 
açıqladığı  rəqəmlərə  14  dekabr  tarixdə  münasibətini  bil-
dirən İsmət Paşa Lord Kerzonun yanlışlığa  yol verdiyini 
qeyd  edərək  tarixin  heç  bir  dönəmində  Türkiyədə  3 
milyona  yaxın  erməninin  olmadığını  qeyd  etməklə  ya-
naşı, eyni zamanda ingilis, fransız, alman, rus və türk ar-
xiv sənədlərinə əsaslanaraq burada göstərilən rəqəmlərin 
1.300-1.500  mindən  o  tərəfə  getmədiyini  qeyd  etdi  (110, 
182). 
Qeyd  edək  ki,  Lozanna  konfransında  erməni 
diasporunun  davamlı  təzyiqləri  nəticəsində  20  noyabr 
1922-ci  ildən  4  fevral  1923-cü  ilə  qədər  davam  edən  I 
dövrdə  təşkil  edilmiş  iki  və  ya  üç  tərəfli  görüşlərdə 
başlıca olaraq  “erməni yurdu”, 23 aprel  – 23 iyul 1920-ci 
tarixləri  arasındakı  ikinci  dövrdəki  görüşlərdə  isə 
“soyqırım”ı  ilə  bağlı  məsələlər  müzakirə  edildi  və  Tür-
kiyədən  xarici  ölkələrə  köç  edən  ermənilərin  geri 
dönməsi ilə bağlı türk hökumətinin razılığını ala bildilər. 
Missioner  təşkilatların  və  erməni  lobbisinin  təzyiqləri 
qarşısında qalan ingilis və Amerikan hökuməti müttəfiq-
lərinə,  Kilikiyada  və  ya  Suriyanın  şimalında  müstəqil 
erməni  dövlətinin  yaradılması  ilə  bağlı  təzyiq  göstəril-
məsini  istədi.  Lakin  türk  hökumətinin  sona  qədər  mü-
barizə  apardığını  görən  amerikan  nümayəndə  heyətinin 
rəhbəri  Greyn  1  yanvar  1923-cü  ildə  Vaşinqtona  gön-
dərdiyi  teleqrafda  müstəqil  şəkildə  “soyqırım”ı  və 
“erməni yurdu” ilə bağlı proqram hazırlamaq niyyətində 
olmadığını  qeyd  etdi.  Amerikan  nümayəndələri  ilə  ya-
naşı  digər  müttəfiq  ölkələrin  təmsilçiləri  də  Türkiyədə 
ermənilər  üçün  torpaq  və  “soyqırım”la  bağlı  imtiyazlar 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
134 
tələb  etməyin  imkansız  və  mənasız    olduğunu  anlamış 
oldular. Bununla əlaqədar olaraq,  Lord Kezzon Londona 
göndərdiyi teleqrafında açıq-aydın şəkildə İsmət Paşanın 
iradə nümayiş etdirdiyini əsas tutaraq “erməni yurdu” və 
“soyqırım”ı  iddialarından  vaz  keçmək  məcburiyyətində 
qaldıqlarını  qeyd  edirdi.  Lozannada  istəkləri  puça  çıxan 
erməni  nümayəndə  heyəti  2  fevral  1923-cü  ildə  şəhəri 
tərk  etməli  oldu.  Bunun  əsas  səbəbləri  barəsində  qısa 
olaraq  qeyd  edək  ki,  Lozanna  sülh  konfransına  böyük 
ümidlərlə  gələn  erməni  nümayəndə  heyəti  və  erməni 
lobbisi tərəfindən irəli sürülən bir sıra iddiaların, ən əsası 
“erməni  yurdu”  və  “soyqırımı”  ilə  bağlı  məsələlərə 
dünya  dövlətləri  tərəfindən  “hə”  cavabının  verilməməsi 
ilə  bağlı  idi.  Vəziyyətin  drammatik  həddə  çatdığını  və 
getdikcə  dərinləşdiyini  görən  erməni  heyəti  bundan 
lazımınca yararlanmaq niyyətində idi. Bir-birinin ardınca 
istər Antanta ölkələrinə, istərsə də Millətlər Cəmiyyətinin 
ünvanına  yazılan  saysız-hesabsız  məktublarda  əsas  qayə 
“erməni soyqırımı” qurbanlarına və onların ailə üzvlərinə 
dəymiş  ziyanın  hesablanması  və  bunun  təzminat 
şəklində  Türkiyə  hökumətindən  tələb  edilməsi  idi.  Daha 
çox  İngiltərə  hökumətinə  müraciət  etmiş  erməni  nüma-
yəndə  heyətinin  və  ona  bu  işdə  bir  başa  dəstək  olan  er-
məni  lobbisinin  bu  dəfəki  istəkləri  də  cavabsız  qaldı.  Bu 
barədə  türk  tarixçisi  Göyünc  Necat  yazır:  “Erməni  istək-
lərindən  təngə  gəlmiş  İngilis  hökuməti  artıq  bu 
məktublara  cavab  verməməklə  öz  işini  bitmiş  hesab  etdi 
(83,  218)”.  O,  fikirlərinə  davam  edərək  yazır:  “Lozanna 
görüşlərinin 4 fevral 1923-cü ildə dayanmasını ermənilər 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
135 
öz tələbləri üçün yeni bir ümid işığı  kimi başa düşdülər. 
Ancaq  Antanta  ölkələri  belə  düşünmürdü(83,  218)”. 
Müəllif qeyd edirdi ki, bu istəklər Antanta ölkələrinin st-
rateji  maraqlarına  vurulmuş  zərbə  idi.  Bu  haqda  ötən 
fəsildə  geniş  məlumat  verildiyi  üçün  bir  daha  bu  haqda 
geniş məlumatın verilməsinə lüzum görmürük. Nəhayət, 
iki ilə yaxın davam edən danışıqlara 24 iyul 1923-cü ildə 
imzalanan  Lozanna  sülh  müqaviləsi  ilə  yekun  vuruldu. 
Qeyd  edək  ki,  sülh  müqaviləsində  ermənilərlə  bağlı  heç 
bir  maddə  salınmamışdı.  Bundan  sonra  İngilis-Erməni 
Dərnəkləri  Birgə  Məclisi  27  iyulda  İngiltərə  XİN-ə 
müraciət  etdi.  Müraciətdə  daha  öncə  ermənilərə  verilən 
vədlərə  Lozannada  əməl  edilməməsi  həmçinin    İngəl-
tərənin heç olmasa 1915-ci il köçürülmə hadisələri zamanı 
baş vermiş xoşagəlməz hadisələrə hüquqi-siyasi qiymətin 
verilməsi  ilə  bağlı  idi.  Lakin  bu  müraciət  də  əvvəlkilər 
kimi nəticəsiz qaldı. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  bir  məsələyə  bu 
arada  toxunmağımız  daha  məqsədəuyğundur.  Vaxtı  ilə 
birinci  dünya  müharibəsi  zamanı  Osmanlı  hökuməti  tə-
rəfindən  erməni  qiyamçıları  ilə  yanaşı  erməni  ailələrinin 
müharibə  meydanından  çıxarılaraq  Suriya  və  Me-
sopotomiya  ərazilərinə  köçürülməsi  zamanı  baş  vermiş 
bir  sıra    səbəblərdən  (soyuqdan,  aclıqdan,  xəstəlikdən) 
tələf  olmuş  ermənilərin  sayı  barəsində  avropalı  təd-
qiqatçıların  irəli  sürdüyü  yalan  və  heç  bir  tarixi  fakta 
əsaslanmayan  fikirləri  ilə  tanış  olaq.  Erməni  lobbisinin 
fəal üzvlərindən olub qondarma “erməni soyqırımı” haq-
qında  çoxlu  sayda  əsərlər  yazmış  avropalı  müəlliflərdən 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə