CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə44/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
140 
larında  vuruşmaqdan  imtina  edərək  və  rus  ordusuna 
istənilən köməyi göstərməsi nəticəsində hökumətin haqlı 
narazılığı  ilə  qarşılaşdılar.  Nəticədə,  1915-ci  il  may  Qa-
nunnaməsi  ilə  köçürülməsi  reallaşdırılan  erməni  qiyam-
çılarının  və  onların  ailə  üzvlərinin  Suriya  və  Mesopo-
tomiya  ərazilərinə  köçürülməsinə  başlandı.  Şərqi  Ana-
dolu  ermənilərinin  əksəriyyəti  məcburi  şəkildə  bu  əra-
zilərə  köçürüldü.  Ancaq  bu  ərazilərə  köçməkdən  imtina 
edən  erməni  ailələrinin  sayı  da  kifayət  qədər  idi.  Onlar 
könüllü  surətdəAvropanın  və  Amerikanın  ən  sabit  və 
varlı dövlətlərinə üz tutmağa başladılar. Köç zamanı Av-
ropa  dövlətlərinin  ermənilərə  qucaq  açması  onların  hə-
min ölkələrdə sərbəst fəaliyyətlərinə bir növ təkan vermiş 
oldu.  Avropada  ermənilərə  bu  cür  isti  münasibət 
göstərilməsinin  bir  sıra  mühüm  səbəbləri  mövcud  idi. 
Birincisi,  yeni  yaranmış  Türkiyə  Cumhuriyyətinin  çiçək-
lənməsinə  hər  vəchlə  mane  olmaq,  ikincisi,  əsrlərlə  Av-
ropa  missionerlərinin  yağlı  vədlərinə  aldanaraq  onların 
marağına  xidmət  etmiş  ermənilərə  heç  olmasa  cüzi  miq-
darda yardım etmək. Beləcə, Qərb dövlətlərində uydurul-
muş  “erməni  soyqırımı”  kartının  əsas  tutulması  ilə  Tür-
kiyə  Cümhuriyyətinə  qarşı  geniş  miqyaslı  kompaniyaya 
başlanıldı.  Türkiyəni  günahkar  dövlət  elan  etmək  üçün 
yürüdülən  “erməni  soyqırım”ı  kompaniyasına  ən  böyük 
dəstək  okeanın  o  biri  tayından,  ABŞ-dan  dəldi.  İlk  öncə, 
11  may  1920-ci  ildə  ABŞ  Senatının  Xarici  Əlaqələr  üzrə 
Alt  Komitəsində  keçirilən  dinləmələrdə  erməni  xalqının 
məruz  qaldığı  “qətliam”ın  gerçəkliyə  uyğun  olduğu 
“isbatlandı”.  Məhz  bu,  müzakirələrin  müsbət  nəticə-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
141 
lərindən ruhlanan erməni diasporu və lobbisi fəaliyyətini 
digər Qərb ölkələrində genişləndirməyə başladı. Hadisə-
lərin  sonrakı  gedişatına  nəzər  salsaq,  30-cu  illərin 
sonlarına doğru beynəlxalq təhlükəsizlik sistemində yeni 
müharibə  əhval-ruhiyyəsinin  hökm  sürdüyünü  görmək 
mümkündür.  Belə  ki,  1929-1933-cü  illərdə  Nyu-York 
Fond Birjasının iflasa uğraması ilə əlaqədar olaraq dünya 
iqtisadi böhranının dərinləşməsi, böyük dövlətlərin möv-
cud nüfuz dairələri, xammal və satış bazarlarını yenidən 
bölüşdürməyə  cəhd  etməsi,  burjua-demokratik  dövlət-
lərin  totalitar  rejimləri-faşizmi  və  kommunizmi,  nasizmi 
bir-birinə  qarşı  qoyub  zəifləmək  və  məhv  etmək  cəhdi, 
burjua-demokratik dövlətlər və SSRİ tərəfindən faşizm və 
nasizm  təhlükəsinin  lazımınca  qiymətləndirilməməsi  və 
digər  səbəblər  II  dünya  müharibəsinin  başlanmasına 
gətirib  çıxardı.  Qeyd  edək  ki,  II  Dünya  müharibəsinin 
başlanması ilə  “erməni məsələsi” yenidən dünya dövlət-
lərinin  müzakirə  predmetindən  kənarda  qaldı.  İyirmi  ilə 
yaxın  dünya  dövlətlərinin  nəzər  diqqətindən  uzaq  olan 
“erməni  məsələsi”  1965-ci  ildən  etibarən  iri  dövlətlər 
tərəfindən  yenidən  gündəmə  gətirildi.    Bu  barədə  Sedat 
Laçiner  yazır:  “O,  tarixə  qədər  daha  çox  daxildən  alov 
kimi  közərən  saxta  “erməni  soyqırımı”  olayları  1965-ci 
ildən  etibarən  yenidən  dünya  dövlətlərinin  nəzərini  cəlb 
etməyə  başladı(112,  59).  Öncə  1964-cü  ildə  Ermənilərin 
böyük  Patriarxı  I  Vazgen  və  Böyük  Kilikiya  Patriarxı  I 
Xorenin  dünya  ermənilərinə  müraciəti  bu  prosesi  yeni-
dən  canlandırmış  oldu.  Hadisələr  daha  izdihamlı  və 
qarşısı alınmaz bir mərhələyə qədəm qoydu. Qeyd etmək 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
142 
lazımdır ki, 24 aprel 1965-ci ildə Yerevanda saxta “erməni 
soyqırımı”nın  50-ci  ildönümü  ilə  bağlı  keçirilən  geniş 
miqyasla  mitinq  və  nümayişlərə  axışan  minlərlə  erməni 
böyük  dövlətlərə  müraciət  edərək  “soyqırımı”  cina-
yətlərinin  tanınmasına  dəstək  nümayiş  etdirməsini  tələb 
etdilər.  Spendiaryan  Opera  binası  önündə  toplaşan 
mitinqçilər öz etiraz səslərini bildirdikdən sonra türklərin 
guya 1915-ci ildə erməniləri soyqırıma məruz qoyduqları 
barəsində  çıxışlar  səsləndirməyə  başladılar.  Mitinqə 
təxminən dörd yüz mindən artıq nümayişçi qatılmışdı. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  1965-ci  ildə  Sovet 
Ermənistanında  mitinq  və  yürüşlərin  ardı-arası  kəsil-
mirdi.  Saxta  “erməni  soyqırımı”nın  50-ci  ildönümü  ilə 
bağlı  keçirilən  mitinqlərə  öncə  Ermənistan  SSRİ-in  pay-
taxtı İrəvan (Yerevan) şəhərində, daha sonralar isə dünya 
dövlətlərinin paytaxt və iri şəhərlərində start verildi. Qısa 
zamanda “soyqırım”ı qurbanların xatirəsinə həsr edilmiş 
abidələrin ucaldılmasına başlanıldı. İlk belə abidə ABŞ-ın 
Montebello  şəhərində  ucaldıldı.  Daha  sonra  Yerevanın 
mərkəzi yerlərindən olan Ssisernakaberd təpəsi üzərində 
də  belə  bir  abidə  ucaldıldı.  Abidələrin  ucaldılmasında 
əsas  məqsəd  bütün  dünya  ictimaiyyətində  “qatil  türk” 
obrazı formalaşdırmaq idi.  Bununla yanaşı külli miqdar-
da maliyyə vəsaiti hesabına konfrans və simpoziumaların 
keçirilməsinə  başlanıldı.  Konfranslarda  əsas  müzakirə 
predmeti  saxta  “erməni  soyqırımı”  barəsində  dünya 
ictimaiyyətini  “doğru-dürüst”  şəkildə  maarifləndirmək 
və təbliğ etməkdən ibarət idi. 1965-ci ildə Ermənistan SSR 
Elmlər  Akademiyasının  dəstəyi  ilə  uydurma  “erməni 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə