CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə39/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
123 
baxmayaraq,  bu  fikrə  qarşı  rus  hökuməti,  əhali  və  ordu-
nun  fikri  bir  deyildi.  Kiyevdə  təşkil  olunmuş  toplantıda 
rus  ordusu  generalları  artıq  müharibəyə  son  qoyul-
masının tərəfdarı olduqlarını bəyan etdilər. Rus hökuməti 
isə  işğal  olunmuş  ərazilərin  dinc  yolla  türk  hökumətinə 
“bağışlanmasına”  razı  deyildi.  Ədalətli  sülh  sazişinin 
bağlanması  üçün  artıq  əlverişli  şərait  yetişmişdi.  1916-cı 
ilin  sonlarından  başlayaraq  daxili-siyasi  hadisələr 
tamamilə  başqa  məcraya  yönəldi,  “erməni  məsələsi”  də 
ikinci  plandan  üçüncü  plana  keçdi.  Bu  dövrdə  Rusiyada 
iqitsadi  və  siyasi  vəziyyət  xeyli  pisləşdi.  Uğursuz 
müharibə,  iqitsadi  böhran  dağıntılar,  ümumi  narazılıq, 
bir  çox  siyasi  partiyaların  hökumət  əleyhinə  çıxışları,  bir 
sözlə baş vermiş hadisələr 1917-ci ilin martın əvvəllərində 
Peterburqda  inqilabın  mümkünlüyünü  şərtləndirdi. 
Martın  8-də  imperiyanın  paytaxtında  üsyan  başladı, 
sonra  isə  qarnizon  itaətdən  çıxdı.  Martın  11-də  Duma 
çara tabe olmaqdan imtina etdi və ertəsi gün Kerenskinin 
rəhbərliyi  altında  Müvəqqəti  Hökumət  formalaşdırıldı. 
İnqilabın baş verdiyi gün Petroqrada da Sovetlərin ikinci 
qurultayı  keçirildi  və  inqilabın  ertəsi  günü  konqress 
tərəfindən  “sülh  dekreti”  imzalandı.  Burada  müharibə 
aparan  bütün  dövlətlərin  torpaq  və  təzminat  tələblərinə 
baxmayaraq,  regionda  sülhün  bərqərar  olması  üçün  səy 
göstərilməsi  çağırışları  səsləndirildi.  Təbiidir  ki,  Müvəq-
qəti Hökumətin siyasəti bütün erməni partiya və təşkilat-
ları  tərəfindən  bir  mənalı  şəkildə  bəyənildi  və  dəstək-
ləndi. Moskvada xüsusi ümumerməni konfransı çağrıldı. 
Həmin  konfransda  “Daşnaksütyun”,  “Qnçaq”  və  digər 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
124 
partiyalar yekdilliklə Rusiyanın xilası, başlıcası isə hələ o 
vaxt  ciddi  narahatlıq  doğuran  ordunun  vəziyyətinin 
sabitləşdirilməsi  üçün  fövqəladə  qüvvə  sərf  etməyə 
çağırdılar. İşğal edilmiş ərazilər boşaldılarkən rus ordusu 
geri  çəkildikcə  onların  yerini  quldur  erməni  silahlı 
dəstələri  əvəz  etdi.  Günahsız  türk  əhalisinə  qarşı  yeni-
yeni  təxribatçı  planların  hazır  olduğundan  ehtiyat  edən 
Ənvər  Paşa  III  Ordu  Komandanı  Vehib  Paşaya  bir  sıra 
göstərişlər  verdi.  Burada  Ənvər  Paşa  ədalətli  sülh 
sazişinin  bağlanılmasının  vacibliyini  vurğulamaqla  gələ-
cəkdə baş verə biləcək hər hansı bir hadisənin qarşısının 
yerindəcə  alınmasını  qeyd  edirdi.  Rusiya  və  Osmanlı 
nümayəndə  heyətinin  birgə  danışıqları  nəticəsində  18 
dekabr  1917-ci  ildə  Ərzincan  barışığı  imzalandı. 
Müqavilə Petroqraddakı Sovet hökuməti ilə deyil, Zaqaf-
qaziya  Komissarlığı  və  Qafqaz  cəbhəsindəki  rus  ordusu 
komandanı  tərəfindən  imzalanmışdı.  Eyni  vaxtda  Xalq 
Komissarları  Məclisi  Türkiyədəki  ermənilər  haqqında  13 
yanvar 1918-ci ildə dekret imzaladı. Dekretdə ermənilərin 
Şərqi  Anadoluda  milli  müqəddaratını  müsətqil  həll 
etmək  hüququnun  saxlanıldığı  bəyan  edilirdi.  Həmçinin 
dekretdə  rus  ordu  birləşmələrinin  Türkiyə  sərhəd-
lərindən  geri  çəkildikdən  sonra  ərazilərin  təhlükəsiz-
liyinin  təmin  edilməsi  məqsədilə  erməni  polisinin 
yaranması  (I  maddə),  köçürülmüş  ermənilərin  əvvəlki 
yaşayış  yerlərinə  qaytarılması  (2  maddə),  demokratik 
yolla  seçilmiş  müvəqqəti  erməni  hökumətinin  yaradıl-
ması  və  bu  hökumətin  vəzifələrinin  sülh  danışıqlarında 
müəyyən  edilməsini  nəzərdə  tuturdu.  Bu  tədbirlərin  hə-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
125 
yata  keçirilməsinə  Rusiya  tərəfindən  Qafqaz  işləri  üzrə 
komissar Ş.Şaumyan kömək göstərməli idi. Həmçinin er-
məni  torpaqlarından  xarici  qoşunların  çıxarılmasına 
nəzarət  edən  birgə  komissiya  yaradılmalı  idi.  Qərarın 
qüvvəyə  minməsindən  sonra  ermənilər  yeni  yaranmış 
milis  dəstələrinin  tərkibinə  könüllü  şəkildə  yazılmağa 
başladılar. Həmçinin şəhər və qəsəbələrdə idarəetmə sis-
temi  bir  başa  ermənilərin  ixtiyarına  verilmişdi.  Ermə-
nilərin  belə  sərbəst  fəaliyyətlərinin  əsas  səbəbkarı 
V.İ.Lenin idi. V.İ.Leninin erməniləri qorumağında bir sıra 
mühüm səbəblər mövcud idi. Başlıca səbəb kimi bolşevik 
partiyasının  ən  nüfuzlu  üzvləri  arasında  bir  çox  erməni-
nin (Avanesov, Şaumyan, Mikoyan) olması idi. 
Baş vermiş hadisələrə görə narahatlıq keçirən Vehib 
Paşa dərhal araşdırmalara başlanılması haqqında göstəriş 
verdi.  Aparılan  araşdırmalar  nəticəsində  erməni  ordu-
sunun  1/3-nin  Ərzincan  ilə  Qara  dəniz  arasında,  1/3-nin 
isə Van vilayətində toplaşdığı üzə çıxdı. Əslində bu ordu 
birləşmələri  artıq  1917-ci  ilin  dekabrından  etibarən 
formalaşdırılmışdı.  Tərkibi  3  piyada  bölüyündən,  bir 
süvari  alayından  və  çoxlu  sayda  cinayətkar  qrupun 
birləşməsindən  yaranan  erməni  ordusunun  qarşısına 
qoyulan  əsas  vəzifələr  bəlli  idi.  Yanvar  ayından  etibarən 
ordunun  ön  hissəsində  bütün  yaşayış  mərkəzləri  məhv 
edilməli, əhali qətlə yetirilməli idi. Bununla bölgədə türk 
əhalisinin  sayını  azaltmaqla  yetərsay  üstünlüyə  malik 
olmaq və nəticədə müstəqil Ermənistan dövləti yaratmaq. 
Ermənilərin bu intiqam hissləri həm Rusiya, həm Antanta 
bloku  ölkələri,  həmdə  ABŞ  tərəfindən    dəstəklənməkdə 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə