CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə36/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
113 
Məhkəmə İstintaq Orqanlarının hazırladığı raportlar 
da  xüsusilə  vəzifəsindən  sui-istifadə  edərək  erməni 
köçkünlərindən  pul  və  qiymətli  zinət  əşyalarının  top-
lanması,  təhlükəsizlik  tədbirlərinə  vaxtında  əməl  edil-
məməsi nəticəsində silahlı birləşmələrin davamlı hücum-
ları,  köçürülmə  əmrinə  qarşı  ciddi  şəkildə  mübarizə 
aparan, bu və ya digər arzuolunmaz hadisələrdə birbaşa 
əli  olan  şəxslərin  tutduqları  vəzifələrdən  azad  edilməsi 
barədə faktlar yer almaqda idi. 
Məlum  olduğu  kimi,  1915-ci  ilin  may  ayında  höku-
mətin ermənilərin imperiyanın cənub ərazilərinə köçürül-
məsi  ilə  bağlı  qəbul  etdiyi  qərar  bütün  ermənilərə  şamil 
edilmədi. Bu barədə Eriq Fayql yazır: “Köçürülmə qərarı 
bütün  ermənilərə  şamil  edilmədi.  Köçürülmənin  ilk  ay-
larında  bəzi  bölgələrdə  (Urfa,  Germiş,  Biləcik,  Ərzurum, 
Aydın,  Trabzon,  Ədirnə,  Canik,  Adabazarı,  Hələb,  Bolu, 
Kastamonu,  Temirdağ,  Konya  və  Qarahisarı-Sahib)  ya-
şayan ermənilərin bir hissəsi köçürülmədən kənarda qal-
mışdır.  Fəqət  daha  sonra  bunların  da  müxtəlif  olaylarla 
qarşılaşmaları səbəbi ilə böyük bir hissəsi köçürüldü (130, 
82)”.  Ümumiyyətlə,  bəhs  olunan  dövrdə  köçürülmə 
qərarının  kimsəsiz  uşaqlara,  sənətkar və tacirlərə,  dövlət 
işlərində  çalışan  məmurlara  və  dini  məzhəbindən  asılı 
olmayaraq katolik və protestant ermənilərə şamil edilmə-
məsi  bir  daha  türk  hökumətinin  humanizmindən  xəbər 
verirdi.  Bununla  əlaqədar,  hökumət  30  aprel  1916-cı  ildə 
qərar  qəbul  etdi.  Dörd  maddədən  ibarət  qərarda  aşağı-
dakı məsələlərə toxunulurdu:  


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
114 
a) ailə başçısını itirmiş və ya köçürülmüş, həmçinin 
ailə  üzvlərindən  hərbi  xidmətdə  olan  kimsəsiz  ermə-
nilərin erməni və əcnəbi yaşamayan kənd və qəsəbələrdə 
yerləşdirilərək  iaşə  xərclərinin  dövlət  tərəfindən  tənzim-
lənməsi; 
b)  12  yaşına  çatmış  uşaqların  bölgələrdəki  uşaq 
evlərinə  verilməsi  və  yerdə  qalanların  varlı  müsəlman 
ailələrinə verilərək böyüdülməsi; 
c)  maddi  baxımdan  elədə  imkanı  olmayan  mü-
səlman  ailələrinə  verilmiş  erməni  uşaqlarının  iaşə  xər-
clərinin  tənzimlənməsi  üçün  Mühacirin  Təhsisatından 
gündəlik 30 lari ödənilməsi; 
d)  Gənc  və  dul  qadınların  arzu  və  istəkləri  ilə 
müsəlman  kişilərlə  ailə  qurmalırına  icazə  verilməsi  (45,  
201). 
İlk  ncə  kimsəsiz  uşaqların  köçürülməməsi  ilə  bağlı 
hökumət  xüsusi  olaraq  tədbirlər  planı  işləyib  hazırladı. 
Burada  əsasən  kimsəsiz  uşaqların  yerləşdirilməsi  üçün 
yeni  inzibati  binaların  ayrılması  və  nə  qədər  uşağın 
burada  yerləşdirilməsi  məsələləri  qeyd  edilirdi.  Bu  ba-
rədə  26  iyun  1915-ci  ildə  Maarif  Nazirliyindən  Diyar-
bəkir,  Adana,  Trabzon,  Sivas,  Bitlis,  Van  və  digər 
vilayətlərə  göndərilən  teleqrafda  da  kimsəsiz  uşaqların 
uşaq  evlərinə  yerləşdirilməsi  üçün  yeni  bina  ayrılması 
məsələsi qeyd edilirdi. 
Hökumət kimsəsiz erməni uşaqları ilə yanaşı dövlət 
işlərində  çalışan  bəzi  erməni  məmurlarına  da  toxun-
mamışdı.  Bunlardan  İstanbul  xəstəxanasının  fotoqrafı 
Papazyanı,  keçmiş  deputat  Aqop  Boyacıyan,  Adana 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
115 
Osmanlı bankının işçilərindən Edvard Simkiyanı, Manok 
Sarrafyanı  və  Aqop  Çağayanı  ilə  Serkis  Kikiyanı  qeyd 
etmək olar.  15  mart  1916-cı  ildə  DİN-dən  bəzi  vilayət  və 
mutassarrıflıqlara  göndərilən  teleqrafda  bundan  sonra 
idarə və müəssisələrdə çalışan və erməni komitəçiləri  ilə 
heç  bir  əlaqəsi  olmadığı  müəyyənləşdirilən  şəxslərin 
(əsgər,  zabit  və  səhiyyə  sistemində  çalışanlar,  millət 
vəkilləri  və  onların  ailə  üzvləri)  köçürülmədən  kənarda 
qaldıqları qeyd edilirdi. 
Qeyd  edək  ki,  köçürülmə  qərarına  əlavə  olaraq  30 
may  tarixində  hazırlanan  təlimatnamədə  katolik  və 
protestant  ermənilərin  də  köçürüləcəyindən  məyus  olan 
Alman  və  Amerika  səfirliklərinin  təzyiqləri  nəticəsində 
onların  köçürülməsi  arxa  plana  keçdi.  Katolik  və 
protestant  ermənilərlə  yanaşı  qriqoryan  ermənilərə  də 
toxunulmamışdı.  Bununla  bağlı  DİN-dən  Ərzurum  vila-
yətinə 17 iyun 1915-ci ildə, həmçinin 4 avqust 1915-ci ildə 
Adana, Ankara, Bitlis, Hələb, Diyarbəkir, Sivas, Trabzon, 
Elazığ,  Van  Vilayətləri  ilə  yanaşı,  Urfa,  Canik,  Maraş 
mütasarrıflıqlara  göndərilən  teleqrafda  adı  çəkilən  13 
vilayətdə  yaşayan  ermənilərin  köçürülməsi  barədə 
məlumat  yer  almaqdadır.  Katolik  ermənilərin  köçürül-
məsinin qarşısının alınmasından 11 gün sonra protestant 
ermənilərin  də  köçürülməməsi  haqqında  qanun  qəbul 
edildi. Bununla da protestant ermənilərin köçürülməsinin 
qarşısı  alınmış  oldu.  Görkəmli  ABŞ  tarixçisi  Jastin  Mak-
kartinin hesablamalarına görə 1922-ci ildə Türkiyə Cüm-
huriyyətində  təxminən  140  min  erməninin  qaldığını 
bildirmişdir.  1927-ci  ildə  Türkiyədə  əhalinin  ilk  siyahıya 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə