CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə34/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
107 
toxunmasaqda  ümumilikdə  bəzi  məsələlərə  diqqət  yetir-
məyimiz  daha  vacibdir.  Burada  komissiyanın  üzərinə 
düşən məsələlər tam təfərrüatı ilə işıqlandırılır. Məsələn, 
komissiya  boşaldılan  kənd  və  qəsəbələrdə  ermənilərə 
məxsus daşınan və daşınmaz əmlakı siyahıya almaq üçün 
xüsusi  dəftərlər  tutmalı,  dəftərlərdən  biri  məhəlli  kilsə-
lərdə qorunmalı, biri məhəlli idarəyə verilməli, digəri də 
komissiyada  qalmalı  idi.  Komissiya  tərəfindən  müəyyən 
edilmiş  əşya  və  mal-qaranın  sayı  artırılmaqla  açıq  satışa 
çıxarılmalı  və  dəyəri  qorunmalıdır.  Komissiyanın  gedə 
bilmədiyi  yerlərdə  isə  bu  işi  yerli  idarəçilər  yerinə  yetir-
məli  idi.  Əmlakın  ermənilərin  yenidən  öz  əvvəlki  yer-
lərinə  qayıtmasına  qədər  qorunmasında  həm  komissiya, 
həm  də  yerli  idarəçilər  məsuliyyat  daşımalı  idilər.  Türk 
tarixçisi  Kamal  Çiçək  yazır  ki,  “Tərkedilmiş  Mallar 
Komissiyasının yaradılması qərarı Amerikalı diplomatlar 
tərəfindən də müsbət qarşılandı(100, 62)”. 
Beləliklə,  hökumət  tərəfindən  27  may  1915-ci  ildə 
köçürülməyə  rəsmi  icazə  verildikdən  sonra  köçürül-
mənin II mərhələsinə start verildi. Amma hökumət bu işə 
rəsmi  olaraq  3  gün  sonra  30  may  Təlimatnaməsinin  işlə-
nib hazırlanmasından sonra başladı. Arxiv materialların-
dan  da  göründüyü  kimi  ilk  öncə  Tələt  Paşa  tərəfindən 
hazırlanaraq  həyata  keçirilən  və  daha  sonralar  Meclisi-
Vükelanın da məsləhət bildiyi köçürülmə siyasəti ilk öncə 
müharibə gedən bölgələrdə həyata keçirilməkdə idi. Bun-
lardan  birincisi,  Qafqaz  və  İran  cəbhəsinin  Qərb  sərhəd-
lərinə yaxın olan Ərzurum, Van və Bitlis əraziləri, ikincisi 
isə Sinay cəbhəsinin cənub ətraflarını əhatə edən Mersin-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
108 
İskəndərun  bölgələri  idi.  Adları  köçürülmə  siyahısına 
daxil  edilmiş  vilayətlərin  erməni  əhalisi  mərkəz  hesab 
edilən  Konya,  Diyarbəkir,  Cizrə,  Biləcik  və  Hələb  kimi 
ərazilərə toplaşmağa başladılar. Yolların uzunluğu və qış 
mövsümünün  olduqca  sərt  keçməsi  ilə  əlaqədar  olaraq 
əhalinin  qısa  yollarla  köçürülməsi  məqsədəuyğun  hesab 
edildi. Beləliklə, Kayseri və Samsuna toplaşmış ermənilər 
Malatya  yolundan,  Sivas,  Mamuratülaziz  (Elazığ),  Ər-
zurum  və  digər  ərazilərdən  köçürülənlər  isə  Diyarbəkir-
Cizrə  yolundan  istifadə  etməklə  Mosulda  yerləşdirildi. 
Bu  barədə  Yusuf  Halaçoğlu  yazır:  “Şərqi  Anadoludan 
köçürülən  ermənilər  isə  Kutahya  –  Qarahisar  -  Konya  – 
Qaraman - Tarsusdan keçməklə Qars-Maraş-Bazarcıq yo-
lu ilə Zor sancağına köçürülmüşlər” (126, 129). 
29  avqust  1915-ci  ildə  hökumətin  bir  sıra  vilayət və 
mütasarrıflıqlara  göndərdiyi  şifrəli  teleqrafda  köçürül-
mənin məqsəd və qayəsi bu şəkildə izah edilirdi: “Ermə-
nilərin  yaşadığı  yerlərdən  çıxarılaraq  təyin  edilən  ərazi-
lərə  köçürülməsində  hökumətin  əsas  qayəsi  dövlət  əley-
hinə antitürk təbliğatı aparılması və müstəqil Ermənistan 
dövlətinin  yaradılması  ehtimalını  aradan  qaldırmaq  idi 
(120,  28)”. 
Ayrılmış  ərazilərin  məhdudluğunu  nəzərə  alan 
hökumət  düşərgələrin  genişləndirilməsi  ilə  bağlı  qərar 
qəbul  etdi.  1915-ci  il  5  iyulda  hökumətin  bir  sıra  vilayət 
və mütasarıflıqlara göndərdiyi məktubda aşağıdakı ərazi-
lərin ayrıldığı barədə məlumat yer almaqda idi. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
109 
1.  Kərkük  sancağının  İranla  80  km.  məsafədə 
yerləşən  kənd  və  qəsəbələr  daxil  olmaqla  Mosul  vilayə-
tinin şərq və cənub bölgəsi; 
2.  Diyarbəkir  vilayətindən  25  km.  daxildə  Xabur  və 
Fərat  çayları  vadisindəki  yaşayış  məskənləri  daxil  ol-
maqla Zor sancağının şərqi və cənubu; 
3.  Hələb  vilayətinin  şimal  əraziləri  istisna  olmaqla 
şərq,  cənub  və  cənub-şərqində  yerləşən  kənd  və  qəsəbə-
lərlə  Suriya  vilayətinin  Havran  və  Kereksancaqları  daxil 
olmaqla  dəmir  yolu  xəttindən  25  km.  məsafədə  salınan 
kənd  və  qəsəbələrdə  ümumi  əhalinin  10%-i  nisbətində 
köçürüləcəkdir(126, 74). 
        Köçürülmə  tarixi  ayrı-ayrı  ərazilərdə  müxtəlif  vaxt-
larda  başlanmışdır.  Məsələn:  köçürülməyə  Bayburtda  1 
iyunda,  Eriznədə  8  iyunda,  Kayseridə  9  iyunda,  Sivas 
vilayətində  14  iyunda,  Sisdə  17  iyunda,  Merzifonda  28 
iyunda start verildi. Yozqartda isə ilk köçürülmə əmri 18 
iyulda verilsədə, köçürülməyə 3 gün sonra başlanmışdır. 
Digər  ərazilərdə  olduğu  kimi  burada  da  komitəçi 
ermənilər daha tez 18-21 iyul tarixlərində köçürülmüşlər 
Köçürülmə  zamanı  əsas  nəqliyyat  vasitələri  kimi 
dəmir  yolu  və  su  nəqliyyatından  istifadə  edilmişdir.  Xü-
susilə, Şərqi Anadoludan köçürülən erməni əhalisi dəmir-
yolu vasitəsilə köçürülmüdür. Bununla yanaşı, alternativ 
nəqliyyat  vasitələrindən  də  istifadə  edilmişdir.  Qış  möv-
sümünün  olduqca  sərt  keçməsinə  baxmayaraq,  əhalinin 
əksəriyyəti  vaqonlardan,  dəvə  karvanlarından  və  öküz 
arabalarından 
istifadə 
etməklə 
müəyyənləşdirilmiş 
vaxtdan  gec  də  olsa  yerlərinə  çatmışlar.  Hətta  bir  sıra 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə