Qondarma erməni soyqırımı faktların dili ilə
101
yan və s.) və Avropalı alimlərin fikirlərinə görə erməni-
lərin Suriya və Mesopotamiya ərazilərinə köçürülməsi
nəticə etibarı ilə ermənilərin növbəti fəlakəti idi. Onlar
bunu çöl və quraq iqlimlə əlaqələndirirdilər. Əslində bu
ərazilərin tarixən bərəkətli, məhsuldar torpaq olması və
ilk dövlətçilik ənənələrinin də bu ərazilərdə meydana
gəlməsi adlarını çəkdiyimiz və adları hələ də bizə bəlli
olmayan əcnəbi “alimlərin” fikirlərinin üstündən birdə-
fəlik xətt çəkir.
Hökumət köçürmə siyasətini çox ehtiyatla və dü-
şünülmüş şəkildə həyata keçirirdi. Osmanlı arxiv sənəd-
lərində də göründüyü kimi, hökumət “Köçürülmə haq-
qında” qanunda nəzərdə tutulan müddəaların ermənilərə
çatdırılması üçün qabaqlayıcı tədbirlər planı işləyib
hazırladı. Bu işlə məşğul olan şəxslər bunu ermənilərə
müxtəlif vasitələrlə çatdırırdılar. Belə ki, ilk olaraq Trab-
zonda sürgün əmrini bildirən afişalar küçə və
meydanlardan asıldı. Ərazilərdəki yerli təlimatçılar
ermənilərə qərarın mahiyyətini anlatmağa çalışırdılar.
Xüsusilə, onlar ermənilərə köçürülməyə rəsmən iki
həftədən sonra start veriləcəyini bildirirdilər. Yalnız bəzi
ərazilərin təhlükədə olduğu nəzərə alınmış və həmin
ərazilərdə köçürülməyə daha tez başlanılmışdır. Türk
tarixçisi Kamal Çiçək arxiv sənədlərinə əsaslanaraq yazır:
“27 may 1915-ci ildə Ərzuruma göndərilən şifrəli teleq-
rafda bölgənin Rusiya sərhədlərinə yaxın olduğu nəzərə
alınaraq bir erməni belə buraxılmamaq şərti ilə” bütün
ermənilərin ölkə xaricinə köçürülməsi vurğulanırdı.
Burada həmçinin Diyarbəkir, Harput və Sivas erməni-
Qondarma erməni soyqırımı faktların dili ilə
102
lərinin hələlik köçürülməsinə lüzum və ehtiyac
duyulmadığı göstərilirdi(100, 88-89). Qeyd etdiyimiz
teleqrafın mətninə diqqətlə baxsaq burada köçürülmə
üçün komitəçi olmayan sadə ermənilərə 15 gün vaxt
verildiyini aşkar şəkildə görmək mümkündür. Hökumət
bununla köçürülənlərin hazırlıq işlərini asanlaşdırmağa,
qida azuqəsi toplamağa, həmçinin məişət əşyalarının
siyahılaşdırılmasına şərait yaratmışdır. İlk öncə teleqram-
da açıq şəkildə bəzi ermənilərin təcili olaraq ölkə hüdud-
larından kənara köçürülməsi qeyd edilirdi.
Qeyd etmək lazımdır ki, 26 may 1915-ci ildə Baş Ko-
mandan tərəfindən Daxili İşlər Nazirliyinə göndərilən
raportda ermənilərin Şərqi və Cənub-Şərqi Anadolu vi-
layətlərindən çıxarılaraq Diyarbəkir vilayətinin cənu-
buna, Fərat çayı vadisinə və Urfa-Süleymaniyyə ərazi-
lərinə yaxın olan bölgələrə köçürülməsi rəsmən təsdiq-
lənirdi. Hökumət yeni üsyan mərkəzlərinin yaranmasının
qarşısını almaq üçün aşağıdakı qaydalara əməl etməyi
vacib bilirdi:
A) Yeni yaşayış məntəqələrinə köçürülmüş erməni
əhalisinin ümumi sayı yerli müsəlman əhalisinin 10%-
dən çoxunu təşkil etməməlidir.
B) Erməni ailələri üçün salınmış yeni yaşayış
evlərinin ümumi sayı 50-dən çox olmamalıdır;
C) Erməni ailələri səyahət və köç zamanı öz şəxsi
evlərini digərləri ilə dəyişdirə bilməzdilər(137, 78).
Avropa dövlətləri Osmanlı imperiyasında erməni-
lərlə bağlı həyata keçirilən bir sıra köçürülmə
tədbirlərində bir başa Tələt Paşa günahlandırılırdı. Mə-
Qondarma erməni soyqırımı faktların dili ilə
103
sələnin bu şəkildə qiymətləndirilməsinə qarşı çıxan Tələt
Paşa köçürülmə siyasətinin təkbaşına aparılmasının
ağırlığını nəzərə alaraq hökumətin bununla bağlı rəsmi
qərar çıxarılmasını vacib bildi. Nəticədə, 26 may 1915-ci
ildə hökumətə dövlətlərin öz istəklərini gerçəkləşdirmək-
dən ötrü Osmanlı təbəəsi olan ermənilər arasında nifaq
toxumu səpdiklərini, eyni zamanda üsyançı ermənilərin
düşmənə qarşı vuruşan türk ordusuna arxadan zərbə
endirmələri, düşmənlə iş birliyi qurduqlarını, bir qismi-
nin düşmən tərəfinə keçdiklərini, əsgərlərə və günahsız
insanlara qarşı silahlı basqın etdiklərini, şəhər və qəsəbə-
lərdə qarətçiliklə məşğul olduqlarını, düşmənin hərbi
dəniz qüvvələrini ərzaq və digər yeyinti məhsulları ilə
təmin etdiklərini, strateji və məxfi obyektlərin kordinat-
larının düşmən tərəfə ötürülməsini açıqladıqdan sonra
dövlətin təhlükəsizliyi naminə köklü tədbirlərə ehtiyac
duyulduğunu və onun üçün müharibə meydanında
üsyan törədən ermənilərin başqa bölgələrə köçürülməsi
lehinə hökumət tərəfindən rəsmi qərar qəbul edilməsinin
vacibliyini ifadə etməkdə idi (126, 69). Nəticədə, 27 may
1915-ci ildə Nazirlər Kabineti köçürülməni zəruri bilərək
“Sefer zamanında hökumətin icraatına qarşı gələnlər
üçün ordu tərəfindən alınacaq önlemler hakkında Geçici
Kanun” başlıqlı qərar qəbul etdi. Qərarın mətni 1 iyun
1915-ci ildə Takvimi Vekayidə dərc edildi. Dörd mad-
dədən ibarət olan “Köçürülmə haqqında” qanunun mətni
aşağıdakı kimi idi:
Maddə 1. Səfərbərlik zamanı ordu, artileriya və
diviziya komandanları və onların vəkilləri, müstəqil
Dostları ilə paylaş: |