66
vəhşi
pişiyin tükürpərdici çığırtısı ətrafı başına
götürmüşdü. Təkgöz qulaqlarım şəklədi, həyəcandan
titrəyən quyruğunu qısdı. Vaşaq yenə meydana çıxdı və
ona dəhşətli yaralar vurmuş oxlu kirpinin üstünə şığıdı.
Xırıldayan oxlu kirpi quyruğu ilə yenə bir zərbə endirdi.
Sonra təzədən yumağa dönmək, qarnından tökülmüş
bağırsaqlarını yığıb gizlətmək istədi. Vəhşi pişikdən yenə
dəhşətli çığırtı qopdu. O, vıyıltı ilə geri tullandı, vaşağın
bumunun içinə iynələr girmişdi. Və indi onun bumu çoxlu
iynə batırılmış balışı xatırladırdı. O, pəncələri ilə bumunu
cırmaqlayır, od kimi yandıran oxlardan canını qurtarmağa
çalışırdı. Gah ağzını qarın içinə soxur, gah da bumunu
ağaclara sürtürdü. Atılıb düşən bu vəhşi pişik dəhşətli,
yandırıcı ağrılardan başını tamam itirmiş, gah sağa, gah
sola cumur, fınxıra-fınxıra gödək quyruğunu yerə çırpırdı.
Az sonra o susdu. Təkgöz vaşağa göz qoyurdu. Birdən
tüklərini qabardıb pırpızlaşdırdı. Bu vaxt vaşaq dəhşətli
miyoltu ilə yerindən sıçradı və vəngildəyə-vəngildəyə
götürüldü. Onun qulaqbatırıcı vəngiltiləri ətrafa yayıla-
yayıla uzaqlaşırdı. Yaralı vaşaq gözdən itənə kimi
vəngiltisi eşidilirdi. Təkgöz irəli cummaq istədi. O, qarın
üstündə elə ehtiyatla yeriyirdi ki, sanki oxlu kirpinin bütün
iynələri ayağının altına səpələnmişdi və bu saat onun zərif
pəncələrinə batacaqdı. Oxlu kirpi canavarı görən kimi
downloaded from KitabYurdu.org
67
hiddətlə ciyildədi, dişlərini şaqqıldatdı. Birtəhər dönmək
istədi. Amma indi o, əvvəlki kimi basılmaz zireh deyildi.
Əzələləri sözünə baxmırdı, tikə-tikə parçalanmışdı. Ondan
qan gedirdi.
Təkgöz dilini işə saldı. Qarın üstünə tökülmüş qanı
ləzzətlə yalamağa başladı. Belə dadlı qəlyanaltıdan sonra
aclığı daha da artdı. Amma o, həyatda çox şey görmüşdü.
Həyat ona ehtiyatla hərəkət etməyi öyrətmişdi. Bir az vaxtı
öldürmək lazım gəlirdi. Buna görə də canavar oxlu
kirpinin qabağında uzanıb gözləməyə başladı. Oxlu kirpi
isə xırıldayıb dişlərini qıcırtdı, sonra yavaşdan ciyildədi.
Bir azdan təkgöz oxlu kirpinin iynələrinin yavaş-yavaş
düşdüyünü gördü. Onun bütün bədəni titrətməyə düşdü.
Titrətmə birdən kəsildi. Kirpinin uzun dişləri son dəfə
şaqqıldadı, iynələri töküldü, bədəni süstləşdi və o, bir daha
tərpənmədi.
Təkgöz qorxa-qorxa yorğun pəncələri ilə oxlu kirpini
çəkib dartdı, sonra onu arxası üstə çevirdi. Hər şey uğurla
qurtardı. Oxlu kirpi ölmüşdü. Bunu diqqətlə yoxladıqdan
sonra canavar öz ovunu dişləri arasına alıb çaya tərəf
yüyürdü. O, başını yana çevirib tikanlı ovunu ehtiyatla
sürüyürdü. Birdən nəsə yadına düşdü. Oxlu kirpini atıb
kəkliyin yanına qayıtdı.
Canavar bir an belə tərəddüd etmirdi. Nə edəcəyini
downloaded from KitabYurdu.org
68
yaxşı bilirdi. Kəkliyi yemək lazım idi; canavar onu yedi,
sonra oxlu ovunun yanına qayıtdı.
Qoca canavar ələ keçirdiyi ovu dartıb yuvaya gətirəndə
ana canavar başını qaldırıb onun boynunu yaladı. Sonra
nəvazişlə zingildədi və qoca canavan xırda balalarından
uzaqlaşdırdı. Amma bu dəfəki nəriltidə acıq yox idi. Bu
nəriltidə daha çox üzrxahlıq vardı. Ata canavardan
qorxmaq duyğusu yavaş-yavaş əriyirdi. Təkgöz özünü ata
canavar kimi aparırdı. O öz doğma balalarını parçalayıb
yemək kimi qanundan- kənar arzu ilə yaşamırdı.
BOZ CANAVAR BALASI
O, qardaş və bacılarından xeyli seçilirdi. Qardaş və
bacılarının dərisi analarınkı kimi sarışın rəngə çalırdı.
Onun dərisi isə xalis təkgöz canavarın dərisi kimiydi. O,
yeganə boz rəngli canavar balası idi. Əsl canavar kimi
doğulmuşdu, atasına çəkirdi. Ata və bala arasında bircə
fərq vardı: atanın bir, balanın isə iki gözü vardı.
Boz canavar balasının gözləri təzəcə açılmışdı. Artıq o,
yaxşı görürdü. Gözləri bağlı olanda belə, canavar balasının
iybilmə, qavrama və dadbilmə duyğulan yaranmışdı. O,
bacı-qardaşlarını yaxşı tanıyırdı. Onlarla ləngər vura-vura
oynayır, eşələnir, sonra da xırda-xırda dalaşırdılar. Artıq
onda xınltılı səslər əmələ gəlmişdi. Bu titrək səslər gələcək
ulaşmadan xəbər verirdi. Hələ gözlərinin açılmasına azca
downloaded from KitabYurdu.org
69
qalmışdı. Amma o, qoxu, dad və hiss duyğusu ilə isti nəfəs,
yemək və zəriflik mənbəyi olan ana canavarı tanımağa
başlamışdı. Ana canavar nəvazişli, yumşaq dili ilə onun
zərif bədənini yalayanda balası rahatlanır, sonra anasına
qısılır və sakitcə yuxuya gedirdi.
Ömrünün ilk həftələrini yuxuda başa vurdu. Lakin indi
canavar balası daha yaxşı görür, az yatır, yavaş-yavaş
dünya ilə tanış olurdu. Onun dünyası qaranlıq idi və bu
qaranlıqdan başqa bir aləm tanımırdı.
Əslində buna şübhə də etmirdi. Boz canavar balasının
gözünə həmişə qaranlıq görünürdü. Dünyanın min cür
rəngi var. Amma onun dünyası bir rəngli idi, balaca idi,
yuvanın divarları arasında idi. Canavar balasının xarici
mühitin genişliyi, əlvanlığı, zənginliyi barədə təsəvvürü
yox idi. Bəlkə elə buna görə də, bu dar divarlar arasındakı
həyat onun üçün məşəqqətli deyildi.
Lakin canavar balası tezliklə duydu ki, onun yaşadığı
dünyanın divarlarından biri o birilərindən fərqlənir.
Oradan mağaraya giriş yolu var. Ordan işıq gəlir. Bu divar
o birilərinə bənzəmirdi. Düzdür, canavar belə şeyləri dərk
edə bilməzdi. Hələ düşünə bilmirdi. Amma həmin divarın
deşiyi onu çoxdan özünə cəlb etmişdi.
Burdan gələn işıq onun qapanmış kirpiklərinə düşürdü.
Boz canavar balasının həssas sinirləri bu qəribə və xoş
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |