www.vivo-book.com
102
kəndləri yerləşən Pedro Burnu sahilini göstərib dedi ki,
gəmini o tərəfə döndərib sahildə onları düşürsəm, onlar suyu
boşaldarlar. Kayutda su çarpayılara çatmışdı, döşəkağılar
islanmışdı, Kokpitdə suyun dərinliyi bir futa çatırdı. Buna
baxmayaraq, mən təklifdən tamam boyun qaçırdım. Corcun
sir-sifətindən narazılıq yağırdı.
Ona dedim:
– Kişi ol, yoxsa onlar bizi düz suyun içinə tullayarlar.
Yaxşısı budur, tapançanı bəri ver.
O qorxaqcasına dilləndi:
– Onları sahilə çıxarsaydıq, yaxşı olardı. Düzü, mən bu
əclaf çinlilərin ucbatından batmaq istəməzdim.
Mən də coşqunluqla dedim:
– Düzü, mənim də batmamaqdan ötrü həyatımı bu əclaf
çinlilərə etibar etməyə heç bir həvəsim yoxdur.
O zarıdı:
– Axı sən “Şimal maralı”nı onlarla biz də içində
batırarsan. Başa düşmürəm ki, bunun nəyi yaxşıdır...
Mən onun sözünü yarımçıq kəsdim:
– Nə eləmək olar...
www.vivo-book.com
103
O susdu, ancaq onun canına titrəmə düşdüyünü
gördüm. Çinlilərin hədəsi, suyun get-gedə çoxalması onun
olan-qalan qoçaqlığını da əlindən aldı. Mən bilirdim ki, o
canını xilas etmək üçün heç bir şeydən çəkinməz. Mən
Corcun şlyupun arxasında buksirdə gələn balaca yalikə
27
həsrətlə baxdığını görüb, küləyin şiddəti bir azca yatan kimi
yaliki şlyupun yanına dartdım. Corcun gözlərində ümid
parıldadı, ancaq o mənim niyyətimdən baş açınca yalikin
nazik dibini balta ilə böldüm, yalik tamamilə suyun içinə
yatdı.
Dedim:
– Batanda birlikdə batarıq. Tapançanı bəri ver, mən
onları məcbur edərəm, suyu göz açıb-yumunca boşaldarlar.
Corc zarımağa başladı:
– Axı gör onlar nə qədərdir! Öhdələrindən heç cürə gələ
bilmərik.
Qəzəblə arxamı onlara çevirdim. Le Qrantın yelkənli
gəmisi Marin arxipelaqı adı ilə məşhur olan balaca
27
Yalik – iki və ya dördaylıq qayıq (Tərc. qeydi).
www.vivo-book.com
104
arxipelaqın dalında görünməz olmuşdu, ondan kömək
gözləməyin mənası yox idi. Sarı Yaylıq heç şeydən
çəkinmədən mənə yaxınlaşdı, kokpitdəki su onun ayaqlarını
yalayırdı. Onun görkəmindən xoşum gəlmirdi. Üzünə
xoşagələn təbəssümlü ifadə vermək istəsə də, onun
bədxahlığını hiss etdim. Mən ona elə zəhmli səslə
dayanmağı əmr etdim ki, o itaət elədi.
Qışqırdım:
– Bir addım belə atma! Mənə yaxınlaşmağa cəsarət
eləmə!
O, narazılıqla soruşdu:
– Niyə elə deyirsən? Mənim ingilis dilini çox-çox bilir.
Narazılıqla qışqırdım:
– İngilis dilini bilir! – O Corcla mənim aramdakı
söhbəti yəqin ki, yaxşı başa düşüb. – Yalan deyirsən, heç nə
bilmirsən.
O dişlərini ağartdı:
– Yox, mənimki çox-çox bilir. Mənim namuslu çinlidir.
Dedim:
www.vivo-book.com
105
– Yaxşı. İndi ki, bilirsən, bil. Gəl suyu boşalt, sonra
danışarıq.
O başını tərpətdi, yoldaşlarına işarə etdi:
– Heç cür olmaz. Pis adam, çox pis adam, hə, hə...
Onun əlini qoltuğunun altına apardığını, şlyupdan
atılmağa hazırlaşdığını görüb qışqırdım:
– Yerindən tərpənmə!
O, karıxıb kayuta qayıtdı, orda özününkülərlə nə
barədəsə
qır-qır qırıldatdı, görünür, özününkülərlə
məsləhətləşirmiş. “Şimal maralı” suya möhkəm oturmuşdu,
ağırlaşmışdı, sükanı heç cürə tabe olmurdu. Bir balaca
qarmaqarışıqlıq düşsəydi, o, hökmən suyun dibinə gedərdi,
ancaq külək zəif idi, o suyun üzünü biləsən-bilməyəsən
qırışdırırdı.
Corc birdən dedi:
– Bura bax, gəmini sahilə döndərsək yaxşı olar, – onun
səsinin ahəngindən başa düşdüm ki, qorxduğundan
qətiyyətli olub.
Dilləndim:
– Heç vəchlə.
www.vivo-book.com
106
O məni təhdid edərək dedi:
– Sənə əmr edirəm.
Cavabında dedim:
– Əsirləri San-Rafaelə aparmağı mənə əmr ediblər.
Biz, demək olar ki, qışqıra-qışqıra danışırdıq, çinlilər
sözləşdiyimizi eşidib göyərtəyə çıxdılar.
– Sahilə döndərirsən, ya yox?
Corc bu sözləri deyə-deyə tapançanın lüləsini mənə
tuşladı, bu qorxaq tapançanı çinlilərə tuşlamağa qorxdu, indi
isə onunla yoldaşını qorxudurdu.
Sanki gecə qaranlığında ildırım çaxdı. Corcun rüsvayçı
qorxaqlığı nəticəsində məni nələr gözlədiyini aydınca
təsəvvürümə gətirdim, əsirlərsiz biabırcasına geri qayıdıram,
Le Qrant və başqa yoldaşlarla rastlaşıram, özümü birtəhər
təmizə çıxarıram... Brakonyerləri izləyəndə biz riskə
gedirdik, ona görə də belə çətinliklə əldə etdiyimiz qələbə
lap əlimizdən çıxır. Gözümün ucu ilə görürdüm ki anbarın
ağzına toplaşan çinlilər sevinə-sevinə biz tərəfə baxırlar. Siz
öləsəniz, siz deyən olmayacaq!
www.vivo-book.com
107
Tələsik oturdum, əlimlə tapançanın lüləsini cəld yuxarı
elə itələdim ki, güllə düz başımın üstündən vıyıltıyla keçdi.
Bir əlimlə Corcun biləyindən tutub, o biri əlimlə tapançadan
yapışdım. Sarı Yaylıq öz adamları ilə üstümə atıldı.
Həlledici an gəlib çatdı. Var gücümü toplayaraq, tapançanı
Corcun əlindən alıb, onu özümdən kənara itələdim. O, Sarı
Yaylığın ayağı altına yıxıldı, Sarı Yaylıq büdrədi, onların
ikisi də taxtaları çıxartdığım çalaya düşdülər. Elə bu an
tapançanın lüləsini çinlilərə tuşladım, ağlını itirmiş əsirlər
bir an içində büzüşüb geri çəkildilər.
Ancaq tezliklə başa düşdüm ki, hücuma keçən adamlara
atəş açmaqla itaət etmək istəməyənlərə atəş açmaq arasında
böyük fərq var. Mən vedrəni üst-üstdən onlara göstərsəm də
dediyimi heç cürə həyata keçirmək istəmirdilər. Tapança ilə
onları hədələyirdim, onlar isə su basmış göyərtədə, budkanın
damında oturub qalmışdılar.
On beş dəqiqə beləcə keçdi. “Şimal maralı” get-gedə
dərinliklərə, suyun lap dərinliklərinə otururdu. Külək
əsmirdi, orta yelkən sallanıb suya toxunurdu. Sonra gördüm
ki, Pedro burnu tərəfdən üstümüzə nə isə qara bir zolaq
Dostları ilə paylaş: |