Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə19/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

www.vivo-book.com 
 
92 
üzgəcinə
17
bənd  edilmişdi.  Ancaq  conkalarda  nə  bir  ins,  nə 
bir cins var idi, həyatdan əsər-əlamət yox idi. 
Biz  o  dəqiqə  işin  nə  yerdə  olduğunu  başa  düşdük. 
Çinlilər  ağır  torları  sudan  qaldırmağın  asan  olacağı  vaxtı 
gözləyərək  conkalarında  yıxılıb  yatmışdılar.  Bu  bizim 
ürəyimizdən oldu, hücum planını bir anın içində hazırladıq. 
Çay yelkənli qayığından Le Qrant mənə pıçıltı ilə dedi: 
– Uşaqlara əmr elə, conkaya atılsınlar. Üçüncü conkaya 
özün yaxınlaş. Biz də belə hərəkət edərik, mənə elə gəlir ki, 
heç olmasa altı conka tutarıq. 
Biz  iki  yerə  bölündük.  “Şimal  maralını”  o  biri  qalsa
18
 
keçirdim,  külək  tutan  tərəfdən  conkalardan  birinin 
böyründən  ötüb  keçdik,  qrotu
19
  küləyə  tərəf  çevirib,  sürəti 
azaltdım.  Conkanın  lap  böyründən,  özü  də  elə  yavaşca 
ötdüm ki, patrullardan biri çətinlik çəkmədən conkanın içinə 
                                                 
17
Üzgəc –dənizdə üzücü nişan (Tərc. qeydi). 
18
Qals – yelkənlərin külək döyən uclarının bərkidildiyi buraz, külək yelkənə sağ 
tərəfdən dolursa, deyirlər ki, gəmi sağ qalsla gedir, sol tərəfdən dolursa, sol qalsla 
(Tərc. qeydi).
 
19
Qrot – bir dorlu gəmilərdə dor ağacında qaldırılan ən əsas böyük yelkən (Tərc. 
qeydi).
 


www.vivo-book.com 
 
93 
tullandı. Bu vaxt “Şimal maralı”nı bir kənara çəkib yelkənə 
külək doldurdum, şlyupu qonşuluqdakı conkaya yönəltdim. 
İndiyədək  sakitlik  idi.  Kolumbiya  çayının  yelkənli 
qayığının  patrulunun  zəbt  etdiyi  birinci  conkadan  hay-küy 
eşidildi.  Kim  isə  bərkdən  qışqırırdı,  tapançadan  atəş  açıldı, 
sonra yenidən çığırtı səsləri eşidildi. 
Mənim yanımda kokpitdə olan Corc dedi: 
–  Hər  şey  məhv  oldu.  Onlar  özününküləri  xəbərdar 
edirlər. 
Biz  artıq  düz  conkaların  arasında  idik,  həyəcan  səsləri 
möhkəm  sürətlə  yayıldı.  Yuxulu,  yarıçılpaq  çinlilər 
göyərtəyə  sıçradılar.  Sakit  suların  üzərində  xəbərdaredici 
qışqırıqlar  və  lənət  səsləri  eşidildi,  kim  idisə  ucadan 
balıqqulağını  üfürüb  çaldı.  Mən  sağdakı  conkada  başçının 
balta  ilə  burazları  kəsdiyini,  komanda  heyətinə  nəhəng, 
qəribə  bir  yelkəni  dikəltməkdə  kömək  etdiyini  gördüm. 
Ancaq  solda,  o  biri  conkadakı  çinlilər  başlarını  təzəcə  çölə 
çıxarmışdılar  ki,  mən  də  şlyupu  döndərib  ona  elə 
yaxınlaşdım ki, Corc göyərtəyə atıla bilsin. 


www.vivo-book.com 
 
94 
İndi 
bütün 
conkalar 
qaçmağa 
üz 
qoydular. 
Yelkənlərdən  əlavə  olaraq,  uzun  avarları  işə  salıb  bütün 
körfəz  boyu  səpələndilər.  Mən  “Şimal  maralında”  tək 
qaldım,  hansı  conkanı  ələ  keçirəcəyimi  götür-qoy  edir, 
həyəcanla  boylanırdım.  Mənim  ilk  təşəbbüsüm  heç  bir 
nəticə  vermədi,  çünki  çinlilər  burazları  açdılar,  conkanın 
göyərtəsinə keçə bilmədim. Sonradan conka küləyin səmtinə 
“Şimal  maralı”ndan  yarım  rumba  çəpəki  durdu,  istər-
istəməz mənim yöndəmsiz görünən balaca gəmiyə hörmətim 
artdı. Mən ondan əlimi üzdüm, qalsı dəyişdim, qrot-şkotu
20
 
boşaltdım, küləklə göyərtənin külək tutmayan tərəfindən düz 
conkanın  üstünə  yeridim  ki,  öz  üstünlüyümdən  istifadə 
edim. 
Mənim  hədəfə  aldığım  conka  özünü  ora-bura  çırpdı, 
ancaq mən bərk toqquşmadan yaxa qurtardım, onu abordaja 
götürmək  üçün  yüngül  bir  qövs  cızdım,  conka  birdən 
istiqamətini dəyişdi, yelkəninə külək doldurdu, kənara atıldı. 
                                                 
20
Şkotlar – yelkənlərin aşağı uclarını idarə etmək üçün lazım olan burazlar. Şkotun 
adı hansı yelkəni idarə etməsindənasılıdır. Məsələn qrot-şkot, kliver-şkot və 
başqaları (Tərc. qeydi). 


www.vivo-book.com 
 
95 
Hiyləgər  asiyalılar  var  gücləri  ilə  avar  çəkərək,  birdən 
qışqıra-qışqıra  özlərinə  ürək-dirək  verirdilər.  Ancaq  bu  yer 
dəyişməsini  gözləyirdim.  Bir  saniyə  belə  vaxt  itirmədən 
şlyupun  üzünü  və  sükanı  küləyə  tərəf  çevirdim,  bütün 
ağırlığımı  rumpelin  üstünə  saldım.  Qrot-şkotu  iki  əlimlə 
boşaltdım  ki,  zərbəni  mümkün  qədər  yüngülləşdirim. 
Conkanın  sağ  kənarında  qoşa  avar  iki  yerə  bölündü,  bizim 
gəmilər  bərk  çırpıltı  ilə  bir-birinə  toxundu.  “Şimal 
maralı”nın  nəhəng  ələ  bənzər  buşpriti
21
  conkanın  qabarıq 
yelkənini nahamar dor ağacı ilə birlikdə qopartdı. 
Conkada  bir  hay-həşir  qopdu  ki,  damarlarımda  qanım 
dondu. Başına sarı ipək yaylıq bağlamış, qəzəbli sifəti çiçək 
xəstəliyindən  çopur-çopur  olan  çinli  qarmağı  mənim 
şlyupumun  burnuna  ilişdirdi  ki,  ondan  uzaqlaşsın.  Mən 
kliver
22
 falı
23
 açdım, “Şimal maralı”nı axın bir qədər arxaya 
aparsın,  əlimdəki  burazlarla  conkaya  atıldım,  şlyupu 
                                                 
21
Buşprit – gəminin burnunda irəli uzanan tir (Tərc. qeydi).  
22
Kliver – irəlidə qoyulan üçbucaqlı çəpəki yelkən (Tərc.qeydi).
 
23
Fal – gəmidə yelkənləri, siqnal bayraqlarını dikəltmək üçün buraz (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
96 
conkaya  yanaşdırdım.  Başına  sarı  yaylıq  bağlamış  çopur 
çinli  qəzəblə  üstümə  cumdu,  ancaq  mən  əlimi  şalvarın 
cibinə  saldım,  o  nə  edəcəyini  bilməyərək  ayaq  saxladı. 
Mənim  silahım  yox  idi,  çinlilər  acı  təcrübədən  bu  cibdən 
ehtiyat edirdilər, mən də bu vasitə ilə dəstə başçısını və onun 
dəli-dolu adamlarını özümdən aralı saxlamaq istəyirdim. 
Mən  ona  əmr  etdim  burun  tərəfdəki  lövbəri  salsın, 
bunun  müqabilində  o  dedi:  “Mənimki  bilmir”.  Qalanlar  da 
belə deyib dururdular. Mən onlara işarələrlə nə etmək lazım 
olduğunu başa salsam da onlar inad edib dururdular ki, məni 
başa  düşmürlər.  Onlarla  ağız-ağıza  verməyin  mənasız 
olduğunu  gördüm,  özüm  conkanın  burun  tərəfinə  keçdim, 
burazı açıb lövbəri saldım. 
Mən onlara: 
–  Sizlərdən  dördünüz  də  marş  dalımca  şlyupa!  – 
qışqırıb  barmaqlarımla  onları  başa  saldım  ki,  dördü  gərək 
dalımca  gəlsin,  beşinci  isə  conkada  qalsın.  Sarı  Yaylıq 
tərəddüd  elədi,  ancaq  mən  əmrimi  qəzəblə  təkrar  etdim 
(əslində  mən  bir  o  qədər  əsəbiləşməsəm  də),  yenə  də 
əllərimi  cibimə  saldım.  Sarı  Yaylıq  qorxdu,  mənə  qəzəblə 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə