www.vivo-book.com
170
başladım.
Bizim
tamaşaçılarımız,
dənizçilərimiz
sevindiklərindən coşmuşdular, hamı bir nəfər kimi qaçıb
aradan çıxan italiyalılara ürək-dirək verirdi. Çarli qalxıb
oturmuşdu, əli ilə başını tutub təəccüblə ətrafına boylanırdı.
Çarli tapançasını çıxarıb dedi:
– İndi onlara qaçıb aradan çıxmağa heç cürə imkan
verməyəcəyəm.
Biz ikinci dövrəni vuranda o tapançasını qaldırıb
italiyalıları hədələdi, onlar hallarına təfavüt etmədən böyük
sürətlərini saxlayaraq, silaha heç fikir vermədən avar
çəkirdilər.
Çarli qəzəblə qışqırdı:
– Dayanmasanız, atəş açacağam!
Ancaq hədənin heç bir nəticəsi olmadı, bir neçə güllə
onların yaxınlığından ötüb keçəndə belə, onlar təslim
olmaqdan boyun qaçırdılar. Onlara bizdən yaxşı məlum idi
ki, Çarli silahsız adamlara atəş açmaz, onlar əvvəlki kimi
inadla gəminin dövrəsində fırlanırdılar.
Çarli qışqırdı:
www.vivo-book.com
171
– İndi ki, belədir, biz onları əldən salarıq! Onlar ilan
dili çıxarıb yalvararlar. Biz onların axırına çıxarıq.
Beləliklə, təqib davam edirdi. İtaliyalıları biz hələ
iyirmi dəfə də “Lankaşir kraliça”sının başına dolanmağa
məcbur etdik, axırdan-axıra gördük ki, onların dəmir
əzələləri də zəiflədi. Onlar lap əldən düşmüşdülər, bir neçə
dəfə dövrə vursaydılar, əgər iş başqa şəkil almasaydı, lap
əldən-dildən düşərdilər. Hər dəfə üzü küləyə gedəndə
onların vəziyyəti bizimkindən yaxşı olurdu, belə ki,
“Lankaşir kraliçası” gəmisinin ortasına çatanda, bu vaxt
ancaq onun burun tərəfində olurduq. Sonuncu dəfə
“Lankaşir kraliçası”nın burun tərəfindən dövrə vuranda
gördüm ki, italiyalılar gəmidən salınan pilləkənlə yuxarı
qalxırlar. Bu görünür ki, kapitanın razılığı ilə dənizçilərin
təşəbbüsü idi, çünki biz yaxınlaşanda pilləkəni yuxarı
çəkmişdilər. Yalik havada gəmi şlyupbalkalarının
52
üstündə
yellənirdi.
52
Şlyupbalka – qayıqları gəminin bortuna qaldırmaq və ya endirmək üçün qurğu
(Tərc. qeydi).
www.vivo-book.com
172
Kapitanla sonrakı danışığımız qısa və aydın oldu.
Kapitan bizə “Lankaşir kraliçası”nın göyərtəsinə qalxmağı
qadağan etdi. İtaliyalıları təhvil verməkdən tamamilə boyun
qaçırdı. Bu vaxt Çarli də bizim yunan kimi özündən
çıxmışdı. O, uzun çəkən və mənasız təqibdən nəinki
müvəffəqiyyətsizliyə uğramışdı, hələ üstəlik, əlimizdən
çıxan brakonyerlər başına zərbə ilişdirib gicəlləndirmişdilər.
O, yumruğunu düyünləyib, o biri əlinin ovcuna vurub
qətiyyətlə dedi:
– Əgər bu iki nəfər qaçıb məndən yaxa qurtarsalar, qoy
məni assınlar! Mən nə qədər ki, burdayam, icazəm var,
onların keşiyini çəkəcəyəm, mən onları Əzrailə can
verməmişdən əvvəl tutmasam, heç Çarli Le Qrant deyiləm.
Beləliklə də həm balıqçıların, həm də balıqçı
patrulunun tarixi “salnaməsində” qeyd olunan “Lankaşir
kraliçası”nın mühasirəsi başlandı. “Şimal maralı”nın siyənək
balığı tutan qayıqları mənasız təqibindən sonra Benişyaya
qayıdanda Çarli Neyl Partinqtondan xahiş etdi ki, qızıl balıq
ovlayan qayığın içərisinə adyallar, ərzaq ehtiyatı və soba
qoyub bizə göndərsin. Qayıqlarımızı günəş batanda
www.vivo-book.com
173
dəyişdik, qanunu pozduğu üçün Benişyada həbsxanada
yatmalı olan bizim yunanla xudahafizləşdik. Çarli ilə mən
şamdan sonra səhər açılınca növbə ilə dörd saat növbə
çəkdik. Bu gecə balıqçılar qaçıb aradan çıxmağa cəhd
etmədilər, ancaq gəmidən sahilə kəşfiyyat məqsədi ilə qayıq
göndərildi.
Ertəsi günü biz müntəzəm olaraq gəmini mühasirəyə
aldıq, öz rahatlığımızı da yaddan çıxarmayıb planımızı
müəyyənləşdirdik. Benişyadan bir qədər aşağıda yerləşən
Solan körpüsü adlanan dokun
53
bizə yaxşı köməyi dəydi.
Sən demə, “Lankaşir kraliçası”, Terner tərsanəsi və Solan
körpüsü iri, müxtəlif tərəfli üçbucaq əmələ gətirir.
Üçbucağın bir tərəfi gəmidən sahilədək olan məsafədir,
bunu italiyalılar qət edə bilərdilər, bu tərəf, italiyalılar sahilə
çıxa bilsinlər deyə – bizim keçəcəyimiz məsafə Solan
körpüsündən sahilə qədərdi. Ancaq yelkənli gəminin sürəti
avarlı gəmidən artıq olduğundan, italiyalılara üçbucağın o
tərəfinin yarısını qət etməyə imkan verib, sonradan
53
Dok – gəmi təmir olunan yer (Tərc. qeydi).
www.vivo-book.com
174
dallarınca düşmək olardı. Biz italiyalılara imkan versəydik
ki, yolun yarısından çoxunu keçsinlər, onlar sahilə bizdən
tez çatardılar. Onlar yolu yarı eləməmiş dallarınca düşüb
təqib etsəydik, bizdən qaçıb gəmidə gizlənə bilərdilər.
Biz italiyalıların sahilə üz tutacağı üçbucağın o tərəfini
xəyalən iki yerə böləndə, sərhədin körpünün axırından bir
qədər sahildən o tərəfdə yerləşən yel dəyirmanına uzandığını
müəyyənləşdirdik. Bu xətt bizə imkan verdi ki, təqibə
başlamazdan əvvəl onların ora çatmasına imkan verək.
Günlərlə biz durbinlə italiyalıların yolun yarısındakı nöqtəyə
çatanacan tələsmədən, avar çəkmələrinə göz yetirir, onların
dəyirmanının yaxınlığına üzdüyünü görən kimi biz bir göz
qırpımında öz qayığımıza atılır, yelkənləri dikəldirdik.
Ancaq bizim təqibə hazırlaşdığımızı görən kimi onlar qayığı
döndərir, tələsmədən geri “Lankaşir kraliçası”na tərəf üzür,
bilirdilər ki, onları haqlaya bilmərik.
Xay havalarda, yelkənli qayıq səmərəsiz olanda,
avarları içəri qatlanmış pərli, yüngül yalikimiz var idi. Külək
əsməyən günlərdə italiyalılar gəmidən aralanan kimi biz
körpünü tərk edirdik. Gecələr isə biz gəminin bilavasitə
Dostları ilə paylaş: |