www.vivo-book.com
154
– Qəm çəkmə. Niyə tələsək? İstridyələrin dalınca nə
qədər uzağa getsək, kisələri daşımaq üçün bir o qədər artıq
vaxt sərf ediləcək. Bu vaxt onlar dolu kisələri yerdə qoyub
gedəcəklər ki, su qabaranda qayıqlarda gəlib onları
aparsınlar.
Yarım saatdan çox vaxt keçmişdi, su get-gedə çoxalırdı,
bu vaxt biz işə başladıq. Soyğunçuları iş başında qoyub,
oğrunca qayıqlara yaxınlaşıb, onları bir-birinin dalınca suya
salıb yöndəmsiz gəmi dəstəsini tələsik yan-yana düzdük. Öz
yalikimizi – axırıncını suya itələyəndə dəniz quldurlarından
biri yaxınlaşdı. Bu Berçi idi. O bizə tələsik bir nəzər salan
kimi bir anın içində vəziyyətdən düzgün baş çıxartdı, düz
üstümüzə atıldı, ancaq biz onu bərk itələyib irəli getdik, o
suya düşdü. Dayaz yerə sürünüb çıxan Berçi tez qışqırıq
salıb onları təhlükədən xəbərdar etdi.
Biz var gücümüzlə avar çəkirdik, ancaq buksirdə çoxlu
qayıq olduğundan ləng hərəkət edirdik. Dayaz yerdən atəş
səsləri – biri, ikincisi, üçüncüsü eşidildi, sanki əsl güclü top
atəşinə çevrildi. Güllələr ətrafımıza tappıltıyla düşürdü. Sıx
www.vivo-book.com
155
buludlar ayın üzünü tutmuşdu, bulanıq qaranlıqda atışma
səsləri nizamsız idi. Bizə ancaq təsadüfən güllə dəyə bilərdi.
Nəfəsim təngiyə-təngiyə pıçıldadım:
– Kaş ki, bizim buxarla işləyən bir katerimiz olaydı.
Nikolas ağır-ağır nəfəs alaraq dilləndi:
– Heç olmasa, ay daha çıxmayaydı.
Tələsmədən gedirdik, ancaq hər avar səsi bizi dayaz
yerdən daha uzaqlara aparır, sahilə yaxınlaşdırırdı. Nəhayət,
atışma səsləri kəsildi, ay təzədən buludların arasından
boylananda biz təhlükədən uzaq idik. Tezliklə bizi sahildən
səslədilər, hərəsinin göyərtəsində üç avar çəkən iki admiral
şlyupkası sürətlə bizə doğru gəlirdi. Çarli şən-şən
gülümsünürdü, əllərimizi sıxaraq qışqırırdı:
– Afərin! İkinizə də əhsən!
Biz gəmi dəstəsini sahilə apardıq, o dəqiqə mən,
Nikolas, gözətçilərdən biri admiral şlyupkasına keçib avar
çəkməyə başladıq. Çarli də gəminin arxa tərəfinə keçdi. İki
başqa şlyupka dalımızca gəlirdi, indi ay yaxşıca işıq
saldığından çətinlik çəkmədən uzaq dayaz yerlərdəki
istridyə ovlayan dəniz quldurlarını çətinlik çəkmədən axtarıb
www.vivo-book.com
156
tapırdıq. Ancaq biz yaxın gələn kimi, dəniz quldurları öz
tapançalarından atəş açmağa başladılar, biz tez-tələsik
təhlükəsiz sahəyə çəkildik.
– Bizim tələsməli yerimiz yoxdur. Su sürətlə artır. Su
boğazlarına çatanda atışma yadlarına düşməyəcək.
Qabarma öz işini görüncə biz avarları qurudurduq.
Dəniz quldurlarının vəziyyəti pisləşirdi. Su möhkəm
çəkilmədən sonra artır, sanki dəyirman daşının novundan
sürətlə geri qayıdırdı, dünyanın ən mahir üzgüçüləri belə
axına qarşı üç mili üzə bilməzdi. Sahilə olan yolu biz
kəsmişdik, qaça bilməzdilər, çünki qayıqlarımız sahillə
dayaz yer arasında idi. Su bu ara sürətlə dayaz yerləri
doldururdu, bir neçə saatdan sonra hökmən dəniz
quldurlarının boğazından yuxarı qalxacaqdı.
Möhkəm sakitlik idi; ayın bərq vuran ağ işığında
durbinlə dəniz quldurlarına göz qoyurduq. Çarliyə
“Meqqi”də üzməyimizdən danışırdıq. Gecə saat bir, iki
oldu; soyğunçular dayaz yerin ən uca nöqtəsinə yığılıb
qurşağacan suda dayanmışdılar.
Çarli dedi:
www.vivo-book.com
157
– Yadında saxla, fərasət yaxşı şeydir. Neçə illərdi Taft
çalışırdı ki, onları ələ keçirsin, ancaq heç bir şeylə
hesablaşmadan iş görürdü, heç bir nəticəsi də olmurdu. Biz
isə kəllə işlətdik...
Bu vaxt suyun şappıltısı güclə eşidildi, əlimi qaldırıb
işarə etdim ki, sussunlar, dönüb suyun ləpələnən yerini
göstərdim, su iri dairələr şəklində yayılırdı. Bu bizim demək
olar ki, əlli futluğumuzda baş verdi. Sonra nələr olacağını
gözləyərək yerimizdə donub qaldıq. Bir dəqiqədən sonra su
bizim altı futluğumuzda aralandı, ay işığında qara baş və ağ
çiyinlər
göründü.
Kimsə
təəccüblə
donquldandı,
ciyərlərindəki havanı buraxdı, bir göz qırpımında baş və
çiyinləri suyun altında görünməz oldu. Avarları bir neçə
dəfə suya salıb-çıxarmaqla irəli düşdük, axınla üzdük. Dörd
cüt göz suyun səthinə zilləndi, buna baxmayaraq suyun
üstündə nə dairələr, nə qara baş, nə də ağ çiyin göründü.
Nikolas dedi:
– Bu Delfindir. Onu günün günortaçağı belə tutmaq
çətin işdir.
www.vivo-book.com
158
Üçə on beş dəqiqə qalmışdı ki, dəniz quldurları
zəiflədiklərini ilk dəfə büruzə verdilər. Biz köməyə çağıran
səs eşitdik, o dəqiqə Qırxayağı səsindən tanıdıq, yaxına
gələndə daha bizi atəşə tutmurdular. Qırxayağın vəziyyəti,
doğrudan da, çıxılmaz idi. Axın onları yıxmasın deyə bir-
birindən yapışmışdılar, təkcə başları və çiyinləri sudan
yuxarı idi. Bir iş vardı ki, Qırxayağın qıçları suyun dibinə
çatmırdı, o demək olar ki, yoldaşlarının çiyinlərindən asıla
qalmışdı.
Çarli şən-şən dedi:
– Hə, uşaqlar, bu dəfə ələ keçmisiniz. İndi daha qaçıb
canınızı qurtara bilməzsiniz. Müqavimət göstərsəniz, sizi
burda qoyub çıxıb gedəcəyik, su axırınıza çıxacaq. Sözə
qulaq assanız, sizi gəmiyə mindirərik, sözsüz ki, növbə ilə
mindirərik, hamı xilas olunar. Buna nə sözünüz var?
Soyuqdan dişləri bir-birinə dəyən quldurlar xorla
xırıltılı səslə dilləndilər:
– Razıyıq.
– Onda, bir-bir yaxınlaşın, əvvəlcə balacaboylular.
Dostları ilə paylaş: |