Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə39/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

www.vivo-book.com 
 
195 
–  Mən  heç  istəmirəm  də.  Gəlsənə,  Terner  tərsanəsinə 
bir baş çəkək. Ağlıma bir fikir gəlib, bəlkə gərəyimiz oldu.
 
Biz  tərsanəyə  yollandıq,  Çarli  orda  məni,  sudan 
çıxarılıb  təmizlənmək  və  təmir  üçün  slipin
61
üstünə 
qoyulmuş  “Meri-Rebekka”ya tərəf apardı. Biz yüz qırx ton 
yük qaldıran yastı dibli paroxoda yaxşı bələd idik, körfəzdə 
heç bir şxunun yelkənlərinin ümumi sahəsi bu qədər deyildi. 
Çarli  əynində  göy  köynək  olan  qrot-qafelə  donuz  piyi 
sürtən zorba şvedə müraciət etdi: 
– Ole, işlər necədir? 
Ole  nə  isə  mızıldadı,  işdən  ayrılmadan  qəlyanını 
tüstülətməyə  başladı.  Körfəzdə  şxun  sürən  kapitan  da 
dənizçilərindən  geri  qalmamaq  üçün  möhkəm  işləməli 
olurdu. 
Ole  Eriksen  Çarlinin  zənnini  təsdiq  etdi,  təmir  işləri 
qurtaran  kimi  “Meri-Rebekka”  San-Xoakin  çayı  ilə  yuxarı, 
Stoktona  buğda  daşımağa  yollanacaqdı.  Bu  vaxt  Çarli 
                                                 
61
Slip – gəmiləri qaldırıb kənara çəkmək üçün qurğu (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
196 
xahişini  bildirdi,  ancaq  Ole  Eriksen  başını  qətiyyətlə 
tərpətdi. 
Çarli onu dilə tutdu: 
– Bir qarmaq, təkcə yaxşı bir qarmaq. 
Ole Eriksen cavab verdi: 
–  Yox,  bunu  mən  bacarmaz.  “Meri-Rebekka”nın 
qarmağı hər lənətə gəlmiş dayaz yer ilişib qalar. Mən “Meri-
Rebekka” itirmək istəməz. Olan-qalan bu. 
Çarli onu inandırdı ki: 
–  Yox,  elə  deyil,  yox.  Biz  qarmağın  ucunu  qayığın 
dibindən  keçirərik,  içəridən  qayka  ilə  bərkidərik.  İşimizi 
qurtarandan  sonra  anbara  düşüb,  qaykanı  açıb,  qarmağı 
itələyərik. Sonra biz deşiyə taxtadan qayırılmış tıxac taxarıq, 
sənin şxunun tam qaydasında olar. 
Ole Eriksen uzun müddət dediyindən dönmədi, biz onu 
yaxşıca nahara qonaq etdik, axırdan-axıra yola gətirdik. 
O, nəhəng yumruğunu ovcunun içinə çırpıb dedi: 
– Hə, nə edir et, sizi ildırım vursun! Bu qarmağı tələsik 
düzəlt. “Meri-Rebekka” bu gecə suya gedər.  


www.vivo-book.com 
 
197 
Şənbə  günü  idi.  Çarli  tələsməli  idi.  Biz  tərsanənin 
yaxınlığındakı  dəmirçixanaya  yollandıq.  Orda  Çarlinin 
göstərişi  ilə  bizim  üçün  nəhəng,  möhkəm  əyilmiş  polad 
qarmaq  düzəltdilər.  Sonra  biz  tez  “Meri-Rebekka”ya 
qayıtdıq. Çıxarılan gilin keçdiyi iri gil quyusunun arxasında 
deşik  açdıq.  Mən  bayırdan  ora  qarmaq  keçirtdim.  Çarli  isə 
içəridən  onu  möhkəm  qayka  ilə  çəkib  bağladı.  Biz  işimizi 
qurtaranda qarmaq şxunun dibindən bir futacan çıxmışdı. O, 
oraq şəklində, ancaq ondan da iti əyilmişdi.  
Axşama  yaxın  “Meri-Rebekka”nı  suya  saldılar,  yola 
düşmək  üçün  hər  bir  iş  götürülmüşdü.  Çarli  və  Ole  axşam 
səmasına  diqqətlə  baxırdılar  görsünlər  ki,  sabah  külək 
olacaq  ya  yox;  sahil  küləyi  əsməsəydi  planımız  baş 
tutmayacaqdı. Onlar ikisi də belə nəticə çıxartdılar ki, bütün 
əlamətlər  adi  gündəlik  sahil  küləyinin  yox,  güclü  qərb 
küləyinin demək olar ki, qasırğanın başlanacağını göstərir.  
Ertəsi  gün  onların  dedikləri  yerini  aldı.  Günəş  parlaq 
işıq saçırdı, ancaq Karkinez körfəzində qasırğa küləyi əsirdi, 


www.vivo-book.com 
 
198 
“Meri-Rebekka”  qrotunda  iki  rif
62
,  bir  fokla
63
  səfərə  çıxdı. 
Körfəzdə  və  Syunsan  limanında  bizi  gəmi  möhkəm  atıb-
tutdu,  ancaq  tezliklə  külək  tutmayan  yerə  keçdik,  külək 
əvvəlki kimi yelkənlərə yaxşı dolsa da, sakitlik oldu. 
Şip-Aylend  mayakını  keçəndə  rif  vasitəsilə  gəmi 
yelkənlərini  yığışdırırdıq.  Çarlinin  göstərişi  ilə  iri  balıqçı 
stakseli
64
  dikəltmək  üçün  hazır  idi,  dor  ağacının  başına 
bağlanmış  fok  tapseli  açıb  elə  qoymuşduq  ki,  istədiyimiz 
vaxtda qaldıra bilərdik. 
Biz  yelkənləri  kəpənək  kimi  açıb  staksel  sağ 
tərəfimizdə,  qrot  solumuzda,  küləyin  istiqaməti  ilə  sürətlə 
gedirdik,  tezliklə  qabaqda  balıqçıların  dəstəsini  gördük. 
Bütün  çay  göz  baxdıqca,  keçən  dəfəki  kimi,  bizə  kələk 
gəldikləri  gündə  olduğu  kimi  başdan-başa  qayıqlarla, 
torlarla dolu idi. Sağ sahildə onlar gəmilər üçün ensiz keçid 
qoymuşdular,  qalan  suyun  üzü  başdan-başa  geniş  açılmış 
                                                 
62
Rif – gəmi yelkənində ip keçirilən halqa, ilmək (Tərc. qeydi). 
63
Fok – gəminin qabaq dorunda olan alt yelkən(Tərc. qeydi).
 
64
 Staksel – üçbucaq çəp yelkən (Tərc. qeydi). 


www.vivo-book.com 
 
199 
torlarla dolu idi. Biz sözsüz ki, bu ensiz yerdən keçməli idik, 
ancaq  sükanın  arxasında  durmuş  Çarli  “Meri-Rebekka”nı 
düz  torların  üstünə  sürdü.  Ancaq  bu  balıqçıları  narahat 
etmədi,  çünki  çay  yuxarı  gedən  gəmilərin  gilinin  üstündə 
adətən,  “altlıqlar”  qalır,  bunlar  da  torun  üstündən  sürüşüb 
gedir, onlara ilişmir. 
Biz torların ucundakı uzun sıra ilə düzülmüş qursaların 
üstündən keçəndə Çarli dedi: 
– İşləri bitdi! 
Bu  qursaların  bir  ucunda  balaca  bir  çəllək  –  siqnal 
üzgəci,  o birisində  isə  içində iki balıqçı  olan qayıq var idi. 
Çəlləklə  qayıq  birdən  sürətlə  bir-birinə  yaxınlaşmağa 
başladı,  balıqçılar  bizim  onları  dalımızca  sürüdüyümüzü 
görüb ucadan qışqırmağa başladılar. İki-üç dəqiqə ötmüşdü 
ki, biz ikinci, dalınca üçüncü toru dartırdıq, gəmi dəstəsinin 
ortası ilə hərəkət edərək, torları bir-birinin dalınca qarmağa 
ilişdirirdik. 
Özünü  itirmiş  balıqçılar  çaşbaş  qalıb  bizə  baxırdılar. 
Biz tora ilişincə, onun iki ucu da – siqnal üzgəci də, qayıq da 
bir-birinə  yaxınlaşır,  bizim  şxunun  dalınca  hərəkət  edirdi, 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə