6
mişdir. Buna görə də Çapayev əsərdə yalnız Ural par-
tizanlarının başçısı, qəhrəmanı kimi yox, o dövrün bü-
tün qəhrəmanlarının nümayəndəsi kimi verilmişdir.
C.Cabbarlının «Sevil» əsərini də buna misal gös-
tərmək olar. Bu əsərdə məzlum, çadra altında, həm şə-
riət, həm adət, həm ər zülmü məngənəsində məhv
olan, sonra azadlığa çıxan, xoşbəxtliyə çatan bir Azər-
baycan qadını təsvir olunur. Sevil, yazıçı tərəfindən
elə həqiqi, elə ümumiləşdirilmiş bir surət kimi veril-
mişdir ki, onun simasında oxucu və tamaşaçı azadlığa
çıxan bütün Azərbaycan qadınlığının simvolunu gö-
rür.
Sənətkar təsvir etdiyi tipik surətlər vasitəsi ilə
ictimai hadisələri, ictimai sinifləri, qrupları göstərir,
fikirlərə, zehinlərə, hisslərə təsir edir. Oxucunu həyati
mübarizəyə silahlandırır, onun bilik, məlumat dairəsi-
ni genişləndirir, hadisələri daha dərindən öyrənməsi-
nə, qavramasına kömək edir. Bəzən oxucu elmdən, ta-
rixdən çox yaxşı tanış olduğu bir məsələ, bir hadisə
haqqında da bədii əsər oxuyur. Bu onun üçün «ar-
tıq»dırmı? Əlbəttə, yox. Əksinə, əsər həqiqi bədii
əsərdirsə, o bizdə olan təsəvvür və bilikləri daha da
möhkəmləndirir, əyaniləşdirir və təkmilləşdirir. Möv-
zusunu, materialını eyni mənbədən, həyatdan alan hər
bir incəsənət əsəri (ədəbiyyat,
rəsm, musiqi, kino,
rəqs...) öz xüsusi vasitələri ilə (söz, rəng, səs, hərə-
kət...) surət yaradaraq, varlığın, ictimai həyat hadisə-
lərinin bədii mənzərələrini verir. Bunların hamısı isə
bizim idrakımızın kamilləşməsinə, təsəvvürlərimizin
zənginləşməsinə, bilik və zövqümüzün yüksəlməsinə,
həyatda daha da mübariz olmağımıza kömək edir.
7
Sənətkarın, yazıçının ictimai varlığı əks etdirməsi
passiv bir proses deyildir. Yazıçı həyata və hadisələrə
fəal, yaradıcı, mübariz bir münasibət bəsləyir. O,
zahirən hadisə haqqında öz fikrini açıq «deməsə» də,
müstəqil söz ilə ifadə etməsə də, biz əsərdə onun
məsələyə münasibətini görə bilərik və görməliyik.
Hətta onun bu və ya digər mövzuya müraciət
etməsinin özündə, qoyduğu məsələnin təsvirində
yazıçının ideya cəbhəsi hiss olunur.
Azərbaycanın böyük inqilabçı satirik şairi Sabir
şeirlərinin birində zahirən allaha müraciət edərək
deyir:
İş rəncbərin, güc öküzün, yer özününkü,
Bəyzadələri, xanları neylərdin, ilahi?
Aydındır ki, burada «xilqətdən» söhbət getsə də,
əsil məqsəd sinif mübarizəsidir. Bəy, xan, mülkədarın
müftəxorluğu, istismarı, rəncbər əməyinin mənimsən-
məsidir. Şairin məqsədi rəncbərləri, kəndliləri qəflət-
dən ayıltmaq, onlarda sinfi, siyasi şüur oyatmaqdır.
Böyük demokrat yazıçı C. Məmmədquluzadə «Dana-
baş kəndinin əhvalatları» əsərində zahirən bir kəndli-
nin — Məmmədhəsən əminin başına gələn macəranı
təsvir edir, onun ziyarətə getmək niyyətinin baş tut-
madığını, eşşəyinin itdiyini göstərir. Bu ancaq süjetin
zahiri cəhətidir. Əsil mətləb, yazıçının əsil məqsədi
isə keçmiş feodal-patriarxal Azərbaycanda zəhmətkeş
kəndlilərin ağır zülm və əsarətdə yaşamasını, onların
ağır həyatını göstərməkdir. Ədib zalım Xudayar bəyi
məzlum kəndli Məmmədhəsən əmi ilə müqayisə edir,
8
mülkədarların, məmurların kəndlilərə elədiyi zülmü
bütün təfsilatı ilə açıb danışır. Biz bu povesti oxuya-
raq inqilabdan əvvəlki Azərbaycan kəndinin dəhşətli,
fəlakətli mənzərələrini görür, dərk edirik.
Bədii əsərin təsiri bununla qurtarmır. Bizim xu-
dayar bəylərə, qazılara, onlara hakimiyyət verən quru-
luşa dərin nifrətimiz alovlanır. Bundan başqa bu əsər
bizə deyir ki, dünyada belə dəhşətli səhnələr hələ də
vardır: amerikan-ingilis imperialistlərinin əsarəti altı-
na düşən Türkiyə, İran kimi ölkələrdə indi də bu
zülm, ədalətsizlik, haqsızlıq hökm sürməkdədir.
Yazıçı kəndi, bu kənddə yaşayan bir neçə nəfəri
real təsvir etməklə bizə bir ictimai aləm, ictimai
hadisələr haqqında, bütün bir dövr haqqında təsəvvür
vermiş olur.
Yazıçı mülkədarların, bəylərin ünvanına açıq
etiraz etməsə də, müsbət qəhrəmanları tərifləyib,
mənfi tipləri pisləməsə də, biz əsərdə çəkilən real
həyati mənzərənin özündən nəticə çıxarır, bəy zül-
münün vəhşiliyini aşkar görür, buna qarşı nifrət bəslə-
yirik. Bədii əsərdə həyat müasir, qabaqcıl ictimai ide-
yalar cəbhəsindən təsvir edilib, ictimai münasibətlər
düzgün göstərilərsə, yazıçının əlavə izaha, publisist
hökmlər verməyə ehtiyacı qalmaz.
Ədəbiyyat və incəsənətin başqa idrak vasitələrin-
dən spesifikliyi, yaxud özünəməxsusluğu, hər şeydən
əvvəl, həyatı, varlığı bədii lövhələr, obrazlar vasitəsi
ilə əks etdirməsindədir. Sənətin digər növlərindən
fərqli olaraq bədii ədəbiyyatda obraz və obrazlılıq
sözlərlə ifadə olunur, sözlərlə yaranır. Söz sənətində
9
obrazlılıq deyəndə biz, fikrin daha təsirli, daha aydın
və konkret, gözəl və ifadəli deyilişini nəzərdə tuturuq.
Cırır köynəyini bürküdən aran...
Bakının dərdi var, Bakı xəstədir. (S. Vurğun)
Bu misraların hər biri öz-özlüyündə bədii obraz-
dır. Bunlarda müəyyən bir fikir son dərəcə dolğun və
poetik tərzdə ifadə olunmuşdur. Bu, obraz anlayışının
qismən dar məna ifadə edən şəklidir. Çünki burada
obrazlılığın yalnız dilə aid olan cəhətləri əhatə olun-
muşdur. Adi danışıq zamanı belə, biz tez-tez bu cür
obrazlı ifadələr, cümlələr işlədirik. Məsələn, «Qələm
ilə dolanıram». Lakin obrazın bir geniş mənası da var-
dır ki, bu zaman o təkcə dilə, sözə aid cəhətləri deyil,
ədəbi yaradıcılığın bütün sahələrini əhatə edə bilər.
Bu mənada obraz təxəyyülün köməyi ilə yara-
nan, müəyyən estetik əhəmiyyətə malik olan, insan
həyatının konkret, eyni zamanda ümumiləşdirilmiş
lövhəsidir.
Bədii obraz ədəbiyyatın əsas məsələlərindəndir.
O, bədii yaradıcılığın mahiyyətini, onun spesifikasını
göstərən meyardır.
Məntiqi təfəkkürdə olduğu kimi bədii təfəkkürdə
də həyat həqiqətləri bir sıra xüsusiyyətlərdən təmizlə-
nərək, təcrid edilərək təsəvvürə gətirilir və yalnız bu
yolla həmin real varlığı aydın və hərtərəfli dərk etmək
mümkün olur.
Belinski demişdir ki, «Yazıçı bədii təfəkkür pro-
sesində bir filosofa çevrilir». O, həyatda gördüyü, rast
gəldiyi, çox zaman yaxın təmas və münasibətdə oldu-
Dostları ilə paylaş: |