• Ramazanda görüləcək ay və günəş tutulmaları
4.15--- Darekutni Sunən Məhəmməd ibn Əlidən təxric etdi. O belə dedi:
Bizim Mehdimiz üçün iki əlamət vardır ki, Allah səmavat və ərzi yaratdığından
bu yana belə bir şey baş verməmişdir. Bunlar Ramazanın ilk gecəsində ay,
yarısında isə günəş tutulmasıdır. Allah səmavat və ərzi yaratdığından bəri belə
bir şey olmamışdır.
4.20--- Nəim, Şureykdən təxric etdi. Dedi ki, mənə çatdı ki, Mehdinin
çıxışından əvvəl, Ramazanda iki dəfə ay tutulması olacaq.
• Şərqdən buynuz şəklində bir ulduzun doğuşu
4.17--- Nəim ibn
Hammad Fitən və Əbu Cəfər, Məhəmməd ibn Əli (r.ə.)-
dən təxric etdilər. Buyurdu ki: Abbasi, Xorasana çatdığı zaman şərqdə buynuz
şəklində bir ulduz çıxar. Bu ulduz ilk çıxdığında Allah Nuh qövmünü həlak
etmişdir. Hz. İbrahim atəşə atıldığında da çıxmışdır. Firon qövmü yox
edildiyində və Yəhya ibn Zəkəriyya öldürüldüyündə də görünmüşdür. Siz o
ulduzu gördüyünüzdə fitnələrin şərindən Allaha sığının. O ulduzun doğulması
günəş və ay tutulmasından sonra olacaq. Sonra fitnələr "alaca qarğa" Misirdə
zühur edənə qədər davam edər.
• Gecə şərqdən bir atəşin görülməsi
4.21--- Əli oğlu Əbu Abdullah Hüseyn (r.ə)-dən rəvayət edildi. Buyurdu ki:
“Səmadan bir əlamət gördüyünüzdə, o şərqdən gecələri doğan böyük atəşdir. O
zaman insanlar rahatlanacaqlar. O əlamət Mehdinin çıxışı deməkdir.”
4.18--- Kəsr ibn Mürnə Əl Huderidən buyurdu ki: “Ramazandakı hadisələrin
əlaməti, özündən sonra insanlar arasında ixtilafın olacağı səmada bir əlamətdir.
Sən ona çatsan, azuqəsini gücün çatdığı qədər çoxalt.”
(Nəim ibn Hammadda bu
hədisi təhric etdi)
4.22--- Əbu Cəfər ibn Məhəmməd ibn Əli (r.ə.)-dən rəvayət edildi. Buyurdu
ki: Siz üç və ya yeddi gün, şərqdən bir atəşi gördüyünüz zaman Ali
Məhəmmədin çıxmasını gözləyin, inşaAllah Allah, bir münadi Mehdinin adı ilə
səmadan nida edəcək ki, şərqdə, qərbdə olan hər kəs bu səsi eşidəcək. Belə ki,
yuxuda olanlar qorxudan oyanacaq, ayaqda olan bayılacaq, oturan isə ayağa
duracaq. O səsi eşidib "razılıq edən" kimsəyə Allah rəhmət etsin. Çünki bu
birinci səs Cəbrayılın səsidir.
• Səmadan bir münadinin səslənməsi
1.5--- Nəim hz. Əli (r.ə.)-dən rəvayət etdi ki: Səmadan bir münadi: "Haqq
Əli Məhəmməddədir" şəklində qışqırdığı zaman Mehdi (ə.s.) zühur edər, hər kəs
yalnız ondan danışar, onun sevgisini ehtiva edər və ondan başqa bir şeydən
bəhs etməzlər.
1.7--- Keza (N. ibn Hammad) Əbu Cəfərdən təxric etdi, buyurdu ki:
Səmadan bir münadi "Haqq Əli Məhəmməddədir", yerdən də bir münadi "Haqq
Ali İsanın və ya Abbasındır" (Ravi burada şübhə etdi) deyəcək. Yerdən gələn səs
şeytanın sözü, səmadan gələn səs isə Allahın uca sözüdür.
• Ramazanın 15-ci gecəsində eşidiləcək səs
1.8--- Məhəmməd ibn Əlidən, buyurdu ki: O məlum səs, Ramazan ayında
Cümə gecəsində olsa onu dinləyin və itaət edin. Əgər gündüzün sonunda olsa,
o lənətlənmiş İblisin "Filan adam məzlum olaraq öldürüldü" şəklində səsidir. Bu
səsin məqsədi, insanları şübhə və fitnəyə salmaqdır. O gündə çoxları tərəddüd
və qarışıqlıq içində qalacaq. O, birinci səsi ramazanda eşitdiyinizdə, ondan
şübhələnməyin, çünki o Cəbrayılın səsidir və bunun əlaməti Mehdinin və
atasının adını zikr etməsidir.
• Günəşin əlamət olaraq doğulması
4.14--- Nəim ibn
Hammad və Ebil Hasənil Hərbi Hərbiyyat adlı əsərlərinin
birinci fəslində Əli ibn Abdullah ibn Abbasdan təxric etdilər. O dedi ki: Mehdi,
günəş bir əlamət olaraq doğulmadıqca çıxmaz.
4.16--- Hafiz Əbu Bəkir ibn Əhməd ibn Həsən əl-Beyhaki və Hafiz Əbi
Abdullah və Nəim ibn Hammad Abdullah Abbas (r.ə.)-dən təxric etdilər,
buyurdu ki: Günəş əlamət olaraq doğulmadıqca, Mehdi çıxmayacaq.
• Zilqəddə ayında qəbilə döyüşlərinin başlaması
6.1--- Nəim ibn
Hammad və Hakim, Əmr ibn Şueybdən, o atasından, atası
da babasından təxric etdi, belə dedi Resullulah (s.ə.v.) buyurdu: Zilqəddə ayında
qəbilələr döyüşər, hacılar qaçırılar,qanlı döyüşlər olar. Sahibləri (Mehdi) çəkinər
və nəticədə istəmədiyi halda Əhli-Bədr sayında insan ona, Rükn və Mövqe
arasında beyət edər. Yer və göy əhli də ondan razıdır.
• Mədinədəki böyük hadisə
4.5--- Keza (N. ibn Hammad) Əbu Hureyrədən təxric etdi. Buyurdu ki:
Mədinədə böyük bir vaqiə olar. Elə ki, yağ daşları qan içində qalar. Bu hadisədə
bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə
Mədinədən iyirmi dörd mil qədər yayılar. Sonra hz. Mehdiyə beyət edilər.
• Sufyani ordusunun Mədinəni xarab etdikdən sonra Bəydədə yerə batışı
4.38--- Məhəmməd ibn Samiddən dedi ki: Mən Əbu Abdullah Hüseyn bin
Əli (r.ə.)-ə dedim: "Bu işin qarşısında əlamətlər vardırmı?" -ki Mehdinin
zühurunun nəzərdə tutur- Dedi ki: "Bəli" dedim. "Nədir onlar?". Dedi ki: " Abbas
oğullarının həlakı, Sufyaninin çıxması, Beydada batma". Mən yenə "Sənə canım
qurban olsun, bu işin uzanmasından qorxuram" dedim. Dedi ki: "Bu iş təsbeh
dənələri kimi ard-arda gələr."
• Hz. Mehdinin zühuru üçün beş əlamət
4.37--- Əbu Abdullah Hüseyn ibn Əli (r.ə.)-dən: Buyurdu ki: Mehdinin beş
əlaməti olar. Bunlar, Süfyani, YəBəni, səmadan bir qışqırıq, Bəydədə ordunun
batışı və günahsız insanların öldürülməsidir. (Minada hacıların öldürülməsi)
• Zilhəccə ayında hacıların öldürülərək talana uğradılması
4.32--- Əbu Nəim, hz. Əli (r.ə.)-dən təxric etdi. Buyurdu ki: Mehdi hər
doqquzdan yeddi öldürülənə qədər çıxmaz. Günahsız insanların öldürülməsi
onlardandır.
4.33--- İbn Əbi Şeybə, Mücahiddən təxric etdi. Peyğəmbər (s.ə.v)-in
səhabələrindən bir adam mənə dedi ki: Günahsız insanlar öldürülmədən Mehdi
çıxmaz. Günahsızlar öldürüldüyündə, onların öldürənlərə yer və göy əhli büğz
edərlər. Mehdi insanlara üz tutar, onu yeni gəlin kimi eşq və məhəbbətlə
qucaqlayarlar. O yer üzünü ədalət və gözəlliklə doldurar. Ərz nəbatatını çıxarar,
göy də yağışını yağdırar. Ümmətim daha əvvəl görülməmiş şəkildə nemətlənər.
4.34--- Ammar ibn Yasir (r.ə.)-dən: Günahsız insanlar qətl edildiyi və
qardaşı da Məkkədə öldürüldüyü zaman səmadan bir münadi: "Əmriniz
filankəsdir. Məhz bu yer üzünü ədalətlə dolduracaq olan Mehdidir." Deyə
səslənər.
(Bu hədisi İmam Əbu Abdullah, Nəim ibn Hammad da Fitən adlı
kitabında bunu təxric etdi.)
• Məhərrəm ayında Kəbədə hz. Mehdinin beyətləri qəbul etməsi
6.6--- Keza (N. ibn Hammad) Abdullah ibn Əmrdən təxric etdi. O belə dedi:
"İnsanlar başlarında bir imam olmadan Həcc edərlər." Minaya endiklərində
ətrafları, itlərin toplanması kimi sarılıb, qəbilələrin bir-birilə toqquşması kimi
böyük döyüşlər olar. Belə ki ayaqlar qan gölü içində qalar. İnsanlar narahatlıqla
onların ən xeyirlisinə qaçarlar. Və ona gəldiklərində onu Kəbə divarına yapışmış
ağlayan bir halda taparlar. Peyğəmbər (s.ə.v.) buyurur ki: Mən sanki onun göz
yaşlarını görür kimiyəm. Ona "Gəl sənə beyət edək." deyərlər. O isə, "Təəssüf
sizə, nə qədər söz pozdunuz, nə qədər qan tökdünüz."-deyər və sonra
istəmədiyi halda beyətlərini qəbul edər. Əgər siz ona çatsanız ona beyət edin,
çünki o yerdə də, göydə də Mehdidir.
4- "İkdiddurər" ADLI KİTABINDAKI ƏLAMƏTLƏR
(Səhih hədisi-şəriflərdən yekunlaşdırılmış olaraq)
• Şərqdən gələn Moğol zəbti
5.1--- Çox kədərli vəziyyətlər və acınacaqlı mənzərələr görünər. Fitnələr
ard-arda davam edər. Şərqdən bir İlç (əcəmi diyarındakı kafirlərdən qüvvətli
biri) çıxar və Abbas oğullarının mülkünü yox edərək keçdiyi hər şəhəri fəth
edər. Qarşısında heç bir bayraq sığına bilməz. Keçdiyi hər diyarı yandırıb-yaxar,
istədiyi hər şeyi əldə edər. Allah ondan və ona tabe olanlardan mərhəməti
qaldırmışdır. Ona üsyan edəni zülmə uğradar. Bunlar ağlayana mərhəmət
etməz, şikayətçi olanlara da cavab verməz. Ana, ata, qız, kişi hər kəsi öldürər və
əcəmi, İraq diyarlarını fəth edərək ümmətə kədərli əzab daddırarlar. Bunların
Dostları ilə paylaş: |