Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə17/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

72 
 
 
 
 
 
 
 
 


73 
 
Arağı  su  kimi  içirdi  və  qətiyyən  üz-gözünü  turşut-
murdu. İçkiyə yenicə başlayan ərimlə müqayisədə, gec səxoş 
olurdu.  Ərim  işinin  xarakterinə  uyğun  olmayacaq  dərəcədə 
zərifdi.  Üstəlik  sısqa  və  çəlimsiz  görkəmi  ilə  onun  yanında 
çox  solğun  görünürdü.  İçkiyə  dözümlülüyü  yox  idi.  İkinci 
qədəhdən sonra başını stola qoyub yatırdı. Ancaq Nicat baş-
qa  idi.  Araq,  viski,  çaxır...  Onun  üçün  bütün  bu  içkiləri  iç-
mək adi meyvə kokteylini içmək kimi asandı. Sərxoş olanda 
isə  daha  çox  siqaret  çəkər,  bəzən  səbəbsiz  yerə  ağlayardı. 
Ağlayanda  uşaqlaşırdı.  Düzünü  deyim  ki,  ağlamağı,  özünü 
gücsüz,  zavallı,  bacarıqsız  aparmağı  xoşuma  gəlmirdi.  Mət-
buatda  sərt  və  kəskin  tənqidi  yazıları  çap  olunurdu.  Onun 
necə xarakterə malik olduğunu sən də bilirsən.  
O da bizim oturub-durduğumuz etirazçı gənclərə qo-
şulmuşdu,  təşkilatımızın  üzvü  idi.  Onlar  inqilab  edə-
cəklərinə səmimi qəlbdən inanırdılar. Təşkilatın əsas üzvləri 
oxumuş,  həyatdan  nə  istədiklərini  müəyyənləşdirmiş  in-
sanlar olsa da, arada valideynlərindən küsmüşlər də aramıza 
qatılırdı. Həyatda özünü tapmamış yeniyetmələr, özünü təs-
diq  üçün  əldən-ayaqdan  gedən  gənclər  də  sıralarımıza  yol 
tapırdı.  Bütün  bunları  o  da  tənqid  edir,  amma  onlardan 
uzaqlaşmırdı. 
Bəzilərini  ancaq  bakirə  olmayan  qızlar,  içki  və  əy-
ləncə  maraqlandırırdı.  Çoxları    “azad  seks”,  “seksual  in-
qilab” barədə danışanlara istehza edir, bu barədə danışanları 
əxlaqsız və mənəviyyatsız hesab edirdi. Nicat danışanda mə-
ni gülmək tuturdu. Çünki hiss edirdim ki, onu da daha çox 
azad qadınlar, içki düşkünü gənclər maraqlandırır. 
Nicatdan əvvəl bu təşkilata üzv olmuşdum. Ərim də 
bizim inqilab arzularımıza isti münasibət bəsləyirdi. 


74 
 
Polis,  yəni  qardaşım  ərimin  bu  təşkilatda  olmağına 
yaxşı baxmırdı. Hər dəfə bizə gələndə saatlarla bu mövzuda 
danışır,  mübarizə  aparmağın  mənasızlığı  barədə  saatlarla 
mühazirə oxuyurdu. Ərim də qardaşımı dinləyir, onun söz-
lərinə bir o qədər önəm vermirdi. Sanki bildiyi böyük bir hə-
qiqət vardı və o bu həqiqətə inandığı üçün susurdu. 
Ərim  idarə  etdiyi  özəl  firmanın  gələcəyindən  qorx-
duğu  üçün  bizə  rəsmi  olaraq  qoşulmurdu.  Amma  maliyyə 
məsələlərində  dəstəyini  əsirgəmirdi.  Bütün  sirlərimizi  bi-
lirdi.  Əslində  bizim  heç  bir  sirrimiz  yox  idi.  Sadəcə  uydur-
duğumuz əfsanələr vardı və bu bizə sirli görünürdü.  
Bu  təşkilatda  bacardığım  yeganə  işlə  məşğul  idim. 
Təşkilatın  bütün  maliyyə  hesabatlarını  mən  hazırlayırdım. 
Sözün  düzü  həyatda  özünə  yer  tapa  bilməyən  bu  gənclərlə 
birlikdə olmaq, içmək, əylənmək və üzdə özünü ərimə yaxın 
göstərən  gənclərin  gizlində  mənə  eşq  elan  etməsi,  yatmaq 
təklifləri  xoşuma  gəlirdi.  Xaricdə  təhsil  almış,  ədəbiyyat 
oxumuş  gənclər  bizim  sıralarımıza  qoşulur,  beləliklə  həm 
oxuduqlarından  danışmaq,  azad  görünən  qızlarla  içmək, 
həm  də  yatmaq  imkanı  qazanırdılar.  Bu  ölkədə,  bu  boz  şə-
hərdə onların yeganə şansı müxalifətçi olmaq idi... 
Mühafizəkar bir ailədə doğulmuş, həyatın bu üzünü 
görməmiş  qadın  üçün  bütün  bunlar  yaxşı  əyləncə  idi.  Özü-
mü çox fərqli və vazkeçilməz bir qadın hesab edirdim... 
Nicatın inqilabi ruhu güclü idi. Danışığı, yaşamı, ya-
zıları...Hərdən  cəsarətsiz  yazılar  yazanda,  çıxışlar  edəndə 
özünü qınayır, əzab çəkirdi. Mənə elə gəlirdi ki, o istəsə tək-
başına  minlərlə  gənci  mitinqə,  küçə  yürüşünə  çıxara  bilər. 
Müxalif  ruhlu,  romantik,  bəzən  isə  kəskin  pafoslu,  tənqidi, 
rejim  əleyhinə  şeirlər  yazırdı.  Hərdən  sərxoş  olanda  “Yol-


75 
 
daşlar, mən bir solçuyam və qıpqırmızı bir sol ölkəsində ya-
şamaq mənim ən böyük arzumdur”, - deyə qışqırardı.  
Əsəbiləşmək, əlini masaya çırpmaq, içmək və siqaret 
çəkmək onu çox xarizmatik göstərirdi. Bəlkə də ona yaraşan 
şeyləri  özü    bilir  və  bütün  bunları  planlı  olaraq  edirdi.  Hər 
halda  çox xoş adam idi.” 
Könül  danışmağa  başladığı  kimi  də  susdu.  Orxan 
siqaretini külqabında söndürüb, özünə şərab süzdü. 
(Külqabını  xüsusi  olaraq  qeyd  elədim,  çünki  Orxan  çox 
vaxt siqareti stulun ayağında söndürürdü. ) 
– Könül, lap yazıçı kimi danışırsan. 
Könül qəribə tərzdə çiyinlərini çəkdi: 
–  Nicat  həmişə  mənim  savadsızlığıma  əsəbləşər,  kitab  oxu-
madığıma  görə  məni  danlayardı.  İndi  hər  gecə  50-60  səhifə 
oxumamış  yatmıram.  İşim  nə  qədər  ağır  olsa  da,  hökmən 
oxuyuram... 
 
Romanın  bu  yerində  sevimli  oxucularımı  yenidən  sa-
lamlayıram.  Könülün  sevə-sevə  oxuduğu  bütün  yazıçılara,  xü-
susən də gözəl lirik şeirlər müəllifi Xırdagül Nazəninə və Aftandil 
Qəlbikövrəyə səmimi salamlarımı göndərirəm. 
 
Kitabla bağlı təbliğatı, kitaba bağlılığı onu real həyat-
dan  qoparırdı.  Xatırlayanda  qəhərlənirəm.  Bilirəm,  çətindi. 
Amma  davam  et,  çox  maraqlı  danışırsan.  Özümü  yazıl-
maqda olan bir romanın qəhrəmanı kimi hiss edirəm. Qəfil-
dən  Orxanın    yadına  düşdü  ki,  o  elə  bu  romanın  qəhrə-
manıdı. 
 
Qayğılı-qayğılı susdu... 
 


76 
 
Könül siqaret yandırıb, söhbətinə davam elədi: 
 
 
–  Nicatın  çoxlu  qadın  tanışı  vardı  və  adətən  oturdu-
ğumuz PUB-larda onlarla birlikdə görünürdü. Yanındakı qa-
dınlar heyranlıqla, itaətkarcasına onun qayğısına qalsalar da, 
rastlaşdığımız vaxtlarda bütün diqqəti məndə olardı. Qadın-
lara qarşı qəribə bir biganəliyi vardı. Ya da özünü elə aparır-
dı.  Cəlbedici  olmayan  xarici  görkəminə  baxmayaraq  qadın-
lara  qarşı  özünü  çox  laqeyid  aparırdı.  Bu  özündənrazılığı 
acığıma  gəlirdi.  İçəndən  sonra  yanındakı  qızlarla  öpüşər, 
yox, əməlli-başlı yalaşardılar. Bəzən yanındakı qızın koftası-
nı  qaldırıb  başını  içəri  soxar,  qızın  ehtiraslı  iniltiləri  PUB-ın 
səs-küyünə qarışardı. Sonra sərxoş gözlərini arsız-arsız mənə 
dikərdi. Bax, belə anlarda onu qısqanardım. Yox, sözün dü-
zü  belə  anlarda  ona  nifrət  edər,  hətta  iyrənərdim.  Az  qalır-
dım durub yaxasından yapışıb üzünə tüpürüm. Özümü güc-
lə saxlayardım. Nədənsə hər dəfə o belə dəlilik edəndən son-
ra  ona  sadəcə  gülməyim  gəlirdi.  Bu  biganəliyi,  rahatlığı  ilə 
nəyi sübut etmək istəyirdi? Mənə elə gəlirdi ki, bütün bunla-
rı qəsdən edirdi. Çox sonralar isə başa düşdüm ki, onun qa-
dınlara qarşı laqeyidliyi təbiidir. Yəni onu tamam başqa şey-
lər maraqlandırırdı. 
Məndə  də  az  yoxdu.  İçəndən  sonra  ərimdən  zəhləm 
getsə də, Nicatın acığına ona daha bərk sığınırdım. Qollarımı 
ərimin  boynuna  dolayır,  başımı  çiyninə  qoyur,  təklikdə  qa-
landa iyrəndiyim dodaqlarından bərk-bərk öpərdim. Ərimlə 
öpüşməyə başlayan kimi, siqaret yandırır, yüngülcə əsən əl-
ləri  ilə  saqqalını  qaşıyırdı.  Bu  mənə  olduqca  ləzzət  edirdi. 
Onun əllərini əsdiyini görəndə dilimi inadla ərimin boğazın-
da, qulaqlarında gəzdirər, özümü onun “fahişəsi” kimi apa-
rardım. Belə hallarda çox vaxt hansısa bəhanə ilə aradan çı-


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə