73
esselər
74
Bir
Nənə, məni bağışla
Dünyada məni hamıdan çox və təmənnasız
sevən insanı-nənəmi itirdim. Gözümü açan-
dan, ağlım kəsəndən nənəmi narahat, qayğılı
görmüşəm. Hamı üçün, hər kəs üçün narahat
olmağı vardı nur üzlü nənəmin. Əzizlərinin,
doğmalarının qayğısı onu bir an da tərk et-
mirdi...
...Nənəm əlil idi. Gəzəndə bir ayağını çəkirdi.
Atamın altı yaşı olanda dünyasını dəyişən
babamın üçüncü həyat yoldaşı idi. Babam-
dan 25 yaş kiçik imiş ərə gedəndə. Cəmi 30-
31 yaşında dul qalmışdı üç uşaqla. Üstü
torpaqla örtülmüş, yağış yağanda divarları
yosun bağlayan bir otaqlı daxmada üç yetim
böyütmüşdü.
Biz hələ kiril əlifbasında oxuyanda nənəm
latın əlifbası ilə, əyri-üyrü xətlərlə ancaq
adını yaza bilirdi. Amma oxumağa, təhsilə
çox önəm verirdi. Atamı min bir əziyyətlə
oxutmuşdu. Min bir əziyyətlə o torpaq dax-
manın yerində ev tikib, qızlarını ərə vermiş,
atamı evləndirmişdi. Ən böyük arzusu məni
də atam kimi müəllim görmək idi...
75
...Yeni tikilən evi şənləndirən ilk nəvəsi mən
olduğum üçün onun həyatında yerim tamam
başqaydı...
Mən əsgərlikdə olanda hər gün gizli-gizli
ağlayırmış. Xoşladığım, sevdiyim yeməklər
bişiriləndə bir bəhanə tapıb hamının iştahası-
nı küsdürürmüş: “Cəlil qərib yerdədir, onun
xoşladığı yeməyi niyə bişirmisiniz?”
...Tələbəlik illərimin dadı-duzu idi nənəm.
Valideynlərim cibimə nə qədər pul qoyur-
qoysun, nənəmin hamıdan gizlicə ovcuma
sıxışdırdığı 3-5 manat mənə Hatəmin xəzinə-
si kimi qiymətli görünürdü...
...Oxuya bilməsə də yazılarım çap olunan
qəzetləri səliqə ilə yastığının altında saxlayır-
dı. Kitablarımı öpüb, evin ən görməli yerinə
qoyurdu...
...Toyumda xəstələnmişdi. Bakıya, məclisə
gələ bilmədi. Toyun səhəri günü qucaqlayıb
gileyləndim. “Başqa vaxt deyirsən ki, sən
mənim birdənəmsən, səni çox istəyirəm.
Niyə toyuma gəlmədin, niyə xeyir-dua
vermədin, ay nənə? ” Heç nə demədi. Susdu.
Amma məndən sonra ailə quran beş nəvəsi-
nin heç birinin toyuna getmədi...
...Evliliyimin ilk aylarında onun təqaüd kar-
tıyla dolandım. Evə alınan konfetdən, şirniy-
yatdan, bağçadakı meyvələrdən mütləq payı-
76
mı saxlayardı. Və onun saxladığı, ayırdığı
pay bir başqa dadardı...
Qulaqları yaxşı eşitmədiyi üçün evdəki
söhbətlərə qəribə, maraqlı reaksiyalar verir-
di. Məni isə pıçıltımdan, baxışımdan anla-
yırdı...
...Sonuncu bayram tətilində yanındaydım.
Xəstələnmişdi. Rahat nəfəs ala bilmir, dayan-
madan öskürürdü. Amma mən söhbətə tu-
tanda halı yaxşılaşır, uzun-uzun öyüd nəsi-
hət verirdi. Zarafata salıb valideynlərimin
qeybətini də elədim. Deyib-güldük...
O qədər qayğıkeş idi ki...
Nəvazişləri yadıma düşdükcə boğazım dü-
yünlənir, boğuluram.
Atama, bibilərimə təskinlik vermək istədim,
olmadı. Bacarmadım. Əvəzində atam qolu-
ma girdi: “Bir az toxtaq ol. Nənənin də ən
böyük arzusu son mənzilə sizlərin-nəvələri-
nin çiynində getmək idi.”
...Qəfildən nənəmin nə isə xahiş edəndə,
məni sakitləşdirəndə istifadə etdiyi fikri xa-
tırladım. “Çiynində gedim, ay bala...”
...Tabutunu yerdən qaldıranda anladım yox-
luğunu. Nəvazişlə üstümə yorğan çəkən nə-
nəmin üstünə buz kimi torpaq atdım...
77
Hansısa dostum yazmışdı ki, nənələr dünya-
dan köçəndə nəvələr böyüyür. Nənəmin
ölüm xəbərini aldığım andan bütün ruhumla
böyüdüyümü hiss elədim...
...İndi məni kim danlayacaq? Kim boynuma
qol salacaq sənin kimi? Kitablarımı, şəkil-
lərimi kim öpüb əzizləyəcək, nənə?
... Əllərim titrəyə-titrəyə, yanaqlarım islana-
islana bu yazını yaza bilirəmsə, soyuqdu tor-
pağın üzü...
Bilirəm, narahat ruhun hardasa uzaqlardan,
ucalıqlardan mənə baxır və gileylənir sağlı-
ğındakı kimi:
“Ay bala, bu zibilin (kompüterin) qabağında
az otur. Oturanda kürəyinə bir şey at. Bir də,
qurban olaram, o zəhrimarı az çək...”
Bilirəm, bilirəm ki, olduğun yerdə də mən-
dən nigaransan...
Nigaran ruhun köməyim olsun, nənə...
Sənin istədiyin kimi qayğıkeş, qohumcanlı,
ağıllı uşaq ola bilmədiyim üçün, məni ba-
ğışla...
78
İki
Anamın əlləri
Beş yaşlı oğlum qucağımda oturub dil boğa-
za qoymadan anasını tərifləyir: “Ata, anamın
əlləri elə qəşəngdir ki...”. Gözlərimi yumub
onun anasını tərifləməyinə qulaq asıram:
”Mənim anam...” O danışdıqca mən də onun
fikirlərinə qüvvət verirəm, “quzum, anaların
əlləri qəşəng olur...”
Birdən susur və boynumu qucaqlayıb qula-
ğıma pıçıldayır:
- Ata, mənim nənəm sənin anadır, hə?
- Elədi quzum.
- Ata, nənəmin əlləri elə möhkəmdir ki, elə
qaradır, elə qocadır ki...”
***
Oğlumun sözləri məni əməlli başlı silkələyir.
Beş yaşlı uşağa nənəsinin əllərinin niyə sərt,
qabarlı, qoca olduğunu necə izah edim?
Gəncliyini, ömrünün ən yaxşı vaxtlarını öv-
ladlarına və şagirdlərinə həsr eləmiş müəllim
anamın sərt, dərsi cadar-cadar əlləri gözü-
mün qabağına gəlir. Görüşəndə saçlarıma tu-
mar çəkən, dəfələrlə öpdüyüm o sərt, qabarlı
79
Dostları ilə paylaş: |