əllər gözümün önündə canlanır... Odun doğ-
rayan, ot biçən, alaq təmizləyən, inək sağan,
təndir qalayan, çörək yapan o əllər, mənim
klaviaturaya alışmış yumşaq əllərimdən fərq-
li olaraq sərt, qabarlı əllər yadıma düşür
gecənin bir vaxtı... Müəllim anamın, şair
anamın susuz torpaq kimi cadar-cadar olmuş
əlləri...
Əllərimi oğlumdan gizləməyə çalışıram.
Utanıram əllərimdən...
Anam texnikanın bu qədər inkişaf etdiyi
vaxtda da hərdən mənə uzun-uzun məktub-
lar yazır... Cadar-cadar olmuş, oğlumun “elə
möhkəmdir ki...” dediyi əlləri ilə mənə şeirli,
duyğulu məktublar yazır anam... Oxuduğu
saysız kitablar, yetişdirdiyi minlərlə şagird,
yazdığı şeirlər, nəvələri üçün düzüb-
qoşduğu nağıllar, laylalar yadıma düşür...
Yayın istisində üşüyürəm. Boğazımdakı kə-
dəri udub, doluxsunuram...
***
Kənd həyatının öz çətinlikləri var və kənd
qadınları daha fədakar, daha qayğıkeş, daha
duyğusaldır... Ağlım kəsəndən anamın dır-
naqları manikür görməyib... Atam şəhərdə
işlədiyi üçün anam həm kişi işinə, həm qadın
işinə qaçıb... Yer belləyib, bostan suvarıb,
tərəvəz əkib, meyvə yığıb, odun doğrayıb...
80
Bir dəfə də olsun yeməyimizi gecikdirməyib,
paltarımız ütüsüz olmayıb...
Heç vaxt bizdən tez yatmayıb, bizdən sonra
oyanmayıb...
Bir dəfə də olsun məktəbə qarnımız ac, pal-
tarımız çirkli getməmişik...
Biz xəstələnəndə qeybdən zoğal mürəbbəsi,
itburnu, kəklikotu, qarğadalı saçağı peyda
olub həmişə...
Heç vaxt atamla aramızın açılmasına, ata-
mızdan narazı qalmağımıza imkan verməyib
və həmişə atamı o qədər sevib ki, bütün ailə
bunu hiss eləyib.
Uşaq kimi nazıyla oynayıb atamın...
İndi də hamı-qudaları, kürəkəni, gəlinləri,
nəvələri anamın atama olan sevgisinə qibtəy-
lə yanaşır...
***
...Anam qocalır və mən bunu sonuncu dəfə
anamın əllərinə baxanda, o torpaq qoxulu,
süd qoxulu, çörək qoxulu əllərindən öpəndə
hiss elədim...
81
***
...Tələbə yoldaşım Hüseynin anası dünyasını
dəyişəndə bərk sarsılmışdım və dərk eləmiş-
dim ki, analar əbədi deyil. 24 yaşım vardı,
yüzlərlə kitab oxumuşdum, tələbəydim, rə-
van nitqim vardı amma Hüseynə təskinlik
verməyə söz tapa bilməmişdim...
Yanında oturub onunla birlikdə susmuş-
dum...
O gün başa düşmüşdüm ki, anası dünyadan
köçənlərə təskinlik vermək üçün söz
axtarmaq mənasız işdir...
***
Anamın əlləri bu gecə yuxuma girmişdi...
Saçlarımı qarışdırdı, tumar çəkdi...
Bərk-bərk yapışdım...
Öpdüm, üzümə söykədim...
Oğlumun sözləri yadıma düşdü, ağlamaq is-
tədim...
Bərk-bərk yapışdım cadar-cadar olmuş əllə-
rindən...
Yalvardım... anamın əllərinə yalvardım ki,
qocalmasın...
***
Dünyada bəlkə də ən ədalətsiz hadisə ana
əllərinin qocalmasıdır...
82
üç
Saat...
qadın...
darıxmaq...
...O gecə zibillikdən tapdığım krossvordu
yazmaq üçün özümlə evə apardım. Stolun
üstündəki siqaret qutularının və içki şüşələri-
nin arasında balaca bir yer düzəldib, ciddi-
cəhdlə krossvord yazmağa girişdim. Gecə
saat üçdü...
***
...O gün işə getmək üçün avtobusa mindim,
salam verdim. Sürücü telefonla danışırdı,
üzümə belə baxmadı. Lap öndə oturmuş
qızcığaz üzümə baxıb dodaqlarını qəribə
şəkildə büzdü, “salamın başına dəysin”
ədasıyla saçlarını gözlərinin üstündən çəkdi.
Qırmızı şalvarlı yeniyetmə gözlərini yumub
özünü yuxululuğa vurmuşdu, birdən qalxıb
kiməsə yer verməli olar deyə o da gözünü
açmadı. Hicaba bürünmüş yaşlı qadın na-
məhrəmlərin ona toxunmaması üçün şişman
gövdəsini oturacağın ən uzaq küncünə
sıxışdırmaqla məşğuldu.
Təqaüd kartını əlində bərk-bərk sıxmış yaşlı
kişi ümumiyyətlə nə dediyimi anlamadı.
83
Kitab oxuyan tələbə qız gözünün ucuyla
məni süzüb başını yellədi. Avtobus yerindən
tərpəndi. Səhər saat ondu...
***
O gün havanın isti olmasına baxmayaraq
avtobusdan düşüb bir siqaret yandırdım.
Məncə səkkiz saatlıq iş günlərini ləğv
etməyin vaxtı çoxdan yetişib. Bütün əmək
müqavilələri, sığortalar ləğv edilməlidir.
İnsanların niyə rahat həyatı, evi, avtomobili
və sağlamlıq sığortası olmalıdır ki? Əgər
dostlar kirayə mənzillərdən tabutumuzu
çıxaracaqlarsa, nə ehtiyac var uzun-uzun iş
günlərinə?
Ofisə girdim, bilgisayarımı işə saldım. Saata
baxmağa həvəsim olmadı...
***
O gün səhərədən-axşama kağız-kuğuzlar
arasında eşələndim. Naharı çayla yola ver-
dim, çünki ay yeni başlasa da pulum bit-
mişdi. Pulsuzluğa nifrət edirəm. İnsan pul-
suz qaldığı üçün daha çox işləməyə məcbur
olur. Hə, bir də banklardan zəhləm gedir.
Paytaxtda evim və qeydiyyatım olmadığı
üçün mənə kredit vermirlər.
Axşam iş masamın üzərindəki kağızları
toplayıb qapıdan çıxanda dostum zəng elədi.
84
Dostları ilə paylaş: |