Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

82 
 
yanda evdən  çıxırdım.  Amma  bilirdim  ki,  gec,  ya  da tez bu 
baş  verəcək.  Üsyan  etməyə  isə  cəsarətim  çatmırdı.  Tək  və 
gücsüz idim.  
Evlilik... 15 yaşım tamam olmamış atam elçilərə “hə” 
cavabı  verdi  və  nişanladım.  Rəsmi  nikaha  girməyə  yaşım 
çatmadığı  üçün  iki  il  nişanlı  qaldım.  Toy  gecəsindən  bərk 
qorxurdum.  Qızlar  bunun  çox  ağrılı  olduğunu  deyirdi.  Ərə 
getmiş rəfiqələrim isə o gecədən qorxunc əhvalatlar danışır-
dılar. Hələ birdən bakirə olmasan bütün həyatın cəhənnəmə 
çevrilə bilər. Çox qorxsam da toy gecəsi Elvin mənə yaxınlaş-
madı.  
 
*** 
 
… Elvin narkoman və homoseksual idi. İndi düşünə-
cəksən ki, bütün bunları uydururam. Amma inan ki, səmimi 
danışıram. Başqaları kimi  nə  isə  uydurmağa  ehtiyacım  yox-
dur. Ailəmdən canımı qurtarmaq üçün onunla evlənsəm də, 
həyat qarşıma daha betərini çıxarmışdı. Elvin o qədər soyuq 
və laqeyid idi ki... Evlilikdən sonra mənə toxunmamışdı. Biz 
toy gecəsindən sonra bacı-qardaş kimi yaşayırdıq. Hətta çır-
çılpaq soyunub yatağa girəndə də, ehtirasdan alışıb yananda 
da,  qara  corablarımı,  qara  bikinimi,  qara  busqalterimi  ge-
yinib  qarşısında  yüz  oyundan  çıxanda  da  mənə  toxunmur-
du. Onun  üçün bütün  bunların maraqlı olmadığını sonralar 
anladım.  Homoseksuallığın  nə  olduğunu  tam  dərk  eləmir-
dim. Bizim məhlədə incə davranışlı, özünü qadın kimi apa-
ran oğlanlara “petux” deyirdilər. Belələrini nə sevən olurdu, 
nə  də  gizli  görüşə  çağıran.  Elvindəki  qız  incəliyi  ilk  günlər 
çox xoşuma gəlirdi. Yenə deyirəm ilk günlər. Elə xoşuma gə-
lirdi ki...Amma ilk günlər... 


83 
 
Nə  qədər  soyuq  və  həvəssiz  olsa  da  mən  seks  üçün 
alışıb yanırdım. Görməmişdim axı...Heç vaxt kişi təması hiss 
etməmişdim.  Onu  seksə  məcbur  eləmək  üçün,  dəridən-
qabıqdan  çıxırdım,  indi  olmasın.  İnternetdə  porno  filmlərə 
baxa-baxa  əlimi  ayaqlarımın  arasına  aparanda  xəyalımda 
müxtəlif kişilərlə sevişirdim. Çox çalışsam da orqazm yaşaya 
bilmirdim.  Düzünü  deyim?  Heç  orqazmın  nə  olduğunu  da 
bilmirdim. Porno filmlərdə qadınların çığır-bağır salıb axırda 
susması, məni coşdururdu. Evlənəndən bir həftə sonra Elvin 
mənə homoseksual olduğunu etiraf elədi. Bunu anlamağım, 
dərk  etməyim  çox  uzun  çəkdi.  Nə  edəcəyimi,  ona  necə  kö-
mək  edəcəyimi  bilmirdim.  İkimiz  də  eyni  arzuyla  yaşayır-
dıq. 
Bütün günü əzab çəkməsi, uşaq kimi ağlaması mənə 
təsir etdiyi üçün bu barədə heç kəsə heç nə demirdim. Onu 
başa  düşməyə  çalışırdım.  Necə  davranacağımı  bilmirdim. 
Qadın  kimi  tələbatlarım  vardı  və  bu  tələbatları  yanımdakı 
kişinin ödəyə bilməməsi məni dəli edirdi. Tez-tez mübahisə 
edirdik.  Dalaşırdıq.  Aqressiyamla  onu  özündən  çıxarırdım. 
Sonralar  yazığım  gəlsə  də,  acısam  da  öz  hisslərimi  boğa 
bilmirdim. Sevgilisi ilə görüşüb sevişdikdən sonra evə gəlir, 
telefonu söndürüb bir kənara atır, birbaşa yataq otağına çəki-
lirdi. Bəzən mənimlə danışmağa da utanırdı. Mənə elə gəlir-
di ki, sonuncu çıxış yolum ona kömək etməkdir. İnternetdən, 
erotik jurnallardan, əlimə keçən tibb kitablarından homosek-
suallıqla  bağlı  oxuyurdum.  Artıq  bilirdim  ki,  homoseksu-
alizmin  müalicəsi  və  çarəsi  yoxdur.  Sən  demə  uşaq  vaxtı 
“petux” deyib ələ saldığımız insanlar sadəcə bu cür doğulur-
muş.  Bütün  bunları  bilə-bilə  məni  ailəmin  cəngindən  qurta-
ran  bu insan  üçün  nə  isə  etmək  istəyirdim.  Əvvəllər  inanır-
dım ki, o istəsə bu yoldan qayıda bilər.  Yeganə yol, ona ya-


84 
 
şadıqlarında  sərbəstlik  vermək,  seçiminə  görə  onu  qınama-
maq idi. Bütün bunları düşünmədən   edirdim. Sadəcə daxi-
lən rahat olmaq üçün onu incitmirdim. Ondan sadəcə bir şe-
yə  görə  zəhləm  gedirdi.  Homoseksual  olduğunu  bilə-bilə 
mənimlə  evlənməsi,  düşüncəsiz  davranması,  komplekslər 
içində çabalaması məni əsəbiləşdirirdi. Özünə hörmət etmə-
məsi isə lap dözülməz idi. Düzü nə qədər savadsız olsam da 
qarşımdakı insanı düşünməyi bacarırdım. İnsanları anlamaq 
üçün intellektual olmağa gərək yoxdur. İnsan olmaq kifayət 
edir. 
Elvin  qadın  salonunda  saç  ustası  idi.  Tanınmış,  im-
kanlı,  qlamur  və  populyar  qadınlara  xidmət  göstərirdi.  Şə-
hərin ən gözəl qadınları onun üçün dəli-divanə idi. İncə əllə-
ri,  zərif  davranışı,  nəcib  görkəmi  qlamur  qadınların  ağlını 
başından almışdı. Çox mehriban və şirindil idi. Heç kəsi na-
razı  salmazdı.  Bütün  müştəriləri  onun  xoş  davranışını,  gör-
düyü işi yüksək qiymətləndirirdi. Hərdən bahalı və tanınmış 
kafelərdə  yemək  yediyimiz  zaman  qadınlar  ona  yaxınlaşır, 
kefini  soruşur,  mənə  isə  paxıllıq  və  həsədlə  baxırdılar. 
Amma  qadınlara  qarşı  laqeydliyi,  cinsi  seçimi  mənə  məlum 
olduğu üçün onu qısqanmırdım. Bir də, axı qısqanmaq üçün 
sevmək də lazımdı. Mən isə Elvini sevmirdim. Əvvəllər ona 
nifrət  etdim,  sonra  isə  yazığım  gəlməyə  başladı.  Bəli,  kişi 
üçün dünyanın ən gözəl nemətindən, qadın bədəninə toxun-
maqdan və qadınla sevişmək həzzindən məhrum olan ərimə 
acıyırdım. Onda hələ anlamırdım ki, onun üçün qadın bədə-
nindənsə, kişi bədəni daha maraqlıdı... 
 
… Deyəsən evliliyimizin ikinci ayı idi. Elvin sevgilisi 
ilə  görüşdən  gəlib,  sakitcə  yataq  otağına  keçmiş,  pəncərəni 
açıb  siqaret  çəkirdi.  Qəribədir,  o  həmişə  az  nikotinli,  qadın 


85 
 
üçün  nəzərdə  tutulmuş  siqaretlərdən  çəkərdi.  Ona  görə  də 
evdən heç vaxt siqaret qoxusu gəlməzdi və mən ona evdə si-
qaret çəkdiyi üçün əsəbiləşməzdim. Yeməyinə xüsusi diqqət 
edər, dieta saxlayardı.  
Onun  arxasınca  yataq  otağına  keçib,  çarpayının  üs-
tündə  oturdum.  Reaksiya  vermədi.  Həyəcanlı  görünürdü. 
Sakitcə çağırıb danışmaq istədiyimi bildirdim. 
Əvvəlcə  etiraz  etdi.  İsrar  etdim  ki,  çox  vacibdir  və 
mən səni çox gözəl başa düşürəm. Amma istərdim ki, sən də 
məni  başa  düşəsən.  Artıq  iki  aydır  evliyik,  ancaq  sən  mənə 
toxunmamısan.  Bilirsən,  yaşım  az  olsa  da,  bakirə  qız  kimi 
yaşamaq istəmirəm. Bu məni narahat edir. 
Elvin təəccüblə mənə tərəf çevrildi: 
– Bəyəm sən bakirəsən? 
Onun bu davranışı məni lap özümdən çıxardı: 
– Sən necə bilirdin? Axı mənim həyatımda səndən başqa kişi 
olmayıb. Ailəmin mühafizəkarlığını yaxşı bilirsən 
Elvin suya düşmüş küçük kimi zingildədi: 
– Hmm...Mən...mən... 
Aciz-aciz mızıldanmağı heç xoşuma gəlməsə də, ona 
təskinlik verməyə çalışdım. 
–  Bilirəm  bacarmırsan.  Heç  olmazsa  həkimə  gedək.  Bakirə 
qız kimi yaşamaq istəmirəm. 
– Könül... 
– Elvin, xahiş edirəm məni başa düş. Axı, bilirsən ki, bu və-
ziyyətdə özümü təhqir olunmuş hesab edirəm. Nə vaxta qə-
dər belə davam edəcək? 
–  Başa  düşürəm.  Sən  məni  başa  düşdüyün,  anladığın  kimi 
mən də səni başa düşürəm. Mənə elə gəlir ki, sən də həyatını 
yaşamalısan. Sənin də normal seks həyatın olmalıdı. 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə