Cəlil Cavanşir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix26.08.2018
ölçüsü2,09 Mb.
#64290
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

77 
 
xardı. O gedəndən sonra onunla gələn qızlara başqa oğlanlar 
girişməyə başlayırdı.  
Bütün  bunlar  onun  kefini  qətiyyən  pozmurdu.  İçən-
dən sonra  şairlərdən danışar, sevdiyi şeirləri yüksək və əsə-
bi səslə deməkdən həzz alardı. Bəzən, çox qəribə görünsə də, 
üzünü  göyə  tutub  ulayırdı.  Amma  yalnız  çox  içkili  olanda 
belə edirdi... 
Çox vaxt görüşlərimizdə rəfiqəm də iştirak edərdi. O 
sözün  həqiqi  mənasında  Nicatın  fanatı  idi.  Rəfiqəmin  onun 
özündən də, dediyi şeirlərdən də xoşu gəlirdi. Çünki Gülxar 
məndən  fərqli  olaraq  az-çox  kitab  oxumuşdu  və  onun  da-
nışdıqlarını  başa  düşürdü.  Ya  da  özünü  başa  düşmüş  kimi 
göstərirdi.  Əslində  Gülxar  kişilərin  çoxusu  üçün  “ölürdü”, 
çünki seksdən doymurdu. Müxtəlif kişilərlə yatandan sonra, 
oturub  saatlarla  yatdığı  kişilərin  penislərindən,  hansının 
uzun,  hansının  qısa  olmasından  danışmağı  sevərdi.  Onun 
üçün  kişilər  iki  qrupa  ayrılırdı,  "gec  boşalanlar”  və  "tez  bo-
şalanlar”. Ən qiymətli kişi tipi isə böyük penisli gec boşalan-
lar  sayılırdı.  Bu  onun  yeganə  əyləncəsiydi.  Dəfələrlə  içkili 
vaxtı  Nicatla  öpüşmək,  yalaşmaq,  sevişmək  istəsə  də,  alın-
mamışdı. Çünki, Nicatın Gülxardan qətiyyən xoşu gəlmirdi. 
Hikmətin –  mənim  gicbəsər ərimin isə Gülxarın yekə götü 
üçün  ürəyi  gedirdi.  Dəfələrlə  görmüşdüm  ki,  rəqs  edəndə 
qəsdən onun yekə dalına, yoğun budlarına toxunur.  
Düzü Hikmətə əsəbiləşmirdim. Atası Sovet vaxtı, Əf-
qanıstan  müharibəsində  həlak  olmuşdu.  Anası  isə  onu  atıb 
getmişdi.  O  uşaq  evində  böyümüşdü.  Nə  uşaqlığını,  nə  də 
gəncliyini  yaşaya  bilmişdi.  Kasıbçılıq,  ehtiyac,  aclıq  ona 
gənclərə qarışmağa, ürəyi istədiyi həyatı yaşamağa mane ol-
muşdu.    Amma  Gülxarın  dalından  kiçik  olsa  da,  mənim  də 


78 
 
dalım balaca deyildi. Hətta Gülxardan daha çox diqqət çəkir-
dim.  
 
...Adama  deyərlər  heç  dəxli  var?  Orxan  kimi  ciddi  perso-
najın oturub Könülün gic-gic söhbətlərinə qulaq asması adamı lap 
özündən çıxarır. Biz obrazlar arası göt yarışı keçiririk bəyəm? Am-
ma neyniyəsən? Dözmək lazımdı... 
 
Hikmətlə  əmlak  bürolarının  birində  tanış  olmuşduq.  O  za-
man  Hikmət  sakitliyi  və  çalışqanlığı  ilə  fərqlənirdi.  Mən  isə 
birinci  ərimdən  yenicə  boşanmışdım.  Ailəmin  qadağalarına 
baxmayaraq Hikmətin çalışdığı büroda işə düzəlmişdim.” 
 
 
Könül  danışdıqca  əlləri  əsir,  səsi  titrəyirdi.  Orxan 
onun  həyəcanını  başa  düşürdü.  Könül  növbəti  siqareti  yan-
dırmaq istəyəndə Orxan mane oldu: 
–  Yaman  çox  çəkirsən,  ziyandı.  Əgər  sənin  üçün  çətindirsə, 
danışma. 
–  Narahat  olma,  artıq  içki  və  siqaret  mənim  peşəmə  aiddi-, 
Könül  zorla  gülümsəməyə  çalışdı-Hər  halda,  fahişələrə  ya-
zığı gələn kişilərdən deyilsən. 
– Sən mənim üçün qiymətlisən, Könül. Mən həkim-psixiatr, 
sən isə mənim dünyasını dəyişmiş dostumun keçmiş sevgili-
sisən. Fahişəlik sonrakı məsələdi. Bu barədə danışmağın, fa-
hişəliyini xatırlatmağın vacib deyil. 
Könül qəribə şəkildə əlini yellədi. Yuxusuz gözlərini 
yumub, başını arxaya atdı. Bir neçə dəqiqə susdu. Onun sus-
qunluğu  otaqda  dərin  və  üzücü  sükut  yaratdı.  Ofisiant  qız 
qapını döydü. Orxan onu içəri çağırdı: 
– Mənim üçün ağ şərab, xanım üçün pivə. 


79 
 
Ofisiant əlavə sual vermədən otaqdan çıxdı. Sifarişlər 
masaya qoyulanda Könül gözlərini açdı və pivə bakalını gö-
türüb  başına  çəkdi.  Kafedəki  klassik  ab-havanı  Schubertin 
“Der Erkönig”i daha da ağırlaşdırırdı. Könül masaya dirsək-
ləndi.  Philippe  Sly  susdu.  Orxan  sual  dolu  gözlərlə  ona  ba-
xırdı. 
 
 


80 
 
13 
 
"Pisi odur ki, qadınsız da yaşamaq olmur
 qadınla da." 
 Bayron 
 
“Nədənsə  evliliyimdən  danışmaq  istəyəndə  uşaqlı-
ğım yadıma düşür. Bütün bunları Nicata da danışmışam. İs-
təsəydi bu mövzuda roman-zad da yazardı. Düzü uşaqlığımı 
başqa  vaxt  da  danışa  bilərəm.  Bunların  Nicatla  əlaqəsi  yox-
du. Amma danışdıqca rahatlaşıram. Və yəqin etiraz etməyə-
cəksən. Danışım, ürəyim boşalsın. Kimlərsə bu romanı oxu-
yanda mənə bir balaca mərhəmətlə yanaşa bilsin. 
Çox  mühafizəkar  mühitdə    doğulmuşam.  Ağlım  kə-
səndən problemlər içində olmuşuq. Anam tez-tez xəstələnər-
di. Hər dəfə sancıları tutanda atam xəstəxanaya aparar, mən 
isə  nənəmgildə  gecələyərdim.  Qardaşım  məndən  böyük  ol-
duğu  üçün  onun  heç  bir  qayğısı  yox  idi.  Bütün  günü 
damların başında quş uçurdurdu. Səviyyəsizin, avaranın biri 
idi. Elə lap əvvəldən ya qatil, ya da polis olacağı bəlli idi. Cə-
mi 4-5 yaşım vardı. Anamın köksünə qısılıb, onun qoxusuyla 
yuxuya  getdiyim  vaxtlar  idi.  Saatlarla  masanın  altında  giz-
lənib ağlayar, anamı istəyərdim. Nənəm məni sakitləşdirmək 
üçün cürbəcür oyunlar fikirləşsə də, sakitləşməzdim. Hərdən 
dalıma bir-iki sillə çəkərdi əsəbiləşib. Nənəmi unutsam da, o 
sillələri unutmamışam. 
Məktəb  illəri...  O  illər  olmayıb  desəm,  daha  doğru 
olar.  Mənim  doğulduğum  yerdə  qızlar  yalnız  ZAQS-da  ni-
kah şəhadətnaməsinə imza atmağı öyrənmək üçün məktəbə 
gedirdi. Elə məni də yalnız buna görə məktəbə göndərdilər. 
Cəmi 5 il. Vur-tut beş sinif oxudum. Məktəb illərimi, məktəb 


81 
 
həyatımı  atam  oğurladı  məndən.  Hələ  də  atama  nifrət  edi-
rəm.  Mənim  gələcəyimi,  səadətimi,  oxumaq  istəyimi  məhv 
etdiyi  üçün.  Məhləmizin  qızları bizə  yığışıb  ərə  getməkdən, 
bakirəlikdən danışanda utanardım. Bu söhbətlər məni qətiy-
yən cəlb eləmirdi. 13 yaşım vardı və mən həkim olmaq istə-
yirdim. 
Yadımdadı, ilk dəfə 13 yaşımda aybaşı oldum. Məh-
lədə uşaqlarla oynayırdıq, birdən nəsə baş verdiyini hiss et-
dim. Qaçdım evə, qorxudan dəhşətə gəlmişdim. Neyləyəcə-
yimi bilmirdim. Yanlış, ayıb bir şey etmiş kimiydim. Qorxur-
dum, ailəmdən kimsə bilər deyə. Amma bu lənətə gəlmiş qa-
nı bir şəkildə durdurmalıydım axı...  
Güc-bəlayla  özümü  toparlayıb  nənəmə  deyə  bildim. 
O isə sevincək məni qarşısına qoyub başladı təlimə. “Deməli, 
artıq sən böyümüsən, ərə gedə bilərsən. Bundan sonra oturu-
şuna-duruşuna  fikir  ver,  böyük  qızsan,  özünü  uşaq  kimi 
aparma".  
Rəfiqələrimin  arzusu  ərə  gemək,  mənim  arzum  isə 
həkim olmaq idi. Yatanda gələcək arzularımı düşünüb, son-
ra  yuxuya  gedirdim.  Məni  məktəbdən  çıxaranda  etiraz  edə 
bilmədim.  Etiraz  etsəm  də  heç  nə  dəyişməyəcək,  üstəlik 
atam  döyəcəkdi.  Bütün  günü  xəyallar  qururdum.  Mənə  elə 
gəlirdi ki, atam nə vaxtsa insafa gələcək. Atam isə gecə-gün-
düz əziz-xələf oğlunun polis olması üçün pul yığır, onu polis 
formasında görmək arzusuyla alışıb-yanırdı. 
Bədənimdə  qəribə  dəyişiklər  baş  verirdi.  İndi  kişilə-
rin acgözlüklə baxdığı döşlərim yetişməyə başlamışdı. Çana-
ğım böyüyürdü. Hiss edirdim ki, valideynlərim məni tezlik-
lə  ərə  verib  başlarından  eliyəcək.  Ərə  getmək  istəmirdim. 
Bunu dilə gətirmək isə, bizim ailəmizdə üsyan hesab olunar-
dı.  Qorxurdum.  Valideyinlərim  evlilikdən  danışmağa  başla-


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə