11
(İbrahim 44). «Onlar orada fəryad edib deyəcəklər: «Ey Rəbbimiz! Bizi
buradan çıxart ki, saleh əməllər edək. O, əməlləri yox ki, (dünyada)
edirdik! (onlara) Məgər sizə orada öyüd-nəsihət qəbul edəcək kimsənin
öyüd-nəsihət qəbul edəcəyi qədər ömür vermədikmi? Hələ sizə qorxudan
Peyğəmbərlər də gəlmişdir. Dadın (Cəhənnəm əzabını)! Zalimlərin
imdadına çatan olmaz!». (Fatir 37). «Onlar deyərlər: «Ey Rəbbimiz!
Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir cəmaat
olduq! Ey Rəbbimiz bizi oradan (Cəhənnəm odundan) çıxart! Əgər bir də
(pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalim olarıq». (əl-Muminun 106-108).
«Sizdən elə bir kəs olmaz ki, Cəhənnəmə varid olmasın. Bu Rəbbinin
buyurduğu vacib bir hökmdür». (Məryəm 71). Əbu Hureyrə –
radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və
səlləm - buyurdu: «Cənnət və Cəhənnəm aralarında münaqişə etdilər.
Cənnət deyir: «Mənə daxil olanlar zəif və miskinlərdir. Cəhənnəm deyir:
«Mənə daxil olanlar qüvvətlilər və təkəbbürlülərdir». Allah Cəhənnəmə:
«Sən mənim əzabımsan. İstədiyimdən sənin ilə intiqam alaram». Cənnətə
isə: «Sən Mənim rəhmətimsən. Sənin ilə istədiyim kəsə rəhm edərəm.
İkinizə də dolacaq qədər vardır»
29
. Əbu Hureyrə – radıyallahu anhu –
rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu:
«Cəhənnəm əhlindən iki sinif insan var ki, mən onları dünyada ikən
görməmişdim. Bir qövm inəyin quyruğu kimi qamçılarla insanları
döyərlər. İkincisi isə qadınlar açıq-saçıq, yarım çılpaq geyinəcəklər,
pozğun şeylərə meyl edəcəklər, başlarını (saçlarını) dəvənin boynundakı
hörüklər kimi maili çıxacaqlar. Onlar Cənnətə daxil olmazlar və onun
iyisini də duymazlar. Halbuki cənnətin iyi bu və bu qədər məsafədən hiss
edilir»
30
. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah -
sallallahu aleyhi və səlləm - buyurdu: «Əgər kafir Allahın yanındakı
rəhmətini bilsəydi Cənnətdən ümüd kəsməzdi. Əgər mömin Allah
yanındakı əzabdan xəbərdar olsaydı Allahın Cəhənnəmindən əmin
olmazdı»
31
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah
– sallallahu aleyhi və səlləm – buyurdu: «….Allah Cənnətə sən mənim
rəhmətimsən, mən səninlə qullarımdan istədiyimə rəhmət edirəm».
Cəhənnəmə də: «Sən mənim əzabımsan. Mən səninlə qullarımdan
istədiyimə əzab edirəm. Hər birinizə dolusu qədər var. Amma Cəhənnəm
dolmaq bilməz. Nəhayət Allah ayağını onun üzərinə qoyar, o da: Bəsdi,
Bəsdi! deyib Cəhənnəm dolar. (Cəhənnəmi doldurmaqla) Allah heç bir
29
Müslim 5081, Səhihul Cəmi 183.
30
“Səhihul Cəmi” 3693.
31
Buxari 7/83 «Rikak» 20.
12
kəsə zülm etməz. Cənnətə gəlincə Allah onun boşluqlarını doldurmaq
üçün bir neçə varlılıqlar yaradır»
32
. Adıy b. Hatim – radıyallahu anhu –
rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu:
«Sizdən elə bir kimsə yoxdur ki, onunla Allah arasında heç bir vasitə
olmadan Allah onunla danışmasın. Sağına baxacaq etdiyi əməlindən başqa
bir şey görməyəcəkdir, soluna baxacaq etdiyi əməlindən başqa bir şey
görməyəcəkdir. Önünə baxacaq önündə Cəhənnəmdən başqa bir
görməyəcəkdir. Bir xurmanın yarısı qədər də olsa sədəqə verərək və ya
gözəl bir söz söyləyərək özünüzü Cəhənnəm əzabından qoruyun”
33
.
CƏHƏNNƏMDƏN ALLAHA SIĞINMAQ
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı
xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər):
“Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və
müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! Ey
Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və
zalımlara kömək edən olmaz! Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə
inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə
iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla,
təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın
üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey
Rəbbimiz! Öz Peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və
Qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf
çıxmazsan!” Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər
kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram.
Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət
edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin),
öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar
olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü
Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları)
altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat
Allah yanındadır!”. (Ali İmran 191-195). Ənəs b. Məlik –
radıyallahu
anhu – rəvayət edir ki, Rəsulullah
- sallallahu aleyhi və səlləm - buyurdu:
«Kim Allahdan üç dəfə Cənnəti istəyərsə, Cənnət deyər: «Allahım onu
Cənnətə daxil et». Kim Allahdan üç dəfə Cəhənnmdən qorunmasını
istəyərsə, Cəhənnəm deyər: «Allahım onu Cəhənnəmdən qoru!»
34
. Əbu
32
Buxari, Müslim 5084.
33
Buxari, Müslim.
34
Tirmizi “Cənnət” 27, 2575, İbn Məcə “Zuhd” 39, 4340, Əbu Nuaym “Sifat əl-Cənnə” 1/95, Nəsəi
8/279. əl-Albani «Səhihul Cəmi» 6151.