Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə11/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

ZÜHURDAN QABAQKI ƏMIN-AMANLIĞIN VƏZIYYƏTI 

55 


2. Yоlların təhlükəli оlması 

Təhlükə o qədər vüsət tapacaq ki, hətta yollarda və 

xiyabanlarda  əmin-amanlıq  olmayacaq,  amansızlıq 

və qəddarlıq baş alıb gedəcək. Belə bir dövrdə Allah-

taala zorakı qüdrətli bayraqları yerə endirmək üçün 

İmam  Mehdinin  (ə.c)  zühurunu  yetirəcək.  Vədəsi 

verilmiş  Mehdi  (ə.c)  təkcə  qalaları  fəth  etməyəcək. 

Əslində,  o,  həqiqət  və  mənəviyyata  yolu  bağlanan 

qıfıllanmış qəlblərin qapısını açaraq onlarda həqiqəti 

qəbul etmək üçün şərait yaradacaq. 

Allahın Rəsulu  (s)  sevimli qızı Fatimeyi-Zəhraya (s) 

xitab  edərək  belə  buyurur:  “Həqiqətəti  çatdırmaq 

üçün məni göndərən Allaha and olsun! Həqiqətən də 

bu ümmətin Mehdisi  (ə.c) Həsənlə (ə) Hüseynin (ə) 

nəsilindən  olacaq.  Dünyanı  təhlükə,  intizamsızlıq, 

fitnə-fəsad  bürüdüyü  zaman  (bir-birinin  ardınca) 

yollar  təhlükəli  olacaq,  heç  kəs  bir-birinə  rəhm 

etməyəcək  və  kiçiklər  də  böyüklərin  hörmətini 

saxlamayacaqlar.  Bu  vəziyyətdə  Allah-taala  bu  iki 

nəfərin  (Həsən  və  Hüseynin)  nəslindən  оlan, 

azğınlıq  qalalarını  fəth  edib  cahil  və  nadan  qəlbləri 

(qaranlıq  pərdələri  altında  qalmış  həqiqətləri  dərk 

etmək  üçün)  nurlandırmaq  üçün  bir  nəfəri 

seçəcəkdir.  O,  mən  zamanın  əvvəlində  gəldiyim 

kimi,  zamanın  sonunda  (Axiruz-zamanda)  gələcək 



56  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

və  dünyanı  zülmlə  dolduqdan  sоnra  ədalətlə  sirab 

edəcək.”

1

 



3. Dəhşətli cinayətlər 

Tarix bоyu zülmkar və cəlladların ən ağır və vəhşətə 

gətirən  cinayətləri  inkaredilməzdir.  Əlbəttə,  tarix 

kitablarını  vərəqləyərkən  belə  cinayətlərə  çox  rast 

gəldiyimiz  üçün  bunu  təkrarlamaq  bir  o  qədər  də 

lazım deyil. Çingiz, Hitler, Atilla və bu kimi qaniçən 

şəxslərin  müxtəlif  millətlərə  etdikləri  rəhmsizlikləri 

heç xatırlamağa belə ehtiyac yoxdur. 

Amma  dünya  miqyasında  İmam  Mehdinin  (ə.c) 

zühurundan  öncə  baş  verən  cinayətləri  təsəvvürə 

belə gətirmək mümükün deyil. Kiçik yaşlı uşaqların 

dar  ağacında  edam  edilməsi,  yandırılması,  qaynar 

məhlulların  içinə  atılması,  adamların  mişarla  tikə-

tikə doğranılması, bu kimi acı və dözülməz hadisələr 

dünyada ədalətli hökumət qurulmazdan öncə, eləcə 

insan  hüquqlarının  müdafiəsi  şüarı  ilə  yaşayan 

hakimiyyətlərin  əli  ilə  olacaqdır.  Belə  vəhşilikləri 

görən  insanlar  İmam  Mehdinin  (ə.c)  hökumətinin 

necə zəruri olduğunu dərk edəcəklər. Rəvayətlər isə 

                                                 

1.  “Əqdud-Durər”,  səh.  152;  “Biharul-Ənvar”,  52-ci  cild,  səh. 

154  və  266; “İhqaqul-Həqq”,  13-cü  cild,  səh.  116;  “Əl-Ərbəunə 

Hədisən”,  (Əbu  Nəim),  “Zəxairul-Uqba”,  səh.  135;  “Yənabiul-

Məvəddə”, səh. 426. 




ZÜHURDAN QABAQKI ƏMIN-AMANLIĞIN VƏZIYYƏTI 

57 


bu dərketməni “Məhrum təbəqələrin pənahı” adı ilə 

bəyan ediblər. 

Əmirəl-möminin  Əli  (ə)  zamanənin  acı  hadisələri 

haqqında belə buyurur: “Sufyanilər uşaqları bir yerə 

toplayıb  оnlara  cəza  vermək  üçün  bir  dəstə  adamı 

vəzifələndirəcəklər.  Belə  ki,  onlar  uşaqları 

yandırmaq üçün yağları qaynadacaqlar. Uşaqlar isə: 

“Bizim  atamız  sizinlə  müxalifdirsə,  bəs  bizim  nə 

günahımız  var,  bizi  nə  üçün  yandırırsınız?”-deyə 

yalvaracaqlar.  Onlar  isə  uşaqların  içindən  Həsən  və 

Hüseyn  adını  daşıyanları  ayırıb  dar  ağacından 

asacaqlar.  Bundan  sonra  onlar  Kufəyə  gedərək 

oranın  uşaqları  ilə  də  eyni  rəftarı  edəcəklər.  Kufə 

məscidində  də  (Həsən  və  Hüseyn  kimi)  eyni  adlı 

uşaqları  ayıraraq  dara  çəkəcək,  əllərində  nizə  ilə  öz 

çirkin  cinayətlərinə  davam  edəcəklər.  Оnlar  оrada 

hamilə  qadınları  tutaraq  hamılıqla  yolun  ortasında 

təcacvüz  edəcəklər.  Daha  sonra  isə  qadının  qarnını 

parçalayıb  uşağını  çıxaracaqlar.  Bu  dözülməz 

vəziyyəti isə heç kəs dəyişdirə bilməyəcək.”

1

 

İmam  Sadiq  (ə)  Lövhə  barəsindəki  hədisdə  belə 



buyurur:  “...  Allah-taala  öz  rəhmətini  Peyğəmbərin 

(s)  qızının  oğlu  vasitəsilə  kamilləşdirəcək.  Оnda 

Musanın  kamalı,  İsanın  əzəməti  və  Əyyub 

peyğəmbərin  səbir  və  müqaviməti  vardır.  Mənim 

                                                 

1. “Əqdud-Durər”, səh. 94; “Əş-Şiə vər-Ricə”, 1-ci cild, səh. 155. 




58  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

dostlarım (оnun zühurundan öncəki) bu dövrdə zəlil 

və xar olacaq, başları da Türk və Deyləm əhalisinin 

başları  kimi  (zalımlar  və  hakimlər  üçün)  hədiyyə 

aparılacaq. Onlar öldürüləcək, yandırılacaq, qorxulu 

anlar yaşayacaqlar. Torpaq onların qanından qırmızı 

rəngə  boyanacaq,  qadınların  fəryadı  və  ah-nalələri 

çохalacaq.  Onlar  mənim  həqiqi  dostlarımdırlar.  O, 

(İmam  Mehdi)  mənim  dostlarımın  vasitəsilə  bütün 

zülmləri,  bütün  fitnə-fəsadları  məhv  edəcək, 

zəlzələləri  (və  nizamsızlıqları)  nizama  salacaq, 

оnlardakı əsirlik zəncirlərini qıracaq. Allahın salamı 

оnlara оlsun və оnlar hidayət olunmuşlardır.”

1

 



İbn Abbas deyir: “Süfyani və filankəs zühur edəcək. 

Onlar  bir-birləri  ilə  döyüşəcəklər.  Belə  ki,  (Süfyani) 

qadınların qarnını parçalayacaq və körpələri qaynar 

qazanda yandıracaq.”

2

 

Ərtat adlı şəxs deyir: “Süfyani onunla müxalifət edən 



hər  bir  şəxsi  öldürəcək.  O,  müхalif  оlan  adamları 

mişarla  iki  yerə  böləcək  və  qaynar  qazanlarda  əzab 

verəcək. Bu zülmlər altı ay davam edəcək.”

3

 



                                                 

1.“Kəmalud-Din”, 1-ci cild, səh. 311; İbn Şəhr Aşub, “Mənaqib”, 

2-ci  cild,  səh.  297;  “Əlamul-Vəra”,  səh.  371;  “İsbatul-Vəsiyyə”, 

səh. 226.  

2. İbn Həmmad, “Fitən”, səh.83; İbn Tavus, “Mulahim”, səh. 51. 

3.  Hakim,  “Mustədrək”,  4-cü  cild,  səh.  520;  “Əl-Havi  lil-

Fətava”,  2-ci  cild,  səh.  65;  “Muntəxəbu  Kənzil-Ummal”,  6-cı 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə