Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə32/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   28   29   30   31   32   33   34   35   ...   91

nəyə  gətirib  çıxarmasını  Yuqoslaviyanın,  Çexoslovakiyanın  və 
Rusiyanın nümunəsində başa düşmək olar. 
Dar mənada  «münaqişənin  tənzimlənməsi»  münaqişənin idarə 
olunması  üsullarından  birini  ifadə  edir.  Ondan  istifadə  olunması 
münaqişələrin  xitamını,  ləğv  edilməsini  deyil,  onların  intensivliyinə 
nəzarət  olunmasını  nəzərdə  tutur.  Bu  halda  məqsəd  münaqişənin 
aradan  qaldırılmasından,  yaxud  qarşısının  alınmasından  deyil,  onun 
məhsuldar edilməsindən ibarətdir. 
Münaqişələrin  nizama  salınması  üçün  onların  labüdlüyünü 
etiraf  etmək  zəruridir.  Onların  rolunu  dərk  etmək,  funksiyalarını  və 
təzahür  şəraitini,  xarakterini  aşkara  çıxarmaq  zəruridir.  Münaqişələr 
prinsipcə  siyasətdən  ayrılmaz  olduğundan,  belə  yanaşmada  başlıca 
səylər  münaqişənin  cərəyanının  və  inkişafının  formaları,  ssenariləri, 
müxtəlif variantları üzərində cəmləşdirilir. 
Belə  ki,  münaqişənin  legitimləşdirilməsinə  və  institutlaş- 
dırılmasına  böyük  diqqət  yetirilir.  Bu,  yalnız  münaqişənin  labüd- 
lüyünün,  hüquqauyğunluğunun  tanınmasında  deyil,  həm  də  onun 
barəsində  bütün  münaqişə  tərəflərinin  işləyib  hazırladıqları,  yaxud 
qəbul etdikləri müəyyən qaydaların, normaların, qanunların tətbiqində 
ifadə  olunur.  Belə  qaydalar  qismində  beynəlxalq  sazişlər  və 
konvensiyalar, 
beynəlxalq 
təşkilatların 
nizamnamələri 
və 
reqlamentləri, müqavilələr çıxış edə bilər. Münaqişənin tənzimlənməsi 
üçün  onların  səmərəliliyi  və  yararlılığı  bütün  münaqişə  iştirakçıları 
tərəfindən  tanınması,  bir  tərəfin  ziyanına  digərinə  üstünlük 
verilməməsi, onların tətbiqində heç olmasa formal bərabərliyin təmin 
edilməsi şərtilə əldə olunur. 
Bu qaydaların konkret məzmunu və forması siyasi həyatın özü 
qədər  rəngarəngdir.  Tarixin  müxtəlif  dövrlərində,  müxtəlif 
cəmiyyətlərdə və dövlətlərdə, müxtəlif siyasi sistemlərdə və müxtəlif 
siyasi  rejimlərdə  «yaxşı»  beynəlxalq  müqaviləyə,  beynəlxalq 
təşkilatların, yaxud birliklərin «yaxşı» nizamnaməsinə verilən tələblər 
nəinki  eyniyyət  təşkil  edir,  həm  də  ictimai  tələbatların  məzmunu  və 
təzahür forması dəyişdirildikcə onlara yenidən baxıhr. 
Demək olar ki, münaqişədə iştirakın qayda və normaları bu və 
ya  digər  şəkildə  təsbitini  tapmış  şüurlu,  mütəşəkkil  və  tənzimlənən 
davranış variantları sistemini təşkil etdikdə insti- tutlaşır. Duel, demək 
olar  ki,  tamamilə  institutlaşmış  münaqişəyə  misaldır.  Məlum  olduğu 
kimi, onun iştirakçılarının qarşı- 
96 


durma  qaydası,  onun  vasitələri,  vaxt,  məsafə,  habelə  şahidlərin, 
sekundantların və iştirakçıların duelə qədərki, duel vaxtı və du- eldən 
sonrakı  davranışı  özünəməxsus  məcəllə  ilə  tənzimlənir.  Siyasi 
münaqişənin  institutlaşmasının  əsasında  sosial  cəhətdən  Ic- 
gitimləşdirilmiş  vasitə  və  sanksiyaların  məcmusu,  bu  və  ya  digər 
hərəkətlərin yerinə yetirilməsinin təsbit olunmuş qaydası durur. 
Elmi  və  tədris  ədəbiyyatında  münaqişələrin  nizama  salınması 
dedikdə  çox  vaxt  tərəflərin  münasibətlərindəki  düşmənçilik 
səviyyəsinin aşağı salınması, münaqişənin problemlərin birgə həllinin 
axtarışı  məcrasına  keçirilməsi  ilə  bağlı  olan  məsələlərin  işlənilməsi 
başa  düşülür.  Bu  zaman  münaqişəli  vəziyyətdə  nizamasalma, 
qərarların  qəbul  edilməsi  texnologiyasının,  münaqişənin  dinc  həlli, 
danışıqlar prosesinin, vasitəçiliyin təşkili şərtlərinin öyrənilməsinə və 
öyrədilməsinə,  münaqişəyə  mümkün  təsir  metodlarının  təhlilinə 
xüsusi diqqət yetirilir. 
§4. Beynəlxalq siyasi münaqişənin nizama salınmasmda 
«üçüncü tərəf»in rolu 
«Üçüncü  tərəf»  termini  geniş  və  ümumi  olub,  «vasitəçi», 
«danışıqlar  prosesinin  müşahidəçisi»,  «arbitr»  kimi  mənalarda 
işlədilir.  Üçüncü  tərəf  qismində  vasitəçi,  yaxud  müşahidəçi  statusu 
daşımayan,  lakin  tərəflər  arasında  münaqişəli  vəziyyətlərin  nizama 
salınması  məsələləri  ilə  məşğul  olan  istənilən  şəxs  çıxış  edə  bilər. 
Vurğulamaq  vacibdir  ki,  üçüncü  tərəf  münaqişəyə  iştirakçılardan 
birinə  yardım  göstərmək  məqsədilə  deyil,  məhz  onun  dinc  yolla 
nizama salınması məqsədilə müdaxilə edir. Birinci halda müdaxilənin 
xarakterindən  asılı  olaraq  üçüncü  tərəf  münaqişənin  birbaşa,  yaxud 
dolayı  iştirakçısına  çevrilir.  Üçüncü  tərəfin  danışıqlar  yoluna 
istiqamətlənməsi  nəzərdə  tutulduqda,  adətən,  vasitəçilik,  xeyirxah 
xidmətlərin göstərilməsi, arbitraj fərqləndirilir. 
Bir qayda olaraq, vasitəçilik dedikdə qarşılıqlı surətdə məqbul 
qərarın  axtarışı  prosesinin  asanlaşdırılması  və  optimal-  laşdırılması 
məqsədilə üçüncü tərəfin iştirakı başa düşülür. 
Özünün  məzmunu  etibarilə  xeyirxah  xidmətlər  göstərmə 
anlayışı  vasitəçiliyə  yaxındır.  Onlar  özünün  son  məqsədinə  - 
münaqişənin dinc yolla nizama salınmasına görə üst-üstə düşür, lakin 
ən yaxın vəzifələrinə, yəni bu istiqamətdə nəyin və necə 
97 


edilməsinə  görə  fərqlənir.  Xeyirxah  xidmətlər  münaqişə  tərəflərini 
münaqişəni  dinc  vasitələrlə  həll  etməyə  sövq  etməyə  və  onlara  belə 
həll  üçün  şərait  təqdim  etməyə  yönəlmişdir.  Bu  halda  üçüncü  tərəf, 
məsələn,  yalnız  beynəlxalq  siyasi  münaqişənin  iştirakçıları  arasında 
görüşlərin keçirilməsi üçün öz ərazisini verməklə, yaxud «poçtalyon» 
rolunda  çıxış  edərək,  bir  münaqişə  iştirakçısının  məlumatlarını 
digərinə çatdırmaqla kifayətlənə bilər. Vasitəçilik isə, bir qayda olaraq, 
üçüncü tərəfin münaqişənin nizama salınmasında daha geniş iştirakını 
nəzərdə tutur. Onun vəzifəsi yalnız danışıqların təşkil edilməsi deyil, 
həm də onlarda iştirak edərək, qarşılıqlı surətdə məqbul həll düsturunu 
tapmağa  kömək  göstərməkdir.  Buna  görə  də  bəzən  vasitəçiliyi  və 
xeyirxah xidmətlər göstərilməsini üçüncü tərəfin münaqişənin nizama 
salınması  prosesində  oynadığı  fəal  (vasitəçilik),  yaxud  qeyri-fəal 
(xeyirxah xidmətlər göstərmə) rola görə fərqləndirmək təklif olunur. 
Arbitrajın  xarakterik  əlamətləri  (şərtləri)  aşağıdakılardan 
ibarətdir: 
1)
 
onun  qərarlarının  mübahisə  tərəfləri  üçün  məcburi  hüquqi 
qüvvəsi; münaqişə iştirakçıları arbitrajın qərarı ilə razı olmasalar belə, 
ona riayət etməyə borcludurlar
2)
 
arbitri (arbitrləri) mübahisə tərəflərinin özlərinin seçməsi. 
Sonuncu şərt həm vasitəçilik, həm də arbitraj üçün ümumidir. 
Vasitəçilik zamanı qarşıduran tərəflər münaqişənin nizama salınması 
barədə müstəqil surətdə qərar qəbul edirlər. Adətən, vasitəçi qarşılıqlı 
məqbul qərarın tapılmasında onlara kömək göstərir. 
Üçüncü  tərəfin  münaqişə  iştirakçılarına  təsir  vasitələrinin 
məcmusunda 
məhdudiyyətlər 
və 
məcburetmələr, 
məsələn, 
münaqişənin davam etdirilməsi halında iqtisadi yardım göstərməkdən 
imtina,  iştirakçılara  qarşı  sanksiyaların  tətbiqi,  qarşıduran  tərəfləri 
ayırmaq  üçün  sülhyaratma  qüvvələrinin  yeridilməsi,  hərbi 
əməliyyatların həyata keçirilməsi istisna olunmur. 
Bütün  bu  vasitələrdən  silahlı  münaqişə  hallarında  onun 
iştirakçılarını zorakılığa son qoymağa sövq etmək məqsədilə intensiv 
surətdə istifadə olunur. Lakin onlara çox vaxt tərəfləri dinc həll yolu 
tapmağa məcbur etmək üçün vasitəçiliklə eyni vaxtda müraciət olunur. 
Məcburedici və məhdudlaşdırıcı tədbirlər bəzən razılaşma əldə 
edildikdən sonra da tətbiq olunur ki, sazişin yerinə yetiril 
98 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə