Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə29/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   25   26   27   28   29   30   31   32   ...   91

na bilər. 
Aydınlaşdırmaq vacibdir ki, siyasi sabitlik və siyasi münaqişə 
heç  də  qeyd-şərtsiz  bir-birinə  qarşı  yönəlmədikləri  kimi,  dialektik 
«bir-birini  nəzərdə  tutma»  və  «qarşılıqlı  inkar»  vəziyyətində  də 
deyildir.  Sosial  tələbat  və  mənafelərin  təzahürü  olaraq,  ictimai 
münasibətlərin iştirakçılarının dəyişən qüvvələr nisbətini əks etdirərək, 
həm  siyasi  münaqişə,  həm  də  siyasi  sabitlik  sosial  prosesləri 
qiymətləndirməyə, münaqişəlilik və sabitlik «şkalası» qurmağa imkan 
verir.  Lakin  bunlar  bir-birini  nəzərdə  tutan,  yaxud  istisna  edən 
xarakteristikalar olmayıb, bir-biri ilə bağlı olan iki fərqli meyardır. 
Münaqişənin  idarə  olunması  münaqişənin  dəstəklənməsinə, 
bitməsinə, yaxud onun gedişinə hər hansı başqa təsir göstərilməsindən 
ibarət məqsədlərə çatılmasına yönəlmiş fəaliyyətdir. 
Buradan  aydın  olur  ki,  beynəlxalq  siyasi  münaqişənin  idarə 
olunması onun hər bir iştirakçısının (heç olmasa, onlardan bəzilərinin) 
öz qazancının maksimuma çatdırılmasını və məsrəflərinin minimuma 
endirilməsini  təmin  edən  strategiya  işləyib  hazırlamasını,  yaxud 
seçməsini nəzərdə tutur. 
«Strategiya»  anlayışı  perspektivli,  köklü,  prioritet  əhəmiyyətli 
məqsədin  onun  əldə  edilməsi  vasitələri  ilə  uzlaşdırılmasını, 
birləşdirilməsini ifadə edir. Müasir beynəlxalq  münasibətlər elmində 
belə  bir  anlam  təşəkkül  tapmışdır  ki,  istənilən  strategiya  perspektiv 
istiqamətləndirici  məqsədin  məzmunu;  kiməsə  və  ya  nəyəsə  mühüm 
təsir; bu təsir üsulları və vasitələri ilə müəyyən olunur. Münaqişənin 
idarə olunması strategiyası bütün sadalanan komponentləri ehtiva edir. 
Bu strategiyanın  seçilməsi xeyli dərəcədə bəyan  olunan məqsədlərin 
real, həqiqi məqsədlərə nə qədər uyğun gəlməsi və mövcud vasitələrin 
köməyi ilə onların nə dərəcədə əldə edilə bilməsi sualının cavabından 
asılıdır. Bu sual yalnız rəqibin niyyətlərini aydınlaşdırmaq istəyənlərin 
qarşısında  deyil,  həm  də  «öz»  siyasətini  və  strategiyasını  işləyib 
hazırlayanlar,  «öz»  vasitələrindən  səmərəli  istifadə  imkanlarını  və 
variantlarını təhlil edənlər qarşısında durur. 
Dövlətlərarası siyasi münaqişənin gedişində çox vaxt qarşıduran 
tərəflərin  mövcudluğunun  özü  göstərilən  sualın  cavabından  asılıdır. 
Buna  görə  də  onlar  rəqibin  niyyətlərinə  nüfuz  etmənin  bütün 
üsullarından - ənənəvi casusluqdan ən yeni kosmik 
87 


kəşfiyyat vasitələrinə, kompüter modelləşdirməsinə və açıq mətnlərin 
təhlilinə  qədər  istifadə  etməyə  çalışırlar.  Bununla  yanaşı,  istənilən 
siyasi münaqişə kimi, burada onun iştirakçılarının məqsədləri onların 
öz tələbat və mənafelərini dərk etməsinin nəticəsi kimi çıxış edir. Bu 
zaman  bəyan  olunan  məqsədlər  heç  do  həmişə  həqiqi  məqsədlərlə 
üst-üstə  düşmür.  Təcrübə  göstərir  ki,  hər  iki  məqsədlər  çox  vaxt 
mənafelərin yanlış, təhrif olunmuş dərkinin nəticəsi kimi çıxış edir və 
istər  həmin  mənafelərin  məzmununu,  istərsə  də  onların  təmin 
edilməsi imkanlarını obyektiv surətdə təsbit edən real məqsədlərdən 
fərqlənir. 
Rəsmən  bəyan  olunmuş,  həqiqi  və  real  məqsədlərin  strateji 
əhəmiyyətinin  aşkara  çıxarılması  vəzifəsi  yalnız  faktiki  materialın 
toplanması və təhlili vasitə və metodlarından istifadənin köməyi ilə 
həll oluna bilməz. 
O,  nəzəri,  bəzən  isə  həm  də  dünyagörüşü  baxımından 
qiymətləndirmə  tələb  edir.  Dünya  siyasəti  səhnəsində  cərəyan  edən 
bir çox münaqişələrin barəsində belə bir fikir düzgündür ki, məqsəd 
və  vasitələri  diqqətlə  uzdlaşdıran  məqsəd  rasionalhğmdan  əlavə, 
dəyər  rasionallıgı  da  mövcuddur.  O,  sağlam  məntiq,  yaxud 
Özünüqoruma  instinkti  baxımından  ağılsız,  lakin  başqa  dəyərlərin, 
şərəf, ideal haqqında təsəvvürlərin prioriteti ilə əsaslandırılan əməlləri 
nəzərdə tutur. 
Beynəlxalq siyasi münaqişənin idarə olunması və bu münaqişə 
iştirakçılarının  strateji  ideyalan  haqqında  mülahizə  yürüdərkən, 
məqsədin  həyata keçirilməsi  üzrə fəaliyyətin məqsədin məzmununa 
göstərdiyi  təsiri  göstərməmək  olmaz.  Siyasi  fəaliyyətin  gedişində 
onun  iştirakçılarının  məqsədlərinə  düzəlişlər  edilir,  onlar 
təkmilləşdirilir,  dəyişdirilir,  yaxud  ümumiyyətlə  onlardan  imtina 
olunur,  yeni  tələbatların  və  mənafelərin,  yaxud  onların 
reallaşdırılması  şərtlərinin  yarandığını  göstərən  yeni  məqsədlər 
meydana çıxır. 
Münaqişəli  davranışın  müxtəlif  strategiyaları  müxtəlif  cür 
həyata keçirilir. Misal kimi qarşıdurmanın tipik strategiyalarından biri 
olan  çəkindirmə  strategiyasının  üzərində  dayanaq.  Bu  strategiya 
münaqişəni  səmərəli  surətdə  idarə  etməyə,  sosial-siyasi  gərginlik 
dərəcəsini 
artınnağa, 
yaxud 
azaltmağa, 
münaqişənin 
kəskinləşməsində bir pillədən başqasına keçməyə, onun arzuolunmaz 
kəskinləşməsindən qaçmağa imkan verir. 
88 


«Çəkindirmə»  strategiyasının  mahiyyəti  özünün  istifadə 
edilməsi rəqib üçün qəbuledilməz ziyan təhlükəsi doğuran potensialını 
yaratmaqla rəqibi zorakılığın genişmiqyaslı tətbiqində çəkindirməkdən 
ibarətdir.  19-cu  əsrin  ortalarına  qədər  uduzan  tərəf  üçün  belə  ziyan 
ərazinin  bir  hissəsinin  itirilməsində,  sülalənin,  yaxud  hökumətin 
dəyişməsində,  qalibin  hökmranlığı  altına  keçmədə,  hakimiyyət 
münasibətləri  sistemində  öz  rolunu  və  mövqeyini  itirməkdə  ifadə 
olunurdu. Nüvə silahının yaranması və yayılması bu strategiyaya daha 
böyük  əhəmiyyət  verdi.  Təhlükə  silahlı  münaqişənin  gedişində 
məğlubiyyətlə deyil, toqquşmanın nəticəsindən  asılı  olmayaraq onun 
iştirakçılarının mövcudluğunun özü üçün risklə bağlanmağa başlandı. 
Nüvə  əsrində  çəkindirmə  strategiyasının  yeridilməsi  təcrübəsi 
sübuta  yetirmişdir  ki,  mümkün  çəkindirmə  üçün  zəruri  olan  strateji 
paritet  heç  də  münaqişə  tərəflərinin  qüvvə  bərabərliyini  nəzərdə 
tutmur.  Çəkindirmə  ayrı-ayrı  silah  növlərinin  mövcudluğunda, 
sayında, yaxud səmərəliliyində asimmetriya əsasında da mümkündür. 
Lakin  həmişə  və  hər  yerdə  çəkindirmənin  səmərəliliyi  rəqibə  vurula 
biləcək ziyanla müəyyən olunur. Məhz mümkün ziyanın qəbuledilməz 
səviyyəsi 20-ci əsrin ortalarında yalnız SSRİ və ABŞ-nın milli müdafiə 
mənafelərini  deyil,  həm  də  nisbətən  möhkəm  beynəlxalq  sülhü  və 
dünyada siyasi sabitliyi təmin edirdi. Bu vəziyyətlə mübahisə edərək, 
əxlaqi,  dini,  yaxud  hərbi-  siyasi  xarakterli  dəlillər  irəli  sürmək  olar. 
Lakin belə bir fakt mövcud idi ki, hətta SSRİ-nin və ABŞ-nm iqtisadi 
və  hərbi  potensialının  qeyri-bərabərliyi  şəraitində  belə  onların 
dostlarının,  müttəfiqlərinin  və  tərəfdaşlarının  apardıqları  çoxlu 
münaqişələr,  həmin  dövlətlərin  bu  münaqişələrin  bir  çoxunda 
bilavasitə iştirak etməsi, hətta Berlin, yaxud Karib böhranı kimi kəskin 
beynəlxalq  siyasi  böhranlarda  onların  bilavasitə  toqquşması  nüvə 
fəlakətinə çevrilmədi. 
«Çəkindirmə»  strategiyası  nə  nəzəri,  nə  də  təcrübi  cəhətdən 
beynəlxalq  siyasi  münaqişənin  onu  rəhbər  tutan  iştirakçısının 
qələbəsinə  təminat  vermir.  Belə  ki,  «çəkindirmə»  strategiyasının 
həyata  keçirilməsi  SSRİ-dən  silahlı  mübarizə  vasitələrinin  nəhəng 
arsenalının yaradılması üzrə, hətta böyük dövlətin belə gücü xaricində 
olan  gərginlik  tələb  etdi.  Onlar  strateji  çəkindirmə  üçün  nəzərdə 
tutulduqları halda, real surətdə yalnız onun zəruri 
89 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə