Dəyərlərin (dəyər yönümlərinin) münaqişəsində ziddiyyətlər
siyasi sistem, ölkənin siyasi xətti və siyasi oyun qaydaları haqqında
təsəvvürlərin fərqlənməsi ilə bağlıdır. Dəyər münaqişələrində «Nə
etməli?» sualı qoyula bilər.
Mənafelərin münaqişəsində mübarizə müxtəlif ehtiyatların
(hakimiyyət, maddi nemətlər, mənəvi dəyərlər və s.) bölüşdürülməsi
və yenidən bölüşdürülməsi sahəsində cərəyan edir. Burada «Necə
etməli?» sualı qoyulur.
Siyasi münaqişənin növlərindən birini siyasi mədəniyyətlərin
münaqişəsi təşkil edir. Bu münaqişədə müxtəlif siyasi dəyərlərin,
normaların, adətlərin, ənənələrin, siyasi davranış üsullarının, dəyər
yönümlərinin və siyasi inkişaf məqsədlərinin toqquşması baş verir. Bu
münaqişələr cəmiyyətdə radikal islahatlar dövründə, köhnə və yeni
siyasi mədəniyyətlər toqquşduqda xüsusilə nəzərə çarpır.
Bundan başqa, siyasi münaqişələr obyektivlik əlamətinə görə
fərqləndirilir:
-
obyektiv ziddiyyətlərlə şərtlənən
həqiqi münaqişə;
-
iştirakçıların
hələ dərk etmədikləri təsadüfi,
şərti münaqişə;
-
obyektiv ziddiyyətlərlə dolayı surətdə bağlı olan qarışıq
münaqişə;
-
münaqişədə olmayan subyektləri göstərən uydurma
münaqişə;
-
real səbəbləri olmayan yalançı münaqişə.
Bir qayda olaraq, çirkin siyasətdə real, obyektiv surətdə
şərtlənən münaqişələr yalançı, qarışıq, uydurma və digər
münaqişələrlə əvəzlənir.
Siyasi münaqişələrin onların əsasında duran ziddiyyətlərin
dərinliyinə görə fərqləndirilməsi xüsusilə vacibdir. Amerikalı po-
litoloq A.Rapoportun fikrincə, münaqişənin əsasında barışmaz
ziddiyyətlərin durduğu «çarpışma» tipli; uzlaşmanın mümkün olduğu
«mükalimə» («deyişmə») tipli; hər iki tərəfin vahid qaydalar
çərçivəsində hərəkət etdiyi və təşəkkül tapmış münasibətləri
pozmadığı «oyun» tipli münaqişələr mövcuddur.
Digər sosial münaqişələr kimi, siyasi münaqişələr də lokal,
ümumi, qısamüddətli, uzunmüddətli, subyektiv, obyektiv, zorakı, dinc
münaqişələrə ayrılır, Mərkəz, region, ayrıca şəhər və rayon
səviyyəsində baş verir.
114
Status-rol münaqişələri yalnız «yuxarılar-aşağılar» oxu üzrə
deyil, həm də üfüqi şəkildə - status-rol strukturunun təxminən eyni
pillələrində olan siyasi subyektlər arasında yaranır (partiyaların və
partiya fraksiyalarının mübarizəsi).
b) rejim siyasi münaqişələri mövcud siyasi quruluşu devirmək,
yaxud siyasi xətti radikal surətdə dəyişdirmək məqsədi güdür.
Rejim münaqişələrinin yaranmasının bütün səbəblərini iki əsas
hissəyə ayırmaq olar:
1.
Ölkə əhalisinin xeyli hissəsinin təməl sosial-iqtisadi və siyasi
tələbat və mənafelərinin pozulması.
2.
Cəmiyyətin siyasi və sosial-iqtisadi inkişafı ilə bağlı
qiymətləndirmələrdə,
dəyər
yönümlərində,
məqsədlərdə,
təsəvvürlərdə fərqlər (siyasi mədəniyyət fərqləri).
Təməl tələbatların pozulması həm obyektiv, həm də subyektiv
amillərlə şərtlənə bilər.
Obyektiv amillər:
-
cəmiyyətin təbii sosial-iqtisadi inkişafının böhranı (məsələn,
keçən əsrin 80-ci illərində keçmiş SSRİ-də böhran);
-
cəmiyyətin sosial-iqtisadi sistemində radikal islahatla bağlı
çətinliklər;
-
gözlənilməz halların (təbii fəlakət, dünya iqtisadi böhranı,
xarici müharibələr və s.) nəticəsi.
Subyektiv amillər:
-
sosial-iqtisadi siyasətdəki səhvlər (səriştəsizlik);
-
hakim elitanın cəmiyyətdəki siniflərin və sosial təbəqələrin
köklü mənafe və tələblərini
nəzərə almaq istəməməsi;
-- cəmiyyətdəki sosial təbəqələrin və siniflərin ehtiyatların (o
cümlədən hakimiyyətin) bölgüsü üzrə siyasi sistemi ədalətsiz və
qanunsuz hesab etməsi.
İnsanın təməl tələbatlarının pozulmasının hansı səbəblərlə
şərtlənməsindən asılı olmayaraq, ölkə əhalisinin xeyli hissəsi
cəmiyyətin mövcud sosial-siyasi strukturunda öz yerini tapa
bilmədikdə və mövcud sosial-siyasi institutlar çərçivəsində özünün
təməl tələbatlarını təmin edə bilmədikdə həmin institutları dağıtmağa,
yaxud radikal surətdə dəyişdirməyə çalışacaqdır.
Siyasi münaşiqələrin növləri kimi dəyərlərin münaqişələri və
mənafelərin münaqişələri də fərqləndirilir.
113