Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə26/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   22   23   24   25   26   27   28   29   ...   91

rakterik  olduğu  siyasət  sahəsidir.  Müstəmləkələr,  faydah  qazıntı 
mənbələri,  yaxud  başqa  ehtiyatlar  üzərində  hakimiyyət  uğrunda 
dövlətlər,  dövlətlərarası  ittifaqlar,  yaxud  fəaliyyəti  beynəlxalq 
meydanda  cərəyan  edən  hər  hansı  başqa  birliklər  arasında  mübarizə 
beynəlxalq  siyasi  münaqişələrlə  müşayiət  olunur.  Başqa  sözlə, 
beynəlxalq siyasi münaqişənin iştirakçısı qismində dünya meydamnda 
siyasi qarşıdurma ilə məşğul olan hər hansı sosial birlik çıxış edə bilər. 
Müasir siyasi elmdə «güc», ilk növbədə, siyasi münasibətlərin 
iştirakçısının qüdrətini ifadə edir. 
Siyasətin  dövlət  kimi  mühüm  subyektinə  tətbiqən  gücün  belə 
anlamı həm ifrat mənəviyyatçılıqdan, həm də siyasi düşün- cəsizlikdən 
qorunma  vasitəsi  kimi  çıxış  edir.  Dövlətin  qabiliyyətinin  adekvat 
qiymətləndirilməsi  yalnız  onun  özünün  güc  ifadəsində  müəyyən 
edilmiş  mənafelərinin  realizəsinə  çalışan  siyasi  birlik  kimi  nəzərdən 
keçirilməsi  halında  mümkündür.  Belə  müəyyənetmə  iki  imkan  açır: 
bütün  dövlətləri  öz  dövləti  kimi  nəzərdən  keçirib  qiymətləndirmək 
üsulu  verir,  belə  qiymətləndirmədə  isə  yalnız  öz  mənafelərinin 
müdafiəsinə  və  realizəsinə  təkan  verməklə  kifayətlənməyib,  həm  də 
digər  dövlətlərin  mənafelərini  nəzərə  alan  siyasət  yeritməyə  imkan 
yaradır. 
Bu  yanaşmanın tərəfdarları gücün anlayışını  dövlət qüdrətinin 
sinonimi kimi nəzərdən keçirərək, qüdrətin amillərinə aşağıdakıları aid 
edirlər: coğrafi mövqe; təbii ehtiyatlar (ilk növbədə, ərzaq və xammal); 
sənaye potensialı; hərbi potensial (hərbi texnikanın inkişaf səviyyəsi, 
hərbi  rəhbərliyin  keyfiyyəti,  silahlı  qüvvələrin  kəmiyyəti  və 
keyfiyyəti);  əhalinin  sayı;  milli  xarakter;  cəmiyyətin  mənəvi  ruhu; 
diplomatiyanın keyfiyyəti və hökumətin ölkənin ictimai rəyi tərəfindən 
özünün xarici siyasətinin dəstəklənməsinə nail olmaq qabiliyyəti. 
Beynəlxalq  siyasi  münaqişələri öyrənərkən  gücün zəiflik  kimi 
bir  təzahürünə  də  rast  gəlinir.  Zəiflik,  sadəcə,  «əks  işarəli»  güc 
olmayıb,  özünəməxsus  güc  -  beynəlxalq  münaqişə  iştirakçısının  öz 
məqsəd  və  mənafelərinə  çatmaq  üçün  istifadə  etdiyi  vasitə,  məsələn, 
vətəndaşların 
düşmənlə 
mübarizəyə 
kütləvi 
səfərbərliyinin 
əsaslandırılması qismində çıxış edir. 
Beynəbcalq  siyasi  münaqişədə  iştirakçılardan  birinin  gücü 
digərinin zəifliyindən ayrılmazdır. Burada həm güc, həm də zəif 
78 


lik  yalnız  bir-birinə  münasibətdə  qiymətləndirilir.  Güclü-zəif 
cütlüyünün  mövcudluğu  labüd  olub,  istənilən  siyasi  münaqişə  üçün 
xarakterikdir. Onun iştirakçıları zaman-zaman gah güclənərək, gah da 
zəifləyərək, yerlərini dəyişə bilərlər, lakin onlar heç vaxt mütləq güclü 
və mütləq zəif tərəfə çevrilmirlər. 
Zəifin  gücü,  bir  qayda  olaraq,  özünün  mənəvi  üstünlüyünün 
təsdiqindən ibarət olur, zəifin fikrincə, nə qədər miqyaslı və inandırıcı 
olmasından  asılı  olmayaraq,  heç  bir  məğlubiyyət  həmin  üstünlüyü 
aradan qaldıra bilməz. 
Uduzulmuş  müharibələrin,  uğursuz  tətillərin,  məğlub  olmuş 
üsyanların, yaxud seçkilərdə uduzmuş partiyaların iştirakçıları yalnız 
özlərinin mənəvi üstünlüyündə təsəlli axtarmırlar. Psixoloq alimlərin 
apardıqları  eksperimentlər  göstərir  ki,  hər  hansı  daim  uduzan 
komandanın  üzvləri  öz  məğlubiyyətlərini  rəqibin  dürüst  olmaması, 
yaxud oyun qaydalarının ədalətsizliyi ilə izah etməyə meylli olurlar, öz 
uğursuzluqlarını isə öz mənəviyyatım çox yüksək qiymətləndirməklə 
kompensasiya  edirlər.  Bununla  əlaqədar  demək  olar  ki,  yaxşı 
niyyətlərdən başqa bir gücə sahib olanlar onların barəsində nəticələrə 
görə mühakimə yürüdül- məsini tələb edirlər; nəticəyə nail olmayanlar 
isə ilk növbədə on- lann xeyirxah  niyyətlərinin qiymətləndirilməsini 
tələb edirlər. 
Müxtəlif formalarda təzahür edən zorakılıq gücdən istifadənin 
geniş tətbiq olunan əsas üsullarından biridir. Silahh, iqtisadi, psixoloji 
zorakılıq  siyasətdə,  ilk  növbədə,  siyasi  münaqişələrdə  mühüm,  çox 
vaxt həlledici rol oynayır. 
«Zorakılıq»  anlayışının  çoxlu  elmi  və  məişət  təfsirləri 
mövcuddur. Onların dairəsi çox geniş olub, demək olar ki, münaqişədə 
bütün davranış vartiantlarını ehtiva edir. Belə ki, hüquqçular zorakılığı 
başqa  adamlara  ağrı  və  fiziki  ziyan  vurulmasına  yönəlmiş,  qəsdən 
törədilən  hərəkətlər  kimi  nrəzərdən  keçirirlər;  bu  zaman  onlar  təsbit 
edirlər ki, belə dar anlamda zorakılıq bəşər tarixinin bütün dövrlərində 
müşahidə  olunmuşdur.  Zorakılıq  sosial  davranışın  geniş  yayılmış 
forması,  insanın,  dövlətin,  yaxud  hər  hansı  başqa  sosial  birliyin 
başqalarını öz iradələri ilə etməyəcəklər! hərəkətləri yerinə yetirməyə 
məcbur etmə imkanını xarakterizə edən ən mühüm əlamətdir. Siyasi 
münaqişədə  zorakılıq  bu  və  ya  digər  münaqişə  tərəfinin  rəqibin 
iradəsinə  qarşı  hakimiyyət  münasibətləri  sistemindəki  məqsədlərinə 
çatmaq üçün sə 
79 


rəncamında olan məcburetmə vasitələrinin tətbiqindən ibarətdir. 
Siyasətdə  zorakılıq  vasitəsi,  aləti  qismində  gücün  istənilən 
komponentindən,  siyasi  münaqişənin  bu  və  ya  digər  iştirakçısının 
qüdrətinin istənilən tərkib hissəsindən istifadə oluna bilər. Bunlar həm 
dövlətin,  yaxud  regionun  coğrafi  mövqeyi,  həm  iqtisadi  sanksiyalar, 
həm  də  hətta  idmançıların,  yaxud  mədəniyyət  xadimlərinin  boykotu 
ola bilər. 
Siyasi  münaqişələrdə  öz  mənafelərinin  müdafiəsi  üçün 
sonuncu, bəzən isə yeganə dəlil qismində silahlı zorakılıq, hərbi güc 
çıxış  edir.  Onun  tətbiqinin  miqyasını  belə  bir  fakt  göstərir  ki,  BMT 
üzvü  olan  dövlətlərin  üçdə  birindən  çoxu  1990-cı  illərin  birinci 
yarısında silahlı münaqişələrə girmişlər. 200-ə yaxın submil- li qrup və 
təşkilat müntəzəm surətdə silahlı zorakılıq aktlarından istifadə edir. 
Artıq XIX əsrdə belə bir fikir irəli sürülmüşdür ki, hərbi gücün 
və ümumiyyətlə, zorakılığın tətbiqi üçün sadəcə iradəvi akt deyil, həm 
də real ilkin şərtlər tələb olunur. Zorakılığın qələbəsi silah istehsalına, 
deməli,  iqtisadi  gücə,  təsərrüfat  vəziyyətinə,  maddi  vasitələrə 
əsaslanır.  Hərbi  güc  silahın  və  hərbi  birləşmələrin  yalnız  kəmiyyət 
göstəriciləri ilə deyil, həm də keyfiyyət xarakteristikaları ilə ölçülür. 
Heç  nə  ordu  və  donanma  qədər  iqtisadi  imkanlardan  asıh  deyildir. 
Silahlar, heyət, təşkilat, taktika və strategiya, ilk növbədə, istehsalın və 
nəqliyyat vasitələrin əldə olunmuş inkişaf səviyyəsindən asılıdır. 
Dünya  müharibələri  və  sosial  inqilablar  dövründə  bəşər 
cəmiyyətinin  inkişafı  belə  bir  inam  doğurmuşdur  ki,  yaranan 
problemlərin həlli yalnız zorakılıq, güc sayəsində mümkündür, özü də 
müvafiq  fikirlər  müxtəlif  və  hətta  əks  ideya-siyasi  mövqelərdən 
səsləndirilmişdir. 
Görkəmli  alman  sosioloqu  M.Veber  dövlət  və  zorakıhğm 
ayrılmaz  əlaqəsini  göstərmişdir.  O  yazırdı  ki,  hər  hansı  dövlət 
zorakılığa əsaslanır. Zorakılıq heç də dövlətin normal, yaxud yeganə 
vasitəsi deyildir, lakin o, dövlət üçün spesifik vasitə təşkil edir. 
Zorakılığı  geniş  tətbiq  etmiş  totalitar  rejimlərin  süqutu 
zorakılığın  cəmiyyət  həyatından  kənar  edildiyini  göstərmir. 
Zorakılıqdan  yalnız  siyasi  ifratçıların  deyil,  həm  də  istənilən  siyasi 
rejimin aləti kimi ən demokratik ölkələrdə belə geniş istifadə olunur. 
Cəsarətlə demək olar ki, zorakılıq siyasi münaqişənin 
80 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə