Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə48/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   44   45   46   47   48   49   50   51   ...   91

yişikliklər  milli  münaqişələrin  digər  növlərinə  (siyasi,  dəyər, 
sosial-psixoloji) də səbəb ola bilər. 
Milli münaqişələrə islahatların (iqtisadi, siyasi, ictimai- mədəni) 
ayrı-ayrı  regionlarda  qeyri-bərabər  gedişi  də  səbəb  ola  bilər.  Bu 
hallarda  münaqişələr  bir  tərəfdən,  etnik  qrupların  iddiaları  ilə  digər 
tərəfdən,  dövlətin  vətəndaşların  hüquqlarına  təminat  verilməsi  üzrə 
real  imkanları  arasında  mümkündür.  Belə  münaqişələr  universal 
xarakter daşıyır. 
Millətin 
dəyərlərinin 
pozulması 
nəticəsində 
yaranan 
münaqişələr  daha  ağrılı  və  emosional  cəhətdən  gərgin  olur.  Dəyər 
münaqişələri  cəmiyyətin  həyat  fəaliyyətinin  istənilən  sahəsində 
mövcud  ola  bilər.  İM.Veberin  fikrincə,  hər  bir  insan  aktı  yalnız 
dəyərlərə  müvafiq  surətdə  məna  kəsb  edir,  insanların  davranış 
normaları və məqsədləri dəyərlər baxımından müəyyən olunur. Lakin 
millətlərarası  dəyər  münaqişələrinin  spesifikliyi  mədəniyyət,  dil,  din 
və  millətlərin  digər  ictimai-mədəni  xüsusiyyətləri  ilə  bağlı  fərqlərlə 
şərtlənən  ziddiyyətlərdə  daha  aydın  şəkildə  təzahür  edir.  Məsələn, 
mütəxəssislərin  fikrincə,  Yuqoslaviyanın  cənubunda  vətəndaş 
müharibəsinin başlıca motivi din olmuşdur. 
Müəyyən tarixi səbəblərlə əlaqədar din vahid etnik kökləri olan 
bir xalqı bir neçə dini submədəniyyətə bölmüşdür (pravoslav, katolik 
və müsəlman). 
Məişət  səviyyəsində  sosial-psixoloji  amillərlə  -  müəyyən 
millətin  nümayəndələrinə  ümumi  şüuraltı  nifrətlə  şərtlənən  etnik 
münaqişələr  yarana  bilər.  Səbəblərindəni  asılı  olmayaraq, 
uzunmüddətli  qarşıdurmanın  gedişində  münaqişə  edən  millətlər 
arasında bir-birinə qarşı belə nifrət kütləvi xarakter alır. 
Etnik münaqişələrin tarixi səbəbləri millətin yaddaşında şüuraltı 
səviyyəsində saxlanan keçmiş incikliklərlə bağlıdır. Bir qayda olaraq, 
onlar  öz-özlüyündə  münaqişənin  bilavasitə  səbəbi  kimi  çıxış  etmir. 
Lakin  münaqişə  yetişdikdə,  yaxud  artıq  mövcud  olduqda  keçmiş 
incikliklər  real  gerçəkliyə  gətirilir  və  münaqişənin  inkişafında  əlavə 
amillərə  çevrilir.  Məsələn,  onlardan  öz  hərəkətlərinə  haqq 
qazandırmaq və rəqibin hərəkətlərini ittiham etmək üçün istifadə oluna 
bilər. 
Bu  və  ya  digər  münaqişənin  əsasında  hansı  səbəblərin 
durmasından  asılı  olmayaraq,  istənilən  münaqişə  öz  inkişafında 
kiminsə mənafelərini ifadə edir və (bəzən münaqişə iştirakçılarının 
146 


nəticəsində  yaranır.  Bu,  ictimai-mədəni  birlik  kimi,  etnosun  de- 
zinteqrasiyası  kimi  real  perspektivin  meydana  çıxmasını  şərtləndirir, 
müdafiə reaksiyaları doğurur. 
Beləliklə,  millətlərarası  münaqişə  son  nəticədə  maddi  və 
mənəvi  ehtiyatların  bölüşdürülməsi  üzərində  nəzarət  uğrunda 
mübarizədir. 
§3. Millətlərarası münaqişənin inkişaf xüsusiyyətləri 
Millətlərarası münaqişə istənilən münaqişə növü ilə eyni inkişaf 
mərhələlərini  keçir,  lakin  özünün  spesifik  xüsusiyyətlərinə  malikdir. 
O, münaqişələrin bütün qalan tiplərinə nüfuz edərək, sosial qarşılıqlı 
fəaliyyətin  başqa  istiqamətləri  üzrə  formalaşmış  münaqişəli 
vəziyyətləri əhatə etməyə qadirdir. Münaqişənin yaranma səbəbindən, 
asılı  olmayaraq  qarşıdurmanın  subyektlərini  müxtəlif  etnik  qrupların 
nümayəndələri  təşkil  etdikdə  bu  münaqişə  öz  inkişafında  etnik  çalar 
kəsb edəcəkdir və müəyyən mərhələdə etnik fərqlər üstün əhəmiyyət 
qazana bilər. 
Millətlərarası  münaqişənin  başqa  bir  xüsusiyyəti  bundan 
ibarətdir  ki,  onun  inkişafında  müəyyən  ideologiya  (millətçilik, 
separatçılıq, kommunizm, antikommunizm, faşizm, panisla- mizm və 
s.)  böyük  rol  oynayır.  İdeologiya  etnosun  birləşməsinə  və 
«doğmalar»la  «yadlar»ın  daha  sərt  şəkildə  qarşılaşdınlmasma  təkan 
verir.  O,  həmçinin  qarşıdurmaya  dəyər-məna  istiqaməti  verərək, 
etnosun  inkişafının  məqsəd  və  vəzifələrini  müəyyən  edir.  Məsələn, 
etnik  millətçilik  mahiyyət  etibarilə  millətin  öz  müqəddəratını  təyin 
etməsinin siyasi proqramından ibarətdir. 
Millətlərarası qarşılıqlı təsirin xüsusiyyətlərinə «doğma- lar»ın 
özünü  şişirdilmiş  şəkildə  qiymətləndirməsini  və  «yadlar»ı 
qeyri-obyektiv  surətdə  aşağı  qiymətləndirməsini;  «doğmalar»a  və 
«yadlar»a münasibətdə ikili standartı da aid etmək olar. 
«Doğmalar»a  və  «yadlar»a  bölgü  istənilən  sosial  münaqişəyə 
xasdır.  Lakin  etnik  (milli)  mənsubiyyət  ən  qədim  və  ən  sabit 
mənsubiyyətdir.  Qruplararası  münasibətlərdə  etnik  stereotip  sanki 
müstəqil  mövcudluq  kəsb  edir  və  psixoloji  cəhətdən  sosial 
münasibətləri  qrup  eqoizminin  gələcək  ümumbəşəri  asılılığın 
cücərtilərini ən sadə və qədim yolla - davranışda, dəyərlərdə, fikirlərdə 
fərqliliyin məhvi, boğulması yolu ilə aradan qaldırdığı 
149 


tarixi keçmişə qaytarır. 
Etnik  münaqişələrdə  əksər  xüsusiyyətlər  ictimai-mədəni 
xarakter daşıyır. Məsələn, dil, din, norma, dəyər, adət, ənənə, stereotip, 
milli simvol fərqləri, təfəkkür və davranış üsullarında fərqlər və s. 
Bu  fərqlərin  hər  biri  cəmiyyətin  böhranlı  vəziyyətində  mil- 
lətlərarası münaqişənin yaranması üçün səbəb, yaxud vəsilə qismində 
çıxış edə bilər. 
«Mifoloji  təfəkkür»  anlayışı  mövcuddur,  bu  fenomen 
ictimai-mədəni  münaqişələrdə  əyani  surətdə  təzahür  edir.  Bu 
fenomenin  mahiyyəti  ondan  ibarətdir  ki,  yaddaş  keçmişin  müxtəlif 
faktlarım  qoruyub  saxlayır,  «intellekt  isə  uğurlu  təfsilatın  mümkün 
variantları  üzərində  işləyir»;  nəticədə  ola  biləcəyin...,  bəlkə  də 
olmuşun  modeli  yaradılır.  Beləliklə,  fəaliyyət  proqramına  çevrilə 
biləcək «mücərrəd model» («xəyali model») yaradılır. 
Xalqın  yaddaşı  öz  əsatirlərində,  əfsanələrində,  folklorunda, 
tarix,  ədəbiyyat  və  s.  abidələrində  qələbə  və  məğlubiyyətləri, 
inciklikləri  və  «düşmən obrazları»nı,  etnosların  münaqişəli qarşılıqlı 
təsirinin stereotiplərini qoruyub saxlayır. Məziyyət və çatışmazlıqların 
bütün bu yükündən millətlərarası qarşıdurmada ədavətin qızışdınlması 
üçün istifadə oluna bilər. 
Öz-özlüyündə  etnik  xüsusiyyətlər  cəmiyyətdə  sabitliyi  pozan 
daimi amil deyildir. Normal fəaliyyət göstərən sosial-siyasi və iqtisadi 
münasibətlər sistemində müxtəlif etnik qruplara mənsub adamlar yaxşı 
dil tapır. Lakin iqtisadi və siyasi qeyri-sabitlik və cəmiy>'ətdə böhran 
vəziyyəti şəraitində qruplararası, millətlə- rarası münasibətlərin bütün 
əvvəlki  tənzimləyiciləri  dağılır  və  dəyərsizləşir,  yeni  tənzimləyicilər 
isə  birdən-birə  yaranmır.  Bu  vəziyyətdə  insanlara  «anadandəlmə» 
verilən etnik tənzimləyici birinci sıraya çıxır. 
Sadalanan  xüsusiyyətlərlə  əlaqədar  millətlərarası  münaqişələr 
qarşıdurmanın  kəskinliyi  və  mübarizənin  aparılması  formalarının 
sərtliyi  ilə  fərqlənir.  Yaranmış  münaqişə  zəncirvari  reaksiya 
doğuraraq, öz sahəsinə yeni-yeni insan ehtiyatları və digər ehtiyatlar 
cəlb edir. 
Millətlərarası münaqişə «qıf» prinsipi üzrə inkişaf edir: 
-  birinci  mərhələdə  «qarşıdurma  qıfı»  əmələ  gəlir,  inciklik 
toplanır, «düşmən obrazı» formalaşır; 
150 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə