10
Şamil
Nəcəfov
Zəyəmçay, Gəncəçay, İncəsu çaylarının kənarlarından çox aralıda geniş dü-
zənliklərdə yaşayış yerləri mövcuddur. Nə vaxtsa bu ərazilərdən çayların və
çay qollarının axması da mümkünsüz görünür. Çünki, relyef quruluşu bunu
deməyə əsas verir. Faktlar isə onu qəti deməyə əsas verir ki, tunc dövrünün
orta və son mərhələlərində bölgə əhalisi geniş düzənliklərdə iri yaşayış məs-
kənləri seçirdilər (Durnatəpə, Töyrətəpə, Tavatəpə və s.) [4, s. 135-136].
Babadərvişdə, Sarıtəpədə, Kiçiktəpədə və Qarğalartəpəsində top-
lanmış əmək alətləri qeyd olunan dövrdə nəinki bölgədə, ümumilikdə bütün
Cənubi Qafqaz ərazisində cüt əkinçiliyinin çox geniş yayıldığını göstərir.
Bölgədə ilk öncə Kür-Araz mədəniyyətinin, daha sonra orta tunc dövrü mə-
dəniyyətinin yayılma ərazisi öyrənilərkən məlum olur ki, qeyd olunan dövr-
lərdə əkinçilik üçün yararlı olan sahələrin böyük əksəriyyəti ayrı-ayrı qəbi-
lələr tərəfindən məskunlaşdırılmışdır
. Orta tunc dövründə bölgənin dağlıq
ərazisi məskunlaşdırılmağa başlamış və müvəqqəti yaşayış yerləri meydana
gəlməyə başlamışdır. Bir qayda olaraq söyləmək olar ki, bu dövrdə dağətəyi
və düzənliklər əkinçi tayfalar tərəfindən, dağlıq ərazilər və yaylalar isə mal-
dar tayfalar tərəfindən məskunlaşdırılmışdır. Tunc dövrü cəmiyyətinin inki-
şafında bir sıra mühüm dəyişikliklərə səbəb olmuş əkinçilik və maldarlıq
təsərrüfatı ayrı-ayrı sosial qrupların və buna müvafiq olaraq ictimai şüurun
formalaşmasına şərait yaratmışdır. Kür-Araz mədəniyyəti ümumi cəhətləri
ilə yanaşı inkişaf etdikcə bölgədə müəyyən dərəcədə lokallaşma prosesinə
də məruz qalmışdır. Bunu Gəncə-Qazax bölgəsinin keramikası ilə Gədəbəy
qrupu və Dağlıq Qarabağın keramikasının fərqli xüsusiyyətləri üzə çıxardır
.
Orta Kür hövzəsində yerləşən, Мingəçevir qrupuna daxil olan abidələr
dağ silsiləsinin ovalıqla birləşdiyi ərazidə, gur sulu çayların sahilində salın-
mışdır. Onları əhatə edən düzənlik və dağlıq relyef, Kür-Araz mədəniyyəti
tayfalarının əsas məşğuliyyətini təşkil edən əkinçilik və maldarlığın inkişafı
üçün əlverişli olmuşdur. Kürəkçay, Gorançay və Gəncəçay hövzələrinin
abidələri topoqrafik xüsusiyyətlərinə görə, digər abidələrlə bənzərdir. Onlar
da çay vadilərinin əkinçilik və maldarlıq üçün əlverişli hissəsində salınmış-
dır. Bu abidələrin tədqiqi göstərir ki, yaşayış yerləri əvvəlcə düzən sahədə
salınmış, mədəni təbəqənin yığılması nəticəsində sonradan təpə halına düş-
müşdür. Burada yaşayış yerlərinin qrup halında və bir-birinin yaxınlığında
yerləşməsi, onlarda eyni qəbilədən olan icma üzvlərinin məskunlaşdığını
göstərir. Bu qrupa daxil olan abidələrin az qismində mədəni təbəqə az yığıl-
mışdır. Şübhəsiz ki, bu yarımköçəri maldarlığın inkişafı və ərazinin təbii şə-
raiti ilə bağlı olmuşdur. Çünki, ilin müəyyən fəsillərində gursulu olan bu
çayların suyunun azalması və quruması əhalinin həyatına müəyyən təsir
etmişdir. Lakin, ən çox Gəncəçay hövzəsi boyunca yerləşən bol otlaq sahə-
ləri, buradan müəyyən zaman ərzində yaşayış yeri kimi istifadə olunmasına
şərait yaratmışdır.