Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   53   54   55   56   57   58   59   60   ...   70

126 
 
Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam etdirərsə, onda 
mənim  «əmlakım»  mənim  dəfn  olunma  və  ən  sadə  qəbr  daşı  qoyulma  xərclərinə 
belə bəs etməz, bu halda mənim vəsiyyətnaməm gülünc hal almış olar. 
Lakin,  ora  əvəz  olaraq,  unudulmaz  həyat  yoldaşım  Nigar  xanımın 
vəfatından  sonra,  siz  məni  qayğı  ilə  hərtərəfli  əhatə  edərək,  onsuz  yaşadığım 
günləri  mənim  üçün  mümkün  və  dözümlü  etdiyinizə  görə,  mənim  sizə  qarşı  olan 
minnətdarlığımın həddi-hüdudu yoxdur. 
Bu qəni minnətdarlığı mən özümlə qəbr evinə belə aparacağam. 
Sizin mənə qarşı mərhəmətinizə görə Allah    sizdən razı olsun. 
Sizi sevən 
Əliağa  ġıxlinski 
Bakı,  30/X-1933-cü il. 
 
*** 
3.01.1938-ci il 
Vəsiyyətnamə  yazılarkən,  mənim  bəzi  qiymətli  şeylərim  var  idi  ki,  onlar 
bahadır  və  Varyanın  mənə  göstərdikləri  qayğı  və  mənəvi  köməklikdən  əlavə, 
maddi yardımlarını qismən ödəyə bilərdi. 
Lakin  mən  gözlənildiyindən  də  artıq  yaşadım,  satmalı  nə  vardısa,  satıb 
xərclədim və bununla da vəsiyyətnamə öz mənasını itirmiş oldu. 
Əgər  evdə  qalmış  əşyaların  dəyəri  dəfn  mərasiminə  və  sadə  qəbr  daşına 
kifayət edərsə, ona da Şükr. Heç bir ehsan və elan lazım deyil. 
Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər vermək olar. 
Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım 
Nigar xanımın     adı ilə yanaşı yazılsın. 
ƏLĠAĞA  ġIXLĠNSKĠ 
 
Son rica (xahiĢ) 
1.Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin. 
2.Əgər  xəstəxanada  ölsəm,  nəşimi  evə  yox,  xəstəxanadan  qəbristanlığa 
aparın. 
3.Qəzetdə elan verməyin. 
4.Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan-ağına bükülmüş cəsədi 
rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta qoyun. 
5.Heç  bir  ehsan  verməyin,  bunu  etmək  həmişə  gərəksizdir,  müasir 
çətinlikləri nəzərə alsaq isə qəbahətdir. 
6.Mənə  əziz  olan  Nigar  xanımın  qəbri  ilə  yanaşı  qəbri  yastı  tava  daşı  ilə 
örtüb, üstündə yazarsınız: Əliağa Şıxlinski — heç bir tarix lazım deyil. 
ƏLĠAĞA ġIXLĠNSKĠ.  
Bakı, 13.03.1942-ci il. 
Nə tabutun içinə, nə tabutun üstünə bir dənə də olsun gül qoyulmasın. 


127 
 
ƏLĠAĞA ġIXLĠNSKĠ. 
 
GENERAL FĠRĠDUN BƏY VƏZĠROV 
1985-ci ildə Tiflis arxivində general Firidun bəy Vəzirov haqqında saxlanan 
qısa  məlumatlarla  tanış  oldum. Böyük bir sərkərdənin tərcümeyi-halını oxuculara 
belə—natamam şəkildə çatdırmaq istəmirdim və inana da bilmirdim ki, indiyədək 
generalın bir doğması qalmamış ola. Bakıya qayıdanda tarix muzeyinə gedib onun 
əməkdaşlarından kömək istədim. Nərmin xanım Tahirzadə dedi ki, general Firidun 
bəyin qızı Nigar xanım Bakıda yaşayır. 
Nigar xanım çox şeyləri xatırlaya bilmirdi. Yetmiş illik sərt rejimli vahimə 
onun  yaddaşından  çox  əhvalatları  silib  aparmışdı.  İllərin  ağrı-acısı  onu  yumağa 
döndərmişdi.  Nəvəsi  Erazm  köməyimə  çatdı.  Babası  Firidun  bəyin  və  nənəsi 
Zeynəb Səlim qızı Vəzirovanın iki fotoşəklini tapıb mənə hədiyyə elədi. 
—Erazm,  —  dedim,  —  arxiv  sənədlərində  nənən  Zeynəbin  adı  Zinaida 
Səlimovna Kriçinskaya kimi yazılıb. Yəqin ki, bunun da bir səbəbi var? 
—Əlbəttə,  var.  Nənəm  milliyətcə  Litva  tatarıdır.  Sizin  arxivdə  rast 
gəldiyiniz  onun  qız  ad-familidir.  1870-ci  ildə  babam  yeddinci  Belorus  qusar 
alayında ştabs-rotmistr rütbəsində qulluq edəndə evləniblər. Evlənmə mərasimində 
babam onun ad-familini müsəlman ad-famili ilə rəsmiləşdirib. Nənəm də babamla 
birgə  rus  qoşunlarının  tərkibində  1877—78-ci  illərdə  Bolqarıstanın  Osmanlı 
imperiyasından  azad  edilməsi  uğrunda  döyüşlərdə  iştirak  edib.  Bunu  o  illərdən 
yadigar qalan iri ölçülü bir fotoşəkil də təsdiq edir. Babam Firidun bəy Vəzirov əla 
döyüş  xidmətlərinə  görə  bu  müharibədə  mayor  rütbəsindən  polkovnikə  qədər 
yüksəlmiş və alay komandiri vəzifəsinə təyin olunmuşdur. 
Nəslən  Tiflis  zadəganlarından  olan  babam  otuz  səkkiz  il  imperiya 
ordusunda  xidmət  etdikdən  sonra  general-mayor  rütbəsində  istefaya  çıxmışdır. 
1906-cı  ildən  Tiflisdəki  doğma  ata-baba  mülkündə  yaşamış  və  azərbaycanlıların 
nəfinə  təşkil  olunmuş  xeyriyyə  cəmiyyətlərində  ictimai  fəaliyyətini  davam 
etdirmişdir. 
General  Firidun  bəy  Cəlal  oğlu  Vəzirovun  «hərbi  xidmət  kitabçasından 
sətirlər: 
1850-ci  il  aprelin  19-da  Tiflisdə  zadəgan  ailəsində  anadan  olmuşdur.  İlk 
təhsilini  Tiflis  klassik  gimnaziyasında  almışdır.  1868-ci  ildə  Yelizavetqraddakı 
süvari  məktəbini  əla  qiymətlərlə  bitirmişdir.  Hərbi  xidmətə  unter-zabit  rütbəsində 
yeddinci  Belorus  qusar  alayında  başlamışdır.  Təltif  olunduğu  orden  və  medallar: 
ikinci və üçüncü dərəcəli ―Müqəddəs Anna‖, orduda iyirmi beş illik xidmətinə görə 
üçüncü  və  dördüncü  dərəcəli  ―Müqəddəs  Vladimir‖,  ikinci  və  üçüncü  dərəcəli 
―Müqəddəs Stanislav‖ ordenləri ilə təltif olunmuşdur. 
General  Firidun  bəy  Vəzirov  həm  də  1877—78-ci  illərdəki  müharibədə 
göstərdiyi sərkərdəlik qabiliyyətinə görə tunc  medalla, bir də üçüncü  Aleksandrın 
imperatorluq etməsinin ildönümü şərəfinə gümüş medalla mükafatlandırılmışdır. 


128 
 
1919-cu  il  mayın  ilk  günlərində  Tiflisdə      yaşayan  general-mayor  Firidun 
bəy  Vəzirovun  ünvanına  Bakıdan  bir  məktub  gəldi.  Məktub  altmış  doqquz  yaşlı 
generalın əhvali-ruhiyyəsinə xoş təsir bağışladı. Məktubda deyilirdi:  
«Çox  hörmətli  Firidun  bəy  cənabları,  Azərbaycan  Demokratik 
Cumhuriyyətinin  yaratdığı  Milli  Ordudan  şübhəsiz  ki,  xəbərdarsınız.  Xalqımızın 
sərkərdə oğlu kimi yəqin ki, bu şad xəbərə siz də sevindiniz. Yeni yaranan orduda 
xidmət  etmək  üçün  sizin  kimi  bacarıqlı  və  təcrübəli  sərkərdələrə  çox  böyük 
ehtiyacımız  var.  Onu  da  xatırladım  ki,  könüllülər  hesabına  ordumuzun  sayı 
gündən-günə  artır.  Ağır  şəraitdə  də  olsa,  baş  qərargah  yaradılmasına  nail  olduq. 
Qərargahın nəzdində ümumi  şöbə, növbətçi general şöbəsi, süvari şöbəsi, mətbuat 
və  başqa  şöbələr  artıq    fəaliyyətdədir.  Azərbaycan  hökuməti  ordu  üçün  dövlət 
büdcəsindən xeyli vəsait ayırmışdır. Hazırkı vaxtda hərbi ləvazimatla yanaşı, yeni 
zabit  heyətinin      hazırlığında  da  çətinliklərimiz  çoxdur.  İnanırıq  ki,  Azərbaycanın 
müstəqillik qazandığı vaxtda gənc Azərbaycan Ordusunun sıralarında xidmət edən 
oğullarımız üçün siz hərbi təcrübənizi əsirgəməyəcəksiniz. Ona görə də çox xahiş 
edirəm, baş qərargahda birgə çalışmaq üçün dəvətimizi qəbul edəsiniz. 
Hörmətlə: BaĢ Qərargahın  rəisi general-mayor  
ƏBDÜLHƏMĠD   BƏY   QAYTABAġI». 
Bu səmimi məktubu alan general dərhal ailəsi ilə birgə Bakıya köçmüşdür. 
Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun 
7 avqust 1919-cu il tarixli 351 nömrəli əmri ilə general-mayor Firidun bəy Vəzirov 
Bakı şəhərinin komendantı təyin olunmuşdur. 
Beş il sonra — 1925-ci il iyunun 30-da general-mayor Firidun bəy Vəzirov 
yetmiş beş yaşında vəfat etmişdir.
1
 
 
GENERAL TEYMUR BƏY NOVRUZOV 
Sən kimsən, ey igid? Suçun, günahın nədir ki, yetmiş altı il cəmi xalqından, 
millətindən  gizlədiblər.  Qorxudan  adını,  soyadını  belə  şəklinin  arxasına  yaza 
bilməyiblər. Dövlət Tarix Muzeyinin nadir fondunda saxlanan yeganə fotoşəklinin 
arxasında  ancaq  bunları  oxudum:  «Birinci  dünya  müharibəsi  illərində  dörd  dəfə 
Müqəddəs Georgi ordeni ilə təltif olunan azərbaycanlı zabit». 
Şəklin  arxasında  adının  yazılmadığına  görə  kimi  günahlandıraq?  Arxiv 
işçilərini,  yoxsa  totalitar  rejimi?  Bilmirəm.  Bir  aydan  çoxdur  ki,  sənin  bu  balaca 
fotoşəklini  yazı  stolumun  üstündən  götürüb  qovluğa  qoymağa  əlim  gəlmir. 
İstəyirəm səni elim, obam tanısın, bəsdi bu qədər arxivlər küncündə qaldığın. Səni 
görüb tanıyan nəvə-nəticən fəxrlə desin ki, bu igid mənim babamdır. Axı, imperiya 
                                                           
1
 General F. Vəzirov haqqında əldə etdiyimiz faktlar bunlar oldu. Şübhəsiz ki, gələcək tədqiqatlarımda 
bu məşhur sərkərdə ilə bağlı tapılan sənədlərlə onun bioqrafiyasını oxuculara müfəssəl çatdıracağam — 
müəl. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə