124
Nəhayət, hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya
generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla
xalqa müraciət etdi. Dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski hərb
nazirinin müavini təyin edildi.
ULU VƏSĠYYƏTĠ FAYDASIZ OLMAZ
General Əliağa Şıxlinskiyə tale övlad qismət eləməmişdi. O, sevimli həyat
yoldaşı Nigar xanımın ölümündən sonrakı həyatını tamamilə artıq hesab edirdi. Bu
doğrudanmı belədir, yoxsa şair təbli məşhur sərkərdəmiz ötəri hissəmi qapılmışdı?
1931-ci ildə vəfat edən Nigar xanımdan sonra general on üç il yaşamışdır.
Bu on üç ildə tənha yaşayan Əliağa Şıxlinski həyatının bir anını belə Nigarsız
təsəvvür etməmişdir. O, hər cümə axşamı sevimli həyat yoldaşının qəbrini ziyarət
etmiş, vəfatının ildönümündə ehsan vermişdir.
Görüşdüyüm Şıxlinskilər nəslinin çoxsaylı nümayəndələri mənə dönə-dönə
demişdilər ki, generalın ən çox sevdiyi insan yalnız və yalnız həyat yoldaşı Nigar
xanım olmuşdur. Əliağa Şıxlinski məşhur «Xatirələrim» əsərində, şerlərində və
məqalələrində bu barədə söhbət açıb. Biz bu məhəbbətin ülviliyindən oxuculara az-
çox çatdırmışıq...
1983-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinin arxivindəki «Şıxlinski
fondu»nda araşdırmalar apararkən ağzıbağlı bir məktuba rast gəldim. Mavi rəngli
zərfin üstündə rus dilində belə yazılmışdı: «Vəsiyyət. Mən öləndən sonra açmalı!».
Məktub əlimdə, bir müddət kövrək hisslərin ağır təsirindən quruyub qaldım.
Gözlərimdə yaş dumanı, beynimdəsə qarma-qarışıq sözlər fırlanırdı: «Açım,
açmayım. Bu müqəddəs kişinin ruhu məni lənətləməz ki...». Məktubu o biri üzünə
çevirib yapışdırılmış tərəfinə dönə-dönə baxıram. Məktub bağlıdır. 1943-cü il
avqustun 18-də Bakıda vəfat edən generalın ölümündən isə düz 40 il keçir. Kədərlə
köks ötürüb çölə boylanıram. Fevral ayının soyuğu sanki uğultu ilə içəri dolub
varlığımı titrədir. Həyat və fəaliyyətini az-çox öyrəndiyim general Əliağa Şıxlinski
bilirəm ki, çox maraqlı bir insan olub. Güclü müşahidəsi, əla mütaliəsi və geniş
dünyagörüşü olan bu adam heç vaxt ötəri və ya başdansovdu iş görməzmiş. Onun
şəxsi əlyazmalarını araşdıranda görürsən ki, xırdaca bir qeydi də böyük bir məna
kəsb edir. Mənim yəqinimdir ki, generalın hələ oxumadığım vəsiyyətnaməsində də
müdrik sətirlərə rast gələcəm.
Bu anda ağlıma qəribə bir fikir də gəldi. Əgər arxiv işçiləri icazə versəydi
bu ağzıbağlı məktubu götürüb generalın yaxın qohumlarından birinin yanına gedər
və onunla birgə açıb oxuyardım. Məlumdur ki, vəsiyyət hər şeydən əvvəl yaxın
qohum üçün yazılır. Mən də istəyərdim ki, bu məktubu generalın doğması ilə birgə
oxuyum. Amma bu mümkün deyil. İndi bu məktub adi kağız parçası deyil.
Möhürlənib, qeydə alınıb və tarixi bir sənəd olub. Bəs bu tarixi sənəd nə üçün
indiyədək heç kəsi maraqlandırmayıb. Bəlkə tədqiqatçıların rastına çıxmayıb. Elə
isə onda mənim uğurumdur qarşıma çıxıb, açsam heç bir günah sahibi olmaram.
125
Ehtiyatla qələmimin iti ucunu ağzıbağlı məktuba yaxınlaşdırıram. Qırx il
qurumuş yapışqan asanca qopur. İçərisindən adi dəftər kağızında yazılmış dörd
vərəq çıxır. Birincinin sərlövhəsi: «Ailə vəsiyyətnaməsi»; 30 oktyabr 1933-
cü ildə yazılıb. İkincisi — «Əziz Bahadır və Varya!» (Həmin tarixdə yazılıb).
Üçüncüsü sərlövhəsizdir, yalnız: «3 yanvar 1938-ci il» tarixi qoyulub.
Dördüncüsü: «Son rica (xahiş)», 13 mart 1942-ci ildə yazılıb. General Əliağa
Şıxlinskinin «Vəsiyyətnamə»sinin dördünün də üzünü köçürüb evə qayıdıram. Yol
boyu ikinci vəsiyyətnamədəki bir cümləni ürək ağrısı ilə öz-özümə təkrar edə-edə
gəlirəm.
«Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam etdirərsə,
onda mənim «əmlakım» mənim dəfn olunma və ən sadə qəbr daşı qoyulma
xərclərinə belə bəs etməz, bu halda mənim vəsiyyətim gülünc hal almış olar».
Oxucum, general Şıxlinskinin vəsiyyətnamələrindəki kədər təkcə bu
cümlədə deyil. Onların dördü də tənha yaşayan insanın kədər və həsrətilə doludur.
Burda onun sevimli Nigarına ülvi məhəbbətinin də şahidi olacaqsan.
Mən on bir il əvvəl ulu generalımızın kədərinə şərik oldum.
Vəsiyyətnamələri sizə təqdim etməkdə bircə məqsədim var: xalqımız üçün əvəzsiz
xidmətlər göstərmiş general Əliağa Şıxlinskinin nikbinliyinə, qayğılarına siz də
şərik olun. Ulu vəsiyyəti faydasız olmaz.
***
Ailə vəsiyyətnaməsi
Mənim ölümümdən sonra, əmlakımdan nə qalarsa; mebel, qab-qacaq,
geyim şeyləri və başqa əşyalar, eləcə də qalmış nəqd pul məbləğini həyatımın
kimsəsiz illərində mənə qayğı göstərmiş həkim Bahadır Qayıbova
1
və onun arvadı
Qayıbovaya
2
vəsiyyət edirəm.
Yazılanları öz şəxsi imzam ilə təsdiq edirəm.
30 oktyabr 1933-cü il, Bakı
ƏLĠAĞA ġIXLĠNSKĠ
Biz, mətnin altında imza atmış şəxslər, aqronom Nəsrulla Əlizadə və texnik
Sadıq Əlizadə şahidik ki, Əliağa Şıxlinski 30 oktyabr 1933-cü ildə bizim
iştirakımızla vəsiyyətnaməni tərtib edib, imzalayarkən tam sağlam əqlə və yaddaşa
malik idi. 1. Nəsrulla Əlizadə, 2. Sadıq Əlizadə.
Əziz Bahadır və Varya!
1
Bahadır bəy Mirzə Hüseyn Əfəndi oğlu Qayıbov (1878-1949). Əliağa Şıxlinskinin qaynıdır. Onlar
həm də qonşu olmuşlar.
2
Varvara Qayıbova doktor Bahadır bəyin arvadı —müəl.
Dostları ilə paylaş: |