Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   52   53   54   55   56   57   58   59   ...   70

124 
 
Nəhayət,  hökumətin  əmrilə  1918-ci  il  dekabrın  25-də  tam  artilleriya 
generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla 
xalqa  müraciət  etdi.  Dekabrın  29-da  isə  general-leytenant  Əliağa  Şıxlinski  hərb 
nazirinin müavini təyin edildi. 
 
ULU VƏSĠYYƏTĠ FAYDASIZ OLMAZ 
General Əliağa Şıxlinskiyə tale övlad qismət eləməmişdi. O, sevimli həyat 
yoldaşı Nigar xanımın ölümündən sonrakı həyatını tamamilə artıq hesab edirdi. Bu 
doğrudanmı belədir, yoxsa şair təbli məşhur sərkərdəmiz ötəri hissəmi  qapılmışdı? 
1931-ci  ildə  vəfat  edən  Nigar  xanımdan  sonra  general  on  üç  il  yaşamışdır. 
Bu  on  üç  ildə  tənha  yaşayan  Əliağa  Şıxlinski  həyatının  bir  anını  belə  Nigarsız 
təsəvvür etməmişdir. O, hər cümə axşamı sevimli həyat yoldaşının qəbrini ziyarət 
etmiş, vəfatının ildönümündə ehsan vermişdir. 
Görüşdüyüm Şıxlinskilər nəslinin çoxsaylı  nümayəndələri mənə dönə-dönə 
demişdilər ki, generalın ən çox sevdiyi insan yalnız və yalnız həyat yoldaşı Nigar 
xanım  olmuşdur.  Əliağa  Şıxlinski  məşhur  «Xatirələrim»  əsərində,  şerlərində  və 
məqalələrində bu barədə söhbət açıb. Biz bu məhəbbətin ülviliyindən oxuculara az-
çox çatdırmışıq... 
1983-cü  ildə  Azərbaycan  Dövlət  Tarix  Muzeyinin  arxivindəki  «Şıxlinski 
fondu»nda araşdırmalar apararkən ağzıbağlı bir məktuba rast gəldim. Mavi rəngli 
zərfin üstündə rus dilində belə yazılmışdı: «Vəsiyyət. Mən öləndən sonra açmalı!». 
Məktub əlimdə, bir müddət kövrək hisslərin ağır təsirindən quruyub qaldım. 
Gözlərimdə  yaş  dumanı,  beynimdəsə  qarma-qarışıq  sözlər  fırlanırdı:  «Açım, 
açmayım. Bu müqəddəs kişinin ruhu məni lənətləməz ki...». Məktubu o biri üzünə 
çevirib  yapışdırılmış  tərəfinə  dönə-dönə  baxıram.  Məktub  bağlıdır.  1943-cü  il 
avqustun 18-də Bakıda vəfat edən generalın ölümündən isə düz 40 il keçir. Kədərlə 
köks  ötürüb  çölə  boylanıram.  Fevral  ayının  soyuğu  sanki  uğultu  ilə  içəri  dolub 
varlığımı titrədir. Həyat və fəaliyyətini az-çox öyrəndiyim general Əliağa Şıxlinski 
bilirəm  ki,  çox  maraqlı  bir  insan  olub.  Güclü  müşahidəsi,  əla  mütaliəsi  və  geniş 
dünyagörüşü olan bu adam heç vaxt ötəri və ya başdansovdu iş görməzmiş. Onun 
şəxsi əlyazmalarını araşdıranda görürsən ki,  xırdaca bir qeydi də böyük bir məna 
kəsb edir. Mənim yəqinimdir ki, generalın hələ oxumadığım vəsiyyətnaməsində də 
müdrik sətirlərə rast gələcəm. 
Bu anda ağlıma qəribə bir fikir də gəldi. Əgər arxiv işçiləri icazə versəydi 
bu ağzıbağlı məktubu götürüb generalın yaxın qohumlarından birinin yanına gedər 
və  onunla  birgə  açıb  oxuyardım.  Məlumdur  ki,  vəsiyyət  hər  şeydən  əvvəl  yaxın 
qohum üçün yazılır. Mən də istəyərdim ki, bu məktubu generalın doğması ilə birgə 
oxuyum.  Amma  bu  mümkün  deyil.  İndi  bu  məktub  adi  kağız  parçası  deyil. 
Möhürlənib,  qeydə  alınıb  və  tarixi  bir  sənəd  olub.  Bəs  bu  tarixi  sənəd  nə  üçün 
indiyədək  heç  kəsi  maraqlandırmayıb.  Bəlkə  tədqiqatçıların  rastına  çıxmayıb.  Elə 
isə onda mənim uğurumdur qarşıma çıxıb, açsam heç bir günah sahibi olmaram. 


125 
 
Ehtiyatla  qələmimin  iti  ucunu  ağzıbağlı  məktuba  yaxınlaşdırıram.  Qırx  il 
qurumuş  yapışqan  asanca  qopur.  İçərisindən  adi  dəftər  kağızında  yazılmış  dörd 
vərəq çıxır.   Birincinin     sərlövhəsi:      «Ailə vəsiyyətnaməsi»; 30 oktyabr 1933-
cü  ildə  yazılıb.  İkincisi  —  «Əziz  Bahadır  və  Varya!»  (Həmin  tarixdə  yazılıb). 
Üçüncüsü  sərlövhəsizdir,  yalnız:  «3  yanvar  1938-ci  il»  tarixi  qoyulub. 
Dördüncüsü:  «Son  rica  (xahiş)»,  13  mart  1942-ci  ildə  yazılıb.  General  Əliağa 
Şıxlinskinin «Vəsiyyətnamə»sinin dördünün də üzünü köçürüb evə qayıdıram. Yol 
boyu ikinci vəsiyyətnamədəki bir cümləni ürək ağrısı ilə öz-özümə təkrar edə-edə 
gəlirəm. 
«Əgər  tale  mənim  bu  sevincsiz  həyatımı  uzun  müddət  davam  etdirərsə, 
onda  mənim  «əmlakım»  mənim  dəfn  olunma  və  ən  sadə  qəbr  daşı  qoyulma 
xərclərinə belə bəs etməz, bu halda mənim vəsiyyətim gülünc hal almış olar». 
Oxucum,  general  Şıxlinskinin  vəsiyyətnamələrindəki  kədər  təkcə  bu 
cümlədə deyil. Onların dördü də tənha yaşayan insanın kədər və həsrətilə doludur. 
Burda onun sevimli Nigarına ülvi məhəbbətinin də şahidi olacaqsan. 
Mən  on  bir  il  əvvəl  ulu  generalımızın  kədərinə  şərik  oldum. 
Vəsiyyətnamələri sizə təqdim etməkdə bircə məqsədim var: xalqımız üçün əvəzsiz 
xidmətlər  göstərmiş  general  Əliağa  Şıxlinskinin  nikbinliyinə,  qayğılarına  siz  də 
şərik olun. Ulu vəsiyyəti faydasız olmaz. 
*** 
Ailə vəsiyyətnaməsi 
Mənim  ölümümdən  sonra,  əmlakımdan  nə  qalarsa;  mebel,  qab-qacaq, 
geyim  şeyləri  və  başqa  əşyalar,  eləcə  də  qalmış  nəqd  pul  məbləğini  həyatımın 
kimsəsiz illərində mənə qayğı göstərmiş həkim Bahadır Qayıbova
1
 və onun arvadı 
Qayıbovaya
2
 vəsiyyət edirəm. 
Yazılanları öz şəxsi imzam ilə təsdiq edirəm. 
30 oktyabr 1933-cü  il, Bakı  
ƏLĠAĞA ġIXLĠNSKĠ 
Biz, mətnin altında imza atmış şəxslər, aqronom Nəsrulla Əlizadə və texnik 
Sadıq  Əlizadə  şahidik  ki,  Əliağa  Şıxlinski  30  oktyabr  1933-cü  ildə  bizim 
iştirakımızla vəsiyyətnaməni tərtib edib, imzalayarkən tam sağlam əqlə və yaddaşa 
malik idi. 1. Nəsrulla Əlizadə, 2. Sadıq Əlizadə. 
 
Əziz Bahadır və Varya! 
                                                           
1
  Bahadır  bəy  Mirzə  Hüseyn  Əfəndi  oğlu  Qayıbov  (1878-1949).  Əliağa  Şıxlinskinin  qaynıdır.  Onlar 
həm də qonşu olmuşlar. 
2
 Varvara Qayıbova doktor Bahadır bəyin arvadı —müəl. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə