Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   50   51   52   53   54   55   56   57   ...   70

120 
 
üzündən «Rusca—Türkcə qısa hərbi lüğəti»ni 1926-cı ildə Bakıda üç əlifba—rus, 
ərəb və latın əlifbası    ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda 
hərbi lüğətin yaradıcısı olmuşdur. Məhz bu əvəzsiz xidmətinə görə general Əliağa  
Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 1928-ci il 23 fevral tarixli qərarı ilə Fəxri 
Fərmanla təltif  olunmuşdur.  Şıxlinskinin lüğəti hərbi  nizamnamələrin,  hərbi elmi 
ədəbiyyatın  Azərbaycan  dilinə  tərcümə  olunmasında  böyük  əhəmiyyət  kəsb 
etmişdir.  Eyni  zamanda  hərbi  məktəblərdə,  yenicə  yaranmış  orduda  xidmət  edən 
azərbaycanlı əsgər və zabitlər bu lüğətdən qiymətli vəsait kimi istifadə etmişlər. 
Həmin  kitabın  elmi  terminoloji  əhəmiyyətini  maraqlı  faktlarla  araşdıran 
filologiya elmləri namizədi A. Hacıyeva yazır: 
«Əliağa Şıxlinskinin lüğəti geniş dil materialının dərin təhlilinin nəticəsi idi. 
Azərbaycan  dilinin  lüğət  tərkibini  geniş  əhatə  etməsi,  xalq  dilinə  məxsus 
söz və ifadələrdən yerli-yerində, səmərəli istifadə olunması, bir çox unudulmuş və 
az  işlənən  sözlərə  yenidən  termin  kimi  həyat  vəsiqəsi  verilməsi  baxımından  Ə. 
Şıxlinskinin  lüğəti  o  dövrdə  nəşr  edilən  lüğətlərin  hamısından  fərqlənir. 
...Azərbaycan  dilində  hərbi  terminologiyanın  olmaması  bu  işdə  böyük  çətinlik   
törədirdi.  Əliağa  Şıxlinskinin  lüğətinin        nəşri  ilə  həmin  çətinlik,  demək  olar  ki, 
aradan qaldırıldı». 
General  Şıxlinskinin  lüğətinin  misilsiz  elmi  əhəmiyyətindən  danışan 
görkəmli filosof-alim Heydər Hüseynov yazır: 
«...Kitabın  əvvəlində  general  Əliağa  Şıxlinski  lüğət  tərtib  edərkən  yeddi 
əsas  qəbul  etdiyini  göstərir:  1)  Yad  sözlərin  yerinə  bacardıqca,  türk-Azərbaycan 
sözləri  qoyulubdur.  2)  El  arasında  işlənən  türkləşmiş  ərəb  və  fars  sözləri 
buraxılmayıbdır:  bu  dürlü  sözlər,  onlar  elə  bir  mənalı  türk  sözlərinin  yanında 
dırnaqlar  arasında  yazılıbdır;  məsələn:  çağ  (vaxt,  zaman).  3)  Türkcəyə  qarışmış 
bəzi  ərəb  sözləri  türcə  deyilişinə  uyğun  yazılıbdır.  Məsələn:  qala  (qəl'ə  yerinə), 
sahat  (saət  yerinə).  4)  Kökləri  ərəbcədən  olan  sözlərin  deyilişləri  türcəyə 
uyğunlaşdırılıbdır;  məsələn;  vəq'tlər,  təbiblər,  vəzifəli  (evqat,  ətibba,  müəzzəf 
yerinə) və sairə...». 
Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  müxbir  üzvü  Əlheydər 
Orucovun «Ə. Şıxlinskinin bir əlyazması haqqında» məqaləsindən: 
«Yaşının  ötməsinə,  səhhətinin  pozulmasına  baxmayaraq  general  Əliağa 
Şıxlinski  həyatının  son  günlərinə  qədər  dilimizin  vəziyyəti,  terminologiya, 
orfoqrafiya,  lüğətçilik  məsələləri  ilə  maraqlanırdı.  Onu  tez-tez  Lüğətlər 
İnstitutunda,  həmin  institutun  direktoru  Heydər  Hüseynovun  yanında  görmək 
olardı.  Heydər  Hüseynov  Əliağa  Şıxlinskiyə  dərin  hörmət  və  həssas  münasibət 
bəslərdi. İnstitutun hazırladığı lüğətlərlə onu tanış edər və bu barədə fikrini bilmək 
istərdi.  Onun  1940-cı  ildə  akademik  Heydər  Hüseynova  49  səhifədən  ibarət 
göndərdiyi  «Qeydlər»dən  göründüyü  kimi,  ana  dili  ilə  bərabər,  klassik 
ədəbiyyatımızı,  xüsusən  folklorumuzu  çox  gözəl  bilirmiş.  Əliağa  Şıxlinski  indi 
ədəbi  dildə  işlənməyən,  buna  görə  də  müasir  lüğətlərə  düşməmiş,  amma  bəzi 


121 
 
dialekt  və  şivələrimizdə  işlənməkdə  davam  edən  sözləri  yada  salmaqla  onların 
yazılı dilə (lüğətlərə) keçirilməsini məqsədəuyğun hesab edir. Bu baxımdan onun 
özünün  yeni  söz  və  formalar  yaratmaq  təşəbbüsü  təqdirəlayiqdir.  Bu  günkü 
şəraitdə daha böyük əhəmiyyət qazanmış bu məsələ, görünür, hələ o zaman Əliağa 
Şıxlinskini düşündürmüş və fürsətdən istifadə edərək, yazdığı «Qeydlər» vasitəsilə 
fikrini lüğətçilərin nəzərinə çatdırmışdır». 
O  vaxtdan  illər  keçdi.  General  Əliağa  Şıxlinskinin  ilk  vəsait  olan  hərbi 
lüğəti bir daha işıq     üzü görmədi. 
Totalitar  Sovet  rejimi  azərbaycanlı  generalın  elmindən  bəhrələnməyi  öz 
millətinə yasaq elədi. Az tirajla nəşr olunmuş bu kitabın nadir nüsxələri qalıb. Bu 
gün  zaman,  dövr  dəyişib.  Yeni  yaranan  ordumuz  üçün  həmin  lüğətin  əhəmiyyəti 
şübhəsiz ki, əvəzsiz olardı. 
 
Milli ordu quruculuğunda 
Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Əliağa Şıxlinski həmişə 
birincilər sırasında  olmuşdur. O, dörd müharibənin şahidi, üçünün iştirakçısı olub: 
1904—05-ci  illərdə  Port-Artur,  1914-cü  il    Cahan  Müharibəsində,  1918-ci  illərdə 
isə        torpaqlarımızın  bütövlüyü  uğrunda  daşnak  Ermənistanına    qarşı  döyüşüb. 
Böyük  Vətən  müharibəsinin  şahidi  olan  qoca  general  yenə  də  fəaliyyətini 
dayandırmamışdı.  O,  «Xatirələrim»  kimi  qiymətli  hərbi  memuarını  diktə  edib    
yazdırmışdır.  Bu,  Azərbaycan  hərb  tarixində  ilk  və  yeganə  hərbi  memuardır. 
İnqilabdan əvvəl və inqilabdan sonrakı  dövrlərlə məşğul olan hərb elminin elə bir 
alimi  yoxdur  ki,  həmin  kitabdan  qidalanmasın,  bir  qiymətli    mənbə    kimi  ondan 
istifadə etməsin. 
Görkəmli  sərkərdə  Əliağa  Şıxlinskinin  xalqımız  üçün  ən  böyük 
xidmətlərindən  biri  də  1917-ci  ilin  noyabrında  olmuşdur.  Həmin  ayın  on  beşində 
Qafqaza qayıdan  Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət  milli  korpus 
yaratmışdı.  Bununla  da  o,  Milli  Azərbaycan  Ordusunun  təməl  daşını  qoymuşdu. 
Bu barədə general «Xatirələrim» hərbi memuarında daha dəqiq    məlumat verir: 
«Tiflisə  qayıtdıqda,  müvəqqəti  olaraq  mənə  korpus  komandanlığı  həvalə 
olunduğu barədə əmri oxudum. Öz  xalqımın, baş  verə biləcək xarici təzyiqlərdən 
və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil 
etməyə qət edib, Tiflisdə öz  qərargahımı düzəltməyə başladım...
1
 
Dekabrın otuz birində mən öz qərargahımın ilk heyətilə Gəncəyə getdim ki, 
orada  hissələrin  təşkil  edilməsilə  məşğul  olum.  Korpus  hissələrinin  təşkilində    
böyük əngəllərə rast gəlirdik». 
«Açıq söz» qəzeti 1918-ci il 7 yanvar tarixli nömrəsində nizami müsəlman 
əsgəri qüvvələrinin yaranması haqqında belə bir xəbər yaymışdı: 
                                                           
1
 Qərargah Tiflisdəki ―London‖ mehmanxanasının birinci mərtəbəsində yerləşirdi – müəl. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə