Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   47   48   49   50   51   52   53   54   ...   70

112 
 
buraxılır.  Bakıda  ingilis  ordusuna  ehtiyac  yoxdur.  Azərbaycan  özü-özünə  qayğı 
göstərə  bilər.  Mən  bura  iki  gün  əvvəl  gəlmişəm  və  açığını  deyim  ki,  bütün 
gördüklərim məndə dərin təəssürat yaradıb. Mənim şəhərdə olmadığım dörd həftə 
ərzində  burada  çox  təəccüblü  dəyişikliklər  olub.  Mən  buraya  gəldim  ki,  hamının 
mənə  dediyi  qarışıqlığı  görüm,  lakin  onu  tapa  bilmədim.  Tam  qayda-qanun  var. 
Mənə  dedilər  ki,  mən  ordu  əvəzinə  pozğunlaşmış  kütlə  görəcəyəm,  lakin  mən 
yaxşı,  nümunəvi,  güclü,  odlu-alovlu  gənclər  gördüm.  Doğrudan  da    mən  indi 
Bakıda  elə  qayda-qanun  gördüm  ki,  müharibə  başlayan  vaxtdan  bu  günədək 
Bakıda  olmamışdı...  Qayda-qanun  ancaq  Bakıda  hökm  sürmür,  son  dəyişikliklər 
bütün  respublikada  vəziyyəti  aydınlaşdırmışdır.  Qarabağ  şuluqluğunu  sülh  əvəz 
etmişdir. Ermənilər  və azərbaycanlılar sazişə gəlmişlər.  Lənkəranda  bolşeviklər 
Azərbaycan  ordusu  tərəfindən  məğlubiyyətə  uğradıldı.  Onlar  bütün  silah  və 
sursatlarını Azərbaycan hökumətinə təhvil      verdilər, adamlar isə xahiş etdilər ki, 
onları  Azərbaycan  hökumətinin  tabeliyinə  götürsünlər...  Bütün  bunlar,  şübhəsiz, 
sübut  edir  ki,  Azərbaycan  qarma-qarışıqlıqdan  qorxmur  və  bolşeviklərdən 
çəkinmir. Azərbaycan dövləti indi Transqafqazın bütün qalan xalqları üçün həqiqi 
nümunəyə çevrilmişdir».
1
 
İngilis  hərbi  jurnalisti  Skodlend-Liddelin  Azərbaycan  ordusunun  ünvanına 
dediyi xoş məramlı sözlərə görə xalqımız ilk növbədə iki görkəmli sərkərdəmizə, 
1918-ci  ildə  ordumuzun  təməl  daşını  qoyan  Əliağa  Şıxlinskiyə  və  Səməd  bəy 
Mehmandarova  borcludur.  Nizami  və  döyüşən  ordu  yaradan  hər  iki  sərkərdə  ilk 
hərbi  nümayişin  keçirilməsini,  hərbi  məktəblərin  açılmasını,  hərbi  geyim 
formasının  təşkilini  və  başqa  gərəkli  işləri  həyata  keçiriblər.  İlyarım  fəaliyyətdə 
olan  Azərbaycan  ordusu  Lənkəranda  bolşeviklərin  üsyanını  yatırdır,  Zəngəzurda, 
Əsgəranda erməniləri  məğlubiyyətə uğradır. 
1919-cu  ilin  sonlarında  Azərbaycan  Respublikası  üçün  üç  təhlükə  vardı: 
şimaldan  ağqvardiyaçı  general  Denikin,  Zəngəzur  və  Qarabağdan  daşnak 
erməniləri,  ordunun  daxilində  isə  bolşevik  təbliğatı.  Bu  təhlükənin  ikisinin 
qarşısını  hərbçi dəyanəti  ilə alan nazir Səməd bəy Mehmandarovu  ən çox  narahat 
edən  «bolşevik  xəstəliyi»  idi.  Qırmızı  bolşeviklərin  təbliğatı  orduda  olduğu  kimi 
fəhlə-kəndli  arasında  da  yayılmışdı.  Bu  təsir  əsgər  və  zabitlərə  də  keçmişdi.  Ona 
görə də nazir Səməd bəy Mehmandarov əsgərlərlə görüşündə təkrar-təkrar deyərdi 
ki,  qoşun  torpağımızı  yağılardan  qorumaqdan  ötrü  vacibdir.  Qoşunun  əsgəri 
siyasətlə  maraqlanmalı,  beynəlxalq  aləmdə  nələr  baş  verdiyindən  hali  olmalıdır. 
Amma nə zabit, nə də əsgər heç bir partiyanın, ya da cəmiyyətin qulu olmamalıdır. 
İstər  Səməd  bəy  Mehmandarov,  istərsə  də  Əliağa  Şıxlinski  uzun  illik  ordu 
həyatında  siyasi  partiya  və  qurumlardan  uzaq  olmuşlar.  Onların  ən  ümdə  vəzifəsi 
Vətəni, torpağı  yağılardan qorumaq üçün nizami ordu  yaratmaq idi. İyirmi səkkiz 
                                                           
1
 RMDA, F.894, siy.10, iş 82, v.2-10. 
 


113 
 
aprel çevrilişinin səhəri onları dindirən bolşevik çekistləri hər ikisinə: hansı siyasi 
partiyanın və ya inqilabın mənafeyini müdafiə edirsiniz? sualını vermişdi. 
General Səməd bəy Mehmandarovun cavabı: «Bütün ömrüm boyu mən, hər 
cür siyasətdən uzaq olmuşam». 
General  Əliağa  Şıxlinskinin  cavabı:  «hər  bir  inqilaba  əksinqilab  kimi 
yanaşıram, heç vaxt belə şeylərə qoşulmamışam, qoşulmazdım da»... 
Bolşeviklərin Azərbaycana hücumuna  düz bir il qalmış və onların ordudakı 
zərərli  siyasətini  əvvəlcədən  hiss  edən  nazir  S.  Mehmandarov    1919-cu  il  aprelin 
20-də Nazirlər Sovetinin sədrinə yazırdı: «Yaxşı olardı ki, Azərbaycan ordusundan 
azad olunmuş rus zabitləri, etibarsız element kimi Azərbaycan hüdudlarından kənar 
ediləydi. Lakin ümumi siyasi vəziyyətin bu məsələyə münasibətini bilmədiyimdən, 
xahiş  edirəm,  bu  haqda  mənə  məlumat  verəsiniz.  Sizin  qərarınızın  nəticəsini 
bilmək istərdim». 
Sovet  hakimiyyəti  illərində  Səməd  bəy  Mehmandarov  haqqında  cəmi  iki: 
1946-cı  ildə  mayor  Hacıağa  İbrahimbəylinin  «Səməd  bəy  Mehmandarov»  (18 
səhifəlik)  və  1977-ci  ildə  polkovnik,  tarix  elmləri  namizədi  Əli  Abbasovun 
«General Səməd bəy Mehmandarov»  (80 səhifəlik)  kitabçaları nəşr olunmuşdur. 
İndiyədək  1918—20-ci  illərin  sənədləri  nə  tarixçilərin,  nə  də  S.  Mehmandarov 
tədqiqatçılarının sərəncamına verilmədiyindən şöhrətli generalımızın həmin illərdə 
daxilən  hansı  hisslər  keçirdiyindən,  ən  başlıcası  azərbaycanlı  kimi  vətəndaşlıq 
təəssübkeşliyindən bixəbər olmuşuq. 
Demokratiyanın  sayəsində  yeni  açılan  arxiv  sənədləri  arasında  hərb 
nazirimizin  çoxlu  teleqramları,  əmr  və  raportları  işıq  üzü  gördü.  Bu  sənədlər  o 
vaxtkı ordumuz, zabit və əsgər heyətimiz haqqında qiymətli məlumatlar verir: 
21  oktyabr  1919-cu  il;  Lənkərandan  teleqram.  «Lənkəran  Şəhər  duması 
əhalinin  istəyi  ilə  15  oktyabr  tarixli  yığıncağında  hərb  naziri,  general  Səməd  bəy 
Sadıq bəy oğlu Mehmandarovu Respublika Parlamentinə üzv seçmişdir. 
Şəhər dumasının  üzvləri». 
 
Lənkəran qəzası sakinlərinə müraciətnamə 
«Vətəndaşlar! 
Azərbaycan Respublikası Dövlətinin xahişi ilə mən Lənkəran qəzasına dəstə 
göndərirəm.  Vətəndaş  müharibəsinə  birdəfəlik  son  qoymaq,  qayda-qanun 
yaratmaq, sizi dinc əhaliyə əzab verən zorakı dəstələrdən və qatillərdən azad etmək 
işi bu dəstəyə tapşırılıb. 
Azərbaycanın  ayrılmaz  bir  hissəsi  olan  qəzada  məskunlaşmış  bütün 
millətlərə ədalətli  münasibət  bəsləyən  Azərbaycan orduları sizə qanun daşıyıcıları 
kimi göndərilirlər. 
Silahlı qüvvələrin himayəsi ilə ölkənin bütün sahələrinin idarə olunmasında 
təcili mülki idarəetmə bərpa ediləcək. Mən əminəm ki, siz özünüz də Azərbaycan 
Respublikasının  gələcək  tamhüquqlu  vətəndaşları  kimi  sülh  şəraitində  birgə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə