Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   44   45   46   47   48   49   50   51   ...   70

105 
 
aparırdı  ki,  ikinci  Qafqaz  ordu  korpusu  «general  Mehmandarovun  qrupu»  kimi 
şöhrət  qazanmışdı.  Xüsusilə,  Vilno  (Vilnyus  şəhəri)  istiqamətindəki  əməliyyatlar 
onu şöhrətin zirvəsinə qaldırmışdı. Ona görə də on il ərzində (1904—15-ci illərdə) 
Səməd  bəy  üç  dəfə  general  rütbəsi  almışdır:  1904-cü  il  oktyabrın  22-də  general-
mayor,  1908-ci  il  iyulun  13-də  general-leytenant  və  1915-ci  ildə  tam  artilleriya 
generalı.  Qısa  müddətdə  generallıq  pillələrini  keçmək  və  sürətli  təltifat  hərb 
aləmində çox nadir hadisədir. 
Hərbi  akademiya  təhsili  olmayan  eloğlumuzun  imperiya  ordusunda  belə 
sürətlə  irəliləməsinin  səbəbi  onun  qoçaqlığı  və  güclü  hərbi  məharəti  olmuşdur. 
Səməd bəy Mehmandarov tam artilleriya generalı kimi ali rütbəyə layiq görülən ilk 
azərbaycanlı idi. 
Bunların  hamısı  general  Səməd  bəyin  fevral  burjua  inqilabına  qədərki 
fəaliyyətidir. İmperiya dağılandan sonra Vladiqafqaz şəhərinə gələn Mehmandarov 
yaralılara  yardım  edən  «Aleksandr  komitəsi»nin  üzvü  seçilir.  Ömründə  ilk  dəfə 
hərbi  xidmətə  son  qoyub  dinc  həyat  sürməyə  başlayır.  Cəmi  bir  neçə  ay  sakit 
yaşayan Səməd bəy 1918-ci il avqustun əvvəllərində Vladiqafqazı tərk etməli olur. 
Şimali  Qafqazda  sovet  hakimiyyəti  quran  bolşeviklərlə  işləməkdən  imtina  edən 
Səməd bəy Mehmandarov hərbi Gürcüstan yolu ilə Bakıya gəlir. 
1918-ci  il  noyabrın  6-da  Azərbaycan  Demokratik  hökumətinin  qərarı  ilə 
hərbi  nazirlik  yaranır.  Nazirliyin  təşkili  iki  məşhur  generala  —  Səməd  bəy 
Mehmandarova  və  Əliağa  Şıxlinskiyə  tapşırılır.  Həmin  ilin  dekabrın  24-də  nazir 
hərbi salamlaşma barədə belə bir əmr verir: 
«Sırada,  eləcə  də  sıradan  kənarda  olarkən  əsgərlərin  azərbaycanca 
salamlaşması  —  bir  sözlə  «salam»,  cavabı  isə  «Əleyküm  salam»  olmasını  bütün 
zabitlərə əmr edirəm. 
Təltif  zamanı  əsgərə  deyilməlidir:  «Mərhəba»,  əsgər  cavab  verməlidir: 
«Çox sağ ol». 
Hərbi nazir, artilleriya  
generalı  S. Mehmandarov 
BaĢ   Qərargah  rəisi,  
polkovnik   H.  Səlimov». 
Görkəmli  sərkərdəmizin  Azərbaycana  gəlişini,  dar  gündə  xalqın  dayağı 
olmasını  əsgərlər  böyük  sevinclə  qarşılamışdır.  İl  yarım  fəaliyyətdə  olan  Milli 
ordumuzda iyirmi bir azərbaycanlı general xidmət etmişdir, Onlardan yalnız ikisinə 
— Teymurbəy Novruzova və Səməd bəy Mehmandarova əsgərlər şərqi qoşmuşlar: 
Qafqaziyaya şan gəlir,  
Dərdlərə dərman gəlir,  
Aç köksünü, qarlı Qafqaz,  
Sevdiyin Səməd gəlir. 
 
*** 


106 
 
Çoxdan bəri gözlərdik,  
Qafqaziyanı əhv et yaşa,  
Onun Sizə salamı var,  
Minlər yaşa, Səməd paşa. 
Yetmiş il əl vurmadığımız, üzümüzə «tamamilə məxvidir» qrifilə bağlanan 
Respublika  Yeni  Tarix  Mərkəzi  Dövlət  arxivində  generalımız  haqqında  belə 
şərqilər  çoxdur.  Bu  şərqilərdən  hiss  olunur  ki,  xalq  öz  xilaskarını  çoxdan 
gözləyirmiş. 
Səməd paşa sərdarımız,  
Qan   axıdar   xəncərimiz,  
Düşmənləri   qəhr   edərik,  
Yurdlarını məhv edərik,  
Biz  bir tabor  əsgərlərik,  
Pək şanlıyıq. 
Sağ ol Səməd paşa, səni min yaşa,  
Vətənin üstündə oldun tamaşa.  
Səməd paşa əsgərlərin padəri  
Çağırır silah başına irəli. 
Azərbaycanın taleyi həll olunduğu bir vaxtda mudafiə naziri kimi məsul bir 
vəzifəyə gələn Səməd bəy Mehmandarov qarşıda duran çətinlikləri çox yaxşı dərk 
edirdi.  Yüz  illərlə  əsgəri  qüvvəsi  olmayan  bir  xalqa  qısa  vaxtda  nizami  ordu 
yaratmaq  ağır  və  məsuliyyətli  iş  idi.  Bir  tərəfdən  də  bu  dar  gündə  Azərbaycanın 
ətrafı  düşmənlərlə  əhatə  olunmuşdu.  Dağılan  imperiyadan  Azərbaycana  heç  nə 
qalmamışdı.  Nə  silah,  nə  əsgəri  qüvvə,  nə  də  qışlalar  vardı.  Tərəddüd,  şübhələr, 
bəzən də inamsızlıq altmış iki yaşlı ixtiyar generala əzab verirdi. Amma qəlbindəki 
inamı,  güclü  vətənpərvərliyi  hər  şeydən  üstün  idi.  Bu  inam  güclü  dağ  seli  olub 
tərəddüd  və  şübhələri  yuyub  aparırdı.  Ana  vətənə  olan  sonsuz  bir  məhəbbətlə  o, 
kürsüyə qalxmışdı. 
Səməd bəyin səlis danışığı, mərd siması, vətən təəssübkeşliyi ilə yana-yana 
danışması  ziyalı  qadınlarımızdan  birinin  —  Məryəm  xanım  Bayraməlibəyovanın 
yaddaşında əbədi qalmışdır. 
Tribunada,  gözqamaşdırıcı  şüaların  düşdüyü  yerdə  general  Səmədbəy 
Mehmandarov  dayanmışdı.  Ağarmış  saçları,  nurani  sifəti,  daxili  kamilliyindən 
xəbər verirdi. Bu gün o, hərbi nazir vəzifəsinə təyin edilməyinə razılıq verməliydi. 
Respublikanın fəaliyyətinin elə ilk günlərindən generala təkidlə müraciət etmişdilər 
ki, belə bir məsuliyyətli vəzifəni öz üzərinə götürsün. O isə hər dəfə qətiyyətlə bu 
təklifi  rədd  etmişdi.  Ona  görə  yox  ki,  çətinlik  çəkəcəkdi.  Dərk  edirdi  ki,  indiyə 
qədər  çarın  etibarsız  saydığı  müsəlmanları,  hərbi  mükəlləfiyyətə  layiq  görmədiyi 
xalqı indi  yeni  sənətə  hazırlamalı idi.  Bu ona  bənzəyirdi ki,  yaşlı,  ahıl bir adama 
yazı yazmağı öyrədəsən. Yox, yox, yüksək təşkilatçılıq keyfiyyətlərinə malik olan 
keçmiş çar generalını belə çətinliklər qorxuda bilməzdi. 


107 
 
...Səməd  bəy  Mehmandarovu  bu  addımı  atmağa  vadar  edən  isə 
qarşısıalınmaz,  çox  qüvvətli  bir  hiss  idi  —  Vətən  məhəbbəti.  Azca  həyəcanla 
dediyi  «Üzərimə  götürdüyüm  bu  müqəddəs  vəzifəni  yerinə  yetirmək  üçün  bütün 
gücümü  və  bacarığımı  sərf  edəcəyəm»  sözləri  yerdən  alqışlarla  qarşılandı.  Onun 
yan-yörəsində parıldaşan günəş, şəfəqləri bu günün bayram əhval-ruhiyyəsini daha 
da artırırdı. «Generalın bu müdrikliyi təzimə layiqdir. Allah özü onu bizə xilaskar 
yollayıb» — deyə hörmət əlaməti olaraq başımı endirdim». 
 
* * * 
Tapılan  hər  bir  sənəd,  fotoşəkil  yenidən  yazılacaq  Azərbaycan  tarixinin 
sanballı  səhifəsi olacaq. Xüsusilə, hərb tariximizdəki boşluğun doldurulması  yeni 
suveren dövlətimizin özülünü qoyan gənclərimizdə daha çox maraq doğurur. Çünki 
bu  sahə  uzun  illər  araşdırılmamış,  «tamamilə  məxfi»  qalmış  və  hətta  lazımsız  bir 
tarix kimi öyrənilməmişdir. 
Yetmiş  il  əl  vurmadığımız  1918—20-ci  illərin  arxiv  qovluqları  açıldıqca 
bizə  məlum  olur  ki,  il  yarım  fəaliyyətdə  olan  Milli  Ordu  tariximiz  çox  zəngin 
olmuşdur. O da məlum olur ki, hərb tariximizi zənginləşdirən general Səməd bəy 
Mehmandarov,  Əliağa  Şıxlinski,  Həbib  bəy  Səlimov,  Məmməd  bəy  Sulkeviç, 
Şahzadə Əmir Kazımxan Qacar..., bir də Azərbaycanın əsgər və zabitləri idilər. 
Şöhrətli  generalımız  Səmədbəy  Mehmandarovun  bu  illərdəki  (1918—20) 
fəaliyyəti xüsusilə böyükdür. Onun yeni ordunun yaradılmasındakı müstəsna rolu, 
1918-ci  il  dekabrın  25-də  Azərbaycan  xalqına  müraciəti,  əsgər  və  zabitlər 
qarşısında  ata  nəsihətli  çıxışları  və  nəhayət,  güclü  Vətən  təəssübkeşliyi  40  minə 
yaxın əsgəri olan nizami ordu yaratmağa səbəb oldu. 
Həyatı  və  fəaliyyəti  hələ  də  lazımınca  tədqiq  olunmamış  general 
Mehmandarovun haqqında araşdırmalar apardıqca təkcə o illərin sənədlərində yox, 
qəzetlərin də səhifələrində çıxış və nitqlərinə rast gəlmək olur. 
İlk  hərbiyyə  nazirimiz  Səməd  bəy  Mehmandarov  belə  nitqlərdən  birini 
1919-cu  il  fevralın  25-də  Azərbaycan  «Məclisi-məbusan»ında  da  söyləmişdir. 
Generalın nitqi həmin il martın 7-də «Azərbaycan» qəzetində (131-ci nömrəsində) 
dərc olunmuşdur. 
Səməd  bəy  öz  nitqində  fərarilikdən  söhbət  açır  və  o  vaxtlar  orduda  onun 
olmasını  xüsusi  qeyd  edir:  «...Gəncədə  son  zamanlar  bir  adam  qaçmışdır.  Əhali 
özü qaçanlara nifrət edir və hətta çox vaxt olmuşdur ki, əsgərlikdən qaçanı döyüb, 
sonra  geri gətirmişlərdir.  Güman var ki,  müsəlmanlarda olan  fitri  nizam  və ədəbə 
görə vaxtilə heç kəs qaçmayacaqdır». 
General Səməd bəy Mehmandarovun ümumi məzmunu vətənpərvərlik ruhu 
ilə dolu olan nitqi bugünkü ağrı-acılarımızla tam səsləşir: 
«Cəbhədə bulunmuş bütün zabitan ordu tərəfindən onlara verilmiş əşya, yer 
və  başqa  ləvazimati-hərbiyə  deyil,  kəndi  əşyalarını  dəxi  tamamən  qeyb  etmişlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə