97
bir daha müharibədə iştirak etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra
Rusiyaya qayıda bilərdilər. Stesselin ətrafındakı mürtəce fikirli bir qrup zabit
dillərindən belə bir iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy
Mehmandarov belə bir alçaq, zabit şərəfini təhqir edən vəddən boyun qaçırdı. Bir
daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi barədə iltizam vermədiyinə
görə general-mayor Səməd bəy Mehmandarov əsir alınıb Yaponiyanın Naqoya
şəhərinə göndərildi. O, Rusiyaya 1905-ci il avqustun 23-də, Portsmut sülh
müqaviləsi bağlanandan sonra qayıda bildi.
Üç yüz otuz iki günlük məşhur Port-Artur qalasının müdafiəsi general
Səməd bəy Mehmandarovun taleyinə belə yazıldı.
Birinci dünya müharibəsi
Sərkərdə kimi ümumxalq şöhrəti qazanmış Səməd bəy Mehmandarov və
Əliağa Şıxlinskidən danışanda talelərində oxşarlıq olan iki məşhur musiqi
xadimimizi də yada salmamaq olmur. Üzeyir bəy Hacıbəyov və Müslüm
Maqomayev. Onların hər ikisi bir ildə təvəllüd tapıblar, eyni seminariyanı
bitiriblər. Müəllim işləyiblər, musiqi yazıblar. Tale Üzeyir bəyə övlad qismət
eləməyib. Üzeyir bəylə Müslüm taleyindəki oxşarlıqları hər iki görkəmli hərb
xadimlərinin həyatında da görmək olar. Əliağa Şıxlinski də övlad həsrətilə
dünyadan köçdü. Mehmandarova və Müslüm Maqomayevə tale övlad da verdi,
şöhrət də. Amma Əliağa və Üzeyirə nisbətən tez dünyadan köçdülər.
Hər ikisi də on səkkiz yaşından əsgər çəkməsi geyindi, Peterburqda oxudu,
Port-Arturda, Birinci Dünya Müharibəsində vuruşdu. 1918-ci ildə ilk milli
Azərbaycan ordusu yaratmaq kimi şərəfli iş də iki şöhrətli generala qismət oldu.
Tam artilleriya generalı ali rütbəsi aldılar.
Azərbaycanın dörd qartalı ötən əsrin sonlarından əsrimizin ilk illərinədək
daima xalqına sidq-ürəklə xidmət etdi.
Birinci dünya müharibəsi başlananda Mehmandarov Vladiqafqazda yerləşən
21-ci piyada diviziyasının komandiri idi. Bu vaxta kimi həyatında çox hadisələr
olmuşdu. Əsirlikdən qayıdan kimi yeddinci Şərqi-Sibir artilleriya briqadasının
komandiri təyin edildi, az sonra ona daha məsul vəzifə verildi — Üçüncü Sibir
ordusunun korpusunda artilleriya rəisi oldu. 1908-ci il Səməd bəyə bu yüksək
vəzifədən başqa daha iki böyük sevinc bəxş etdi. Həmin il iyulun on üçündə ona
general-leytenant rütbəsi verildi. İkinci, ən çox yaddaqalan sevinc isə İrkutsk
şəhərində noyabrın 18-də qismət oldu. Tale uzun intizardan sonra ona oğul payı
göndərdi. Səməd bəy ona Pir adı verdi. Sonralar İqor adını daşıyan Pir
Mehmandarov otuzuncu illərdə general ataya görə çox ağrılar, əzablar çəkdi. 1988-
ci ildə Bakıda görüşdüyüm İqor Mehmandarovun danışdığı bir epizodu heç vaxt
unuda bilmirəm.
— Atamdan sonra tez-tez anamı və məni ÇK-ya çağırardılar. Min cür
hədələyici suallar verərdilər. Suallara düzgün cavab versək də, verməsək də bizi