92
1903-cü ilin əvvəllərində Mehmandarov altı aylıq məzuniyyət alıb
Peterburqa qayıdır. Jitomirli Yelizaveta Nikolayevna Teslavla ailə həyatı qurur.
Yeddi aylıq topçu zabitləri məktəbində təhsilini davam etdirir.
Əliağa Şıxlinskinin xatirələrindən:
«Mehmandarov bizdən ayrı olduğu bu müddətdə batareyaya mən
komandanlıq edirdim. O, hissəmizə qayıdanda həyata keçirdiyim bütün tədbirlərlə
tanış oldu, çox razı qaldı... Mehmandarov batareyanı qəbul etdi. Bütün dəftərlərdə
və pulun qəbul edilməsi aktına qol çəkdi. Amma pulları saymadı. Mən təəccüb
edərək, pulları niyə saymadığını
soruşduqda, gülümsəyərək:
— Siz ki, saymısınız, — dedi, — mənim saymağıma ehtiyac yoxdur.
Mehmandarov həmişə kefi saz olanda etdiyi kimi, indi də papağını yan
qoyaraq, açarı cibinə qoydu və evinə getdi. Kiçik rütbəli yoldaşlarım bu işə çox
təəccüb etdilər. Çünki onlar komandirimizin dövlət pulu üçün necə can
yandırdığını yaxşı bilirdilər. Mən onlara başa saldım ki, Mehmandarov kimi
adamlar, adama bir dəfə inandılarmı, hər cəhətdən inanarlar. Məni isə Səməd bəy
Mehmandarov 1888-ci ildən tanıyır».
Port-Artur döyüĢlərində
1904-cü
ildə
Rus-yapon
müharibəsi
başlananda
Səməd
bəy
Mehmandarovun qırx səkkiz yaşı vardı. Yelizaveta Nikolayevna ilə
evlənməklərinin bir ili tamam olmamışdı. Yelizaveta Kiyev qadın gimnaziyasını
bitirmişdi. Port-Artur hərbi səhra xəstəxanasında şəfqət bacısı işləyirdi. Səməd bəy
kimi, o da zadəgan nəslindən idi. İyirmi bir yaşlı
Yelizavetaya həyat, elə bil
anadan
olandan səbr dərsi keçmişdi. O, nə ağır hərb işinə, nə də yaralı əsgərlərə qarşı
laqeyd deyildi. Zadəganlara məxsus sadəliklə Yelizaveta əsgərlərlə çox mehriban
davranırdı. Yaralıları müalicə edir, savadsız olanların ailəsinə məktub yazır,
müharibə çətinliyinə səbrlə, dəyanətlə dözürdü.
Bir dəfə Səməd bəy ona deyir: — Komandanlıqdan sənin Peterburqa
qayıtmağına icazə almışam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam.
Ərinin üzünə şax baxan Yelizaveta:
—Səməd bəy, — demişdi, — ölkədə müharibə gedirsə, səncə əsgərin yeri
harada olmalıdır?
—Əlbəttə cəbhədə!
—Bax, mən də cəbhədəyəm, yoxsa məni qadın görüb əsgər olmağıma şübhə
edirsən?
—Axı, sən ana olmağa...
—Bir də bu söhbətə qayıtmayaq. Söz verirsən... Bu mövzudan vaz keçək,
əzizim! Sənsiz mənə Peterburq yox, heç Paris də lazım deyil.
Bu ərinə, Vətəninə, sadiq bir qadının açıq ürək söhbəti idi.
Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında
dayanan eskadrasına hücum edib «Retvizan», «Sesareviç» zirehli gəmilərini və