Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   45   46   47   48   49   50   51   52   ...   70

108 
 
Bu qism şeyləri yenidən düzəltmək üçün bir manatlıq nəsnəyə 30-dan 100 manata 
qədər pul verilməlidir». 
Parlamentdə  mülahizələrini  sərt  şəkildə  bildirən  nazir  bahalığın  tüğyan 
etdiyi bir ölkədə ordu quruculuğuna mane olanları cəzalandırmağı tələb edir. Axı, 
əlli  ilə  yaxın  nizami  orduda  qulluq  edən  Mehmandarov  heç  vaxt  görməmişdi  ki, 
zabit  əsgərin  yeməyini,  paltar  və  silahını  satıb  cib  xərcliyi  eləsin.  Olduqca  təmiz 
adam  olan  Səməd  bəy  indi  gördüklərinə  heyrət  edir  və  dəhşətə  gəlirdi.  O,  zabit 
adını,  zabit  şərəfini  qorumağı  hər  şeydən  üstün  tuturdu.  Ona  görə  də  «Məclisi-
məbusan»dakı nitqində xüsusi vurğuyla qeyd edirdi ki, əsgəri təlim və ölümə kimi 
varmağa  hazırlıq  tərbiyəsi  üçün  dəvət  olunmuş  zabitan  əsgər  nəzərində  sahibi-
nüfuz və şərəf olmalıdır. Bunun üçün zabitan yalnız mərifət cəhətincə deyil, zahiri 
dəxi  əsgərə  hüsni-təsir  bəxş  olmalıdır.  Onun  geyimi  daimi  təmiz  və  faxir  olması 
vacibdir. 
Səməd bəy Mehmandarov Azərbaycana müharibə şəraitində gəlmişdi. Hələ 
imperiya  dağılmamış  ölkədə  anarxiya,  başıpozuqluq  hökm  sürürdü.  Ayrı-ayrı 
qəzalarda  qaçaq-quldur  dəstələri  yaranmışdı.  Bakıda  bolşevizm  hökmranlıq 
iddiasında  idi.  İrandan  və  Qafqaz  cəbhəsindən  qayıdan  rus  əsgərləri,  erməni-
daşnak dəstələri ilə birləşib «Şura bayrağı» altında təkcə Bakıda on iki min nəfərə 
yaxın azərbaycanlını qanına qəltan eləmişdi. 
Bu  talan  və  qırğınlar  yalnız  Bakıda  deyil,  Quba,  Şamaxı,  Gəncə,  Qarabağ, 
Muğan  bölgələrində  də  olmuşdu.  İrəvan  və  Zəngəzurda  dağılan  kəndlərin, 
öldürülən soydaşlarımızın sayı yüz mini keçmişdi. 
Azərbaycan 
hökumətini  tanımaq  istəməyən  əldəqayırma  Muğan 
respublikası,  ingilis  qoşunlarının  gəlişi,  ağqvardiyaçı  general  Denikinin  təhlükəsi, 
müxtəlif  siyasi  partiyalar,  bitərəf  sosialist,  daşnak  partiyaları,  eləcə  də  portfelsiz 
nazirlər  elə  hey  çoxalırdı.  Sərhəd  bölgələrində  erməni  hücumları,  məhəlli 
toqquşmaları  yeni  yaranan orduya  dirçəlməyə  imkan vermirdi.  Belə  şəraitdə  hərb 
naziri  və  onun  tabeliyində  olanlar  gərgin  işləməli  olurdu.  Əsgəri  qışlaları  gəzib 
yoxlayan  Səməd  bəy  Mehmandarov  hələ  ki,  könülaçan  heç  nə  görmürdü.  Nə 
nizam-intizam,  nə  geyim  və  silahlanma,  nə  də  hərbi-hazırlıq  peşəkar  hərbçi  olan 
naziri qane etmirdi. 
Parlamentdə  «Türklər  külli  miqdarda  ərzaq  şeyləri  qoyub  getmişlərdir. 
Onlardan  külli  miqdarda  taxıl,  heyvan  və  sair  məkulat  qalmışdır»  —  deyən  hərb 
naziri  din  və  dil  qardaşımızın  xeyirxahlığı  ilə  yanaşı  qüsurlarını  da  söyləməkdən 
çəkinməmişdir. 
«Əlbəttə, heç  kəs inkar etməz  ki,  türklər bizim  millətimizə  nicat  verməklə 
bizə böyük xidmət etmişlərdir. Amma burası onların hərəkətini tənqid  etməyimizə 
də  mane  olmaz.  Hərbiyyə  nəzarəti  Gəncəyə  köçənədək  bizə  xəbər  verdilər  ki, 
əsgəri işlərimiz yaxşıdır və çoxlu yığılır, lazım olan kimi məşq verilir və ilaxır. Hər 
yeri  gəzdim,  qət`aəti-əsgəriyyəmizə  baxdım  fəqət  iş  heç  də  yaxşı  deyildi. 
Əsgərlərimiz  əzgin,  düşkün  bir  halda,      yeməkləri  pis,  mənzilləri  fəna  bir  halda, 


109 
 
yorğan-döşək yox, onların çoxu xəstə idi. Xəstə əsgərlərin      həpsini sağlamlarıyla 
dəyişməyə  məcbur  olduq.  Qoşun  yığmaq  işləri  yaxşı  getmirdi.  Rəislər  və  moqif 
komandaları öz vəzifələrindən sui-istifadə edirlərdi. Çox bir külfətin yeganə çörək 
gətirənini  əsgərə  alırdılar.  Bu  iş  də  camaatı  narazı  salıb,  qoşun  yığmaqdan 
nifrətləndirirdi.  Nuru  paşa  Azərbaycandan  gedərkən  özü  mənim  yanıma  gəldikdə 
boynuna aldı ki, əsgərlik barəsində Azərbaycan fəna bir halda qoyulmuşdur». 
1918-ci  il  dekabrın  25-də  Azərbaycan  Respublikasının  hərbi  naziri  general 
Səməd bəy Mehmandarov öz xalqına yanıqlı bəyanatla müraciət etmişdir. 
Bəyanatın  əsas  mövzusu  o  vaxtlar  milli  orduda  yaranan  hərc-mərclik  və 
özbaşınalıq  idi.  Həmin  illərdə  nazir  Səməd  bəy  Mehmandarovun  müavini  Əliağa 
Şıxlinski, Məmməd bəy  Sulkeviç, Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov kimi 
məşhur  generallar  olsalar  da  yenə  də  orduda  fərarilik  və  xoşagəlməz  hallar  baş 
verirdi.  Lakin  onlar  zəngin  hərbi  təcrübələrinin,  biliklərinin  və  əsl  hərbçi 
dəyanətlərinin sayəsində tam nizami ordu yaratmağa nail olmuşlar. 
Bəs  o  vaxtkı  məşhur  sərkərdələrimiz,  xüsusilə  nazir  Səməd  bəy 
Mehmandarov  fərariliyin  qarşısını  necə  almışdır?  Məhz  tələbkarlığı  və  sərt 
bəyanatı  ilə  1918-ci  ildə  Səməd  bəy  Mehmandarov  orduda  yaranan  çatışmazlığın 
qarşısına keçilməz bir sədd çəkmişdi. 
Xalqımızın  dar  günündə  hərbi  nazir  Səməd  bəy  Mehmandarovun  on 
səkkizinci ildə  yazdığı  «Azərbaycan  vətəndaşlarına»  müraciəti bu günümüzlə tam 
səsləşir. 
Onu da  xatırladım ki,  aşkarlığın  işığı ilə  açılan  «tamamilə  məxfidir» qrifli 
əlyazmasını  Respublika  Yeni  Tarix  Mərkəzi  Dövlət  Arxivində  araşdırmalar 
apararkən əldə etdik. 
«Cari  ilin  yazından  etibarən  Azərbaycan  ayrılıb  müstəqil  dövlət  oldu.  Bu 
müddət  ərzində  cəmi  hökumət  adamlarının  bütün  səyləri  ölkədə  anarxiyanın 
qarşısını  almaq  oldu  və  qanunçuluq  pozulan  yerlərdə  onun  bərpasına 
yönəldilmişdir.  Bu  məqsədə  nail  olmaqdan  ötrü  hökumətin  başqa  tədbirlərinin 
arasında  özümüzə  məxsus  hərbi  qüvvələrin  yaradılması,  yəni  Azərbaycan 
qoşunlarının təşkili haqqında qərar qəbul olunmuşdur. 
...Hal-hazırda qoşunlarımızın təşkilini öz öhdəmə götürmüşəm. 
İndi  ölkəmizin  bütün  vətəndaşları—istər  kasıb,  istər  dövlətli,  eyni  şəkildə 
hərbi qulluğu çəkəcəklər. Və əgər haçansa, kimsə dövlətliləri hərbi qulluqdan azad 
etsə, günahkarlar ağır cəzalanacaqlar. 
Hərbi  hissələrdə  əsgərlər  yaxşı  geyinəcək,  onların  ərzaqlarının  keyfiyyətcə 
yaxşı olmasına xüsusi fikir verib, bu barədə ciddi elan etmişəm. Göstəriş verilib ki, 
otaqlar təmir olunsun, qızdırılsın, bütün əsgərlərin fərdi yorğan-döşəyi olacaqdır. 
Mən tədbir görmüşəm ki, əsgərlərə qarşı bütün qeyri-qanuni hərəkətlər ciddi 
töhmətlənsin və xüsusi ilə əsgərlərin döyülməsi halları ciddi cəzalandırılsın. 
...Bütün bu tədbirləri həyata keçirib üzümü ilk növbədə sizə, hərbi hissələri 
tərk  etmiş  Azərbaycan  vətəndaşlarına  tuturam  və  bəyan  edirəm  ki,  sizin  böyük 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə