Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   55   56   57   58   59   60   61   62   ...   70

132 
 
elədi.  Hətta  seminariyanın  təşəkkülü  və  Azərbaycan  maarifinin  inkişafında  böyük 
xidmətləri  olan  Sultan  Məcid  Qənizadə  belə  yetmiş  iki  yaşında  ikən  şəxsiyyətə 
pərəstiş dövrünün qurbanı oldu. 
Nə  gizlədim,  Şuşada  Firidun  bəy  Köçərlinin  dədə-baba  mülkünü  görəndə, 
fikirləşdim ki, övladsızlıq yaman bəladır. Əgər tanrı Firidun bəylə Babsəba xanıma 
övlad nişanəsi versəydi, bu gün yurdu anbar olmazdı... 
O  vaxtdan  səkkiz  il  keçib.  Amma  Şuşada  Firidun  bəyin  dədə-baba 
mülkünün  qapısındən  asılmış  qara  daş  boyda  anbar  qıfılı  hələ  də  gözümün 
qabağından getmir. Bu da ömrünün qırx ildən çoxunu ədəbiyyatımıza, maarifimizə 
həsr etmiş Firidun bəy Əhmədağaoğlu Köçərli kimi müqtədir şəxsə ehtiramımız... 
*** 
Firidun  bəyin  dədə-baba  mülkünün  qonşuluğundakı  ikimərtəbəli  əzəmətli 
mülk  də  istər-istəməz  diqqətimi  cəlb  elədi.  Maraqlanıb  belə  gözəl  imarətin  kimə 
məxsus olduğunu soruşdum. Dedilər ki, şahzadə Bəhmən Mirzənin   olub. 
Mənim tərifləyə-tərifləyə, heyranlıqla mülkə baxdığımı görən «bələdçim»: 
—Əşşi, çox da tərifəlayiq deyil, — dedi. 
—Niyə? — deyə maraqla soruşdum. 
—Bəhmən Mirzə arvad düşkünü olub, çox arvad alıb, çoxlu da övladı olub, 
— deyə bələdçim deyindi. 
—Bəhmən Mirzənin ailə məsələsini bilmirəm. Amma Azərbaycan tarixində 
müəyyən xidmətləri var. Bir də o, neçə-neçə ziyalı oğul, qız  yetişdirib,  — dedim 
və ürəyimcə olmayan söhbəti yumşaldıb yekunlaşdırdım. 
Həmin  gün  gəzə-gəzə  Şuşanın  yuxarı  hissəsinə  gedib  çıxdım.  Nəhəng  bir 
kilsəyə  rast  gəldim.  Burda  iyirmi  beş-otuz  usta,  fəhlə  canfəşanlıqla  işləyirdi. 
Öyrəndim  ki,  Yerevandan  gətirilmiş  xüsusi  ustalar  bizim  Daşkəsən  mərməri  ilə 
erməni  kilsəsini  yenidən  bərpa  edir,  zərif  naxışlar  salırlar.  Üzərində  pozulmaqda 
olan yazılara qızılı rəng vururlar. 
O  gecə  mehmanxanadakı  pambıq  yorğan-döşəyim  od  olub  məni  yandırdı. 
İlan vuran yatdı, mən yatammadım... 
1983-cü  ildə  şahidi  olduğum  bu  iki  hadisənin  günahkarları  bu  gün  xəcalət 
çəkirmi görəsən? Nə isə... Belə sağalmaz yaralarımız, çəkilməsi mümkün olmayan 
dərdlərimiz çoxdur... Bir tərəfdən də Bəhmən Mirzənin kimliyi dərd olub ürəyimi 
yeyirdi.  Fikirləşirdim  ki,  belə  əzəmətli  mülkün  sahibi  imkansız,  kasıb  adam  ola 
bilməzdi...  Sonralar arxivlərdə işləyəndə, inqilabdan  əvvəlki ədəbiyyatları  mütaliə 
edəndə,  tez-tez  Bəhmən  Mirzənin  adına  rast  gəlirdim.  Hər  yerdə  də  onun  və 
oğullarının  fəaliyyəti  barədə  xoş  sözlər  söylənilirdi.  Bu  vaxt  qeyri-ixtiyari  olaraq 
«bələdçi»mi  xatırlayır  və  düşünürdüm  ki,  Bəhmən  Mirzəyə  yaxdığı  «arvad 
düşkünü» ifadəsini o, hardan alıb? 
Sovet  dövründə  çıxan  kitab  və  məqalələrdə  şahzadə  Bəhmən  Mirzənin 
«arvad  düşkünü»  olması  fikrinə  rast  gələndə  əsəbiləşdim.  Demək,  «bələdçim» 
ancaq  bu  dövrün  ədəbiyyatını  mütaliə  eləyibmiş.  Bu  dövrdə  yazılan  elmi-tarixi 


133 
 
«əsərlərimizin»  demək  olar  ki,  hamısında  şahzadə  Bəhmən  Mirzənin  adı  pisliyə 
çəkilib.  Kimi  onu  «padşahpərəst»,  kimi  «intriqaçı»,  kimi  də  «arvad  düşkünü» 
adlandırıb. 
Doğrudanmı şahzadə Bəhmən Mirzə «arvad    düşkünü» olub? 
II  Yekaterinanın  əxlaqi  keyfiyyətləri  dünya  ictimaiyyətinə,  eləcə  də 
tarixçilərə  bəlli  olduğu      halda,  rus  müəllifləri  onun  məişət  işləklərinin  üstündən 
sükutla keçir, hətta onun hakimiyyət dövrünü «Qızıl əsr»   dövrü adlandırıblar. Bəs 
onda bizim müəlliflər niyə tarixi şəxsiyyət olmaqla  kimliyini hərbi qabiliyyəti ilə 
təsdiq etmiş Bəhmən Mirzəyə qara yaxanlara şərait yaradırlar?  
Bəri  başdan  deyim  ki,  şahzadə  Əbdülsəmid  Bəhmən  Mirzə  Abbas  Mirzə     
oğlunun  qanuni  olaraq  evləndiyi on altı arvaddan altmış üç  övladı olub. Onların 
otuz biri oğlan, otuz ikisi qız idi. 
Bəs  tarixi  həqiqət  necədir,  şahzadə  Bəhmən  Mirzə  kimdir?  O,  1811-ci  il 
oktyabrın  31-də  İranda  anadan  olub.  Milliyyətcə  azərbaycanlıdır.  İran  şahı  Fətəli 
şahın  nəvəsi,  şahzadə  Abbas  Mirzənin  oğludur.  Qacarlar  sülaləsinin  üçüncü 
hökmdarı  Məhəmməd  şahın  isə  qardaşıdır.  Uzun  müddət  Təbrizin  general-
qubernatoru və Cənubi Azərbaycanın hakimi olmuşdur. 
 
Azərbaycan  tarixşünaslığında  Bəhmən  Mirzə  Qacar  «Şükürnameyi-
şahənşahi»  («Şahənşaha    minnətdarlıq»)  adlı  əsəri  ilə  tanınır.  Çox  təəssüf  ki,  bu 
qiymətli əsər indiyədək əlyazma halındadır. Tədqiqatçı Əli Hüseynzadənin verdiyi 
məlumata  görə,  Bəhmən  Mirzə  «Təzkirəyi  Məhəmməd  şahi»  (1832),  eləcə  də 
Şimali  Amerika,  Fransa,  İngiltərə,  İtaliya,  İran,  Türkiyə  və  Çin  haqqında  qısa 
coğrafi-tarixi,  etnoqrafik  məlumat  kitablarının  da  müəllifidir.  Yeri  gəlmişkən, 
Azərbaycan  tarixçilərindən  yalnız  Əli  Hüseynzadə  onun  əsərləri  barədə  sanballı 
fikirlər söyləmişdir. 
«Şükürnameyi-şahənşahi»  əsərini  Bəhmən  Mirzə  1871-ci  ildə  Şuşa 
şəhərində  fars  dilində  yazmışdır.  Onda  müəllifin  altmış  yaşı  vardı.  Əsərdə  o, 
Çingiz xandan Ağa Məhəmməd şah Qacara qədər altı əsrlik bir dövrdən, həmçinin 
Qafqazın  tarixşünaslığı  haqqında  geniş  məlumat  verir.  Müəllif  əsəri  saray 
arxivində saxlanan faktlar əsasında yazıb. 
Bəs necə olub  ki,  Cənubi  Azərbaycanımızda  yüksək  vəzifə tutan  və böyük 
mənsəb  sahibi  olan  şahzadə  Bəhmən  Mirzə  Qacar  rus  təəbəliyini  qəbul  edib?  Bu 
barədə 1902-ci ildə çap olunmuş «Rus imperatorunun coğrafiya cəmiyyəti Qafqaz 
şöbəsinin  xəbərləri»  məcmuəsinin  on      beşinci  cildinin  birinci  nömrəsində  ətraflı     
məlumat var. Onu kiçik ixtisarla oxuculara təqdim edirəm. 
«Məhəmməd  şahın  (1834—1849)  doğma  qardaşı,  Müzəffərəddin  şahın 
babası olan Bəhmən Mirzə ötən yüzilliyin qırxıncı illərində Azərbaycan əyalətinin 
hakimi olmuşdur. Orada o, enerjili və Avropa mədəniyyətinə meylli bir hakim kimi 
tanınmışdır.  Elə  buna  görə  də  dövrünün  böyük  vəziri,  fanatik  molla  Hacı  Mirzə 
Ağasiyyənin  nifrətinə  və  təqiblərinə  məruz  qalmışdır.  Bu  vəzir  xəstə  və  zəif 
xarakterli  Məhəmməd  şahın  müəllimi  və  tərbiyəçisi  kimi  ona  bəslədiyi  hədsiz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə