Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   62   63   64   65   66   67   68   69   70

148 
 
Mehmandarov  xain  düşmən  üzərində  çalınan  qələbəyə  görə  əsgərlərimizi  təbrik 
edərək  demişdi:  «Qəhrəman  əsgərlər,  mən  şəxsən  Almaniya  cəbhəsində  bir  çox 
döyüşlərdə olmuşam. Fəqət sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm. 
Siz  mənim  ümidlərimi  qüvvətləndirdiniz.  Siz  canınızla  gənc    Azərbaycan 
ordusunun namusunu müdafiə etdiniz». 
Əsgəranda  qanlı  döyüşlər  gedəndə  Maqsud  Şeyxzadə  yeniyetmə  bir  gənc 
idi. On səkkiz yaşı yenicə tamam olmuşdu. Qəlbi vətən eşqi ilə döyünən bu gəncin 
ürəyi  düşmənə,  torpağımıza  basqın  edən  ermənilərə  nifrətlə  dolu  idi.  Azərbaycan 
ordusunun  yenilməzliyi  qarşısında  dözə  bilməyib  geri  çəkilən  daşnak  tör-
töküntülərinin  məhv edilməsi gənc  şair Maqsud Şeyxzadənin də  hədsiz  sevincinə 
səbəb  olmuşdu.  Bu  qələbədən  ruhlanan  şair  iyirminci  ilin  martında  «Qarabağ»  və 
«Əsgəran marşı» kimi sanballı şerlər yazmışdır. İkinci şer bu günümüzlə daha çox 
səsləşdiyinə görə onu bütövlüklə möhtərəm oxuculara təqdim edirəm. 
Vardı Əsgəranda minlərlə əsgər,  
Aslan yavrusu tək sarsılmaz ərlər.  
İrəli, irəli ey islamlarım.  
Yağı yuvasını dağıdanlarım. 
 
Dəydi top gülləsi yad ordusuna,  
İstərəm alaylar dağılıb sına,  
İrəli, irəli, ey tərlanlarım.  
Geniş üfüqlərə can atanlarım. 
 
Görək mərd çıxacaq neçənci igid?  
Laləzar salacaq neçənci şəhid?  
İrəli, irəli, türk oğulları.  
Sizsiniz qısaldan uzaq yolları. 
Azərbaycan  hərb  tarixinin  səhifələrinə  yazılacaq  belə  parlaq  qələbələrin 
ömrü  təəssüf  ki,  bundan  sonra  bircə  ay  davam  etdi.  Mikoyanın,  Qazarovun, 
Avetisovun,  Amazaspın  quyruq  bulayıb  qabaqlarına  düşdüyü  bolşevik  —  daşnak 
ordusu bir ay sonra işğalçı kimi Bakıya soxuldu. 
Həyatının  son  dəqiqələrinə  kimi  o  məşum  günü  ürək  ağrısı  ilə  xatırlayan 
xalqımızın  böyük  oğlu  Məmməd  Əmin  Rəsulzadə  yazırdı:  «Azərbaycan 
Cümhuriyyəti  hökuməti  aprel  ayının  27-də  yuxusundan  sərsəm  bir  halda  qalxdı. 
Bir tərəfdə Bakı limanında lövbər salan dəniz qüvvələrinin üsyan bayrağı açdığını, 
digər tərəfdən Benaqazi (Binəqədi) Yanar dağı səmtdən Qızıl ordunun atəş saçaraq 
gəldiyini və geri qaçmaq istərkən yolunun Türkiyəli bir zabitin komandasında olan 
«Yardım alayı» tərəfindən kəsildiyini gördü». 
Bununla  da  dəhşətli,  qorxunc  bir  dövr  gəldi.  Xüsusi  bir  amansızlıqla 
Vətənimizə  hücum  edən  bolşevik-daşnak  ordu  birləşmələri  vətənpərvər 
oğullarımızı  qan  içində  boğdu.  Ölkəmiz  təqibə,  böhtana  məruz  qaldı.  Min  cür 


149 
 
həngamələrlə,  izahı  olmayan  həbslərin  dalğası  gücləndi.  On  minlərlə  günahsız 
adamlar  güllələndi.  Azərbaycan  Milli  Ordusunun  min  iki  yüzdən  çox  əsgər  və 
zabiti  Arazı  keçərək  o  taylı  qardaşlarımıza  pənah  apardı.  Təqib  olunan  minlərlə 
ziyalımız  Türkiyə,  Fransa  və  Almaniyaya  mühacirətə  getdi.  Bolşevik-daşnak 
təqibinin  əzabkeşlərindən  biri  —  zabit  Ələsgər  Əsgərov  —  Kəngərlinski  şahidlik 
verir  ki,  «şəxsən  özüm  tərəfindən  yoxlanılmış  siyahıya  görə,  bolşeviklərin 
Azərbaycandakı  ağalığı  dövründə  ancaq  hərbi  rütbəlilərindən  məhv  edilənlər: 
generallar  —  on  iki,  polkovnik  və  podpolkovniklər  —  iyirmi  yeddi,  kapitan  və 
ştabs-kapitanlar  —  poruçik  və  podporuçiklər  —  qırx  altı,  praporşik  və 
podpraporşik—  yüz  qırx  səkkiz,  qalanları  —  iki  yüz  altmış  altı  (hamısı 
müsəlmanlar)...  1920-ci  ilin  aprelindən  1921-ci  ilin  avqustunadək  Azərbaycanda 
qırmızı  terrordan  qırx  səkkiz  min  adam  öldürülmüşdü  ki,  bunun  da  çox  hissəsi 
ziyalıların payına düşürdü». 
1920-ci  il  mayın  otuzunda  «Kommunist»  qəzeti  bolşevik  terrorunun 
alçaqlığına  bəraət  qazandıraraq,  həyasızcasına  «Layiqli  cəza»  adlı  bir  məqalədə 
yazırdı:  «Ali  inqilab  tribunalı  bu  işə  yalnız  həqiqi  proletar  ədliyyə  orqanları 
nümayəndələrinə  xas  olan  ehtiyatlıq  və  təmkinlə  nəzər  salmışdır.  Azərbaycanın 
azad  əmək  adamlarının  mənafeyini  əsas  tutan  tribunal  heç  bir  «qanuni  intiqam» 
duyğularına yol vermədən özünün soyuq və ölçüb-biçilmiş qərarını vermişdir», 
Bolşeviklər  «təmkinlə»,  «soyuq  və  ölçülüb-biçilmiş»  haqsız  qərarları  ilə 
Azərbaycan  Milli  Ordusunun  say-seçmə  yüksək  rütbəli  zabitlərindən  və  general 
oğullarından  bizi  məhrum  etdilər.  Yetmiş  ildən  çox  adı  və  şöhrəti  bağlı  qapı 
arxasında qalan sərkərdələrimiz haqqında məlumatla bu gün tanış ola bilirik. 
 
Generallar 
GENERAL-MAYOR  HƏBİB  BƏY  SƏLİMOV  —  Baş  Qərargah  və 
dəftərxana  rəisi.  Azərbaycan  Demokratik  Respublikasının  hərbi  Naziri,  tam 
artilleriya generalı Səməd bəy Mehmandarovun iyirmi altı fevral min doqquz yüz 
on doqquzuncu ildə, otuz  nömrəli əmri  ilə general-mayor rütbəsi ilə təltif olunub, 
1920-ci  ilin  martında  «Əsgəran  müharibəsi»  adı  ilə  məşhur  olan  cəbhənin 
qəhrəmanı.  1919-cu  ilin  iyul  ayında  briqada  generalı  Həbib  bəy  Səlimovun 
komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq 
istəməyən  malakan  və  rus-erməni  silahlı  qüvvələri  darmadağın  edilmişdir. 
Düşməndən  qənimət  üçün  götürdüyü  bir  təyyarəni,  iyirmi  dörd  topu  və  altmış 
pulemyotu  Azərbaycan  Ordusunda  istifadəyə  vermişdir.  Muğan  və  Lənkəranı  ana 
yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilmişdir. 
1918-ci  ildə  Azərbaycanda  olmuş  türk  podpolkovniki  Rüştü  «Bakı 
yollarında» («Hərbi məcmuə» № 93) kitabında Həbib bəyi igid bir sərkərdə kimi 
xatırlayır:  «Cəsur və döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli 
zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə