Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   62   63   64   65   66   67   68   69   70

150 
 
yetişmiş azərbaycanlı zabitlərdəndir. Döyüşlərdə cəbhə iki yerə ayrılırdı: şimal və 
cənub qruplarına. Cənub qrupunun komandiri polkovnik Həbib bəy Səlimov idi». 
1919-cu  ildə  ordudakı  maddi  çətinlikləri  görən  polkovnik  Həbib  bəy 
Səlimov hökumətin adına göndərdiyi raportda ürək ağrısı ilə yazırdı: «Demək olar 
ki, bütün əsgərlər Azərbaycan əyalətlərində yerli əhalinin hesabına dolanır, yarıac, 
yarıtox  həyat  sürürlər.  Hətta  böyük  və  varlı  şəhər  olan  Bakıda  əsgərlərə  yemək 
tapılmır.  Nə  polkun,  nə  də  korpusların  anbarları  yoxdur.  Əsgərləri  həmişə  «un 
şorbası»  ilə  yedirtmək  olmaz  ki...  Onuncu  polkun  çoxlu  əsgəri  çəkməsiz  və 
corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq olmaz. Yarıac, 
paltarsız əsgər əlbəttə ki, evə qaçmaq istəyəcək. 
Ona görə də özümə mənəvi borc bilərək aşağıdakı fikirlərimi çatdırım: 
1.Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün. 
2.Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır.   
3.Belə korpusun yaradılması və təminatı üçün vəsaiti əsirgəməməli. 
 
Böyük    Napaleon  Bonapart  deyirdi  ki,  müharibə  üçün  üç  şey  lazımdır.  
Birincisi pul, ikincisi pul, üçüncüsü yenə də pul. 
Ordunu  yedirtmək,  geyindirmək  və  bolşevikləri  nəzərdən  qaçırmadan  hər 
cür xəstəliklərdən qorumaq lazımdır». 
İndiyədək  nə  fotoşəkli,  nə  də  tam  tərcümeyi-halı  əldə  edilməyən  cəsur 
general Həbib bəy Səlimovun müxtəlif arxivlərdən vətənpərvər ruhda yazılmış bir 
neçə məktub və teleqramını əldə edə bildik. Bu məktub və teleqramları Həbib bəy 
Qarabağ  ərazi  qoşunlarının  komandanı  olarkən,  odlu  döyüşlər  gedən  Şuşa  və 
Ağdamdan  göndərmişdir.  Bunlar  Həbib  bəy  Səlimovun  döyüş  yolunu  qismən  də 
olsa öyrənməyə imkan verir. 
«Hərb nazirinə 
Bakı  alayında  390  süngü  vardır.  Noyabrın  23-də  Qocaz  istiqamətində 
vəziyyət  tədricən  bərpa  olunur.  Düşmən  hər  tərəfdən  Zabuq  çayının  sağ  sahilinə 
atılmışdır. Ümid edirəm ki, bu günlərdə ...rayonu tuta bilərik. Cəbrayıl dəstəsində 
vəziyyət  tam  başqadır.  Ora  iki  batalyon  —  3  000  süngü  qüvvə  göndərilməsə 
vəziyyəti düzəltmək  mümkün olmayacaqdır. Yaranmış vəziyyətdə bu cür qüvvəni 
Xaçmaz dəstəsinin tərkibindən çıxarmaq, məncə mümkün deyildir. 
Mən  indi  sizin  barışıq  fikrinizlə  o  şərtlə  razıyam  ki,  barışandan  sonra 
gələcək üçün sürətlə hazırlıq işləri görülsün. 
General Həbib bəy SƏLĠMOV. 
20 aprel 1920-ci  il, ġuĢa». 
«Bakı,  general-leytenant  Əliağa  Şıxlinskiyə.  Dünənki  döyüş  göstərdi  ki, 
ermənilər  bütün  vasitələrindən  istifadə  ediblər.  Əsgəran  cəbhəsində  Dilicandan 
gəlmiş  əla  təlim  edilmiş  və  çox  gözəl  döyüş  aparan  Dəli  Qazarın  partizanları  bir 
yerə cəmləşiblər. İndiki partizanlara ümid bəsləmək olmaz. Onlara      kəsərli söz, 
xalqa çoxlu pul və bütün başqa vasitələrlə  köməklik göstərmək lazımdır ki, onlar 
Vətənə  daha  böyük  həvəslə  xidmət  etsinlər.  Təkrar  edirəm,  məsələ  çox  ciddidir, 


151 
 
artıq  Ermənistan  və  Azərbaycan  arasında  Qarabağda  gizli  müharibə  gedir.  Hər 
tərəfdən  patronlar  tələb  edirlər.  Onların  neçəyə  olursa-olsun  alınıb  gətirilməsi 
vacibdir.  Hazırda  dövlətin  ehtiyatları  Gəncədən  Araza  qədərki  ərazidəki  cəbhə 
üçün düşmən ilə müqayisədə həddindən artıq azdır. Ancaq etibarlı və yaxşı təşkil 
olunmuş partizanları müvəqqəti sizin tərəfə yönəldə bilərlər. 
General Həbib bəy SƏLĠMOV.  
31 mart 1920-ci il». 
 
*** 
Hərb Nazirinə 
«...Bu vəziyyət yerli əhali arasında çaxnaşma yaratdı. Onlar bizim Ağbulaq 
yaxınlığında  dayanan  alayımızı  xəbərdar  etmədən  çaxnaşma  salır  və  qaçırlar. 
Abdal kəndində olan əsgərlərin bir hissəsini də arxalarınca aparırlar. 
Bütün bunlar aralarında iki minə yaxın silahlı şəxslər olan Ağdam əhalisinin 
gözləri qarşısında baş verirdi. 
Bir nəfər belə Gülablıların köməyinə  getmədi,  əksinə iki-üç yüz erməninin 
Gülablıda  görünməsi  onlarda  çaxnaşma  saldı,  əlbəttə  onlar  səsə-küyə  salaraq 
mərkəzə teleqrama vurdular və Bakı da tez onların köməyinə gəldi. 
Mən  Qarabağda  baş  verən  hadisələrdən  xəbərdaram  və  şəraitə  görə 
mümkün  olan  bütün  tədbirlərdən  istifadə  edirəm.  Lakin,  abdallıların,      
gülablıların,  Xaçinki  kənd  əhalisinin  arzusu  ilə  qoşunu  ata  bilmərəm.  Ayın  on 
doqquzunda  səhər  saat  10-da  mən  özüm  Ağdamda  oldum,  partizanlar  üçün 
məhkəmə qurdum, lazım olan tədbirləri gördüm. 
Nəticədə  biz  Güləbird  kəndini,  Qızıl  hündürlüyünü  tutmuşuq,  Abdal 
kəndinə hücumu davam etdiririk. 
Mənə  inanın  ki,  mən  özümü  qorumuram,  şəxsən  olduğum  və  komandirlik 
etdiyim yerlərdə düşmənin qəflətən yaxalamasına yol verməyəcəyəm. 
Tatar alayının dərhal Cəbrayıla gəlməsinin böyük əhəmiyyəti olar, çünki bu 
alayın əksəriyyətini ləzgilər təşkil edir, bu da Quba qəzasında az fayda verə bilər. 
General Həbib bəy SƏLĠMOV. 
20 aprel 1920-ci il, ġuĢa». 
 
*** 
«Bakı, general-leytenant Əliağa Şıxlinskiyə. 
Dronun  (Qarabağ  ərazisində  döyüşən  erməni-daşnak  silahlı  birləşmələrin 
komandiri  —  Ş.N.)  qüvvələrinin  hücumu  zamanı  Şuşa  şəhərinin  vəziyyətinin  nə 
dərəcə  ağır  ola  biləcəyini  nəzərə  alaraq,  ermənilərə  Cavad  qəzası  süvari 
qoşunlarının  köməkliyi  ilə  Cəbrayıl  qəzası  tərəfindən  güclü  təzyiq  göstərilməsini 
lazım  bilirəm.  Eyni  zamanda  İran  şahsevənləri  Zəngəzur  qəzasına  soxulsaydılar 
daha  yaxşı  olardı.  Geniş  hücum  əməliyyatı  aparmaq  üçün  tək  Cəbrayıl  qəzasının 
vəsaiti kifayət deyildir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə