Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

117 
 
Ağdama  daşınacaq.  Əmr  olunub  ki,  odlu  silahlar      sursatı  arasında  200  ədəd  əl 
qumbarası  göndərsinlər,  ancaq  əfsuslar  olsun  ki,  əsgərlər  onların  quruluşu  ilə  və 
atma  qaydası  ilə  tanış  deyillər.  Onlardan  istifadə  edilməsi  sizdən  asılıdır.  Amma 
məsləhət  görürəm  əvvəlcədən  əsgərlərə  onlardan  istifadə  qaydalarını  öyrədəsiniz 
və təhlükəsizliklərinin təmin olunması üçün ölçü götürəsiniz. Quba alayı iki tabor 
əvəzinə  ancaq  375  adam  göndərib  və  mən  sizin  tələbinizi  ödəməkdən  ötrü  başqa 
vasitələrdən  istifadə  etməli  oldum.  Mən  həmişə  podpolkovnik  Hüseyn  bəy 
Ququşyev
1
  haqqında  pis  fikirdə  olmuşam,  amma  indi  təəccübümü  deməyə 
bilmərəm.  Sizin  dediyinizə  görə  Bakı  alayında  1700  sayda  adam  mövcuddur, 
amma səfərə 1000 nəfər  cəlb olunub. Hərbi səfərə bütün adamlar cəlb edilməlidir 
və qalan ləvazimat mühafizə olunmaq üçün hərbi rəisə təhvil verilir. Adamları yola 
salıb qurtaran kimi Bakıya gələcəyəm, bu haqda vaxtında sizə məlumat verəcəyəm. 
General  SƏMƏD  BƏY  MEHMANDAROV». 
 
*** 
Ġkinci  Azərbaycan  piyada  diviziyasının  
48 №-li əmrindən, 30 aprel 1920-ci il, 
Bakı  Ģəhəri. 
«Əmrin surətini təqdim edirəm... 28 aprel № 238. 
Həmin  tarixdən  mən  öz  vəzifəmi  sovet  hakimiyyəti  tərəfindən  təyin 
olunmuş hərb və dəniz komissarı Çingiz İldırıma təhvil verdim. 
Xudahafizləşərkən,  mən  bütün  hörmətli  həmkarlarıma  onların  şərəfli  və 
cəsur xidmətçiləri üçün bir daha öz səmimi minnətdarlığımı bildirirəm. 
Heç şübhə etmirəm  ki, onlar  yeni  hakimiyyət dövründə də... Azərbaycanın 
səadəti naminə namusla, şərəflə xidmət edəcəklər. 
Əlvida, bütün varlığımla  səmimi qəlbdən sevdiyim, həm işdə, həm də ailə 
səadətində  böyükdən  tutmuş  kiçik  rütbəli  əsgərə  kimi  bütün  hamınıza  əmin-
amanlıq, nailiyyətlər və xoşbəxtlik arzulayıram. 
AMĠN ALLAH. 
Əsli təsdiq olunmuĢdur. Hərb naziri, 
artilleriya generalı  Səməd bəy  Mehmandarov». 
 
*** 
1926-cı  ildə  Səməd  bəy  Mehmandarov  məktəbin  (Qırmızı  komandirlər  və 
RKKA  kom.  təşkilatının  birləşmiş  Azərbaycan  məktəbində)  növbəti  buraxılışa 
xeyir-dua verərək bu sözlərlə müraciət etdi: 
«Yoldaşlar. Bu gün biz yeni qırmızı komandirlər kimi sizi salamlayırıq. Siz 
daha  sərbəst  bir  yola  çıxmısınız,  amma...  sizi  çox  da  asan  olmayan  məsul  işlər 
                                                           
1
 Dördüncü Quba piyada alayının komandiri  — müəl. 
 


118 
 
gözləyir. Bu işlərin ağılla, bacarıqla yerinə yetirilməsi tabeliyinizdə olan adamların 
hərbi hazırlığından asılı olacaq». 
İki il sonra səhhətinə görə istefaya çıxan general Səməd bəy Mehmandarova 
dövlət yüz manat pensiya kəsmişdi. 1931-ci ilin fevral ayında Bakıda vəfat edən S. 
Mehmandarov keçmiş Çəmbərəkənd qəbristanlığında (indiki Şəhidlər xiyabanında) 
dəfn  olunmuşdur.  Sonralar  —  1939-cu  ildə  bolşevik  S.  M.  Kirova  heykəl 
qoyulanda həmin qəbristanlıq dağıdılmışdır. O illərdə generalın ailəsi sürgündə idi. 
Qəbri başqa yerə köçürülmədiyindən yerlə yeksan edilmişdir. 
 
ALĠM-GENERAL 
General  Əliağa  Şıxlinski  ilə  yaxından  tanış  olanlar,  onun  maraqlı 
söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı 
və ibrətli bir şəxs idi. 
Heydər HÜSEYNOV,  
filosof-alim. 
Fitri  istedada  malik  olan  tam  artilleriya  generalı  Əliağa  Şıxlinski  bütün 
varlığı  ilə  sevdiyi  Azərbaycan  xalqına  ömrünün  sonunadək  sədaqətlə  xidmət 
etmişdir.  Hərbi  fəaliyyətində  araşdırmalar  apardıqda  onun  bir  çox  sahələrdə  ilkin 
şəxs olduğunun şahidi oluruq. Yalnız general kimi vəzifəsini bitmiş hesab etməyən 
bu  məşhur  sərkərdə  həm  də  hərb  elminin  görkəmli  alimi  idi.  Hələ  əsrin 
əvvəllərində  hərbi  mütəxəssislər  tərəfindən  yüksək  qiymətləndirilən  «Şıxlinski 
üçbucağı»ndan  təkcə  Rusiyada  deyil,  Fransa,  Avstriya,  Norveç,  İsveçrə  və  başqa 
ölkələrin artilleriya məktəblərində də dərslik kimi istifadə olunmuşdur. 
Əliağa Şıxlinski «Üçbucağı»nda artilleriya tarixində ilk dəfə topların gözlə 
görünməyən  hədəfə  atəş  açmaq  texnikasını  işləyib  hazırlamış  və  topların 
təkmilləşdirilməsi  işinə  bir  sıra  dəyərli  yeniliklər  gətirmişdir.  Hərb  elminin 
mütəxəssisləri bu gün də etiraf edirlər ki, general Şıxlinski qeyri-adi fəaliyyəti ilə 
fərqlənmiş nadir  hərbi  mütəxəssislərdəndir. O,  yeganə azərbaycanlıdır  ki, ilk dəfə 
Fransanın  generallara  məxsus  fəxri  «Legion  ordeni»  və  zabitlərə  verilən  «Legion 
xaçı» ilə təltif edilmişdir. Əliağa Şıxlinski generallar arasında ən yaxşı hərb alimi, 
alimlər arasında ən məşhur artilleriya generalı idi. 
Arxiv sənədlərindən məlum olur ki, general Əliağa Şıxlinski 1939-cu ildən 
sonra  alim  Heydər  Hüseynovla  müntəzəm  elmi  yaradıcılıq  əlaqəsi  saxlamışdır. 
Respublika  Mərkəzi  Dövlət  Ədəbiyyat  və  İncəsənət  arxivindən  aşkar  etdiyimiz 
1940-cı  il  15  iyul  tarixli  məktub  da  general  tərəfindən  alimə  ünvanlanmışdır.  İri 
ölçülü  kağızlarda  yazılmış  iyirmi  səhifəlik  məktub-müraciətində  general  Əliağa 
Şıxlinski alimə 852 sözün izahını və düzəlişlərini yazıb göndərmişdir. Məktubdan 
məlum  olur  ki,  general  bu  ağır  zəhməti  1939-cu  ildə  Heydər  Hüseynovun 
redaktorluğu  ilə  nəşr  olunmuş  «Rusca—Azərbaycanca  lüğət»i  mütaliə  etdikdən 
sonra  çəkmişdir.  General  «Qeydlər»inin  müqəddiməsində  yazır:  «Redaksiyanın 


119 
 
çağırışına  əməl  edərək,  lüğətdə  mənim  rast  gəldiyim  səhvlər  haqqında  bəzi 
mülahizələrimi təqdim edirəm. 
Ümumiyyətlə  Lüğət  çox  gözəldir.  Hər  bir  sözü  ayrılıqda  deyil,  bütün 
cümlənin  ümumi  mənasını  tərcümə  etmək  üçün,  tərcüməçilərə  kömək  edəcək, 
frazeologiya xüsusilə yaxşıdır». 
Ümumi müddəalarında isə Əliağa Şıxlinski belə qərara gəlir ki, lüğətin əsas 
çatışmayan cəhəti onun qısa olmasıdır. 
«Lüğətdə  çox  yerdə  əsas  sözlər  buraxılmış,  ancaq  onların  törəmə  sözləri 
verilmişdir. 
Bizim  dilimizi  ona  yad  olan  söz      düzəltmələrindən  təmizləmək  lazımdır. 
Əgər başqa dillərə  məxsus   sözlərdən istifadə etmək ehtiyacı varsa, onda törəmə     
sözlər  bizim  dilimizin  qanunlarına  uyğun  olmalıdır.            Bu,  hər  şeydən  əvvəl, 
isimlərdən sifət əmələ gəlmə     hallarına    aiddir. Məsələn: avtomat yazmaq olar 
və  yazmaq  da  lazımdır.  Ancaq  avtomatik  —  olmaz,  artıqdır.  Hərb  sözü  dilimizə   
çoxdan  qəbul  edilmişdir,  onu  saxlamaq,  hərbi      sözünü      isə      atmaq  lazımdır. 
Azərbaycan xalq dilinin zəngin     xəzinəsindən rus və  Avropa sözlərinin qarışığı 
kimi  işlətmək  də  məqsədəuyğundur.  Məsələn;        axıntı    (cərəyan),            saxlanc  
(ehtiyat), dövrçağ dönümü   (dövr), düzgü  (quruluş), bilgi  (nəzəriyyə) və s». 
Təvazökar  general  məktubunun  sonunda  yazır:  «Əgər  siz  təqdim  olunmuş 
materialın  heç  olmasa  kiçik  bir  hissəsindən  istifadə  edə  bilərsinizsə,  onda  mən     
özümü çox xoşbəxt sanaram. Sevinərəm ki, mən də öz balımın   kiçik bir damlasını 
sizin gözəl arı pətəyinizə əlavə etmişəm».  
General Əliağa Şıxlinskinin bu iradlarını    məmnuniyyətlə qəbul edən alim 
Heydər Hüseynov cavab məktubunda yazır ki, lüğətin gələcək nəşrində sizin elmi 
zəhmətinizdən mütləq istifadə olunacaq. Alim bunun üçün generala sətir haqqı da  
göndərmişdi. 
Akademik  Əlheydər  Orucov  «Əliağa  Şıxlinskinin  bir  əlyazması  haqqında» 
adlı  məqaləsində  haqlı  olaraq  belə  qənaətə  gəlir  ki,  generalın  alim  Heydər 
Hüseynova  göndərdiyi  «Qeydlər»i  lüğətçilik,  xüsusən  də  termin  yaradıcılığı 
baxımından  çox  faydalıdır.  İndiyə  qədər  hərbi  mütəxəssis  kimi  tanınan  Əliağa 
Şıxlinskinin  dil,  lüğətçilik,  terminologiya  məsələlərilə  maraqlanması  faktının  özü 
səciyyəvi  haldır.  (Bax:  «Terminologiya  məsələləri»  kitabı,  Bakı,  1987-ci  il,  səh. 
12). 
General  Əliağa  Şıxlinski  lüğətçiliklə  1940-cı  ildənmi  məşğul  olmağa 
başlamışdır?  Xeyr.        Onun  şəxsi  arxivində  mühafizə  olunan    «Zabitin 
dəftəri»ndəki qeydlərindən  məlum olur  ki, o, hələ  gənc zabit ikən hərb   elmi ilə, 
dilçilik  və  hərbi  lüğətlə,  terminologiya  ilə  maraqlanmış  və  bu  sahədə  gərgin 
axtarışlar  aparmışdır.  Uzun  illər  —  1879-cu  ildən  1917-ci  ilədək  həyatının  çox    
hissəsini  Azərbaycandan  uzaqlarda,  yüksək  hərbi  dairələrdə,  özgə  məmləkətdə  və 
başqa  dil  mühitində  yaşamasına  baxmayaraq  general  milli  varlığını  qoruyub 
saxlaya  bilmişdir.  Orada  Azərbaycan  dilində  mətbuatın  və  nəşriyyatın  olmaması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə