Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   48   49   50   51   52   53   54   55   ...   70

114 
 
yaşamağın  möhkəm  əsasının  qoyulması  marağındasınız  və  görəcəyiniz  bütün 
tədbirlər  ölkədə  qanun-qaydanın  bərpa  olunmasında  hökumətin  bütün  qanuni 
əmrlərinin  könüllü  surətdə  yerinə  yetirilməsində  və  Azərbaycan  Respublikası 
Dövlətinin  nümayəndələrinə  öz  xeyirxah  münasibətinizlə  imkan  daxilində 
köməklik göstərəcəksiniz. 
Bununla  bərabər,  sizi  əmin  edirəm  ki,  Sovetlər,  Komitetlər  və  ya  «Muğan 
Respublikası»  adı  altında  heç  bir  sərbəst  təşkilatların  yaradılmasına  yol 
verilməyəcək. 
Lənkəran  qəzasında  yeganə  —  Azərbaycan  Respublikası  hakimiyyəti 
tanınır və onun verdiyi qanunlara qulaq asmayan  hər bir şəxs  müharibə dövrünün 
qanunlarına əsasən qiyamçı kimi məsuliyyətə cəlb olunacaqlar. 
Dəstə rəisinin göstərişi ilə əhali silahları təhvil verməlidir, kim əmri yerinə 
yetirməsə, hərbi-səhra məhkəməsinin sərəncamına veriləcək. 
Xəbərdar  edirəm  ki,  rus  əhalisinə  qarşı  hər  hansı  bir  zorakılığa  və 
soyğunçuluğa  yol  verməyəcəyəm,  çünki  qəzada  yaşayan  başqa  millətlərin 
nümayəndəsi kimi onları da Azərbaycan Respublikasının vətəndaşı sayıram. 
Amma  rus  əhalisinin  şəxsiyyətinə  və  toxunulmazlığına  təminat  verərkən, 
Mən  onlardan  da  yerli  hakimiyyətin  verdiyi  qanunların  yerinə  yetirilməsinə  əməl 
etmələrini tələb edirəm. 
Hər  bir  silahlı  müqavimət  ölüm  cəzası  ilə  cəzalanacaq  və  belə  hallarda 
qoşunlara amansız olmaları haqda əmr olunub. 
Bu və ya digər bəhanələrlə xalqı ordu və    hökumət əleyhinə qaldıranları bu 
haqda xəbərdar edirəm. 
Mən  də  öz  növbəmdə  dəstə  rəisinə
1
  əmr  etmişəm  ki,  qoşunun  əhaliyə  heç 
bir  xətər  toxundurmaması  haqda  ölçü  götürsün  və  dinc  əhaliyə  qarşı  hər  cür 
zorakılıq göstərən günahkarlar ciddi cəzalansınlar. 
Azərbaycan Respublikasının hərb naziri,  
Tam Artilleriya generalı Mehmandarov 
23.VII.1919-cu il, Bakı Ģəhəri. 
Tərcüməni türk dilinə hazırladı: general-leytenant Məmməd bəy Sulkeviç». 
29.03.20-ci il, Bakı,  
general Əliağa ġıxlinskiyə 
Quba  alayından  gəlmiş  taborları  yola  salmağa  hazırlamaq  və  tələb  olunan 
kimi  onları  göndərmək  lazımdır.  Bu  barədə  Nazirlər  Sovetinin  Sədrinə  məlumat 
verin. 
General Səməd bəy Mehmandarov». 
Artilleriya generalı Səməd bəy Mehmandarovun Nazirlər Sovetinin Sədrinə 
RAPORTU 
                                                           
1
 General-mayor Həbib bəy Səlimov — müəl. 
 


115 
 
21aprel 1919-cu il 
«Bakıda  öz  işini  başa  çatdırmış  həmkarlar  ittifaqının  qurultayı  aşağıdakı 
məzmunda  qətnamə  qəbul  etmişdir:  «Həmkarlar  siyasi  məqsəd  güdməlidir.  Sovet 
hökumətinin hər vasitə ilə Zaqafqaziyada olmasına cəhd göstərməlidir». 
Bu  qərar  yerli  bolşeviklərin  Azərbaycanın  müstəqilliyini  məhv  etmək  və 
Sovet  Rusiyası  ilə  birləşmək  cəhdlərinə  şübhə  yeri  qoymur.  Qətnamədən 
göründüyü  kimi,  hökumətin  fəaliyyətinin  əsasında  Azərbaycanın  müstəqilliyinin 
müdafiəsi durur və  mən şübhə etmirəm ki, bolşeviklərin dağıdıcı cəhdlərinə qarşı 
zəruri  tədbirlər  görüləcəkdir.  Mən  öz  tərəfimdən  bolşeviklərin  Bakı  qarnizonu 
qoşunlarına  parçalayıcı  təsirindən  ehtiyat  edirəm.  Belə  ki,  Bakı  indi  Zaqafqaziya 
bolşeviklərinin fəaliyyət mərkəzi hesab edilir». 
«30.03.20-ci il, Bakı, 
general ƏLĠAĞA ġIXLĠNSKĠYƏ 
Kondelakinin  (iki  nömrəli  zirehli  qatarın  komandiri)  zirehli  qatarını  təcili 
olaraq Tovuza göndərin. 
Beləliklə iki zirehli qatar olacaq, biri Tovuzda, o birisi isə Ağstafada. 
General SƏMƏD BƏY MEHMANDAROV». 
«30.03.20-ci il, Bakı,  
general ƏLĠAĞA ġIXLĠNSKĠYƏ 
Bakıdakı  vəziyyət  imkan  verirsə  Quba  alayının  hər  iki  taborunu  Gəncəyə 
göndərin:  əgər  imkan  yoxdursa  heç  olmasa  bir  tabor  da olsa  göndərin.  Bu  barədə 
nazirə-sədrə məlumat verin. 
General  SƏMƏD  BƏY  MEHMANDAROV». 
«30.03.20-ci il, Bakı,  
general ƏLĠAĞA ġIXLĠNSKĠYƏ 
Qazağa  gəlmiş  Nuxa  taborunu  müharibə  vaxtının  ştatına  uyğun  olaraq  iki 
taborlu heyətə, Tovuzda olan Lənkəran taborunu da iki yerə bölüşdürmək lazımdır. 
Onda Ağdam alayını isə üç tabor təşkil edər. Onların pulemyotla və qanunla bütün 
müəyyən  olunanlarla  təchiz  edilməsinin  qayğısına  qalın.  Bu  hissələrdə  altı 
pulemyot  var,  yəni  onlara  yenə  altısını  da  vermək  lazımdır.  Pulemyotçular 
pulemyot  məktəbinə  təyin  edilsin.  Toplanış  çox  zəif  gedir,  xüsusi  ilə  Gəncə 
rayonunda.  Nazirlər  Sovetinin  Sədrindən  Ağdaş  alayının  fəal  surətdə  artırılmasını 
xahiş etsin. 
Zaqatala  alayı  Qazağa  bir  tabor  ayırmaqla  eyni  zamanda  açılmalıdır. 
Zaqatala və Nuxa rayonlarında toplanışı gücləndirmək lazımdır. 
General  SƏMƏD   BƏY   MEHMANDAROV». 
«30.03.20-ci il, Bakı,  
Daxili ĠĢlər Nazirinə 
Cavanşir  qəzasının  rəisi  Qalabəyova  partizanların  evlərinə  getmələrinin 
qarşısını  almaq  üçün  əmr  verin.  Əks  halda  Tərtər  dəstəsinin  vəziyyəti  çox  ağır 
olacaq. 


116 
 
General  SƏMƏD   BƏY  MEHMANDAROV». 
«31.03.20-ci il, Bakı, 
general ƏLĠAĞA ġIXLĠNSKĠYƏ 
Nuxaya  göndərilmiş  Zaqatala  alayı,  taboru  və  dağ  süvariləri  taqımının 
Yevlaxa girmələri haqqında hansı məlumat olduğunu teleqrafla xəbər verin. 
General  SƏMƏD   BƏY  MEHMANDAROV». 
«01.04.20-ci il, Bakı,  
general ƏLĠAĞA ġIXLĠNSKĠYƏ 
Hissələrin,  odlu  silah  sursatlarının  göndərilməsinə  aid  olan  sərəncamlar 
verilib  və  onların  yerinə  yetirilməsinə  mən  özüm  nəzarət  edirəm.  Tatar  alayının 
üçüncü  eşelonundan  və  Şirvan  bölüyündən  başqa  bütün  hissələr  Yevlaxdan 
çıxacaqlar.  Tatar  alayı  eşelonu  və  Şirvan  alayının  bölüyü  isə  Yevlaxa  təxminən 
saat  iyirmi  ikidə  və  yaxud  iyirmi  üçdə  gəlib  çatacaq,  eyni  zamanda  Şirvan  alayı 
bölüyünün  Yevlaxdan  at  arabaları  ilə  yola  salınması  və  bütün  hissələrə  aprelin 
ikisində mütləq Ağdama gəlmələri haqqında əmr verilib. Vəziyyətin ciddiliyini siz 
əla  bilirsiniz  və  mən  sizin  qətiyyətinizə,  şəraitlə  hesablaşma  bacarığınıza  ümid 
bəsləyirəm.  Bu  gün  sürət  qatarı  ilə  yenidən  Yevlaxda  olacağam,  əgər  oradan 
Bakıya getməli olsam Yevlaxdan teleqrafla sizə bildirərəm. 
General  SƏMƏD   BƏY   MEHMANDAROV». 
«27.03.20-ci il, Bakı,  
general ƏLĠAĞA  ġIXLĠNSKĠYƏ 
...Ermənilərlə  apardığımız  gecə  döyüşlərindən  sonra  bizim  tutduğumuz 
Marağalı  kəndi  təmizlənmişdir.  Ermənilərdən  bir  neçə  nəfər  öldürülmüşdür.  Ağır 
yaralanmış əsgər bu gün keçindi. 
General   SƏMƏD  BƏY   MEHMANDAROV.  
Podpolkovnik TONQĠYEV. 
«01.04.20-ci il, Bakı,  
general ƏLĠAĞA ġIXLĠNSKĠYƏ 
Yevlaxdan təzəcə qayıtmışam.  Dünən    Qubalıların birinci eşelonu gedib. 
Bu  gün  isə  Zaqatalalılar  taborundan,  Qubalılar  bölüyündən,  süvari  diviziyanın 
təlim  komandasından  və  Tatar  alayının  pulemyot  komandasından  ibarət  ikinci 
eşelon yola düşməlidir. Elə bu gün Tatar alayının qalan yüzlüyü və Şirvan bölüyü 
Yevlaxa gəlməlidirlər. Bütün bu hissələr aprelin 2-də Ağdamda olmalıdır. Bunların 
miqdar tərkibi:    Piyada qoşunlar —   1035, süvarilər — 570, qeyri süvarilərsiz və 
dağ süvarisi taqımı olmadan — 1605 nəfər. Əgər burada 155-ə qədər ata baxanları 
və qeyri sıravi piyadaları nəzərə alsaq, onda 1450 qalar. Sizi vadar etmirəm, ancaq 
sizə  məsləhət  verirəm  ki,  piyadalardan  iki  tabor  və  süvarilərdən          isə  bir  tabor 
təşkil  edəsiniz.  Qeyri  süvarilərin  sayının  minimuma  çatdırılmasına,  qalanlarını 
sıraya daxil edib və onların yaralananların tüfəngləri ilə    silahlandırılmasına cəhd 
göstərin. Odlu silah sursatından ötrü mənim tərəfimdən Yevlaxdan Ləkiyə paravoz 
göndərilib  və  bu  gün  Yevlaxa  gətirməlidir,  sonra  Yevlaxdan  yük  maşınları  ilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə